Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qastrit
Qastrit — mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər. Qastrit gedişinə görə kəskin və xroniki olar bilər. Qarın nahiyəsində təkrarlanan şiddətli ağrı və qusma appendisitin əlaməti ola bilər. Appendisit çox vaxt qastritlə səhv salınır. Müalicə olunmayan appendisit həyati təhlükə yarada bilər. Kəskin qastrit mədənin hansısa səbəbdən kəskin qıcıqlanmasının nəticəsində əmələ gəlir və öz növbəsində 4 tipə ayrılır : Kataral və ya sadə qastrit - çox vaxt yüngül zəhərlənmələr və qeyri-düzgün qidalanma nəticəsində yaranır . Fibrinoz qastrit - adətən turşularla zəhərlənmələr və ya ağır infeksion xəstəliklər zamanı yaranır . Korroziv qastrit ( nekrotik, toksiki-kimyəvi qastrit) - ağır metalların, qatı halda turşuların və qələvilərin mədəyə düşməsi zamanı yaranır.
Qastrin
Qastrin — mədənin parietal hüceyrələri tərəfindən mədə turşusunun ifrazını stimullaşdıran və mədə hərəkətliliyinə kömək edən peptid hormonu. Mədə, onikibarmaq bağırsağın və mədəaltı vəzin pilorik bölgəsində G hüceyrələri tərəfindən sərbəst buraxılır. İnsanlarda GAS geni 17-ci xromosomun uzun qolunda yerləşir (17q21) Qastrin onikibarmaq bağırsağın və pilorik bölgənin G hüceyrələri tərəfindən istehsal olunan xətti peptid hormondur. Qana ifraz olunur. Qastrinin 3 əsas təbii növü var: "böyük qastrin" və ya qastrin-34 — 34 amin turşusundan ibarət polipeptid "kiçik qastrin" və ya 17 amin turşusundan ibarət qastrin-17 "miniqastrin" və ya qastrin-14, 14 amin turşusundan ibarət Həmçinin, pentaqastrin süni şəkildə sintez edilmiş qastrinin C-terminus ucundakı son 5 amin turşusu ardıcıllığı ilə eyni olan 5 amin turşusu ardıcıllığıdır. Rəqəmlər amin turşularının sayını göstərir. Qastrin müəyyən stimullara cavab olaraq sərbəst buraxılır. Bunlara daxildir: mədənin pilor bölgəsinin genişlənməsi azan sinirinin stimullaşdırılması mədədə qismən həzm olunan zülalların, xüsusən də amin turşularının olması. Aromatik amin turşuları qastrin ifrazının xüsusilə güclü stimulyatorlarıdır. hiperkalsemiya (kalsium qəbul edən reseptorlar vasitəsilə) Qastrinin sərbəst buraxılması aşağıdakılar tərəfindən maneə törədilir: mədə turşunun (ilk növbədə ifraz olunan HCl) olması (mənfi rəy halı) somatostatin həmçinin sekretin, GIP (qastroinhibitor peptid), VBP (vazoaktiv bağırsaq peptidi), qlükaqon və kalsitoninlə birlikdə qastrinin sərbəst buraxılmasını maneə törədir.
Kartric
Kartric (en. cartridge - atəş silahları üçün güllə) — lazer printerləri və surətçıxartma qurğuları üçün nəzərdə tutulmuş xüsusi hissədir. Müəyyən müddətdən sonra, şəkillərin keyfiyyəti aşağı düşməyə başladıqda gurğuların kartiricləri dəyişdirilməlidir.
Kastris
Kastri — Sent-Lüsiya dövlətinin paytaxtı və iqtisadi mərkəzi. Adanın şimal-qərbində, Port-Kastri körfəzinin kənarında və Viqi yarımadasında yerləşir. Burada adanın üçdə biri yaşayır, xarici ticarət əlaqələrinin 80 % keçir və əsas təşkilatlar və müəssisələr yerləşir. Əhalisi 60 200 nəfər (2003). Fransızlar tərəfindən XVIII əsrdə salınıb, üç dəfə 1785, 1812 və 1948 illərdə güclü yanğından zərər çəkib, ona görə də tarixi binaları yoxdur. Turizm inkişaf edib.
Astrid Lindqren
Astrid Lindqren (14 noyabr 1907[…] – 28 yanvar 2002[…], Stokholm, İsveç) — İsveç yazıçısı olmuşdur. O dünyada ən məşhur uşaq kitablarının müəllifi sayılır. Dünyada onun kitabları bir çox dillərə tərcümə edilmiş və milyon nüsxələrlə çap olunmuşdur. Ən çox tanınan əsərləri "Balaca və damda yaşayan Karlson", "Pippi Uzuncorablı"dır.[mənbə göstərin] == Uşaqlığı == Astrid Lindqren Samuel Erriksonun və onun həyat yoldaşı Hanna Erriksonun ikinci uşağı kimi dünyaya gəlir. Onun bir böyük qardaşı, Gunnar, və iki kiçik bacıları, Stina və İnqered, var idi. O öz uşaqlığının çox xoşbəxt keçdiyini yazırdı. 1914-cü ildə Astrid məktəbə gedir. Adətə görə adi insanlar üçün məktəb üç ildən artıq davam etmirdi. Yalnız varlı adamların uşaqlarının təhsilini davam etdirməyə imkanı çatırdı. Bunun üçün 46 Kron ödəmək lazım idi.
Astrid İvask
Astrid İvask (7 avqust 1926, Riqa – 24 mart 2015, Riqa) ― Latviya-ABŞ şairi. == Həyatı == Riqa şəhərində doğulmuş İvaskın ilk adı Astrid Helena Hartmanis idi. Onun atası Martins Hartmanis Latviya silahlı qüvvələrinin generalı idi, anasının adı İrma Mariya Hartmanis idi. Kompüter alimi Yuris Hartmanis onun qardaşı idi. 1940-cı ildə Sovet İttifaqının Latviyanı işğal etməsindən sonra general Hartmanis Sovet İttifaqı tərəfindən həbs edildi. O, 1941-ci ildə edam edildi, lakin ailəsi bu məlumatı ancaq 1991-ci ildə SSRİ-nin süqutundan sonra öyrənə bildi. İvask, anası və qardaşı 1944-cü ildə Latviyadan Almaniyanın yeri dəyişilmiş şəxslər üçün nəzərdə tutulan düşərgələrə yollandılar. İvask Marburq Universitetində dillər üzrə təhsil aldı. O, sonradan yazırdır ki, "Marburqda mənim önümə Avropanın intellektual həyatı açıldı. Universitetdə oxuduğum üç il ərzində bəziləri sağ, bəziləri çoxdan ölmüş yeddi xarici dil ilə işlədim və fin-uqor mədəniyyətinə heyran qaldım".
Belçikalı Astrid
Belçikalı Astrid Jozefina-Şarlotta Fabrizya Yelizaveta Paola Mariya (fr. Astrid Joséphine-Charlotte Fabrizia Elisabeth Paola Marie de Belgique; 5 iyun 1962, Brüssel) — Belçika kralı II Albertin qızı, Belçika şahzadəsi. 22 sentyabr 1984-cü ildə Avstriya-Este ailəsindən hersoq Lorenzo ilə evləndi və cütlüyün 5 övladı dünyaya gəldi. Şahzadə Amadey Mari İosif (21 fevral 1986) Şahzadə Mariya Laura Zita (26 avqust 1988) Şahzadə Joakim Karl-Mari (9 dekabr 1991) Şahzadə Luiza Maiya Anna (11 oktyabr 1995) Şahzadə Laetiya Mariya Nora (23 aprel 2003) == Mənbə == Guenther, Rocío (7 December 2016). "City Welcomes Princess Astrid of Belgium to San Antonio". San Antonio Report. Liban, Délégation de l'Union Européenne au (3 October 2019). "Envoyé spécial en visite au Liban pour l'encourager à prendre des mesures concrètes pour adhérer au traité historique de désarmement humanitaire". Libnanews, Le Média Citoyen du Liban (in French) Genealogisches Handbuch des Adels, Furstlicher Hauser Bande XVI, C.A. Starke Verlag, Haus Osterreich, Limburg, 2001, pp.
Lal Bahadur Şastri
Lal Bahadur Şastri (hind. लालबहादुर शास्त्री, 2 oktyabr 1904 — 11 yanvar 1966) — Hindistanın ikinci baş naziri == Həyatı == Lal Bahadur Şastri 2 oktyabr 1904-cü ildə hazırkı Uttar Pradeş ştatında anadan olmuşdu. 1966-cı ildə Şastri 61 yaşında idi və olduqca sağlam görünürdü. Ona görə də, onun qəfil ölümü beynəlxalq aləmdə birmənalı qarşılanmadı. Qərbdə çıxan qəzetlər Şastrinin zəhərlə öldürüldüyü barədə sensasiyalı xəbər yaydılar. Ancaq SSRİ həkimləri Şastrinin ölümünü ürəktutması ilə izah etdilər. Şastrinin çaydan sonra öldüyünü söyləyən xidmətçinin sözlərinə inansaq, Hindistan Baş Nazirinə zəhər verildiyini ehtimal etmək olar. Çünki, adətən, belə qəfil ölümlər zəhərdən sonra baş verir. Böyük Britaniya və ABŞ həmin dövrdə SSRİ-nin Hindistanda möhkəmlənməsindən və oraya sosializm ixrac etməsindən ciddi narahatlıq keçirirdilər. Üstəlik, Cavahirləl Nehru kimi Ləl Bahadur Şastri də sosializmə meyl göstərirdi və bu çərçivədə də SSRİ ilə sıx iqtisadi və siyasi münasibətlər qurmuşdu.
Şahzadə Astrid sahili
Şahzadə Astrid sahili (ing. Princess Astrid Coast) — Şərqi Antarktidanın Kraliça Mod Torpağı sahilini təşkil edir. Sahil ərazisi 5° və 20° şərq uzunluqları arasında qərarlaşır . Sahil demək olarr ki, şelf buzlağı üzərində yerləşmişdir. Buzlaqlar hündür sıldırımlı qayalar əmələ gətirir. Mərkəzi hissəsində Şirmaher vahəsi yerləşir. 1961-ci ildən burada SSRİ-nin "Novolazarevskaya" stansiyası yerləşir. Hazırda bu stansiya Rusiyaya məxsusdur. 1959-1961-ci illər ərzində bu regionda Lazarev stansiyası fəaliyyət göstərmişdir. Şahzadə Astrid sahili 1931-ci ildə Norveç balina ovunu təşkil edən gəmilər tərəfindən kəşf edilmiş və 1932-ci ildə norveçli şahzadə Astridin şərəfinə adlandırılmışdır.
Leopold və Astrid sahili
Leopold və Astrid sahili (ing. Leopold and Astrid Coast) — Şərqi Antarktidanın Şahzadə Elizabet Torpağı ərazisində, 81° və 87,5° şərq uzunluqları arasında yerləşən sahil ərazisi. Leopold və Astrid sahili əsasən Qərbi şelf buzlağında ilə örtülmüş bölgələri əhatə edir. Sahil ilk dəfə 1934-cü ildə Norveç ekspedisiyasının rəhbəri Lars Kristensen tərəfindən kəşf edilmiş və III Leopold və kraliça Astridin şərəfinə adlandırılmışdır.
İsveçli Astrid (Belçika kraliçası)
İsveçli Astrid (isv. Astrid av Sverige; 17 noyabr 1905, Arvfyurstens-palats[d], Stokholm, İsveç – 29 avqust 1935) — İsveç kralı II Oskarın nəvəsi, Karl Bernadotun qızı, IV Belçika kraliçası. 1926-cı ilin sentyabrında Belçika kralı I Albertin oğlu Şahzadə Leopoldla nişanlandı. Cütlük 4 noyabrda Stokholmda, 10 noyabrda isə Brüsseldə keçirilən mərasimlə evləndilər. Bu nigahdan cütlüyün 3 övladı doğuldu. Jozefina-Şarlotta, Böyük Lüksemburq hersoqinası Boduen, Belçika kralı II Albert, Belçika kralı Ərinin 1934-cü ildə taxta çıxmasıyla Belçika kraliçası oldu. Qısa səltənəti əsnasında xeyriyyə işləriylə məşğul olan Astrid 29 avqust 1935-ci ildə əri III Leopoldla düşdüyü avtomobil qəzası nəticəsində həlak oldu. == Mənbə == Lerche, Anna; Mandal, Marcus (2003). A royal family : the story of Christian IX and his European descendants. Copenhagen: Aschehoug.
Kirill Qaburiç
Kirill Qaburiç (rum. Chiril Gaburici; 23 noyabr 1976, Loqaneștı[d], Hinçesti rayonu[d]) — Moldovanın baş naziri; "Azercell" şirkətinin keçmiş rəhbəri. Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin — "Moldcell" şirkətinin baş direktoru vəzifəsindən sonra, 2012-ci ildə Azərbaycanda "Azercell" şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. 2014-cü ilin dekabrında "Teliasonera Group" şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək bu vəzifədən gedib. 2015-ci il fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən Kirill Qaburiçin Moldovanın baş nazir postuna namizədliyi irəli sürülmüşdür. Parlamentin 18 fevral tarixində keçirilmiş iclasında onun namizədliyini 60 deputat dəstəkləmişdir ki, nəticədə Kirill Qaburiç baş nazir vəzifəsinə təsdiq edilmişdir.
Qrant Qastin
Tomas Qrant Qastin (ing. Thomas Grant Gustin; 14 yanvar 1990, Norfolk, Virciniya) — ABŞ aktyoru, musiqiçisi və rəqqası. Berri Ellen rolu ilə The CW kanalının hit serialı olan olan Fləş serialında, həmin rol ilə Ox serialında (hər ikisi DC Comics-dəki eyni adlı obrazlara əsaslanır), eləcədə Sebastian Simayt rolu ilə Fox-da yayımlanmış olan Qli ilə tanınır. Qrant, Virciniya ştatının Norfolk şəhərində dünyaya gəlib. O, tibb bacısı olan Tina Haney və kollecdə professor kimi fəaliyyət göstərən Tomas Qustinin oğludur. Orta məktəb illərində öz şəhərindəki İncəsənət üzrə qubernatorlar məktəbi proqramına musiqili teatr üçün qatılır. O həmçinin Hurrah Players Incorporated adlı digər teatr məktəbinə də getmişdir. 2008-ci ildə Qranbi Orta Məktəbindən məzun olduqdan sonra 2 il ərzində Şimali Karolinada yerləşən Elon Universitetinə BFA Musiqi Teatrna fakultəsinə daxil oldu. Qərb Tərəfinin Hekayəsi adlı dirçəliş turu çərçivəsində burada Babi Con rolu üçün məktəbi tərk etdi və 30 sentyabr 2010-cu ildən 23 sentyabr 2011-ci ilə qədər layihədə iştirak etdi. 8 noyabr 2011-ci ildə Qli serialında Dalton Varblers Akademiyası adlı qey klubunun üzvü olan Sebastian Simayt rolunu ifa etməyə başladı.
1001-ci qastrol
1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir. Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava və Mavr Pyasetski ifa edirlər. == Məzmun == Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir. …Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır.
Vudi Qatri
Vudi Qatri (tam adı: Vudro Vilson Vudi Qatri; d. 14 iyul 1912; ABŞ, Oklahoma; ö. 3 oktyabr 1967; ABŞ, Nyu-York) — amerikalı söz yazarı və xalq musiqisi sənətçisi. Vudi Qatri üç dəfə ailə həyatı qurub və Amerika xalq musiqi sənətçisi Arlo Qatri də daxil olmaqla səkkiz övladı olmuşdur. Bundan başqa, Sarah Li Qatrinin babasıdır. Vudi Qatri 55 yaşında Huntington xəstəliyindən vəfat etmişdir. Vudi Qatri karyerasında yüzlərlə mahnıya, balladaya imza atmış, siyasi mövzular ehtiva edən mahnılardan ənənəvi mahnılara, ənənəvi mahnılardan uşaq mahnılarına qədər bir çox fərqli janrda ekspromt işləri olmuşdur. Həyatı boyu canlı çıxışlarını davam etdirən sənətkar gitara ilə "bu alət faşistləri öldürər" şüarı ilə tamaşaçı qarşısına çıxmışdı. Amerika məktəblərində tez-tez ifa olunan "This land is your land" mahnısı ilə tanınmışdır. Oxuduğu mahnıların bir çoxu Konqres kitabxanasında arxivlənmişdir.
Qastro-ezofageal reflyuks xəstəliyi
Qastro-ezofageal reflyuks xəstəliyi — Mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi Azərbaycanda də çox rastlanır. Ölkəmizdə aparılan bir çalışmada, cəmiyyətin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi aşkar edilmişdir. Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun bir müddət, çox miqdarda mədə turşu tərkibi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunda zədəyə yol açır və bu da yanma hissinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda, alt ezofaqus sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktura mövcuddur. Bu struktur turşunun qida borusuna geri gəlməsinin qabağını alaraq mədənin içində qalmasını təmin edir.
1001-ci qastrol (film, 1974)
1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir. Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava və Mavr Pyasetski ifa edirlər. == Məzmun == Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir. …Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır.