Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gavahın
Gavahın (əvvəlki adı: Kavahan) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kavahan kəndi Kavahın kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Gavahın kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Kəndin adı 1992-ci ilədək Gavahan variantında qeydə alınmışdır. XIX əsrdə Şuşa qəzasında eyniadlı dağ və yaşayış məntəqəsi olmuşdur. Oykonim qədim türk dillərindəki gav (dağ yamacı, eniş, sürüşkən yer) və ahın/axun (yüksəklik, zirvə) komponentlərindən düzəlib, "dağ ətəyi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Gavahın kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Gavanlı
Gavanlı (Əsədabad)
Gavanlı (Miyanə)
Gavanlı (fars. گونلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 539 nəfər yaşayır (118 ailə).
Gavanlı (Əsədabad)
Qovanlı və ya Gəvənli (fars. گوانلو‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 44 nəfər yaşayır (12 ailə).
Ağbulaq (Gavahın, Xocavənd)
Ağbulaq (əvvəlki adı: Masmına) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Masmına kəndi Ağbulaq kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ağbulaq (Gavahın) kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Cavahirli
Cavahirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kənd 1994-cü il aprelin 25-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponomiyası == Yaşayış məntəqəsinin adı Qarabağ xanı İbrahimxəlil xanın arvadı Cavahir xanımın adı ilə bağlıdır. "Cavahirli kəndinin əhalisi hələ xanlıqlar dövründə Cəfərbəy adlı birisinə mənsub olmuşdur. Qarabağ xanlığı Rusiyaya birləşdiriləndən sonra çar hökuməti orqanları həmin ailələri Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlamış və bundan sonra onlar "Cavahirxanımlı – tərəkəmə" adlanmışlar. Sonralar həmin maldar (tərəkəmə) ailələr məskunlaşaraq daimi yaşayış məntəqəsi yaratdıqda kənd sadəcə olaraq Cavahirli adlanmışdır. T. Əhmədov Cavahirli toponimini bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmiş adlar qrupuna daxil edir: "…Zərdab rayonundakı Əlibəyli kəndinin XIX əsrin ortalarında 11 evdən ibarət sahibkar kəndi kimi qeyd olunması, Ağdamdakı Cavahirli (keçmiş Cavahir Xanımlı (Üçüncü Tərəkəmə) kəndinin Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlanması kimi faktlar göstərir ki, bu qrupa daxil olan adlar bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmişlər". Cavahir (Cəvahir kimi də yazırlar) ərəb mənşəli sözdür.