Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cavid
Cavid — kişi adı; təxəllüs. Hüseyn Cavid İsmayılov — Animator. Fon rəssamı. İkinci rəssam. Fazaçı rəssam. Dekor rəssamı. Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. Cavid İmamverdiyev Cavid İmamverdiyev (rejissor) — rejissor Cavid İmamverdiyev (futbolçu) — futbolçu Cavid Əliyev — Operator Cavid Əhədov — Rejissor Cavid Səfərov — Cavid Səmədov — Cavid Cabbarzadə — Cavid Xaspoladov Cavid Manafov — Cavid Xıdırov — Bu təxəllüsü olan tanınmış şəxslər Hüseyn Cavid — Azərbaycan şairi Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Gavia adamsii
Ağdimdik qaqar (lat. Gavia adamsii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia arctica
Qaradöş qaqar (lat. Gavia arctica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia imber
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia immer
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia lumme
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia pacifica
Ağboyun qaqar (lat. Gavia pacifica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia stellata
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Hüseyin Cavid
Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə; 24 oktyabr 1882, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 5 dekabr 1941, Tayşet rayonu[d], İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır.
Hüseyn Cavid
Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə; 24 oktyabr 1882, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 5 dekabr 1941, Tayşet rayonu[d], İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır.
II David
II David və ya İmamqulu xan (1678, İsfahan – 2 noyabr 1722) — Kaxeti çarı. II David İslamı qəbul etmişdi. İmamqulu xan kimi tanınırdı. == Həyatı == I İrakli Baqrationi və Anna Çolokaşvilinin oğlu olaraq 1678-ci ildə anadan olmuşdu. 1703-cü ildə vali, 1709-cu ildə çar olmuşdu. Dağıstan xalqlarına qarşı mübarizədə Balakən və Qaxı itirmişdi. Əvvəlcə Kartli çarı I Yese, 1719-cu ildən sonra VI Vaxtanq ilə müttəfiq olan çar yenə də qalib ola bilmirdi. 1722-ci ildə vəfat etdi və Qum şəhərində basdırıldı. == Ailəsi == Çar II David Tarki şamxalının qızı Cahan bəyim ilə evlənmişdi. 3 övladı olmuşdu.
IV David
IV David və ya Qurucu David (gürc. დავით აღმაშენებელი, Davit Ağmaşenebeli; 1073, Kutaisi – 8 fevral 1125, Tiflis) — 1089–1125-ci illərdə hakimiyyətdə olmuş, Baqationlar sülaləsindən Gürcüstan çarı. Gürcüstanı vahid dövlətdə birləşdirmişdi. Səlcuqilər dövləti 1097-ci ildə parçalandıqdan sonra xərac verməmiş və ölkənin müstəqilliyini bərpa etmişdir. O, Ermənistan torpaqları hesabına dövlətin ərazisini genişləndirmişdi. 1118–1120 illərdə hərbi islahat keçirərək əsas qüvvəsi qıpçaq süvariləri olan ordu yaratmışdı. 1121-ci ildə Didqori döyüşündən sonra azad olunmuş Tiflisi çarlığın paytaxtı etmişdir. Azərbaycan Şirvanşahlar dövləti ilə müttəfiqlik və qohumluq əlaqələri var idi. Ümumiyyətlə, IV David müsəlman dövlətləri ilə sıx əlaqə saxlamışdır. Şəhərlər, yollar, körpülər salınmasına, karvansaralar və s.
Mişkinaz Cavid
Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan – 16 noyabr 1976, Bakı) — məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı. Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi. Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir. Şair Hüseyn Cavidin həyat yoldaşıdır. Turan Cavidin anasıdır. Ərtoğrol Cavidin anasıdır.
Navid Əfkari
Qalın mətn Navid Əfkari (fars. نوید افکاری‎; 22 iyul 1993, Şiraz – 12 sentyabr 2020, Şiraz) — Yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi. İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı bir mühafizəçini öldürməkdə günahlandıraraq ona ölüm hökmü verib. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdyini və əslində mühafizəçini öldürmədiyini deyib. ABŞ prezidenti Donald Tramp, Konqres üzvləri, avropalı siyasi xadimlər o cümlədən Azərbaycan parlamentinin deputatı Asim Mollazadə İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıb. İranın Şiraz şəhərindən olan Navid Əfkari sərbəst və Yunan-Roma güləşi üzrə ölkəsində və beynəlxalq yarışlarda medallar qazanıb. 2018-ci ildə hökumət əleyhinə etirazlarda iştirak edib. Dövlətə məxsus su anbarının yerli mühafizəçisi Həsən Türkəmən Şirazda hökumət əleyhinə etirazlar zamanı qətlə yetirilib. Şiraz rəsmiləri qətl hadisəsi ilə əlaqələri olduğunu deyərək, Əfkari və qardaşı Vahidi 2018-ci ilin sentyabrın 17-də həbs edib. Sonradan elə həmin il onların üçüncü qardaşı Həbib də həbs edilib.
Salamulla Cavid
Salamulla Molla Haşım oğlu Cavid (1900, Xalxal – 1986, Tehran) — Cənubi Azərbaycan Milli hökumətinin üzvü, daxili işlər naziri. Salamulla Molla Haşım oğlu Cavid 1900-cü ildə Güney Azərbaycanın Xalxal bölgəsinin Nirov kəndində kasıb bir ailədə anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. sonra Bakı şəhərinə köçmüşdülər. Bakıya 1910-cu ilin qışında gəldiyindən dərs ili başlanmışdı və bir neçə ay keçmişdi. Vaxt itirməmək üçün dayısı Məhərrəm onu Hacı Ənam Xalxali adlı bir şəxsin məktəbinə yazdırdı. Növbəti dərs ilində Bakıdakı "İttihad" məktəbində təhsilimi davam etdirdi. Dayısının maddi imkanı az olduğundan paltar, məktəb ləvazimatı və cib xərcliyimdən korluq çəkirdi. 1914-cü ildə Məmmədəli xan Tərbiyət "İttihad" məktəbinə müdir təyin olundu. O, yaxşı və əla oxuyan şagirdlərə maddi yardım göstərdiyindən, onun da vəziyyətim yaxşılaşırdı, dayısının maddi yükü bir qədər yüngülləşirdi.
David Babayan
David Klimoviç Babayan (erm. Դավիթ Բաբայան; 5 aprel 1973, Stepanakert, DQMV) — Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Xarici işlər naziri, prezidentin müşaviri, tarix elmləri doktoru. David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. 2023-cü il sentyabrın 29-da Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib. == Həyatı == David Babayan 1973-cü ildə Xankəndində anadan olub. 1989-cu ildə Xankəndi 8 saylı rus orta məktəbini bitirib. Babayan 1989-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olmuş və 1994-cü ildə bitirmişdir. O, 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1998-ci ildə Mərkəzi Avropa Universitetinin (Budapeşt) Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. Babayan 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.
David Arnold
David Arnold (23 yanvar 1962, Luton) — İngilis film bəstəkarı. İşlərinə beş Ceyms Bond filmi, həmçinin Ulduz Qapısı (1994), Müstəqillik Günü (1996), Qodzilla (1998) filmləri və Kiçik Britaniya və Şerlok televiziya serialları daxildir.
David Copperfield
Devid Kopperfild bu mənaları ifadə edə bilər:
David Jung
Dawid Jung (17 yanvar 1980) — polşa opera müğənnisi, şair, yazıçı, ədəbi və teatr kritiki, nəşriyyatçı, tədqiqatçı və mədəniyyət yaradanı, tarixçi, muzey işçisi, mədəni yol xəritələri dizayneri. == Həyatı == Polşa Elektron Orqanları Muzeyinin direktoru və "Poetik Qalereyalar" adlı ümummilli mədəni jurnalının baş redaktoru. Hərəkət etdiyi ədəbi, elmi və mədəni sahədə çoxsaylı dövlət mükafatları və fəxri ordenlər qazanmışdır: Júliusz Słowacki medalı (2009), Gənclər Sənəti Medalı (1997-ci ildə ilk mükafatlı şair Stanisław Barańczak olmuşdur), Millennium Gniezno Konqresi Medalı (2014), Gənclər Jurnalistləri Mükafatı (2016), Magellan Mükafatı (2016), Bolesław Leśmian ın adına mükafat (2017), "Polşa mədəniyyəti üçün xidmətlər" fəxri nişanı (2018), Identitas Ədəbiyyat və Tarix Mükafatı (2019), Gənclik Mükafatı (2019), "Milli Yaddaş Məkanları Qoruyucusu" medalı (2020), Şt. John Paul II qüsürlüsü (2021), Polşa Qara Krucu ordeninin ofiseri (1-ci dərəcə) (2021), Ələ keçirilmiş Müstəqillik Əsrinin medalı (2022), "Polşa Yazıçılar Assosiasiyası üçün xidmətlər" nişanı (2023) və s. 2023-cü ildə Poznan Polşa Yazıçılar Assosiasiyasının vitse-prezidenti olmuşdur. Polşa Respublikası Senatının Medalı (Senatın marşalı Małgorzata Kidawa-Błońska və sədr müavini Rafał Grupiński tərəfindən təqdim edilmişdir) == Əsərləri == === Polyak dilində === 312685 səbəb ('312685 powodów 2006) 1590–1623 illəri Kłeck ədəbiyyat mühərrikləri. Qədim Polşa mədəniyyəti tarixinə töhfələr (Wierszopisowie Kłecka w latach 1590–1623. Przyczynki do historii kultury staropolskiej 2012) Yakub Gembickinin Gdansk himnləri ('Gdańskie hymny Jakuba Gembickiego 2014) Doğru söhbət haqqında poem (Poemat o mówieniu prawdy 2014) Glosy (2017) Polşa, Avropaın sevimli maçoşisti ('Polska, ulubiona masochistka Europy 2017) Karaoke (2018) Bir şəhər xəyalinin qralının əfsanələri. Yerli vəzifələrdən məlumatlar cəlb etdi və tərtib etdi Dawid Jung (Legendy królewskiego miasta. Z przekazów ustnych zebrał i opracował Dawid Jung 2018) #SPAM (2020) Son Polş dilləri balığıçısı.
David Maqradze
David Maqradze (28 iyun 1962, Tbilisi) — şair, Gürcüstanın dövlət himninin müəllifi, Gürcüstanın Mədəniyyət naziri (1992-1995), Nobel mükafatı nominantı (2011).
David Ryazanov
David Ryazanov (rusca: Дави́д Бори́сович Ряза́нов), əsl soyadı Goldentach (rusca: Гольдендах) (10 mart 1870, Odessa, Xerson quberniyası – 21 yanvar 1938, Saratov), rus marksist və eyni zamanda da marksist nəzəriyyəçidir.O, Odessada yəhudi ailəsində anadan olmuşdur. 15 yaşında Narodnik inqilabçılarına qoşulmuş və tutularaq həbs edilmişdir. 1887-ci ildə sosializm istiqamətində irəliləməyə başlamışdır. Ryazanov 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması ilə müharibədə iştirak etmişdir. 1915-ci ildə isəİkinci İnternasionalın dağılmasından sonra çağırılan Zimmervald konfransında iştirak etmişdir. 1917-ci ildəki fevral inqilabından sonra o, mövcud hakimiyyətə qarşı sovetləri dəstəkləyən bolşeviklərə qoşulmuşdur. Ryazanov daha sonra isə Oktyabr İnqilabının iştirakçısı olmuşdur. Marks-Engels İnstitutunun əsasını qoyan Ryazanov sovet fəlsəfə dünyasının aparıcı nəzəriyyəçilərindən biri olmuşdur.
Cavid ömrü
Cavid ömrü — ssenarisini yazıçı Anarın yazdığı, Ramiz Həsənoğlunun çəkdiyi 2007-ci il istehsalı olan bədii film. == Məzmun == Filmdə Azərbaycan şairi, repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli həyatının son dövrləri əks etdirilir. == Film haqqında == Film "Fuji" kinolentinə çəkilmişdir. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin çəkilişi Azərbaycan prezidentinin 23 oktyabr 2002-ci il tarixli, Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib. 2004-cü il üçün nəzərdə tutulmuş ehtiyat fondundan lazımi məbləğ Azərbaycan Mədəniyyət Nazirliyinə ayrılıb. Nazirlik filmin çəkilişlərinə 660 min manat vəsait ayırıb. Ssenari Anarın Üzeyir Hacıbəyov, Mirzə Cəlil və Hüseyn Cavid haqqında yazdığı trilogiyanın son hissəsidir. Filmdə ümumilikdə 72 aktyor rol alıb. Film Azərbaycan kinosu tarixində dövlət sifarişi ilə müstəqil kino şirkəti tərəfindən çəkilmiş (prodüser filmi) ilk film hesab olunur.
David Vinkbuns
David Vinkbuns, David Vinkbons, Vinkbons, Vinkbums (nid. David Vinckboons və ya Vinkebums; 13 avqust 1576 – 1629, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı və qravüraçısı. Cənubi Hollandiyadan olan böyük bir sənətçi ailəsinin ən böyük üzvü. == Həyatı == David Vinkbuns Antverpen əyalətində Flamandın Meheln şəhərindən gəlmiş akvarel rəssamı Filip Vinkbuns Elderin oğlu idi. Təxminən 1580-ci ildə ailə Antverpenə, sonra isə 1585-ci ildə İspaniyanın şəhəri işğal etməsindən sonra Middelburqa köçdü. 1602-ci ildə David Vinkbuns notariusun qızı Agnet van Lun ilə evlənib və ondan ən azı on övladı olub. Onlardan biri kartoqraf Yohanes Vinkbuns, digərləri isə memarlar Filips və Yustus Vinkbunsdur. == Yaradıcılığı == David Vinkbuns Hollandiyanın ən məhsuldar və populyar rəssam və qravüraçılarından biri olub. Böyük Piter Breygeldən təsirlənərək, o, Hans Bol və Roelant Saverey ilə birlikdə şimali Hollandiyada məişət janrı rəssamlığının inkişafında mühüm rol oynayıblar. Vinkbuns "kənd bayramlarının səhnələrini çox vaxt satirik və ya fəlsəfi çalarlar ilə, qroteskləri, fantastik personajları olan, öz əsərində flamand və holland üslublarının xüsusiyyətlərini özündə birləşdirən mənzərələr çəkirdi".
Arvid David Hummel
Arvid David Hummel (Arvid David Hummel; 30 aprel 1778 – 20 oktyabr 1836) Isveç entomoloqu. == Ədəbiyyat == Tommila, P. 1963 [Hummel, A. D.] Ann. Ent. Fennici 29, 152–170.
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. == Tarixi == "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.
Qavin Moqopa
Qavin Moqopa (2 aprel 1996) — Botsvanalı cüdoçu. Qavin Moqopa Botsvananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qavin Moqopa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 60 kq çəkidə, 1/16 final mərhələsində Çexiyanın nümayəndəsi Pavel Petrikov ilə üz-üzə gəldi. Həmin görüşdə Əhməd Qumar rəqibinə 0:110 hesabı ilə uduzdu.
Qavin Suterland
Qavin Suterland (26 iyun 1979) — Zimbabveli oxatan. Qavin Suterland Zimbabveni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qavin Suterland birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Kim Voo-Jin ilə üz-üzə gəldi. Həmin görüşdə Qavin Suterland rəqibinə 0:6 hesabı ilə uduzdu.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.