Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülgəzli
Gülgəzli — Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ düzündədir. Yerli əhalinin məlumatına görə, Gülgəz adlı bir qadının övladı tərəfindən salındığı üçün kənd belə adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Rafil Hüseynov – Masallı Rayon İcra Hakimiyyətinin başçısı. Rafael İsgəndərov – komediya aktyoru. == Təhsilin vəziyyəti == Gülgəzli kənd orta məktəbi 1946-ci ildən etibaren fəaliyyətə başlamışdır. Gülgəzli məktəbinin yetişdirdiyi onlarla savadlı şagirdlər bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edirlər.
Gülşəhər
Gülşəhər (türk. Gülşehir) — Türkiyənin Nevşehir vilayətində şəhər. 2009-cu ilin məlumatına görə, əhalisi 8,654 nəfərdir. Dəniz səviyyəsindən yüksəkliyi 918 metrdir.
Güləvər
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Gülgəz
Gülgəz — Azərbaycan şairəsi, bayatıçı == Həyatı == Əsas etibarilə bayatıçı kimi tanıdığımız Gülgəz adlı sənətkarımız haqqında mənbələrdə tərümeyi-hal məlumatına təsadüf olunmur. Hansı əsrdə yaşadığı belə məlum deyildir. Bayatılarına XVIII əsrdə üzü köçürülmüş cünglərdə rast gəlinir. == Bayatıları == Seyvanın qur ucada, Kor möhtac quru cada. Gülgəzin göz yaşından, Qalmadı quru candaBağında ha səndəli, Sən dəli, ha mən dəli. Gülgəz, yarana dəysin, Təbibin hasand əli.Gülgəzin gül adaşı, Mey daşı, gül a daşı. Yıxar bülbül öyünü, Kim atsa gülə daşı.
Gülgəzli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göy güləvər
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.
Günəbaxanvari güləvər
Günəbaxanvari güləvər (lat. Centaurea solstitialis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Səpələng güləvər
Səpələng güləvər (lat. Centaurea diffusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == Acosta diffusa (Lam.) Soják Acrolophus diffusus (Lam.) Á.Löve & D.Löve Centaurea ammophila Besser ex DC. Centaurea microcalathina A.O.Tarassov Centaurea myriocephala E.D.Clarke Centaurea myriocephala var. myriocephala Centaurea ovina Pall. ex Steud. Centaurea parviflora M.Bieb. [Illegitimate] Centaurea parviflora Sibth. & Sm. non Lam. Centaurea parviflora auct.
Adi güləvər
Adi güləvər (lat. Centaurea benedicta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Zülqədər
Zülqədər bu mənalarda gələ bilər: Zülqədər eli — Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən idi. Zülqədəroğulları bəyliyi — XIV yüzildən XVI yüzilin ilk yarılarına qədər Anadolu tarixində mühim rol oynayan, Oğuzların Bozoqlar qoluna mənsub, bir türkmən xanədanı. Yaqub xan Zülqədər — Şah Abbas Səfəvi dövründə Farsın hökmdarı idi. Məhəmməd xan Zülqədər — Öncə Səfəvi, sonra Osmanlı sərkərdəsi, Ərzurum əyalətinin ilk bəylərbəyi. Zeynəddin Qaraca bəy Zülqədər — Zülqədər bəyliyinin banisi, hökmdar, (1334-1353). Sülü bəy Zülqədər — Hökmdar, XIV yüzil. Əlaəddövlə Bozqurd bəy Zülqədər (1479-1515) — hökmdar. Məlik Arslan bəy Zülqədər — Hökmdar, (1454-1466), XV yüzil. Əli bəy Zülqədər — Hökmdar, (1515-1522). Şahrux xan Tatılı-Zülqədər (?-1586) — Qızılbaş sərkərdəsi, bəylərbəyi.
Güləver
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Abbas və Gülgəz
“Abbas və Gülgəz” – XVII əsr Azərbaycan məhəbbət dastanı. == Haqqında == Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi yolu ilə yaradılmışdır. Xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanları bu qəbildəndir. Abbas və Gülgəz XVII əsrdə yaranmış Azərbaycan məhəbbət dastanlarından biridir. Ehtimal olunur ki, Aşıq Abbas Tufarqanlının həyatı və şeirləri əsasında qoşulmuşdur. == Məzmunu == Abbasın sevgilisi Gülgəz zorla şah sarayına aparılır. Abbas müxtəlif çətinliklərdən keçərək məhəbbətinə qovuşur. Dolğun lirik-epik surətlər, gərgin süjet xətti “Abbas və Gülgəz”-i orta əsrlər Azərbaycan məhəbbət dastanının kamil nümunəsi səviyyəsinə yüksəltmişdir. == Variantları == Dastanın indiyədək yeddi variantı toplanmışdır: Azərbaycan məhəbbət dastanları.
Atılmamış güllələr (film, 2008)
Atılmamış güllələr, və ya Çaxılmamış güllələr (erm. Չկրակված փամփուշտներ — Çkrakvats pampuştner) — ermənilərin Qarabağ müharibəsi haqqında çəkdiyi filmlərdən biri. == Məzmun == Hadisələr 1991–1994 illərin Qarabağ müharibəsi zamanı cərəyan edir. 23 yaşlı gənc şair, Ermənistanın Yazıçılar Birliyinin üzvü, Aqvan Minosyan evi tərk edib qardaşı Aşotun başçılıq elədiyi könüllü dəstəyə qoşulur. Döyüşlərin birində Aqvan ölümcül yaralanır və həlak olur. Filmin süjet xətti Aşotun == Film haqqında == Filmdə çox sayda sənədli kadrdan istifadə olunub. Film Ermənistanın hər il keçirtdiyi "Qızıl ərik" beynəlxalq kino festivalında nümayiş etdirilib.
Meymənət Zülqədər
Meymənət Mir Sadiqi Zülqədər — Həbibullah Zülqədər və Zaman Zülqədərin qızı,1937-ci ildə İstəhban şəhərində dünyaya gəlibdir.Şeirlərində Azadə təxəllüs edir.
Qəlləzər (Azərşəhr)
Qəlləzər (fars. غله زار‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (47 ailə).
Səhifi Zülqədər
Səhifi Cövhəri Şirazi, Cövhəri və Səhifi Zülqədər — XV-XVI əsrlərin şair və xəttatı. O, Azərbaycan və Fars dillərində şeirlər yazıb. Səhifi Zülqədər, həm də Səfəvi dövrəsinin görkəmli kitabə yazanlarından idi ki işıqlı əlyazması (Təzhib), və cildçilikdə də səriştəli idi. == Həyatı == Səhifi Zülqədər, Sufi Xəlil Zülqədərin törəmələrindəndir ki Şirazda dünyaya gəldi və İsfahanda böyüdü. Deyiblər ki kitabxana qurmaqda bənzərsiz idi. İsfahanın Cümə Məscidinin Setənanında bir yaxşı kitabxana qurmişdu. Süls xəttin yaxşı yazmaqa görə və bacarıqlı kitabə yaıçı olmasına görə çoxlu məscid kitabələri onun xətti ilə idi.. O, 90 ildən çox yaşayıb.Şair oğlu Əsiri Şirazi öləndə, o hələ yaşayırdı. == İstinadlar == == Qaynaqlar == Bəyani, Mehdi.Xəttatların Əhvalat və Əsərləri.Elmi Nəşrlər.İkinci çap.Tehran, 1984. Səhifi Cövhəri Şirazi Aftab saytı SəhifiDehxuda lüğəti == Xarici keçidlər == Qüdsi, Mənuçehr.Səhifi Şirazi Səfəviyyə Dövrünün Xəttat Sənətkarı.Hünər və Mərdom (Sənət və Xalq) dərgisi.1972-ci il 114-cü sayı 35-38 səhifələri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Xəttatlıq çox pis şeydi.
Zülqədər (dəqiqləşdirmə)
Zülqədər bu mənalarda gələ bilər: Zülqədər eli — Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən idi. Zülqədəroğulları bəyliyi — XIV yüzildən XVI yüzilin ilk yarılarına qədər Anadolu tarixində mühim rol oynayan, Oğuzların Bozoqlar qoluna mənsub, bir türkmən xanədanı. Yaqub xan Zülqədər — Şah Abbas Səfəvi dövründə Farsın hökmdarı idi. Məhəmməd xan Zülqədər — Öncə Səfəvi, sonra Osmanlı sərkərdəsi, Ərzurum əyalətinin ilk bəylərbəyi. Zeynəddin Qaraca bəy Zülqədər — Zülqədər bəyliyinin banisi, hökmdar, (1334-1353). Sülü bəy Zülqədər — Hökmdar, XIV yüzil. Əlaəddövlə Bozqurd bəy Zülqədər (1479-1515) — hökmdar. Məlik Arslan bəy Zülqədər — Hökmdar, (1454-1466), XV yüzil. Əli bəy Zülqədər — Hökmdar, (1515-1522). Şahrux xan Tatılı-Zülqədər (?-1586) — Qızılbaş sərkərdəsi, bəylərbəyi.
Zülqədər Cahangirov
Zülqədər Həsən oğlu Cahangirov (1 may 1907, Tuğ, Şuşa qəzası – 14 sentyabr 1974, Tuğ, Hadrut rayonu) — iqtisad elmləri doktoru, professor. == Həyatı == Zülqədər Cahangirov 1 may 1907-ci il Tuğ kəndində anadan olmuşdur. 20-ci illərin əvvəllərində Tuğ orta məktəbini bitirdikdən sonra təhsilini Bakı və Daşkənd şəhərlərində davam etdirərək ali təhsil almışdır.1932-ci ildə Daşkənd şəhərində Orta Asiya Kənd Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsini bitirmişdir. 1944-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Müxtəlif illərdə Ali Kənd Təsərrüfat məktəbində iqtisad kafedrasının müdiri, keçmiş Lenin adına APİ-un İqtisadiyyat kafedrasının müdiri, Azərbaycan Elmlər Akademiyasının iqtisad bölməsinin rəhbəri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində iqtisadiyyat bölməsinin rəhbəri vəzifələrində calışmışdir. Görkəmli alim, respublikanın əməkdar iqtisadçısı Z.H Cahangirov 14 sentyabr 1974-cü ildə Tuğda vəfat etmiş və öz vəsiyyəti ilə Tuğ kəndinfə dəfn edilmişdir. == İctimai fəaliyyəti == Azərbaycan ilk iqtisadçı alimlərindən biri olmuş, 1969-cu ildə respublikanın əməkdar elm xadimi adına layiq görülmüşdür. Zülqədər Cahangirov xidmətlərinə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Elmi-pedaqoji fealiyyəti dövründə siyasi iqtisad və kənd təsərrüfatı iqtisadiyyatına dair 60-dan çox elmi işi dərc olunmuşdur. Onun rəhbərliyi altında 15 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Zülqədər eli
Zülqədər eli — Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən idi (həmçinin bax: Dulqədiroğulları bəyliyi).Əvvəlcə Diyarbakırdə sakin idi.Sonra Səfəvilərə xidmət üçün İranda sakinləşdirildilər.
Zülqədər tayfası
Zülqədər eli — Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən idi (həmçinin bax: Dulqədiroğulları bəyliyi).Əvvəlcə Diyarbakırdə sakin idi.Sonra Səfəvilərə xidmət üçün İranda sakinləşdirildilər.
Əkiz Qüllələr
Əkiz Qüllələr, Ramat-Qan, İsrail şəhərində Diamond Exchange District sahəsində Jabotinsky Yolu iki eyni ofis qüllələr var. 14 mərtəbəli hər var və 1991-ci və 1994 arasında inşa edilmişdir. Onların tikintisi əvvəl, Asis konfet fabriki həmin ərazidə yerləşən və 1989-cu ilin noyabr 1929-cu ildə qoyulmuşdur, özəl investorlar bir qrup 6 milyon dollar simvolik məbləğ üçün şirniyyat fabriki torpaq alıb. Alış iki qüllələr Yaski Sivan memarlar tərəfindən planlaşdırılıb Twin Towers Inc Müəssisələr Towers Holdings Inc vasitəsilə, və 26,000 kvadrat metr inşa boşluk edilmişdir. Binaların cəbhədə bir post modernist üslubunda reflective şüşə pəncərə ilə əhatə olunur. Lobbisinin (Floor E1) bir və Jabotinsky Road (Floor E2) bir iki qüllələr qüllələr hər iki girişi olan qala 1. girişində yeraltı park bölüşürlər. Iki qüllələr arasında, onun ortasında bir hovuz ilə bir yer var.
Gülqədəm Mirzəzadə
Gülqədəm Mirzəzadə (tam adı: Mirzəzadə Gülqədəm Abdulalı qızı; d. Neftçala rayonu , Azərbaycan SSR) — Azərbaycan şairi, yazıçı və ictimai xadimi. Azərbaycan Respublikası Prezident təqaüdçüsü, "Neftçalada Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri. == Həyatı və təhsili == Gülqədəm Abdulalı qızı Mirzəzadə, 20 may 1968-ci il tarixdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci il tarixdə Neftçala Qarışıq Ticarət idarəsində mühasib kimi başlamışdır. 1999-cu il tarixədək həmin idarədə insan resursları üzrə müfəttiş və baş mühasib vəzifələrində çalışmışdır. 2001–2008-ci illərdə Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi, 2008 – 2012-ci illərdə Neftçala Poçt Filialında Müştəri Xidmətləri şöbəsinin müdiri işləmişdir. 2012 – 2016-cı illərdə Neftçala rayonu İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışmış, Dövlət Qulluğunun II dərəcəsini almışdır. 2015-ci ildən hal- hazıradək Neftçala Qadın Resurs Mərkəzinin koordinatoru, eyni zamanda " Neftçalada Qadınların Sosial İnkişafına Dəstək " İctimai birliyinin sədri vəzifəsində çalışır. 2020-ci ildə Aşağı Qaramanlı bələdiyyəsinin üzvü seçilmiş, 2022-ci ilin fevral ayınadək bələdiyyə sədri işləmişdir.
Aşağı Güləver
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Yuxarı Güləver
Yuxarı Güləver və ya Çipori — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Abbas və Gülgəz (dastan)
“Abbas və Gülgəz” – XVII əsr Azərbaycan məhəbbət dastanı. == Haqqında == Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi yolu ilə yaradılmışdır. Xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanları bu qəbildəndir. Abbas və Gülgəz XVII əsrdə yaranmış Azərbaycan məhəbbət dastanlarından biridir. Ehtimal olunur ki, Aşıq Abbas Tufarqanlının həyatı və şeirləri əsasında qoşulmuşdur. == Məzmunu == Abbasın sevgilisi Gülgəz zorla şah sarayına aparılır. Abbas müxtəlif çətinliklərdən keçərək məhəbbətinə qovuşur. Dolğun lirik-epik surətlər, gərgin süjet xətti “Abbas və Gülgəz”-i orta əsrlər Azərbaycan məhəbbət dastanının kamil nümunəsi səviyyəsinə yüksəltmişdir. == Variantları == Dastanın indiyədək yeddi variantı toplanmışdır: Azərbaycan məhəbbət dastanları.
Aleksandr Qlezer
Aleksandr Qlezer (10 mart 1934, Bakı – 4 iyun 2016, Paris) — tanınmış yazıçı və kolleksiyaçı. == Həyatı == Aleksandr Qlezer 1934-cü ilin martında Bakıda anadan olmuşdur. Uzun müddət Ufada yaşamışdır. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlamış və gürcü şairlərinin 7 kitabını tərcümə etmişdir. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanmış və onları toplamaqla məşğul olmuşdur. 1970-ci illərdə SSRİ-dən deportasiya edilmişdir. Sürgündən sonra şair Fransaya köçmüş və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini oraya apara bilmişdir. Sonradan o, ABŞ-nin Nyu-Cersi ştatına köçüb. 2016-cı il iyunun 3-dən 4-nə keçən gecə Fransanın paytaxtı Parisdə 82 yaşında vəfat etmişdir.
Məhəmməd xan Zülqədər
Məhəmməd xan Zülqədər (Əlbistan – 1570, Ərzurum) — Səfəvi, sonra Osmanlı sərkərdəsi, Ərzurum əyalətinin ilk bəylərbəyi. == Həyatı == Məhəmməd bəy Şahrux xan oğlu Əlbistanda anadan olmuşdu. Tarixçi yazır: "O, mühtəmələn ailə üçündəki bir anlaşmazlıqdan dolayı şahın xidmətinə girmiş və Astrabad valiliyi vəzifəsinə təyin edilmişd . Ancaq, onun qızılbaşlığı nə dərəcə mənimsədiyi xüsusunda ətrafındakılar tərəfindən daima şübhəylə yanaşıldığı anlaşılmaqdadır . Qanuni Sultan Süleymanın Iraqeyn səfəri əsnasında I Şah Təhmasibə min nəfərlik Zülqədər əsgəri ilə qatılmış, yasavulluq üçün Osmanlı ordusuna qarşı getdiyi əsnada da səf dəyişdirərək osmanlıların yanına geçmiş, Qanuni də onu, daha öncələri Osmanlı dövlətinə sığınmış Üləma sultan ilə birlikdə Təbriz üzərinə göndərmişdi. Bu hadisə I Şah Təhmasibin qardaşı Sam mirzənin üsyanı ilə eyni dönəmə rastladığından, şahın Vəstam qalasını mühasirəsi əsnasında qala xalqı "Sam mirzə yağı oldu, Rum sultanı onu oğlu bilib İranı ona bağışladı" deyə bağırınca, Şah da "mən də Zülqədəroğlunu oğlum bilirdim o mənə nə qədər vəfalı oldu k,i Sam mirzə, Xudavəndigara o qədər vəfalı olsun. Əğər bizdən əlaqəsıni kəsdi isə onu Allaha həvalə edirəm" deyə cevab vermişdi . Tarixçi Mehmed Solakzadə yazır: "Uca məqam sahibi padşah həzrətləri, ulduzlar sayında əsgəri ilə 941-ci il rəbiüləvvəlin 19-cu günü (29 sentyabr 1534) Təbrizə gəlib, ertəsi günü Ucanda islam əsgərlərinə çatdı. Bu mənzildən köçərək Sultaniyyə adlı şəhərə çatanda, bəzi hadisələr üzündən Əcəm şahına iltica edən Zülqədər bəyzadələrindən Məhəmməd xan, qızılbaşlar tərəfindən üz çevirərək qaçıb cahanpənah sultanın dərgahına gəlib üz sürdü. (Bax: Mehmed Solakzadə, Tarix,Bakı, "Elm", 1992, səh.
Seyid Mustafa Zülqədər
Seyid Mustafa Zülqədər (1946, Rudan) — İranın İslami Şura Məclisinin ikinci dövründə Bəndər Abbas, Hacıabad, Əbumusa və Qeşmin nümayəndəsi idi.
Abbas və Gülgəz (film, 2000)
Abbas və Gülgəz — sənədli-bədii serial. Rejissor Rövşən Almuradlı tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film "Abbas və Gülgəz" dastanı əsasında çəkilmişdir. Dastanı Aşıq Mahmud Qasımoğlu söyləyir. == Məzmun == Babalarımız tariximizi öncə daşlara köçürüb. Sonra dastanlarda, nağıllarda, ulu törənlərdə, miflərdə, sirli deyimlərdə, xalçalarda, el sənəti nümunələrində qoruyub saxlayıb. Bunların sırasında dastanlar aparıcı yer tutur. Şamanlar, ozanlar, aşıqlar bu dastanları nəsildən nəslə əmanət ötürüb, zaman öz köynəyindən keçirib. Tanrının millətə göndərdiyi ulu kişilərin boyuna biçib, bir boy da ucalıb, gəlib bizim çağlara çatıb bu dastanlar.
Abbas və Gülgəz (teleserial, 2000)