Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülyanaq Məmmədova
Gülyanaq Məmmədova(tam adı:Məmmədova Gülyanaq Zakir qızı) (10 iyun 1973, Böyük Dəhnə, Şəki rayonu) — Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycan Respublikasının xalq artisti (2014), Özbəkistanın xalq artisti (2022), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi(2023), Azərbaycanın xalq artisti xanəndə Gülyaz Məmmədovanın bacısı. == Həyatı və təhsili == Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980–1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992–1996-cı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində, 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alaraq, 2002-ci ildə universiteti magistr dərəcəsi ilə bitirib. == Fəaliyyəti == O, 1990–1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995–1997-ci illərdə İsveçin Malmo şəhərində "Malmo" festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində həmçinin, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, eyni ildə Türkiyədə "Boğaziçi" festivalında İstanbul – Ankara şəhərlərində konsert proqramları ilə çıxış etmişdir. 2001–2002-ci illərdə "Bakı – Tiflis – Ceyhan" neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002–2003-cü illərdə Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2006-cı ildə Naxçıvanda "Dövlət müstəqilliyi günü" ilə əlaqədar qastrol səfərlərində olub. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Gülyataq
Gülyataq — Azərbaycan Respublikasının Ağdərə rayonunun Canyataq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Gülyataq kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Gülyatq kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Gülyataq kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Gülyatan bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qumyataq gölü
Qumyataq gölü — Abşeron yarımadasında, Abşeron rayonu inzibati ərazi vahidliyində yerləşən göl. Göl Sumqayıt şəhər inzibati sərhədinə yaxın ərazidə qərarlaşır. Bakı Sumqayıt avtomagistralının bir necə kilometrliyində yerləşir. Sumqayıt şəhəri ilə arasında məsafə 7 km-dir. Qumyataq gölü Abşeron yarımadasında olan digər göllərdən fərli cəhəti ondan ibarətdir ki, bura Ceyranbatan su anbarından kanal axır. Su səbəbdən böyük ehtimalla suyu şirindir. Göldən nasoslarla su Sumqayıtda yerləşən zavodların təminatında istifadə edilən anbarlara vurulur. Kanal, yeraltı və yağış suları ilə qidalanır. Qidalanmasında qar suları oladuqca az iştirak edir. Dərinliyi 1-3 metr arasında dəyişir.
Ulyana Donskova
Ulyana Vyaçeslavovna Donskova (d. 24 avqust 1992) — Rusiyanı təmsil edən bədii gimnast. Ulyana Donskova, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. Ulyana Donskova 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Alina Makarenko, Kseniya Dudkina, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Ulyana Lopatkina
Ulyana Vyaçeslavovna Lopatkina (rus. Ульяна Вячеславовна Лопаткина; 23 oktyabr 1973, Kerç, Krım vilayəti[d]) — rus balet artisti, Mariinski teatrının prima-balerinası (1995–2017). Rusiyanın xalq artisti (2006), Rusiya Dövlət Mükafatı laureatı (1999) və Rusiya Hökumətinin mükafatı laureatı (2015). Ulyana Vyaçeslavovna Lopatkina 23 oktyabr 1973-cü ildə Qara dəniz sahilindəki Kerç şəhərində anadan olmuşdur. Onun valideynləri Vyaçeslav İvanoviç və Yelena Georgiyevna müəllim idilər. Yevgeni adlı bir qardaşı da var. Uşaqlıqda rəqs dərnəklərində və idman gimnastikası bölməsində məşğul olmuşdur. 1991-ci ildə A. Vaqanova adına Rus Balet Akademiyasında professor Natalya Dudinskayanın sinfini bitirərək Mariinski teatrının balet truppasına qəbul olunmuşdur. 1995-ci ildə truppanın prima-balerinası seçilmişdir. 2000-ci ildə "Bayaderka" baletinin nümayişi zamanı topuq nahiyəsindən zədə almasına baxmayaraq, tamaşanı başa çatdıra bilmişdir.
Artak Qulyan
Artak Qulyan (erm. Արտակ Ղուլյան; 28 dekabr 1958, Gülüstan, Şaumyan rayonu) — Ermənistan memarı və dizayneri, memarlıq elmləri doktoru, dosent, Beynəlxalq Memarlıq Akademiyasının professoru. 2013-cü ilin sentyabrında "Ermənistan Respublikasının əməkdar memarı" adını almışdır. O, 2013-cü ilin dekabrında Müqəddəs Üçkilsə Ana Taxtında Vatçe və Tamar Manukyan adına Əlyazmalar Kitabxanası binasının layihəsinə görə Ermənistan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Qulyan bir çox mülki binaların və abidələrin müəllifidir, lakin onun şöhrəti əsasən yeni erməni kilsələrinin təkamül dizaynlarına əsaslanır. == Həyatı == Artak Qulyan 1958-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Şaumyan rayonunun (indiki Goranboy rayonunun bir hissəsi) Gülüstan kəndində erməni ailəsində anadan olmuşdur. Valideynləri kənd məktəbində müəllim olmuşdular. 1976-cı ildə doğulduğu kənddə orta təhsilini fəxri fərmanla başa vuran Qulyan İrəvana köçmüşdür. O, burada Ermənistan Milli Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində təhsil almışdır. 1981-ci ildə universitetdən məzun olmuşdur.