TUTQUNLUQ

is.
1. Buludluluq, dumanlılıq; tutqun havanın, göyün vəziyyəti.
Göyün üzünü qar havasına məxsus bir tutqunluq bürümüş, şiddətli küləklə qar yağırdı. S.Hüseyn.
Hər tərəf yaş, duman kimi boz bir tutqunluq içində idi. Mir Cəlal.

2. Batqınlıq, batıqlıq, boğuqluq (səs haqqında).
Valentinanın səsində tutqunluq, yaxud da qondarma bir gümrahlıq duyulsa idi, bəlkə də sözləri bu üç-dörd nəfərdə əks-təsir oyadar( dı). Ə.Əbülhəsən.

3. məc. Qəmlilik, kədərlilik, məyusluq, pərişanlıq, qəmginlik, pərtlik.
Gülyanağın indicə gülümsədiyinə baxmayaraq, sifətindəki tutqunluq, fikir-düşüncənin əksi hələ də qalırdı. Ə.Vəliyev.
Əlikram daxili narazılığını və tutqunluğunu boğub örtülü saxladı. B.Bayramov.

4. məc. Bir şeydə aydınlığın olmaması; dumanlılıq, qeyri-müəyyənlik.
Çar konsulu beynəlxalq vəziyyətin tutqunluğunu hiss etdirməyə çalışırdı. M.S.Ordubadi.

5. Tutqun şeyin halı; solğunluq. İşığın tutqunluğu. Rəngin tutqunluğu.

Синонимы

  • TUTQUNLUQ buludluluq — dumanlılıq — qaranlıqlıq
  • TUTQUNLUQ məyusluq — qəmginlik — kədərlilik — pərtlik — dilxorluq
  • TUTQUNLUQ qaraqabaqlıq
  • TUTQUNLUQ solğunluq — sönüklük — ölgünlük

Антонимы

  • TUTQUNLUQ TUTQUNLUQ – AÇIQLIQ Bir tərəfdən Nazlının tutqunluğu, bir tərəfdən də eyvandakı istilik Bağırı təntitmişdi (İ
TUTQUNLAŞMAQ
TUTMA

Значение слова в других словарях