Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəmiricilər
Gəmiricilər (lat. Rodentia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. == Fəsilələri == Bu dəstəyə 7 fəsilə və 18 cinsdə birləşmiş 37 növ daxildir. Fəsilələrin tərkibi aşağıdakı kimidir: Sciuridae (Sincabkimilər) fəsiləsinin Sciurus (Sincablar) cinsində 2 növ Hystricidae (Tirəndazkimilər) fəsiləsinin Hystrix (Tirəndazlar) cinsində bir növ Myocastoridae (Nutriyakimilər) fəsiləsinin Myocastor (Nutriyalar) cinsində bir növ Gliridae (Süleysinkimilər) fəsiləsinin Glis (Süleysinlər) və Dryomys (Meşə süleysinləri) cinslərində 2 növ Dipodidae (Ərəbdovşanıkimilər) fəsiləsinin Allactaga (Yer dovşanları) cinsində 2 növ Muridae (Siçankimilər) fəsiləsindən 4 cins: Rattus (Siçovullar) – 2 növ, Mus (Siçanlar) – 2, Apodemus (Meşə və Tarla siçanları) – 5, Micromys (Cırtdan siçanlar) – 1 Cricetidae (Siçancıqkimilər) fəsiləsinə daxil olan 8 cinsdən Calomyscus (Siçanabənzər siçancıqlar), Cricetulus (Boz siçancıqlar), Mesocricetus (Orta siçancıqlar), Ellobius (Korcalar), Arvicola (Su siçovulları) cinslərinin hərəsində bir növ, Meriones (Kiçik qum siçanları) – 5, Chionomys (Qar çöl siçanları) – 3, Microtus (Boz çöl siçanları) – 6 növ aiddir.Azərbaycan rodentofaunasının əsasını Cricetidae (8 cins və 19 növ) və Muridae (4 cins və 9 növ) fəsilələri təşkil edir. Ayrı-ayrı növlərin ərazimizdə yayılması müxtəlifdir (xəritə ). Geniş yayılmış, adi saylı və çoxsaylı növlərə Mus musculus (ev siçanı), Apodemus (Sylvaemus) uralensis (kiçik meşə siçanı), A. (S.) fulvipectus (sarıqarın siçan), Cricetulus migratorius (boz siçancıq), Arvicola terrestris (su siçovulu) aiddirlər. Onlar demək olar ki, 2300–2500 m hündürlüyə qədər bütün tipik lanşaftlarda məskən salmışlar. Arid landşaftlarda gəmiricilər əhalisinin əsasını yuxarıda qeyd olunan növlərlə yanaşı ilk növbədə Microtus socialis (ictimai çöl siçanı), Scarturus elater və Meriones (Qum siçanları) cinsindən olan iki növ təşkil edir. Sonuncular qeyribərabər yayılmışdır. Meriones libycus (qırmızıquyruq qum siçanı) Böyük Qafqazın dağətəklərində, Kür-Araz ovalığında çoxsaylıdır, M. tristrami (Kiçik Asiya qum siçanı) isə Kür-Araz düzənliyinin sağ qolunda və Talışın dağətəyi və dağüstü cöllərində yayılmışdır (Eyqelis, 1980).
Dəmirçilər
== Kəndlər == Dəmirçilər (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Dəmirçilər (Dəmirçilər, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Dəmirçilər (Birinci Şıxlı, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. 14 iyul 1998-ci ildə ləğv edilmişdir. Dəmirçilər (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Dəmirçilər (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Dəmirçilər (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Dəmirçilər — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Dəmirçilər (Dəmirçilər, Qazax)
Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Kənd Coğaz çayının sahilində, dağın ətəyində yerləşir. == Toponimikası == Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə çevrilmişdir. "Dəmirçilər" adında Qazax rayonunun Birinci Şıxslı inzibati ərazi dairəsində də kiçik kənd mövcud olmuş, 14 iyul 1998-ci ildə ləğv edilmişdir. == Əhalisi == 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən kənddə 1489 nəfər əhali yaşayır. Əhalinin 736 nəfəri kişilər, 753 nəfəri qadınlardan ibarətdir.
Dəmirçilər (Loru)
Dəmirçilər, Demirçilar, Qoçavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. 1937-ci ilə qədər Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində Demirçilar kimi qeyd edilir. Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən dəmirçilər etnonimi əsasında əmələ gəlmişdir. XIII əsr tarixçisi Şəhabəddin Nəsəvi dəmirçiləri Cingiz xanın nəsli ilə bağlayır. «Azərbaycanın coğrafi adlar» kitabında dəmirçi tayfasının şahsevən qəbiləsinə mənsub nəsil olduğu göstərilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Qoçavan qoyulmuşdur.
Dəmirçilər (Qazax)
Dəmirçilər (Dəmirçilər, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Dəmirçilər (Birinci Şıxlı, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. 14 iyul 1998-ci ildə ləğv edilmişdir.
Dəmirçilər (Qubadlı)
Dəmirçilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvıləri tərəfindən işğaldan azad edilmişdir Dəmirçilər kəndinin adı "dəmirçilər tayfası"nın adı ilə əlaqədardır. XVI əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən "dəmirçilər" sonralar "qazax tayfa birliyi"nin ən qüdrətli tirələrindən birinə çevrilmişdilər. İndi Azərbaycanda "şahsevənlər" və onlara birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə vermişdilər. Bu kənd sakinləri arasında onların çoxlu nəsilləri yaşayır. Qubadlıda Dəmirçilər və Muradxanlı kəndlərində də həmin tirəyə məxsus ailələr çoxdur. Dəmirçilər və Muradxanlı sakinləri arasında şahsevənli tayfalarının çoxlu nəsilləri var. Dəmirçilər sözü Azərbaycan toponomiyasında omonim yer adlarındandır. Kəndi Dəmirçilər nəslinə mənsub ailələr salmışlar.
Dəmirçilər (Tərtər)
Dəmirçilər — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Dəmirçilər Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini 1918-ci ildə baş vermış erməniazərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş ailələr salmışdılar. Yaşayış məntəqələri dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur. "Xan arxı" adlanan məşhur arx Dəmirçilər kəndini iki hissəyə bölür - rəmə məhəlləsi və aşağı məhəllə. Deyilənə görə bu arxı Qarabağ xanı İbrahimxəlil xan çəkdirib. Kəndi Tərtər-Goranboy magistral yolundan 5 km-lik məsafə ayırır. Dəmirçilər kəndi düzən ərazidə yerləşir, lakin buradan Murovdağın zirvəsi açıq-aydın görünür.
Dəmirçilər (Xocalı)
Dəmirçilər — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur.1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad etmişdir.
Dəmirçilər bələdiyyəsi
Dəmirçilər bələdiyyəsi (Qazax) — Qazax rayonunda bələdiyyə. Dəmirçilər bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə.
Dəmirçilər məhəlləsi
Dəmirçilər məhəlləsi — Şuşanın yuxarı 8 məhəllələrindən biri. Hər məhəllədə hamam, məscid və bulaq olduğu kimi Dəmirçilər məhəlləsinin də hamamı, məscidi, bulağı var idi. == Yaranma tarixi == Pənahəli xanın oğlu İbrahimxəlil xan tərəfindən Şuşanın şərq hissəsində Aşağı məhəllədən fərqli olaraq nisbətən dağlıq və sıx meşəli ərazidə 8 məhəllədən ibarət ikinci böyük Yuxarı məhəllənin təşkil olunması 1759–1805-ci illəri əhatə etməklə II dövrü təşkil edir. == Haqqında == Məhəllə öz adını orada yaşayan eyniadlı türk tayfasının adından götürmüşdür. Bəzən isə məhəllənin dəmirçiliklə məşğul olan sənətkarların burada yaşadığına görə belə adlandırıldığı deyilir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Dəmirçilər məhəlləsində eyniadlı türk tayfasından olan dəmirçilər yaşayırdılar. Dəmirçilər "Şeytanbazar" ətrafında yaşayıb işləyirdilər. == Toponomikası == Məhəllə dəmirçi peşə sahiblərinin, sənətkarlarının çoxluq təşkil etməsi baxımından, nəsillikcə dəmirçi peşəsinə məxsus, eyni adlı türk tayfasının nümayəndələrindən ibarət sənətkarların cəm olduğu məhəllə olduğundan adlandırılmışdır.
Dəmirçilər məscidi
Dəmirçilər məscidi – Qubadlı rayonunda yerləşən məscid. Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün "güldəstə" quraşdırılmışdır. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan gümbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanmışdır. XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır.
Dəmirçilər nekropolu
Dəmirçilər nеkrоpоlu — Şərur rаyоnunun Dəmirçi kəndindən şimаldа, dаğ silsiləsinin düzənliyə yеnən yаmаcındа yеrləşir. Nеkrоpоl tаmаmilə dаğıdıldığındаn qəbir tiplərini müəyyən еtmək mümkün оlmаmışdır. Tədqiqаtçılаrın məlumаtınа görə, Dəmirçi nеkrоpоlundаkı qəbirlər dаş qutu tipli оlmuşdur. Dаğıdılmış qəbir аbidələrindən çəhrаyı və bоz rəngdə bişirilmiş gil qаblаr аşkаr оlunmuşdur. Kаsа tipli qаblаrın аğzının kənаrındа dеşikli qulаqcıqşəkilli çıхıntılаrı vаrdır. Gil qаblаrın üzəri dаlğаlı хətlər və sünbülşəkilli bаsmа оrnаmеntlə nахışlаnmışdır. Bu tip kеrаmikа məmulаtı Еrkən Dəmir dövrü üçün хаrаktеrikdir. 2007-ci ildə aparılan araşdırmalar zamanı nekropolda kurqan tipli abidələr də aşkar edilmişdir. Nеkrоpоlu е.ə. II-I minilliklərə аid еtmək оlаr.
Dəmirçilər türbələri
Dəmirçilər türbələri — Azərbaycanın Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən, XIV əsrə aid iki qülləvari türbə.Türbələrdən biri Ağaçayın sağ sahilində yerləşir. Türbə planda səkkizbucaqlı formadadır. İçəridə qapı gözü qarşısındakı üzdə kiçik mehrab tağçası quraşdırılmışdır. İç divarlar yaxşı yonulmuş daşlarla üzlənmişdir. Səkkizüzlü günbəzin dairəvi əsasına keçid künclərdə bütöv daşdan yonulmuş tromplar qoymaqla yerinə yetirilmişdir. Trompların üstündəki karnizə sferik günbəz söykənir. Türbənin tavanının forması Macar şəhərindəki türbələrin formasına bənzəsə də, tamamilə fərqli tərtibatda, eləcə də fərqli formalı baraban ilə kəskin şəkildə fərqlənir. Türbələrin pərvazları sadə pərvaz növlərinə aiddir.2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli sərəncamı ilə hər iki türbə dövlət tərəfindən mühafizə olunan obyektlər siyahısına daxil edilmiş və "respublika əhəmiyyətli memarlıq abidələri" elan edilmişdir.
Dəmirçilər xalçaları
Dəmirçilər xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Azərbaycanın Qazax şəhərindən 9 km qərbdə yerləşən Dəmirçilər kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Dəmirçi Həsən" adlandırırlar. Dəmirçilər xalçaları həmçinin, Qazax rayonunun Daş Salahlı, Kosalar və Ürkməzli kəndlərində də istehsal edilirdi. Dəmirçilər xalçaları Qazax xalçalarının yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == Bədii analiz == "Dəmirçilər" adı ilə tanınan bu xalçalar müxtəlif quruluşda olur. Əsas halda onlar üs üsulda təqdim edilir. === I üsul === Birinci üsulla toxunmuş xalçaların ara sahəsinin kompozisiyası səkkizbucaqlı göllərdən ibarətdir. Göllərin içindəki qarmaqşəkilli elementlər daxili kvadratın ətrafında simmetrik yerləşmişdir. Ara sahədəki göllərin sayı xalçanın uzunluğu ilə təyin olunur.
Dəmirçilər bələdiyyəsi (Qazax)
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəmirçilər məhəlləsi (Gəncə)
Dəmirçilər məhəlləsi — Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllə. == Haqqında == Dəmirçilər məhəlləsi Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllədir. Bu məhəllə bəhs olunan mərhələdə Gəncənin əsas sənətkar məhəllələrindən olmuşdur. Şimaldan Sofulu, şərqdən İmamlı, cənubdan Şah Abbas meydanı (Dəmirçi bazarı, Sərrac bazarı, Dəmirçi karvansarası və Çökək hamam xətti ilə), qərbdən yenə də Sofulu məhəlləsi ilə hüdudlanırdı. Məhəllənin adı Şahsevənlərin altı böyük tayfalarından biri olan Dəmirçilərlə əlaqədardır. XIII əsrin tarixçisi Şəhabəddin Nəsəvi dəmirçilərin Çingiz xan nəslindən olduğunu, XIX əsrdə yaşamış M. M. Xəzani isə onların Azərbaycana XVIII əsrdə Pənahəli xan Cavanşirin dövründə gəldiyini yazırlar. Gəncədən başqa "dəmirçilər" toponiminə Qazax, Qubadlı və Tərtər rayonlarında kənd, Şuşa şəhərində məhəllə adı kimi rast gəlirik. Məhəllədə yerləşən Dəmirçi bazarında çilingərlər, bıçaqçılar, zirehgərlər, fəttahlar, nalbəndlərin ticarət cərgələri uzanıb gedirdi.
Dəmirçilər yaşayış yeri
Dəmirçilər yаşаyış yеri — Оrdubаd rаyоnunun Tivi kəndindən şərqdə, təpənin üzərində yеrləşir. Yаşаyış yеrinin ərаzisində bünövrəsi dаşdаn inşа оlunmuş dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı qаlmışdır. Yаşаyış yеri hər tərəfdən dərin dərə ilə əhаtə оlunmuşdur. Sаhəsi 4 hеktаrdır. Ахtаrışlаr nəticəsində tikinti qаlıqlаrı, kеrаmikа məmulаtı, əmək аlətlərinin pаrçаlаrı, оbsidiаn qəlpələri, dəmir əşyаlаrın qаlıqlаrı аşkаr оlunmuşdur. Mədəni təbəqə kül qаrışıq tоrpаq lаylаrındаn ibаrət оlub, çəhrаyı rəngli gil qаb pаrçаlаrı, çiy kərpic qаlıqlаrı ilə zəngindir. Tikinti qаlıqlаrınа əsаsən dеmək оlаr ki, binаlаr dаşdаn və çiy kərpicdən inşа оlunmuş, bərkidici məhlul kimi əhəngdən və pаlçıqdаn istifаdə оlunmuşdur. Kеrаmikа məmulаtı bаşlıcа оlаrаq çəhrаyı rəngdə bişirilmiş gil qаb pаrçаlаrındаn ibаrətdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, аbidəni III-X əsrlərə аid еtmək оlаr.
Dəmirçilər (Birinci Şıxlı, Qazax)
Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidi tərkibindəki Dəmirçilər kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Dəmirçilər" adında Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidinin tərkibində bir başqa kənd də mövcuddur. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.