GÜLYAY
GÜLYETƏR
OBASTAN VİKİ
Gülyaz Məmmədova
Azərbaycan Respublikasının Xalq artisti {2014) Gülyaz Məmmədova (1 may 1970, Böyük Dəhnə, Şəki rayonu) — xanəndə. Azərbaycan Respublikasının xalq artisti (2014). Azərbaycanlı xanəndə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın bacısı. == Həyatı == Məmmədova Gülyaz Zakir qızı 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1977–1987-ci illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988–1992-ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (keçmiş A. Zeynallı adına Musiqi texnikumu) təhsil almışdır. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "solo oxuma" xanəndəlik fakültəsində təhsil almışdır. 1991-ci ildən 2014-cü il mart ayının 1-dək R. Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında solist vəzifəsində çalışmışdır. 1992-ci ildən Milli Opera və Balet Teatrının solistidir. 1996-cı ildən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiq kollecində pedaqoq kimi fəaliyyət göstərir.