Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güldəfnə
Güldəfnə (lat. Trigonella) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Tarixçə == Qədim misirlilər və yunanlar bitkidən tərəvəz kimi istifadə edirdilər. Güldəfnənin toxumları mumiyaların balzamlanması, eyni zamanda müalicəvi məqsədlər üçün tətbiq edilirdi. Məsələn, Böyük Karl bitkidən keçəlləşmə əleyhinə istifadə etmişdir. Hindistanda isə brahmanlar güldəfnənin yarpaqlarından istifadə edirdi. Bitkinin qovrulmuş toxumlarından şərq ölkələrində hərəmxana qadınları saçlarına gözəl görünüş bəxş etmək üçün yararlanırdılar. Əsasən bu ölkələrdə bitki xüsusilə çox istifadə edilir: Yunanıstan, Misir, Livan, Suriya. Güldəfnə bu ölkələrdə becərilir: Fransa, Misir, Tunis, Mərakeş, Efiopiya. Güldəfnə bir çox ölkələrin mətbəxində müxtəlif adlar altında ədviyyat kimi tətbiq edilir: fenuqrek, fenum-qrek, feniqrek otu, yunan otu, dəvə otu və s.
Göy güldəfnə
Göy güldəfnə (lat. Trigonella caerulea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü.
Samanlıq güldəfnəsi
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. == Xüsusiyyətləri == Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur.
Yem güldəfnəsi

Güldərə (Kəleybər)
Güldərə (fars. گلدرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (43 ailə).
Güldərə rayonu
Güldərə rayonu - Əfqanıstanın Kabil vilayətinin şimal-qərb hissəsində yerləşən rayon. == Haqqında == 25.213 nəfər əhalisi var. Əhalisinin 70%-i taciklər, 30%-i isə puştunlardır. Güldərə rayonu qərbdən Pərvan vilayəti, şimaldan Fərze rayonu, şərqdən Qarabağ, Kələkan və Mir Baça Kot rayonları, cənubdan isə Şəkərdərə rayonu ilə hüdudlanır. Mərkəzi Güldərə olan bu rayonun tərkibində 45 kənd var.
Gülnənə Mustafayeva
Gülnənə Məhəmməd qızı Mustafayeva (5 iyun 1915, Afurca, Quba qəzası – ən tezi 1989, Beynəlmiləl, Dəvəçi rayonu) — Azərbaycan xalça ustası; "Stalin" mükafatı laureatı (1950). == Həyatı == 1943–1960-cı illərdə Qonaqkənd xalça artelində toxucu, sex müdiri, artelin sədri vəzifələrində işləmiş, 1960–1968-ci illərdə Qonaqkənddəki "Qumaş" xalça fabrikində fəaliyyət göstərmişdir. == Toxuduğu xalçalar == Onun toxuduğu "Qolluçiçi", "Açgülçiçi", "Herat-Pirəbədil" və s. çeşidli xalçalar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Tarix Muzeyində və digər muzeylərdə saxlanılır. Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" xalçası (ili: 1949, ölçüsü: 70 m²; saxlandığı yer: Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı) yüksək bədii keyfiyyətə malikdir.
Güldən Qaraböcək
Güldən Qaraböcək (türk. Gülden Karaböcek) (4 noyabr 1953, Ankara) - türk pop musiqiçisi. Arabesk və pop üslubunda ifa etdiyi mahnılar ilə türk musiqi dünyasının önəmli adlarından biri hesab olunur. 28 avqust 1953-cü ildə İstanbulda doğulub. Musiqiyə marağı gənc yaşlarından başlayıb. 1970-ci illərin əvvəllərində peşəkar musiqi karyerasına qədəm qoyan Qaraböcək, həmin illərdə məşhur olan arabesk üslubunu pop musiqisi ilə birləşdirərək özünəməxsus musiqi üslubu inkişaf etdirməyi bacarıb.
Aşağı Güldərə (Tikantəpə)
Aşağı Güldərə (fars. قلدره سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (48 ailə).
Yuxarı Güldərə (Tikantəpə)
Yuxarı Güldərə (fars. قلدره عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 479 nəfər yaşayır (89 ailə).
Avstriya quldeni
Avstriya-Macarıstan quldeni (alm. Gulden‎, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi. == Tarixi == 24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər.
Hollandiya quldeni
Hollandiya quldeni — Hollandiyanın XVII əsrdən 2002-ci ildə Avroya keçənə qədər istifadə etdiyi pul vahidi. ƒ ya da fl. simvollarıyla göstərilir. Hollandiya quldenindən fərqli olaraq Niderland Antil adaları quldeni, hələ də Niderland Antil adalarında istifadədədir. Surinam isə 2004-cü ildə, Surinam quldenindən Surinam dollarına keçmişdir. Qulden adı; Orta Niderlandcada qızıl mənasını verməkdədir. Pul vahidinin simvolu ƒ hərfi isə; daha köhnə bir pul vahidi olan florindən gəlməkdədir.
Avstriya-Macarıstan quldeni