Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Generator
Generator - elektrik maşını olub mexaniki enerjini elektrik enerjisinə çevirir və quruluşca elektrik mühərriki ilə oxşardır. Generatorlar ingilis fiziki Maykl Faradeyin 1831-ci ildə elektromaqnit induksiyası qanununu kəşf etdikdən sonra düzəldilməyə başlanmışdır. Generatorların hamısının işləmə prinsipi eynidir. Mexaniki enerji generatorun valını fırlatmağa sərf olunur. Çevrilmə lorens qüvvəsinə əsaslanır. Lorens qüvvəsi elektrik yükünün maqnit sahəsində hərəkəti zamanı ona təsir edən qüvvəni izah edir. Əgər keçirici maqnit sahəsində eninə hərəkət edərsə onda lorens qüvvəsi keçiricidə olan yükləri bu keçirici boyunca hərəkətə gətirir. Yükün hərəkəti keçiricinin uclarında gərginlik fərqi yaradır. Gərginliyi artırmaq üçün dolaq şəklində olan keçiricilərdən istifadə edirlər. Generatorda rotor gövdəyə nisbətən fırlanır.
Buz generatoru
Buz generatoru — sudan süni buz almaq üçün soyuducu qurğu. Buz generatorunda müxtəlif formalı (kub, blok, tava, kristal) və ölçülü texniki və qida buzu hazırlanır. Buz generatoruları iki tipə ayrılır. Birinci tip bilavasitə (birbaşa) soyuduculu Buz generatorunda buz buxarlandırıcı aparatın səthində dondurulur. İkinci tip Buz generatorunda buz qəlibləri –10°C-dən –12°C-yədək temperaturda sirkulyasiya edən duz məhlulu vasitəsilə soyudulur. Borulu, pulcuqlu və qarlı (kristal) buz yaradan Buz generatoruları daha intensivdir, onlarda buz qəlibləri olmur. Suyu təbəqə-təbəqə fasiləsiz dondurmaqla buz alınır; bu, donmuş səth vahidindən daha çox buz almağa imkan verir. Belə Buz generatorunun məhsuldarlığı sutkada 40 t-a çatır.
Hesabat generatoru
Report generator ~ генератор отчетов ~ rapor üreteçi ~ hesabat generatoru – verilənlər bazasından alınan informasiyanı çap etmək üçün istifadəçinin yaratdığı “formalar” şəklində hesabtlardan istifadə edən tətbiqi proqram növü (adətən, verilənlər bazasının idarəolunması proqramının bir hissəsi). Hesabat generatorundan avtomatik olaraq başlığı, kolontitulu, səhifə nömrələri və b. qoyulmuş rahat oxunan sənəd, yaxud blank yaratmaqan ötrü yazının müəyyən sahələrini, yaxud yazılar qrupunu seçmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Marks generatoru
Marks generatoru, ilk dəfə 1924-cü ildə Ervin ato Marks tərəfindən təsvir edilən bir elektrik dövrəsidir.
Sabit cərəyan generatoru
Sabit cərəyan generatorları elektrik maşınlarının elə sinfidir ki, mexaniki enerjini sabit cərəyanın enerjisinə çevirir. Sabit cərəyan generatorları quruluşu cəhətdən digər elektrik maşınları qarşılaşdırldığında daha sadə bir görüntü sərgiləyir. Generatorda sabit hissədən təşkil olunan və stator adalandırılır. Bu hissə maqnitlənməyi təmin edən əsas və yardımçı qütblərlə, onların sarğılarını daşıyır. Generatorda hərəkətli hissə rotor adlandırılır. Sabit cərəyan maşınları həm generator, həm də mühərrik kimi istifadə olunur. Sabit cərəyan mühərrikləri daha çox tətbiq edilir. Onların tətbiq ashələri kifayət qədər genişdir. Sabit cərəyan maşınlarıdan avtomatik qurğuların intiqallarında, şaxta liftlərində, yayma dəzgahında və başqa merxanizmlərin intiqallarında istifadə olunur. Sabit cərəyan mühərriklərindən həmçinin ağırlıq qaldıran mexanizmlərdə, nəqliyyat vasitlərinin intiqallarında geniş istifadə olunur.
Təsadüfi ədəd generatoru
Təsadüfi nömrələrin yaradılması — yalnız təsadüfiliyə əsaslanaraq ağlabatan şəkildə proqnozlaşdırıla bilən nömrələr və ya simvollar ardıcıllığını yaratmaq üçün cihazdan istifadə edən bir prosesdir. Təsadüfi verilənlər yaratmaq üçün bir çox üsul var, bəziləri qədim zamanlardan bəri mövcuddur. Tanınmış klassik nümunələr: zar atmaq, sikkələr atmaq, oyun kartlarını qarışdırmaq və saysız-hesabsız digər üsullar. Bu üsulların mexaniki təbiətinə görə, çoxlu sayda kifayət qədər təsadüfi ədədlərin (statistikada mühüm əhəmiyyət kəsb edən) yaradılması çox əmək və vaxt tələb edirdi, ona görə də belə ədədlər üçün bəzən «təsadüfi rəqəmlər cədvəli» tərtib edilirdi. İndiki vaxtda cədvəllər təsadüfi ədəd generatorları ilə əvəz edilmişdir.
Rəqəm generatorları
== Rəqəm və ya rəqəmsal generatorlar == Bu tip generatorlar sabit cərəyan qida mənbəyinin enerjisi hesabına toplanana enerjinin (enerjinin toplanma prosesi kondensator və induktiv doloqlar vasitəsilə yerinə yetirilir) çıxışda azad olması hesabına yaranana qeyri-harmonik rəqslər yaranır ki, belə generatorlara releksasiya heneratorları deyilir. Burada qeyri-harmonik siqnallar (rəqslər) deyərkən xətti dəyişən, düzbucaqlı, eksponensial və başqa xüsusi formaya sahib xüsusi siqnallar nəzərdə tutulur. Multivibrator, təkvibrator, trigger, bloking generatorları releksasiya generatorlarına aid etmək olar. Müvazinətli vəziyyətin saxlama xarakteri düzbucaqlı impuls generatorlarının təsnifat əlamətidir. Müvazinətli vəziyyət uzun müddətli dayanıqlı və kvazidayanıqlı ( demək olar ki-nisbətən dayanıqlı) olmaqla iki çür olur. Uzun müddətli dayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını istəlinən ana qədər saxlaya bilər və generatoru xarici təsirin köməyilə bu vəziyyətdən çıxarmaq olar. Kvazidayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını müəəyən sonlu müddət ərzində saxlayır və bu müddət generatorun daxili parametrləri və strukturu ilə müəyyən edilir. Bu tip generatorlarda bir dayanıqlı vəziyyətdən digərinə keçid üçün xarici təsirlər tələb edilmir.Düzbucaqlı impuls generatorları dayanıqlı vəziyyətin xarakterinə görə üç qrupa bölünür. Triggerlər: Belə generatorlar iki uzun müddətli dayanıqlı vəziyyətə sahib olurlar və bistabil düzbucaqlı impuls generatoru adlanırlar. Təkvibratorlar: Belə generatorlar uzun müddətli dayanıqlı vəziyyətə və eyni zamanda bir kvazidayanıqlı vəziyyətə malik olurlar və monostabil düzbucaqlı #impuls generatorları adlanırlar.
Girls Generation
Girls Generation — qızlardan ibarət Cənubi Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 9 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub. SM Entertainment şirkətinə bağlıdır. Qrupun koreyaca adı "So Nyuh Shi Dae" olub qısaca SNSD kimi işlədilir. Bundan başqa "SoShi" də qrupun taxma ləqəblərindən biridir. Qrup Çində "Shao Nü Shi Dai" Yaponiyada isə "Shōjo Jidai" olaraq tanınır. == Qrup üzvləri == Taeyeon Jessica Seohyun Tiffany Hyoyeon Yuri Sooyoung Yoona Sunny == Koreya diskoqrafiyası == Albomlar 2007: Girls' Generation 2010: Oh! Yenidən buraxılmış albomlar 2008: Baby Baby (Girls' Generation albomunun yenidən buraxılması) 2010: Run Devil Run (Oh' albomunun yenidən buraxılışı) Kiçik albomlar 2009: Gee 2009: Tell Me Your Wish (Genie) 2010: Hoot Xüsusi albomlar 2008: Sweet Memories with Girls' Generation 2008: Heart 2 Heart with Girls' Generation Tək albomlar 2007: The First Single Album (Into The New World adıyla da bilinir) == Yaponiya diskoqrafiyası == Tək albomlar 2010: Genie 2010: Gee == Xarici keçidlər == Generation Oh!
Girls` Generation
Girls Generation — qızlardan ibarət Cənubi Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 9 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub. SM Entertainment şirkətinə bağlıdır. Qrupun koreyaca adı "So Nyuh Shi Dae" olub qısaca SNSD kimi işlədilir. Bundan başqa "SoShi" də qrupun taxma ləqəblərindən biridir. Qrup Çində "Shao Nü Shi Dai" Yaponiyada isə "Shōjo Jidai" olaraq tanınır. == Qrup üzvləri == Taeyeon Jessica Seohyun Tiffany Hyoyeon Yuri Sooyoung Yoona Sunny == Koreya diskoqrafiyası == Albomlar 2007: Girls' Generation 2010: Oh! Yenidən buraxılmış albomlar 2008: Baby Baby (Girls' Generation albomunun yenidən buraxılması) 2010: Run Devil Run (Oh' albomunun yenidən buraxılışı) Kiçik albomlar 2009: Gee 2009: Tell Me Your Wish (Genie) 2010: Hoot Xüsusi albomlar 2008: Sweet Memories with Girls' Generation 2008: Heart 2 Heart with Girls' Generation Tək albomlar 2007: The First Single Album (Into The New World adıyla da bilinir) == Yaponiya diskoqrafiyası == Tək albomlar 2010: Genie 2010: Gee == Xarici keçidlər == Generation Oh!
Next Generation
"Next Generation" — ABŞ videooyun jurnalı. "Imagine Media" tərəfindən nəşr olunmuşdur. Birləşmiş Krallıq jurnalı "Edge" ilə sıx əməkdaşlıq edirdi və ümumi redaksiyaya sahib idi. "Next Generation" 1995-ci ilin yanvarından 2002-ci ilin yanvarına qədər çap olunmuşdur. Jurnal Conatan Simpson-Bint tərəfindən nəşr edilmişdir və redaktoru Nil Vest idi. Digər redaktorlar arasında Kris Çarla, Tom Russo və Bleyk Fişer var idi."Next Generation" jurnalı əvvəlcə "3DO", "Atari Jaguar", "Sony PlayStation" və "Sega Saturn" kimi konsollar haqqında idi. Rəqibləri "GamePro" və "Electronic Gaming Monthly"dən fərqli olaraq, jurnal fərdi oyunlara deyil, sənayenin özünə fokuslanaraq fərqli oxucu kütləsini hədəf almışdır.
Next-generation network
Next-generation network (NGN; azərb. Yeni nəsil şəbəkə‎) — telekommunikasiya nüvəsi və giriş şəbəkələrində əsas memarlıq dəyişikliklərinin məcmusu. NGN-nin arxasında duran ümumi ideya ondan ibarətdir ki, bir şəbəkə bütün məlumat və xidmətləri (səs, məlumat və video kimi bütün növ media) onları internetdə istifadə olunanlara bənzər IP paketlərinə daxil etməklə nəql edir. NGN-lər adətən internet protokolu ətrafında qurulur və buna görə də bütün IP termini bəzən əvvəllər telefon mərkəzli şəbəkələrin NGN-ə çevrilməsini təsvir etmək üçün də istifadə olunur. == Tərifi == BTİ Telekommunikasiya Standartlaşdırma Sektoruna görə NGN-nin tərifi belədir: == Tətbiqi == Birləşmiş Krallıqda BT (British Telecom) tərəfindən başqa bir məşhur abbreviatura olan 21CN kimi təqdim edilmişdir. Bu, NGN üçün başqa bir termindir, 2006–2008-ci illərdə BT-nin NGN açarlarını və şəbəkələrini yerləşdirmək və idarə etmək təşəbbüsünü ifadə edir. Burada məqsəd 2008-ci ilə qədər BT-də öz şəbəkələrində yalnız tam IP açarlarının olması idi. Bununla belə, bu konsepsiya mövcud nəsil avadanlıqların saxlanması lehinə tərk edilmişdir. Niderlandda KPN "all-IP" adlı şəbəkə transformasiya proqramında NGN inkişaf etdirir. "Next Generation Networks" həmçinin, mesajlaşma domenini əhatə edir və İrlandiyada "Openmind Networks" bütün IP şəbəkələrinin tələb və tələblərini idarə etmək üçün "Traffic Control"u layihələndirmış, inşa etmiş və yerləşdirmişdir.