Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güyəmə
Güyəmə (lat. Periploca) — kəndirkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yunan güyəməsi (Periploca graeca L.) == İstinadlar == Güyəmə:The Plant List saytında takson barədə məlumat.
Hamar güyənə
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. == Yarpaq == Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. == Çiçək == Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Bərkcan Güvən
Berkcan Güven və ya təxəllüsü ilə BEGE (30 may 1996, İstanbul) — Türkiyə internet fenomeni, "YouTuber" və müğənni. O, 2014-cü ildə "YouTube" karyerasına başlamış və indiki dövrdə xüsusilə buraxdığı mahnılarla tanınır. == Karyera == Güven 2013-cü ildə "Vine" sosial şəbəkə platformasında ilə mediaya daxil olmuşdur. O, daha sonra platformanın bağlanması ilə "Instagram" , ardınca "Youtube"da məzmun istehsal etməyə başlamışdır. Güvən 2017-ci ildə "YouTube My Job", daha sonra isə "Re" və "Where?" kimi buraxdığı mahnılarla populyarlığını artırmışdır. Onun "Re" mahnısının klipində müğənni Aleyna Tilki ilə çıxış etməsi də mətbuatda yer almışdır. O, 27 dekabr 2019-cu ildə "Clear Man"in sponsorluğu ilə Kriştiano Ronaldo ilə video çəkmişdir. O, Ben Fero, Reynmen, Unlost və Efe Uygaç kimi şəxslərlə əməkdaşlıq edərək öz nənəsi üçün ianə yayımı başlatmış, Darülacezeyə 200 min TL ianə etmişdir. Bu ianə yayımında Türkiyə futbolçusu Yusuf Yazıcı da ianə etmişdir. == Həyatı == Güvən səs aktyoru və aktyor Burhan Güvənin oğludur.
Gizəm Güvən
Gizəm Güvən (türk. Gizem Güven; 31 dekabr 1993, İstanbul) — Türkiyə aktyoru.
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Ozan Güvən
Ozan Güvən (19 may 1975, Nürnberq, Bavariya) — Türkiyəli serial, kino və teatr aktyoru. 1975-ci ildə Almaniyada doğulan Ozan Güvən Memar Sinan Universiteti Müasir Rəqs Bölümündən məzun oldu. İzmir Bələdiyyə Konservatuarında aktyorluq dərsləri alır və ardından Şahika Tekand Teatrında çalışdı. İkinci Bahar, Çiçəyi Böyütmək, Qoçum Mənim, Əsli ilə Kərəm, Bir İstanbul Nağılı və Canım Ailəm kimi televiziya seriallarının yanında G. O. R. A, A.R.O.G və Yaxşı Qərb filmlərində yaxın dostu olan Cem Yılmazla oynadı. 2005-ci ildə, İkinci Bahar serialı əsnasında tanış olduğu rejissor Türkan Dərya ilə evləndi. Əli Əziz adında 1 uşaqları var. 2010-cu ildə Türkan Dərya ilə boşandılar.
Əzmiyə Hami Güvən
Əzmiyə Hami Güvən (türk. Azmiye Hami Güven; 1904, Konya, Konya vilayəti – 13 oktyabr 1954, Ankara) — Türkiyə yazıçısı. Əzmiyə Hami Güvən Kandilli Anadolu Qız Liseyinin məzunu olmuş, Cümhuriyyət dövrünün ilk türk qadın yazarlarından biri idi. O, 1951-ci ildə "Hemşire Nimet" (Tibb bacısı Nemət) əsəri ilə ilə tanınır.
Quşencə
Quşencə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Quşencə rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. Əhalisi 2199 nəfərdir ki onunda 1110 nəfəri kişi, 1089 nəfəri qadındır. 1. Əhmədağa Şahbaba oğlu Babayev 1968-30.01.1994 2. Nadir Heydər oğlu Heydərov 1973-13.05.1994 3. Hacıyev Eldar Qədim oğlu 1968 - 1993 4.
Quşəncə
Quşencə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Quşencə rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. Əhalisi 2199 nəfərdir ki onunda 1110 nəfəri kişi, 1089 nəfəri qadındır. 1. Əhmədağa Şahbaba oğlu Babayev 1968-30.01.1994 2. Nadir Heydər oğlu Heydərov 1973-13.05.1994 3. Hacıyev Eldar Qədim oğlu 1968 - 1993 4.
Quşencə bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Güvenç Kurtar
Güvenç , 1959 (25 iyul 1960 və ya 25 iyul 1955, Uşak) — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib. == Həyatı == Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub. == Karyerası == === Futbolçu karyerası === Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib.
Sıtkı Güvenç
Sıtkı Güvenç (1 noyabr 1961, Pazarcık[d], Qəhrəmanmərəş ili – 9 fevral 2023, Qəhrəmanmaraş) – Türkiyə siyasətçisi. Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. 1961-ci ildə Qəhrəmanmaraşın Pazarcık ilçəsində doğulmuşdur. İstanbul Universitetinin stomatologiya fakültəsindən məzun olmuş və bir müddət stomatoloq kimi işləmişdir. Qəhrəmanmaraş İl Sağlamlıq Müdirliyində xidmət göstərmiş, Ağız və Diş Sağlamlığı Mərkəzinin baş həkimi olmuşdur. 2011-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Qəhrəmanmaraşdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. Evli və 5 uşaq atası idi. Orta səviyyədə ingiliscə bilirdi. Qardaşı Celalettin Güvenç 2015-ci ildə Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi deputat seçilmişdir.
Qulerme Ximenez de Souza
Qulerme Ximenez de Souza (18 İyun 1995 – 28 Noyabr 2016) — Sadəcə Ximenez kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda müdafiənin sağ cinahında oynayırdı. Ximenez LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri olmuşdur. Ximenez San-Paulu ştatının Ribeyrao Plato şəhərində anadan olmuşdur. Ximenez gənclik illərində Ole Brazil və Komersial-SP klublarında çıxış etmişdir. 2013-cü ilin ortalarından əsas komandada da iştirak etməyə başlamışdır. Öz peşəkar karyerasında debütünü həmin ilin 21 iyul tarixində Paulista Kuboku çərçivəsində İndipendente de Limeyra klubu ilə oyunda etmişdir. Həmin görüşdə klubu 0-0 heç-heçə etmişdir. Ximenez ödənilməmiş əmək haqqı ilə bağlı olaraq 17 aprel 2014-cü ildə klub ilə müqavilə təxirə salır. 2014 Paulista Çempionatında Ximenez sadəcə iki dəfə ehtiyat oyunçular skamyasında yer almışdır.