Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülyaz Məmmədova
Gülyaz Məmmədova (1 may 1970, Böyük Dəhnə, Şəki rayonu) — xanəndə. Azərbaycan Respublikasının xalq artisti (2014). Azərbaycanlı xanəndə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın bacısı. == Həyatı == Məmmədova Gülyaz Zakir qızı 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1977–1987-ci illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988–1992-ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (keçmiş A. Zeynallı adına Musiqi texnikumu) təhsil almışdır. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "solo oxuma" xanəndəlik fakültəsində təhsil almışdır. 1991-ci ildən 2014-cü il mart ayının 1-dək R. Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında solist vəzifəsində çalışmışdır. 1992-ci ildən Milli Opera və Balet Teatrının solistidir. 1996-cı ildən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiq kollecində pedaqoq kimi fəaliyyət göstərir.
Günyə (bürc)
Günyə (lat. Norma) — göyün cənub yarımkürəsində bürc.
Gunaz tv
Günaz TV — mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən Azərbaycan dilində fəaliyyət göstərən televiziya kanalı. 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. 2005-ci ilin may ayından canlı yayıma başlamışdır. == Haqqında == Günaz TV və ya Güney Azərbaycan Televiziyası müstəqil kütləvi informasiya vasitəsidir və 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən yayımlanır. Televiziya heç bir qrup və ya təşkilata bağlı deyil, Beynəlxalq İnsan Haqları, Bəyannamələr və Konvensiyalar əsasında fəaliyyət göstərir. Telekanalın öz fəaliyətində rəhbər tutduğu İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir: GünAz TV 24 saat müxtəlif peyklər vasitəsilə Avropa, Yaxın Şərq, Afrikanın şimal hissəsi və Orta Asiyaya müxtəlif proqramlar yayımlayır. Televiziyanın verilişlərini istənilən vaxt rəsmi saytlarından canlı izləmək mümkündür. === Prinsipləri === İnsan hüquqları və demokratiyaya inanaraq bu istiqamətdə olan öhdəliklərə əməl etmək; Mənəvi-Əxlaqi dəyərlərə sadiq qalmaq; Fikir ayrılığına önəm vermək; İnformasiyanın azad dövriyyəsinin təmin edilməsi; İrqçilik, ayrı-seçkilik və qeyri-bərabərliklə mübarizə; Millətlərin hüquq bərabərliyinin təmini uğrunda fəaliyyət göstərmək; Sülhsevər olmaq, zorakılığın dayandırılması və məsələlərin dialoq və danışıqlar yolu ilə həllinə inanmaq. === Hədəfləri === İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşı dinc və mədəni fəaliyyət; Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımı və dil asimilasyonuna qarşı mübarizə aparmaq; İran İslam Cümhuriyyəti hökuməti senzura, yalan və kütləvi informasiya vasitələrinə təzyiqlərlə Azərbaycan və digər türk toplumunda informasiyanın azad dövriyyəsinə mane olduğu üçün, Güney Azərbaycan türklərini maarifləndirmək məqsədi ilə ədalətli informasiya yaymaq; Azərbaycan və İrandakı digər türk bölgələrində demokratiya, insan hüquqları, söz və əqidə azadlığını inkişaf etdirmək məqsədi ilə prosesi təhlil etmək və informasiya çatdırmaq.