Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülnar
Gülnar (türk. Gülnar) — Mersin ilinin ilçəsi.
Gülnar Hüseynzadə
Gülnar Hüseynzadə (azərb. Hüseynzadə Gülnar Cabbar qızı;‎13 may 1953, Bakı – 10 mart 2021) — Azərbaycan dilçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor == Həyatı və yaradıcılığı == Gülnar Cabbar qızı Hüseynzadə 13 may 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1960—1970-ci illərdə Bakı şəhərində 23 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili bölməsinə qəbul olunmuş və 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1976—1980-cı illərdə Leninqrad Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsil aldığı zaman tədqiqat obyekti kimi seçdiyi xarici dillərin metodikası ilə ciddi məşğul olmağa başlamış, topladığı zəngin materiallar əsasında 1989-cu ildə Leninqradda «Совершенствование лексико-синтаксической стороны устной английской речи на старших курсах в национальной аудитории языкового вуза» mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1980—1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda İngilis dilinin leksikası kafedrasında saat¬hesabı müəllim, 1989-1991-ci illərdə Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim, 1991-ci ildən baş müəllim vəzifələrində işləmişdir. Gülnar Hüseynzadə dünyanın bir çox universitetlərində keçirilən beynəlxalq konfranslara qatılmış, 2010—2014-cü illərdə “Tempus” proqramı çərçivəsində müxtəlif ölkələrdə (Birləşmiş Krallıq, Türkiyə) keçirilən peşəkar səviyyəli seminarların fəal iştirakçısı və məruzəçisi olmuşdur. Onun «Методические рекомендации по обучению английским многозначным словам в азербайджанской аудитории языкового вуза» adlı kitabı 1994-cü ildə, yuxarı kurs tələbələri üçün yazdığı “Communicate” kitabı 2012-ci ildə, «Обучение речевой коммуникации на иностранном языке» adlı kitabı 2000-ci ildə “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Gülnar xanım orta məktəblər üçün dərsliklər yazılması prosesində də fəal iştirak etmişdir. Onun R.Əliyeva, A.Rasulova, N.Əliyeva ilə birlikdə orta məktəblərin V sinifləri üçün tərtib etdikləri “English”adlı dərslik 2002-ci ildə çapdan çıxmışdır. O, 2004-cü ildə «Лингво-дидактический анализ речевой коммуникации на английском языке» adlı doktorluq dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi almışdır.
Gülnar Məmmədova
Gülnar Məmmədova (tam adı: Gülnar Mərfət qızı Məmmədova; d. 11 may 1991, Əli Bayramlı) — Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (2012), Azərbaycan şahmat tarixində ilk dəfə kişilər arasında Beynəlxalq usta (2017). 3 qat Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı. 2009-cu ildən şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü. == Həyatı == 11 may 1991-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. === Orta təhsil === 1997-ci ildə Əli Bayramlı şəhəri, Tahir Bağırov adına 11 saylı orta məktəbin 1-ci sinfinə gedib.2008-ci ildə Əli Bayramlı şəhəri, Elçin İmanov adına 10 saylı orta məktəbi bitirib. === Ali təhsil === 2008-2012 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Bakalavr 2012-2014 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Magistr === Fəaliyyət === 2014-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şahmat müəllimi kimi fəaliyyət göstərir. == Karyera == Şahmatla 6 yaşından məşğul olmağa başlayıb. İlk uğuru şahmatla məşğul olmasından 23 gün sonraya təsadüf edir. Belə ki, 1997-ci ildə Şirvan şəhərində 28 May Respublika Gününə həsr olunmuş şahmat turnirinin qalibi olub.
Gülnar Məsimli
Gülnar Qasımlı
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Gülnar Qasımova
Salmanova Gülnar Əlifağa qızı (24 iyul 1956, Xıllı, Neftçala rayonu – 24 oktyabr 2015, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti (2001). == Həyatı == Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. 1981-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası, güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi. Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.
Gülnar Salmanova

Gülnar Səma
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Gülnar Sərvətian
Gülnar Sərvətian (5 sentyabr 1977, Təbriz) — Azərbaycan əsilli İran karikaturaçısı və kitab illüstratoru. == Həyatı == Gülnar Sərvətian 1977-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Atası Bəhruz Sərvətian fars dili və ədəbiyyatı üzrə ixtisaslaşmış alim olmuş və universitetdə professor vəzifəsində çalışmışdır. Gülnar Sərvətian kareyerasına qrafik dizayner və karukaturaçı kimi başlamışdır. 2006-cı ildən bu işlə peşəkar səviyyədə məşğul olmağa başlamışdır. O, İran daxilində təxminən 50 uşaq kitabı üçün illüstratorluq etmiş və müxtəlif nəşriyyatlarla çalışmışdır. Karikaturaçılıqdan və kitab illüstratorluğundan əlavə həvəskar səviyyədə rəsm əsərləri çəkməklə, hekayələr və poemalar yazmaqla da məşğuldur. == Kareyerası == Gülnar Sərvətian Çində keçirilən Biennial Karikatura və Xəyal festivalında Braziliya, Rusiya, Polşa, Türkiyə, Meksika və İtaliya nümayəndələri ilə yarışda qalib gəlmişdir. O, həmçinin 2016-cı ildə "VII Beynəlxalq Karikatura Yarışı"nda "Berlin Oxuçu Mükafatı və Sertifikatı"na layiq görülmüşdür. Gülnar Sərvətian əsərləri XVI İtaliya Teatr Təsviri sərgisində fransalı, italiyalı, meksikalı və amerikalı rəssamların əsərləri ilə yanaşı nümayiş etdirilən 3 iranlı rəssamdan biridir.
Gülyar (Soyuqbulaq)
Gülyar (fars. گليار‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (19 ailə).
Gülpınar (İğdır)
Gülpınar — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1901-ci il mənbələrində "Muçi", 1928-ci il mənbələrində Muçe olarak qeyd olunur. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 228 nəfər azərbaycan türkü yaşayırdı. 2014-cü il məlumatında kənddə yaşayan 250 insan Mehmet Öztürk ad və soyadını daşımaqdadır. == Coğrafiyası == İğdır mərkəzindən 15 km uzaqlıqdadır.
Qulfiya Yunusova
Qulfiya Yunusova ( başq. Гөлфиә Аҙнағол ҡыҙы Юнысова (Иҙелбаева) 10 sentyabr 1948, Sarışevo[d], Başqırd MSSR) — Başqırd şairəsi və tərcüməçisi, dramaturq, jurnalist. Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvü (1974), Başqırdıstan Respublikası Jurnalistlər Birliyinin üzvü (1979). Başqırdıstanın xalq şairi (2015). == Bioqrafiyası == Yunusova Gulfiya 10 sentyabr 1948-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının Əlşəy rayonu, Sarışevo kəndində anadan olmuşdur. Raevskiliseyini bitirdikdən sonra Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.. 1971-ci ildə Başqırd Dövlət Universitetini bitirir. 1970-ci ildən Sibay Pedaqoji Kollecində müəllim işləyir. 1973-cü ildən Sovet Başqırdıstanı qəzetinin ədəbiyyat və mədəniyyət şöbəsinin əməkdaşıdır. 1974-cü ildən "Pioner" jurnalında ədəbi işçi kimi çalışır.
Yuxarı Qurniyav (Çaldıran)
Yuxarı Qurniyav (fars. قوري ناوسفل‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (14 ailə).
Dmitri Quliya körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir. == Yerləşir == Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri. Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır. == Adı == İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir. == Tarixi == Körpü 1959-1961-ci illərdə inşa edilmişdir.