Qumux

QumuxAzərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Baş Laysqi kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qumux kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2]

Qumux
41°21′46″ şm. e. 47°04′40″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qumux xəritədə
Qumux
Qumux

Kəndin əhalisi 1035 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 517 nəfəri isə qadındır. Qumux kəndinin əhalisin ilk məskunlaşma yeri kimi tarixi faktlarda Dagıstanın Qazıqumux dairəsi olduğu göstərilir; Dairə əhalisinin bir hissəsi XIX əsrin ortalarında Şəki rayonu ərazisinə köçmüşdürlər.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.