YIĞMAQ

f.
1. Bir yerə toplamaq, cəm etmək. Adamları bir yerə yığmaq. İşçiləri yığıb söhbət aparmaq.
– Aslan paşa car çəkdirib bütün camaatı meydana yığmışdı. Koroğlu”.

// Müxtəlif şəxslərdən almaq, toplamaq. Üzvlük haqqı yığmaq. Vergi yığmaq. Məlumat yığmaq. Divar qəzeti üçün məqalə yığmaq.
– Qazı cənabları məktəb açmaq üçün bir gündə əlli çuval buğda “zəkat” yığdı. C.Məmmədquluzadə.
Qaraçı qavalını açıb, pul yığır. Ü.Hacıbəyov.
Fikirləşdim ki, bəlkə adama bir az pul yığıb verək. M.Hüseyn.

// Qənaət edərək, dala ataraq yavaş-yavaş toplamaq, ehtiyat görmək. Ehtiyat yığmaq. Pul yığmaq.
2. Yetişmiş məhsulu, meyvəni toplamaq. Taxılı yığmaq. Pambığı yığıb qurtarmaq. Bağın məhsulunu yığmaq.
// Bir şey toplamaqla, dərməklə məşğul olmaq. Çiyələk yığmaq. Başaq yığmaq. Dərman otları yığmaq.
– Atası Mahmudalı kişi sədrlik eləyəndə, Şamama: – Atama kömək edirəm, – deyə həvəslə pambıq yığırdı. Ə.Əbülhəsən.

3. Yığışdırmaq, götürmək. Yorğan-döşəyi yığmaq. Xalçaları yığıb naftalinləmək.
– Arvad ikinci gün nahar vaxtı stolun üstündən yanları göy haşiyəli kətan örtüyü yığmaq istəmişdi. Ə.Sadıq.

4. Qalaq-qalaq, topa-topa düzmək, qoymaq. Taya yığmaq. Odunu anbara yığmaq. Kitabları şkafa yığmaq. Şeyləri bir yeşiyə yığmaq.
// Ümumiyyətlə, qoymaq, düzəltmək.
Gülərlə Yaşar böyük tasın içində göyərti yuyub boşqablara yığırdılar. M.İbrahimov.

5. Quraşdırmaq, ayrı-ayrı hissələrini birləşdirib tam şəklə salmaq. Mexanizmi söküb yığmaq.
6. Yavaş-yavaş, hissə-hissə toplamaq, kolleksiya düzəltmək. Marka yığmaq. Nadir şeylər yığmaq. Qədim kitablar yığmaq.

Синонимы

  • YIĞMAQ YIĞMAQ [Vəli:] Sən, Tarverdi tez onları sandıqları sındır, içinin şeylərini bir yerə yığ (S.S.Axundov); TOPLAMAQ Gəlinlər-qızlar da dağılıb düzə; Pamb
  • YIĞMAQ götürmək
  • YIĞMAQ toplamaq — cəmləmək
  • YIĞMAQ quraşdırmaq
  • YIĞMAQ düzmək — qoymaq

Антонимы

  • YIĞMAQ YIĞMAQ – BİÇMƏK Biçin də, yığın da əldən çıxdı (Mir Cəlal). YIĞMAQ – DAĞITMAQ Allah onu yığmağa yox, dağıtmağa yaratmışdı (M
YIĞMA
YIĞNAQ

Значение слова в других словарях

долбану́ть заса́сывание ке́чуа неро́вный по-юро́дивому середи́нный хиа́тус эллини́ст нави́ть обескро́вливать уравня́ться barnacled heroic tenor horse-collar parachute pay perfective pollinia statoscope styliform trouble wiggin кегель местоположение отсечь перекувырнуть