Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülyanaq Məmmədova
Gülyanaq Məmmədova (10 iyun 1973, Böyük Dəhnə, Şəki rayonu) — Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycan Respublikasının xalq artisti (2014), Özbəkistanın xalq artisti (2022). Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi(2023) Azərbaycanın xalq artisti xanəndə Gülyaz Məmmədovanın bacısı. Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980–1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992–1996-cı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində, 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib. 1990–1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən kimi R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995–1997-ci illərdə İsveçin Malmo şəhərində "Malmo" festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, 2000-ci ildə Türkiyədə "Boğaziçi" festivalında İstanbul – Ankara şəhərlərində konsertlər verib. 2001–2002-ci illərdə "Bakı – Tiflis – Ceyhan" neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002–2003-cü illərdə Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2006-cı ildə Naxçıvanda "Dövlət müstəqilliyi günü" ilə əlaqədar qastrol səfərlərində olub. 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Quşçanaqlı dinozavrlar
Quşçanaqlılar (lat. Ornithischia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan dəstəsi. Quşçanaqlılar bitki ilə qidalanan dinozavrlardır; ikişaxəli qasıq sümüklərindən ibarət olan dördşüalı çanaq nahiyəsi və nisbətən inkişaf etmiş qabaq ayaqları olmuşdur. Bəzilərində dişlərinin sayı 1000-ə çatır. Həyat tərzinə görə quşçanaqlı dinozavrlar amfibiotik — quruda və dayaz kontinental su hövzələrində yaşamağa uyğunlaşmış ikiayaqlı, zirehi olmayan (iqvanodontid, ördəkburun), quşayaqlı dinozavrlara və yerüstü dördayaqlı və ikiayaqlı, bədənləri sümük lövhəcik, buynuz törəmələri və buynuzlarla örtülmüş çanaqlılara (steqozavrlar, ankilozavrlar, seritopslar) bölünürlər. Quşçanaqlı dinozavrlar (Gec Yura — Gec Təbaşir) bataqlıqlı meşələrdə və sahil sularında yayılmışdı. Alt Təbaşir çökmələrində qalıqları tapılan iqvanodontların (İquanodon) bədəninin uzunluğu 5 m-ə çatırdı; dal ayaqları üçbarmaqlı olmuşdur. Bəzi formalarda ətraf barmaqları üzgəc pərdəsi ilə bir-birinə birləşmişdir (Saurolophus). Yura dövründə yaşamış, uzunluğu 6 m-ə çatan steqozavrlar dördayaqlı, kiçik kəlləli heyvanlar idi. Onların bel hissəsində skelet sümüyü ilə əlaqəsi olmayan iki cərgə iri sümük lövhələri, quyruğun üzərində isə sivri sümüklər yerləşirdi (Stegosaurus).