Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Düvərcin (Nəmin)
Düvərcin (fars. دورجين‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 232 nəfər yaşayır (46 ailə).
Göyərçin
Göyərçin (lat. Columba) — göyərçinlər fəsiləsinə aid heyvan cinsi. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa qıçlı quşlardır. Dimdikləri qısa, zəif quruluşlu, ucu yüngülcə aşağı əyilmişdir. Qanadları orta uzunluqdadır. Olduqca iti uçma qabiliyyətinə malikdirlər. Ayaqları yaxşı inkişaf etmişdir və arxa barmaq yerə dəyir. Meyvələr, dənəli və ya tumlu toxumlarla qidalanırlar. Ağ Göyərçinlər sülhü və saflığı simvolizə edir. Böyük göyərçinlərə "pigeon", daha kiçik göyərçinlərə isə "dove" deyilir.
Göyərçin (Bostanabad)
Göyərçin (azərb. گورچين‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 727 nəfər yaşayır (119 ailə).
Göyərçin (Heris)
Göyərçin (fars. گوگرچين‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (10 ailə).
Göyərçin (Nir)
Göyərçin (fars. گوگرچين‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (41 ailə).
Göyərçin (bürc)
Göyərçin (lat. Columba) — göyün cənub yarımkürəsində bürc. Sahəsi 270,2 kvadrat dərəcədir. Bürc Rusiyanın cənubu vilayətlərində dekabr — yanvar aylarında tamamilə görsənir. Bürcün ən parlaq ulduzu göyərçinin alfası adlanır.
Göyərçin (dağ)
Göyərçin- Azərbaycan Respublikasının Qazax rayonunda dağ. 2. Qobustanda palçıq vulkanı; 3. Cəbrayıl rayonunda dağ. Tədqiqatçılara görə, bu oronimlər peçeneq tayfalarından biri olan küyərçilərin adını əks etdirir. Türkiyənin Qars əyalətinin Kağızman qəzasında Göyərçin adlı iki kənd və bir dağ, keçmiş Cavad qəzasında Göyərçin adlı qışlaq, İrəvan qəzasında Göyərçin adlı xarabalıq, Quba rayonunun Gürzalı kəndində Göyərçin qayası, Laçın rayonunun Minkənd kəndində Göyərçinli təpə və s. qeydə alınmışdır.
Göyərçin (dəqiqləşdirmə)
Quşlar Göyərçin (lat. Columba) — göyərçinlər fəsiləsinə aid heyvan cinsi. Qara göyərçin (lat. Columba janthina) — göyərçin cinsinə aid heyvan növü. Çöl göyərçini (lat. Columba livia) — göyərçin cinsinə aid heyvan növü. Gümüşüzolaqlı göyərçin (lat. Columba jouyi) — göyərçin cinsinə aid heyvan növü. Columba guinea (lat. Columba guinea) — göyərçin cinsinə aid heyvan növü.
Göyərçin (jurnal)
Göyərçin jurnalı - 1958-ci ildə nəşr olunmağa başlanıb. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Azərbaycan xalqının ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər. "Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, Azərbaycan xalqının igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur.
Göyərçin (kənd)
Göyərçin kəndi — Qаrаqоyunlu elinin kəndlərindən biri. == Tarixi == Göyərçin kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. == Əhalisi == Göyərçin kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənddir. Azərbaycanlı əhalisi 1897-ci ildə 257, 1926-cı ildə 271, 1931-ci ildə 205, 1939-cu ildə 237 nəfər olub. 1950-ci ildə yaxınlıqdakı Salah kəndi ilə birləşdirilmişdir, əhalisi də oraya köçürülmüşdür. Kəndin məşhur tayfaları aşağıdakılardır: Göyalılar, Məmmədalılar, Dəmirli, Abdullalı.
Göyərçin Veysəlli
Göyərçin Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Düzənlikdədir. Əsli Göyərcik Veysəllidir. Oykonim Göyərcik (kənd adı) və Veysəlli (etnotoponim) komponentlərindən düzəlib, "Göyərcik kəndi yaxınlığındakı Veysəlli kəndi" deməkdir. Birinci komponent eyni zamanda kəndin adını Daş Veysəlli kəndinin adından fərqləndirməyə xidmət edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Göyərçin fotoqrafiyası
Göyərçin fotoqrafiyası 1907-ci ildə alman əczaçısı Culiyus Nübronner tərəfindən ixtira olunmuş aerofotoçəkiliş texnikasıdır. Miniatür kameranın yerləşdirilməsi üçün poçt göyərçini alüminium qoşqu ilə təchiz olunurdu. Nübronnerin patenti ilk başda qəbul edilmədi, fəqət onun 1908-ci ildə göyərçinləri vasitəsilə çəkdiyi uğurlu şəkillər patentin qəbul olunması ilə nəticələndi. Nübronner texnikasını ilk dəfə 1909-cu ildə Drezden Beynəlxalq Fotoqrafik Sərgisində ictimailəşdirdi. Çəkdiyi şəkillərin bəzilərini Frankfurt Beynəlxalq Aviasiya Sərgisinə, 1910 və 1911-ci illərdə isə Paris Hava Nümayişlərinə poçt kartoçkaları olaraq satdı. İlkin dövrlərdə göyərçin fotoqrafiyasının hərbi kəşfiyyat cəhətdən potensiyalı yüksək idi. Birinci Dünya Müharibəsindəki testlər də müsbət nəticələr göstərmişdi. Müharibədə poçt göyərçinləri üçün düzəldilmiş daşına bilən göyərçin evi texnologiyasının da təsiri az olmamışdı. Aviasiya sahəsində mükəmməlliyin üstün tutulması göyərçin fotoqrafiyasına olan hərbi marağın azalması ilə nəticələndi və beləcə Nübronner eksperimentlərini dayandırdı. Bu fikir 1930-cu ildə İsveç saatsazı tərəfindən dirçəldildi, habelə Alman və Fransız orduları tərəfindən istifadəsi davam etdirildi.
Göyərçin jurnalı
Göyərçin jurnalı - 1958-ci ildə nəşr olunmağa başlanıb. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Azərbaycan xalqının ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər. "Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, Azərbaycan xalqının igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur.
Göyərçin noxudu
Göyərçin noxudu (lat. Cajanus cajan) — paxlakimilər fəsiləsinin kayanus cinsinə aid bitki növü.
Göyərçin qəsri
Gövərçinqala qəsri və ya Kazım daşı — İranın Qərbi Azərbaycan ostanında Urmiya gölündə yerləşən qəsr. Urmiya gölünün içində iki dağ kimi ada var ki, adaların birində qəsr tikilib. 10 il əvvəl bu təbii qəsr hər tərəfdən su ilə əhatələnmişdi və oraya ancaq qayıqla çatmaq olardı. İndi isə Urmiya gölünün kəskin dayazlaşmasına görə adalara quru ilə getmək olar. İranın ən böyük duzlu gölü Urmiyanın 1/3 quruyub. Burada müharibə və ara çəkişmələri vaxtı ətrafda yaşayan əhalinin sığınacağı idi. Qəsrin adada olması düşmənlərin ona yaxınlaşmasını əngəlləyirdi. İndi Qala-qəsr pis, dağınıq vəziyətdədir.
Göyərçin xanım
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Gümüşüzolaqlı göyərçin
Gümüşüzolaqlı göyərçin (lat. Columba jouyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Qara göyərçin
Qara göyərçin (lat. Columba janthina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü. C. j. janthina C. j. nitens C. j.
Sarıgöz göyərçin
Sarıgöz göyərçin (lat. Columba eversmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Euseius querci
Euseius querci (lat. Euseius querci) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Ağ-qara göyərçin
Ağ-qara göyərçin (lat. Columba leucomela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Beyt Quvrin Milli Parkı
Beyt Quvrin-Mareşa Milli Parkı (ivr. ‏בית גוברין - מרשה‏‎) — İsrailin mərkəzində, Kiryat Qat şəhərindən 13 km uzaqlıqda yerləşən milli park. Milli parkda ilk məbəd dövründə Yehuda Krallığı üçün əhəmiyyətli şəhərlərdən biri olan Mareşa və Roma İmperiyası dövründə Eleteropol kimi tanınan Beyt Quvrin şəhərinin qalıqları yerləşir. Milli parkda aparılan qazıntı işlərində yəhudi məzarlığı, Bizans-Roma amfiteatrı, Bizans kilsəsi, ictimai hamamlar, mozaikalar, məzar mağaralar aşkarlanmışdır. == Tarixi == Mareşa şəhəri haqqında ilk məlumatlar Yehuda qəbiləsinə qədər uzanır. Yəhudi Bibliyasına görə şəhər Rovoam tərəfindən Misirə qarşı müdafiə edilmişdir. Yehuda Krallığının dağıdılmasından sonra şəhər İdumeya Krallığının parçası olmuşdur. Gec fars dövründə şəhərdə saydanlar məskunlaşmışdırlar və şəhər e.ə. 259-cu ildə Zenon papirusunda qeyd olunmuşdur. Makkabi üsyanı zamanı şəhər makkabilərə qarşı müdafiə olunduğundan zərər görmüşdür.