Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gümrüx kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi. Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib.
Qəmbuh
Qəmbuh - X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapmış Bali tamaşalarının qədim formalarından biri. Qəmbuhun X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapdığı söylənilir. Bali kralı Udayananın Kedirili (Şərqi Yavada dövlət) şahzadə xanım Şri Qunapriya Dharmaputra ilə izdivacı Bali ilə Şərqi Yavanın vahid dövlət şəklində birləşməsilə nəticələndi. Bali tarixini əks etdirən lontarlardan (qədimdə Cənubi Asiyanın bir sıra bölgələrində kağızı əvəz edən material; “palma yarpağında yazılmış manuskript” kimi tanınan lontarlar müqəddəs mətnlərin köçürülməsi üçün bu gün də İndoneziya ərazisində istifadə olunmaqdadır) biri “Çandra Senqkala” (1007) kral Udayanın sarayında Qəmbuh tamaşalarının göstərilməsi üçün bale adlanan xüsusi üstüörtülü səhnə quraşdırıldığı barədə məlumat verir. Bu gün Balidə mövcud olan bütün saray komplekslərində bale pa Qəmbuhan adlanan səhnələr möcuddur. Qəmbuh qısa şəkildə başqa iki lontarda da xatırlanır. “Babad Dalem” (1455) lontarında Amad Mohammad haqqında hekayənin tamaşasından danışılır. Bu tamaşa Macapahit imperiyası Balini işğal etdikdən sonra Bali kralı təyin olunan Yava şahzadəsi Şri Dalem Smara Kepakisanın maliyyə dəstəyi ilə hazırlanmışdı. “Panitetalaninq Qəmbuh” (1812) lontarı isə gianyarlı müəllimlər Sabda və Qoya, həmçinin blahbatuhlu Vayan Batubulanın adlarını XIX yüzillikdə “Qəmbuhun qızıl əsri”nin böyük sənətkarları qismində hallandırır. İstənilən halda, Qəmbuhun qədim rəqs-dram olması haqqında yazılı mənbələr danışsa da, bugünkü tamaşaların X əsrdəki tamaşalarla nə dərəcədə eynilik təşkil etməsi məsələsi həllini tapmayıb.
Gecux
Gecux — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıya alınması zamanı kənddə 6,367 nəfər yaşayırdı və onların 4,585 nəfəri etnik azərbaycanlılar idi.
Qumux
Qumux — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Baş Laysqi kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qumux kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kəndin əhalisi 1035 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 517 nəfəri isə qadındır. Qumux kəndinin əhalisin ilk məskunlaşma yeri kimi tarixi faktlarda Dagıstanın Qazıqumux dairəsi olduğu göstərilir; Dairə əhalisinin bir hissəsi XIX əsrin ortalarında Şəki rayonu ərazisinə köçmüşdürlər.
Emou
Emu (lat. Dromaius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi. Bu fəsiləyə yeganə Adi emu (Dromaius novaehollandiae) (Latham, 1790) növü daxildir. 1980-ci ilə qədər dəvəquşukimilər dəstəsinin nümayəndələri də bu fəsiləyə aid edilirdi. Emu dəvəquşuna oxşayır, uça bilmir, bir neçə növü məlumdur. Hamısı Avstraliyada yayılmışdır. Üç barmağı var. Bu dəstəyə daxil olan emu Avstraliyanın kollu səhralarında və bozqızlarda məskən salır. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vurur. Dişi emu bir neçə yumurta qoyur, erkək emu kürt yatıb bala çıxarır və onları gəzdirib qayğısına qalır.
Qamux bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.