Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəraylar
Gəraylar (Geraylar, Giraylar (əski ərəb əlifbası ilə: كرایلر; tək halda: (Gəray) كراى) — Krımda, XV əsrin əvvəllərindən 1783-cü ilə qədər — Krım xanlığının Rusiya imperiyası tərəfindən işğalına qədər, hakimiyyətdə olmuş hökmdar sülaləsi. Sülalənin banisi Krımın ilk xanı olmuş I Hacı Gəraydır. O, uzun müddət Krımın Qızıl Ordadan ayrılması və müstəqilliyi uğrunda mübarizə aparmışdır. I Hacı Gərayın nəsil şəcərəsi barədə bir neçə versiya mövcuddur ki, bu da tarixçilər arasında mübahisələrə yol açır. Gərayların özlərinin rəsmi açıqlamalarına görə onlar Çingiz xanın nəslindəndirlər. Amma ehtimal var ki, əslində I Hacı Gəray heç də Çingiz xan nəslindən yox, əslində məşhur monqol-türk mənşəli gəraylar nəslindən idi və onun Çingiz xan nəslindən olması sonradan uydurulmuşdur. Bu sülələnin bəzi nümayəndələri isə Kazan, Həştərxan və Qasım xanlıqlarında hakimiyyətdə olmuşlar. Sülalənin nümayəndələrində biri - Dövlət Gəray, tarixdə daha çox, Rus çarı İvan Qroznı ilə etdiyi müharibələri ilə yadda qalmışdır. Hal-hazırda bu nəsildən olan və Londonda yaşayan Cəzzar Pamir Gəray Krım taxtının qanuni varisi hesab edilir. == "Gəray" sözü haqqında == Bu söz, sülalənin banisi olan I Hacı Gərayın adı idi və I Hacı Gərayın 6-cı oğlu olan I Mənqli Gəray tərəfindən soyadı kimi qəbul edilmişdir, - mənası "doğru", "ədalətli" deməkdir.
Hisar Gərmxan
Hisar Gərmxan — İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Gərmxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 716 nəfər və 182 ailədən ibarət idi.
Səbihə Rüfət Gürayman
Səbihə Rüfət (Ecəbilgə) Gürayman (türk. Sabiha Rıfat (Ecebilge) Gürayman; 1910, Bitola, Osmanlı imperiyası – 4 yanvar 2003, İzmir) — Türk inşaat mühəndisi və voleybolçu. Türkiyənin ilk qadın inşaat mühəndislərindən biri və Fənərbaxça İdman Klubuun ilk qadın voleybolçusu olub. Ölkənin müxtəlif yerlərində bir çox məktəb, dövlət idarələri və rəsmi binaların tikintisində çalışan Səbihə xanım Anıtkabirin tikintisində nəzarət rəisi vəzifəsində çalışıb. Səbinə Gürayman1910-cu ildə Bitolada anadan olub. Onun atası kapitan Rüfət bəy Hərəkət Ordusu ilə İstanbula gələn zabitlərdən biri idi. İstanbula gəldikdən sonra ailəsini Monastırdən gətirərək Üsküdarda məskunlaşıb. Ailə Türkiyə İstiqlaliyyət müharibəsi zamanı əvvəlcə Bigada, sonra isə işğal altında olan İstanbulda yaşayıb. Səbihə xanım ilk təhsilini Beşiktaş Əsma Sultan İbtidai məktəbində alıb. 1925-ci ildə Nişantaşı Qız Orta məktəbini bitirib, daha sonra İstanbul Qız Liseyində oxuyub.
Alp Gəray (I Mehmed Gərayın oğlu)
Alp Gəray (krımtat. Alp Geray)(v. noyabr 1523, Həştərxan, Həştərxan xanlığı) — Krım xanı I Mehmed Gərayın oğlu, Krım kalqayı. == Həyatı == Doğum tarixi bilinmir. Krım xanı I Mehmed Gərayın oğludur. İlk illəri barədə yetərli məlumat yoxdur. Haqqındakı ilk məlumat isə əmisi kalqay Topal Əhməd Gərayın üsyanıyla bağlıdır. Belə ki, atasının səltənəti dövründə əmisi kalqay Topal Əhməd Gəray Moskva knyazı III Vasiliylə ittifaq quraraq ona qarşı ayaqlandı. 1519-cu ilin martında I Mehmed Gəray oğulları Bahadır və Alp Gərayı, üsyankar qardaşını məğlub etmək üçün Perekop qalasına göndərdi. Bahadır Gəray Perekop qalasında qalaraq Krımdan qaçış yolunu bağladı.
Qaraxan
Qaraxan və ya Qara xan: Qaraxan (Ağyaxa) — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Qaraxan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qara xan (xaqan) — Türk mifologiyasında əfsanəvi xan. Qara xan (Talış xanı) — Talış xanı Cəmallədin Mirzə bəyin ən məşhur ləqəbi.
Qaraxan (Soyuqbulaq)
Qaraxan (fars. قره خان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 637 nəfər yaşayır (84 ailə). Əhalisini kürdlər təşkil edir.
Qaraxan Mirzəyev
Qaraxan Ağaxan oğlu Mirzəyev (28 yanvar 1951)—fizika-riyaziyyat elmləri doktoru, professor, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin riyazi analiz kafedrasının professoru. Qaraxan Ağaxan oğlu Mirzəyev 28 yanvar 1951-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub.
Qaraxan (Ağyaxa)
Qaraxan — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Əhalisi 579 nəfərdir (2022).