Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geokratik dövrlər
Geokratik dövrlər — (rus. геоkратические периоды, ing. geocratic periods) (yun. "qe" yer, quru və kratos-qüvvə, hakimiyyət) – Yerin tarixində quru sahəsinin kifayət qədər genişləndiyi dövr. Adətən Geokratik dövrlər qalxmalar nəticəsində yer səthinin müəyyən sahələrinin dənizdən azad olmasına səbəb olan tektonik sikllərin ikinci yarısına uyğun gəlir. Talassokratik dövrlərin əksinədir.
Geokratik hərəkətlər
Geokratik hərəkətlər — (rus. геоkратические движения, ing. geocratic movements) yer qabığının hərəkəti nəticəsində okean dibinin həcminin dəyişməsi ilə əlaqədar olaraq okean səviyyəsinin dəyişilməsinə deyilir. Geokratik hərəkətlər quruda transqressiya və reqressiyaya səbəb olur.
Demokratik Monteneqro
Demonratik Monteneqro (serb. Демократска Црна Гора / Demokratska Crna Gora) — mərkəzçi və Monteneqroda universal partiya. Hazırda partiyanın 2016-cı ildə seçilmiş 8 millət vəkili var. İndiki lideri və qurucusu Alexa Beçiçdir. == Tarix == Demonratik Monteneqro 2015-ci ildə Sosialist Xalq Partiyası fraksiyasının bölünməsi və Monteneqro Parlamentində iki millət vəkili ilə təmsil olunan yeni bir siyasi partiyanın qurulması ilə formalaşır. 2016-cı ilin oktyabr ayında keçirilən parlament seçkilərində Demokratlar millət vəkil sayını 2-dən 8-ə qaldırır və həmin il keçirilən yerli seçkilərdən sonra partiya Budva və Kotor bələdiyyələrinin bələdiyyə başçıları vəzifələrini ələ keçirməyi bacarır. 2017-ci ilin may ayında Hersev Novi şəhərində keçirilmiş yerli seçkilərdə partiya 34 yerdən 9-u qazanır və yerli hökuməti quran müxalifət koalisiyasına rəhbərlik edir. 2018-ci ilin martında demokratlar, Demokratik Cəbhə, Sosialist Xalq Partiyası, Birləşmiş Reformasiya Fəaliyyəti kimi müstəqil namizəd Mladen Bojanicin 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində Monteneqro prezidentliyinə namizədliyini dəstəkləməyə qərar verir. Seçkilərdə Bojaniç səslərin 33,40 % -i toplayaraq Mila Cukanoviçdən sonra ikinci yeri tutur. 2018-ci il yerli seçkilərində demokratlar bir sıra bələdiyyələrdə Birləşmiş Fəaliyyət Reformu ilə seçki koalisiyası qurur.
Demokratik idarəetmə
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. == Demokratiya — insan şəxsiyyətinə hörmətdir == Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Demokratik quruluş

Demokratik sosializm
Demokratik sosializm — siyasi demokratiyanı və sosial mülkiyyətin bəzi formalarını dəstəkləyən solçu siyasi ideologiya.
Geostatik orbit
Geostasionar orbit — Yerin ekvator xətti üzərində yerləşən dairəvi orbit. Bu orbitdə yerləşən süni peyk Yerin öz oxu ətafında fırlanmasının bucaq sürətinə bərabər sürətlə fırlanır və daima yer səthindəki eyni nöqtənin üstündə yerləşir. Geostasionar orbit geosinxron orbitin bir növüdür və rabitə, televiziya yayımı peyklərinin yerləşdirilməsi üçün istifadə edilir. Peyk Yerin dövretmə istiqamətində, 35 786 km yüksəklikdə fırlanmalıdır. Məhz bu yüksəklik peykə Yerin öz oxu ətrafında dövretmə sürətinə bərabər sürətlə (23 saat, 56 dəqiqə, 4,091 saniyə) fırlanmağa imkan verir. Geostasionar orbitin üstünlükləri yazıçı-fantast Artur Klarkın 1945-ci ildə "Wireless World" jurnalında dərc etdirdiyi elmi-populyar məqalədən sonra məşhurluq qazandı. Buna görə də qərbdə geostasionar və geosinxron orbitlər həmçinin "Klark orbiti", kosmik fəzanın Yerdən 36000 km hündürlükdə, ekvator xətti üzərində yerləşən hissəsi isə "Klark həlqəsi" adlandırılır. Geostasionar orbitə çıxarılan ilk süni peyk 19 avqust 1964-cü ildə ABŞ tərəfindən buraxılan "Syncom-3" olmuşdur.
Demokratik Konqres
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Sokratik dialoq
Sokratik dialoq (q.yun. Σωκρατικὸς λόγος) — Sokratik metodun tətbiq olunduğu dialoqlar. Eramızdan əvvəl IV əsrin əvvəllərində Yunanıstanda inkişaf etmiş ədəbi nəsrin janrı. Bu növün ən qədim nümunələri Platon və Ksenofon tərəfindən verilmişdir və hamısında Sokrat baş qəhrəman kimi iştirak edir. Sokrat çox vaxt əsas iştirakçı olsa da, onun dialoqda olması janr üçün o qədər də vacib deyil. Bu gün istinad edilən Sokratik dialoqların əksəriyyəti Platonun dialoqlarıdır. Platonik dialoqlar sonrakı filosofların istifadə etdiyi ədəbi janrı müəyyənləşdirdi. Platon təxminən 35 dialoq yazmışdır ki, onların əksəriyyətində Sokrat baş qəhrəmandır.
Sokratik ironiya
Sokratik ironiya — dialoq aparma metodu. Söhbətin əvvəlində həmsöhbətin xəyali cəhaləti və razılığı qəbul edilir. Sonrakı dəqiqləşdirici suallar əqidələrin saxtalığını və rəqibin nadanlığını göstərir. Əvvəlcə Qədim Yunanıstanda "εἰρωνεία" termini "özünü aşağılama" mənasını verirdi. Sokratın bu dialoq üsulundan istifadə etməsi dövrün özəllikləri ilə bağlı idi. İroniyadan istifadə filosofa nəinki sofistlərə qarşı durmağa, həm də onların arqumentlərini təkzib etməyə imkan verirdi. Sørn Kyerkeqora görə, "ironiya dünyada Sokratla birlikdə meydana gəlmişdir". Sokratik istehza fəlsəfi diskussiya üsulu kimi son antik dövrdə öz əhəmiyyətini itirmişdir. Əvvəlcə Qədim Yunanıstanda "εἰρωνεία" sözü "özünü aşağılama", "özünü alçaltma", "iddia" mənasını verirdi. Termin öyünmənin antonimi idi.
Ermənistan Demokratik Respublikası
Ermənistan Demokratik Respublikası (erm. Հայաստանի Դեմոկրատական Հանրապետություն), bəzi mənbələrdə İlk Ermənistan Respublikası və ya Ararat Respublikası — 1918–1920-ci illərdə mövcud olmuş erməni dövləti. Ermənistan Demokratik Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra Daşnaksütun təşkilatının liderləri tərəfindən yaradılmışdır. Ermənistan Demokratik Respublikası fəaliyyət göstərdiyi 2 il ərzində, daim öz ərazilərini qonşu dövlətlərin ərazisini qəsb yolu ilə genişləndirmək siyasəti yürütmüşdür. Bu respublika yarandığı gündən süqut etdiyi günə kimi demək olar ki, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edirdi. Ərazi iddialarının nəticəsi olaraq mövcud olduğu iki il ərzində Ermənistan qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstan ilə hərbi münaqişələr yaşamışdır. 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Ermənistan Demokratik Respublikasının fəaliyyətinə son qoyulmuşdur. == Parlament == == İstinadlar == == Həmçinin bax == Gürcüstan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti == Xarici keçidlər == Délégation de la République arménienne à la Conférence de la. Paix (1920) Армянская республика Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)).
Finlandiya Demokratik Respublikası
Finlandiya Demokratik Respublikası (FDR; fin Suomen kansanvaltainen tasavalta) — 1939–1940-cı illər sovet-fin müharibəsi zamanı SSRİ başçısı İosif Stalinin qurduğu, kommunizmi dəstəkləyən milis və sovet partizanlarından ibarət kukla dövlət. Bu ölkənin heç bir hüquqi əsası olmamış və müharibənin sonunda imzalanan Moskva sülh müqaviləsi ilə ləğv edilmişdir. 1941–1944-cü illər sovet-fin müharibəsi başlayandan sonra da Stalin bu dövləti yenidən qurmamışdır. Stalin rəhbərliyi altındakı Sovet İttifaqının o dövrdə Finlandiya, Yaponiya, Türkiyə və Qərbi Almaniyaya dair konkret planları olsa da, Qərbi Avropada ifrat solçu təşkilatları dəstəkləməklə kifayətlənmiş və Koreya müharibəsinin sonunda xəstələnərək ölmüşdür. Sözügedən torpaqlar indi Rusiyanın nəzarətindədir. Finlandiyada bəzi müxalifət partiyaları istisna olmaqla rəsmi torpaq istəyi yoxdur. Ölkənin idarəetmə forması Xalq Respublikası olmuşdur. Dövlət 1 dekabr 1939-cu ildə yaradılmış və 12 mart 1940-cı ildə ləğv edilmişdir.
Gürcüstan Demokratik Respublikası
Gürcüstan Demokratik Respublikası (GDR; gürcücə: საქართველოს დემოკრატიული რესპუბლიკა Sakartvelos Demokratiuli Respublika) — 1918–1921-ci illər arasında fəaliyyət göstərmiş müasir və müstəqil Gürcüstan dövləti. Rusiya imperiyasının 1917–18 illərdə dağılması nəticəsində yaranmış və cəmi bir ay yaşamış Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra, 1918-ci ilin 26 may tarixində istiqlaliyyətini bəyan edən GDR-in paytaxtı Tiflis şəhəri rəsmi dili isə Gürcü dili olmuşdur. GDR dövründə Gürcüstanın ərazisi təxminən 107.600 km², əhalisi — 2,5 milyon, sərhədləri şimalda Kuban Xalq Cümhuriyyəti və Şimalı Qafqaz Dağlılar Respublikası ilə, cənubda Osmanlı İmperiyası və Ermənistan Xalq Cümhuriyyəti ilə, cənub-şərqdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə olmuşdur. GDR demokratik parlament respublikası üsulu ilə idarə edilmişdir. Parlamenti müxtəlif siyasi partiyalardan ibarət olsa da, hökuməti əsasən aparıcı qüvvə olan Gürcüstan Sosial-Demokrat Menşevik partiyası təşkil etmişdir. Daxili və xarici ixtilaflarla zəifləmiş Gürcüstanın ilk demokratik dövləti 1921-ci il mart ayında Rusiya SFSR qoşunlarının hücumu və işğalı nəticəsində süquta uğramışdır.
Konqo Demokratik Respublikası
Konqo Demokratik Respublikası (fr. République Démocratique du Congo) və ya Konqo DR, 1971—1997-ci illərdə — Zair, 1960-1964-cü illərdə Konqo Respublikası — mərkəzi Afrikada dövlət. Paytaxtı Kinşasa şəhəridir. == Tarix == Kongo Demokratik Respublikasi bu gün varlığını davam etdirdiyi torpaqların ilk yerlilərini indiki vaxtda yalnız çox kiçik bir sahədə həyatlarını davam etdirən Pigmey qəbilələri meydana gətirməkdə idi. Əsrlər boyunca burada yaşayan Bantu xalqları zaman içərisində əkinçilikdən, ovçuluğa qədər bir çox sahədə vacib olan birliklər yaradaraq həmin dövrdə bölgədə bir çox dövlət quruluşunu meydana gətirmişlər. Bu dövlətlər içərisində xüsusilə XIV əsrdə qurulan və Afrikada bu günə qədər qurulan ən güclü dövlət strukturlarında birini meydana gətirən Konqo Krallığı olmuşdur. XV əsrdə bölgəyə ilk gələn avropalılar olan portuqallar, Konqo çayının Atlas Okeanına töküldüyü yerdə yeni kəşflər etmiş, 1491-ci ildə isə ilk dəfə Konqo Krallığı ilə diplomatik əlaqə qurmuşlar. Bu dövrdə həyata keçirilən və inkişaf etdirilən diplomatik əlaqələr Konqo kralının dinini Xristian katoliki olaraq dəyişdirməsi ilə nəticələnmişdi. Amerikadakı koloniyalara qul göndərən ölkələrdən biri olan Konqo Krallığı bu səbəblə yaşayış səviyyəsini yüksəldərək Afrika sahillərində yeni liman şəhərləri qurmuşlar. XVI əsrdə padşahlıqda başlayan çöküş, 17-сi əsrdə xüsusilə Portuqaliya hakimiyyətinin bölgədə itməsi ilə birlikdə zirvəyə çatmış, kölə tacirlərinin və Portuqaliyadan sonra bölgəyə hakim olmağa çalışan Hollandiya və Böyük Britaniyanın ölkəni istismar etmək cəhdləri nəticəsində dövlət tamamilə ortadan qaldırılmışdır.
Koreya Demokratik Partiyası
Koreya Demokrat Partiyası (kor.더불어민주당; Hanca: 더불어民主黨; RR: Deobureominjudang; qısa: 민주, 더민주, Mincu, Domincu, "Mincudanq" olaraq tanınır 민주당 Cənubi Koreya mediyasında 2016-dan), əvvəllər Demokratiya üçün Yeni Siyasət Alyansı (DYSA), Cənubi Koreyada mərkəzçi, liberal bir siyasi partiyadır. Partiya 26 Mart 2014 -cü ildə Demokratik Partiyası və Yeni Siyasi Vizyon Partiyasının (YSVP) hazırlıq komitəsinin birləşməsi ilə quruldu. Keçmiş Demokratik Partiya, DYSA-ın yaradılmasından sonra qanuni olaraq DYSA-a daxil oldu, YSVP-nin hazırlıq komitəsi ləğv edildi, birləşməni DYSA-a fərdi olaraq qoşulmağı dəstəkləyən üzvlərlə birlikdə ləğv edildi. Demokratik Partiya, rəqibi mühafizəkar Xalq Gücü Partiyası ilə birlikdə Cənubi Koreyadakı iki böyük siyasi partiyadan biridir. == Siyasi mövqeyi == Demokrat Partiyasının rəsmi ideologiyası yoxdur. Bu partiya bəzən mühafizəkarlardan fərqli olaraq mütərəqqi partiya kimi təsvir edilir, lakin o qədər də universal baxış deyil və Cənubi Koreyanın “mütərəqqi” və “mühafizəkar” arasında mövqe kimi istinad edilir. ABŞ Demokratik Partiyasının rənglərinə bənzər mavi və göy mavi partiya rənglərindən istifadə etsələr də, DPK-nın bəzi əsas fiqurları DPK-nı “mərkəz-sağ” və “mühafizəkar” kimi təsvir edir. Bəzi Cənubi Koreya mediası da NPAD və ya DPK-nı “mühafizəkar partiya” kimi xarakterizə edib.
Monqolustan Demokratik Partiyası
Monqolustan Demokratik Partiyası (ing. Democratic Party;monq. Ардчилсан Нам) — Monqolustanın sağ milliyətçi siyasi partiyası. 1990-cı ildə demokratik inqilabdan sonra Monqolustan çoxpartiyalı sistemə keçdi. Demokratik inqilabla Monqolustan kommunist rejimli ölkədən demokratik ölkəyə çevrilirdi. İnqilabdan sonra ölkədə ilk olaraq Demokratik Partiyası, Monqolustan Milli Mütərəqqi Partiyası və Monqolustan Sosial Demokrat Partiyası təsis edildi. 6 dekabr 2000-ci ildə Monqolustan Milli Demokrat Partiyası, Monqolustan Sosial Demokrat Partiyası və digər 5 partiya Monqolustan Demokratik Partiyasında birləşdilər. 1 aprel 2006-cı ildə Partiyanın qurultayında Tsaxia Elbeqdorj partiyanın lideri seçildi. Seçkilərə 4 namizəd qatılmışdı. İlk turda Tsaxia Elbeqdorj 46% səs topladı.
Qars Demokratik Cümhuriyyəti
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.
Suriya Demokratik Qüvvələri
Suriya Demokratik Qüvvələri (abr. SDQ, ərəb. قوات سوريا الديمقراطية‎, translit. Qüvvət Suriya əl-Dimukratiyə, abr. QSD, kürd. Hêzên Sûriya Demokratîk, klass. süry. ܚܝ̈ܠܘܬܐ ܕܣܘܪܝܐ ܕܝܡܩܪܛܝܬܐ, translit. Ḥaylavoto d'Suriya Demokraṭoyto, abr. HSD, ing.
Demokratik Bölgələr Partiyası
Demokratik Bölgələr Partiyası (türk. Demokratik Bölgeler Partisi, DBP; kürd. Partiya Herêman a Demokratîk, PHD) — Türkiyədə kürd siyasi partiyası. Azlıqların hüquqlarını müdafiə edən Xalqların Demokratik Partiyası (HDP) DBP-nin qardaş partiyası kimi çıxış edir. == Tarixi == 2014-cü il bələdiyyə seçkilərindən sonra Xalqların Demokratik Partiyası və kürd tərəfdarı Sülh və Demokratiya Partiyası (BDP) yenidən ortaq bir quruluşda təşkil olunmuşdur. 28 aprel 2014-cü ildə BDP-nin bütün parlament heyəti HDP-yə qoşulmuş, BDP isə yalnız yerli idarəetmə səviyyəsində təmsilçilərə təyin edilmişdir. BDP-nin ana partiyası HDP-dən fərqli olaraq, PKK ilə daha yaxın əlaqələrinin olduğu iddia edilmişdir.
Demokratik Regionlar Partiyası

Fələstin Demokratik Birliyi
Fələstin Demokratik Birliyi (Ərəb: الاتحاد الديمقراطي الفلسطيني Əl-İttihad əd-Dimuqrati əl-Filastini) — ümumiyyətlə FIDA (ərəb. فدا) kimi tanınan Fələstin Milli Azadlıq Təşkilatında (Fələstin Milli Qurtuluş Təşkilatı) və Fələstin Milli Məclisində (PLOAN) fəal olan kiçik Fələstin siyasi partiyasıdır. == Tarixi == FIDA 1990-cı illərin əvvəllərində Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhədən ayrılaraq meydana çıxdı. 1991-ci ilin sentyabrında partiya öz siyasi proqramını təsdiq etdi. 1993-cü ilin aprelində Fələstin Demokratik Birliyi — FİDA adını qəbul etdi. == Təşkilat == FİDA-nın gənclər qanadı Müstəqil Gənclər Birliyi kimi tanınır (ərəb: اتحاد شباب الاستقلال Athad Shebab Alasetqelal); fəhlə və qadın qrupları da var. DFLP və bir sıra digər Fələstin təşkilatlarından fərqli olaraq FİDA-nın silahlı qanadı yoxdur. == İnanclar və ideologiya == FİDA-nın şüarı "azadlıq, müstəqillik, qayıdış, demokratiya və sosializm"dir. O, özünü mütərəqqi, dünyəvi və demokratik sosialist partiyası kimi təqdim edir və marksist "elmi sosializm" lüğətini müdafiə edir. FIDA İsrail-Fələstin münaqişəsinə qarşı əsas DFLP-dən daha mötədil mövqe tutdu və özünü Fələstin siyasətində solçu demokratik alternativ kimi göstərməyə çalışdı.
Xalqların Demokratik Konqresi
Xalqların Demokratik Konqresi (XDK; türk. Halkların Demokratik Kongresi, HDK) — Türkiyədə çoxlu solçu siyasi hərəkatların, təşkilatların və partiyaların ittifaqı. Məqsədi Türkiyə siyasətini əsaslı şəkildə yenidən yaratmaq və etnik, dini və ya cinsi ayrı-seçkiliklə üzləşən istismar edilmiş şəxsləri təmsil etməkdir. Konqres antikapitalistdir və 15 oktyabr 2011-ci ildə təsis edilmişdir. Çoxsaylı konfranslar təşkil edir və rəsmi konqreslər keçirir. 2012-ci ildə Konqres onun siyasi qanadı kimi fəaliyyət göstərəcək yeni partiya – Xalqların Demokratik Partiyası (HDP) təsis etmişdir. Solçu qrupların oxşar ittifaqı olan "Birləşmiş İyun Hərəkatı" 2014-cü ildə təsis edilmişdir. Konqres dini və ya etnik ayrı-seçkiliklə üzləşən istismar edilən fərdlər, eləcə də azlıqlar üçün platforma təmin etmək məqsədi daşıyır. Konqres qadın hüquqlarının tərəfdarıdır və beləliklə, bir kişi və bir qadın sözçü ilə birgə liderlik sistemi fəaliyyət göstərir. Konqres xüsusilə kürd azlığını təmsil etmək məqsədi daşıyır və azlıqların hüquqlarının konstitusiya ilə təsbit edilməməsini tənqid edir.
Aysor Demokratik Partiyası
Aysor Demokratik Partiyası (klass. süry. ܓܒܐ ܐܬܘܪܝܐ ܕܝܡܘܩܪܛܝܐ, ərəb. الحزب الآشوري الديمقراطي‎) — Suriyada fəal olan, ənənəvi olaraq Xabur vadisinin aysorlarının maraqlarını təmsil edən siyasi partiya. Suriyada demokratiyanın sülh yolu ilə həyata keçirilməsini hədəfləməsinə baxmayaraq, partiya 1990-cı illərdən bəri ümumiyyətlə BƏƏS hökumətinin tərəfində olmuş və onunla əməkdaşlıq etmişdir. Suriyada vətəndaş müharibəsi zamanı Aysor Demokratik Partiyası Xabur Mühafizəçiləri və Natturə ilə sıx əlaqədə olmuşdur. == İdeologiyası == Aysor Demokratik Partiyası rəsmi olaraq tərəfkeşliyi rədd edir və Suriyada demokratiyanın sülh yolu ilə həyata keçirilməsini dəstəkləyir. İdeoloji cəhətdən sosial-demokratdır. Buna baxmayaraq, partiya 1990-cı illərdən bəri ümumiyyətlə BƏƏS hökumətinin tərəfində olmuş, onunla əməkdaşlıq edib və vətəndaş müharibəsində hökumətyönlü milisləri dəstəkləmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Hourani, Rashid; Hanna, Asaad.
Suriya Demokratik Şurası
Suriya Demokratik Şurası (kürd. Meclîsa Sûriya Demokratîk; ərəb. مجلس سوريا الديمقراطية‎; klass. süry. ܡܘܬܒܐ ܕܣܘܪܝܐ ܕܝܡܩܪܛܝܬܐ) — Suriya Demokratik Qüvvələrinin Şimali və Şərqi Suriya Muxtar İdarəsində siyasi qanadı. Suriya Demokratik Şurasının bəyan etdiyi missiyası"Bütün Suriya üçün plüralist, demokratik və mərkəzləşdirilməmiş sistemin" həyata keçirilməsi istiqamətində çalışır. == Tarixi == Suriya Demokratik Şurası 10 dekabr 2015-ci ildə Əl-Malikiyyədə yaradılmışdır. Hüquq müdafiəçisi Heytəm Mənna onun təsis edilməsində həmsədr seçilmişdir. Suriya Demokratik Şurasını yaradan Assambleya müəyyən etnik, iqtisadi və siyasi mənşəli 13 üzvdən ibarət idi. 1 avqust 2016-cı ildə Suriya Demokratik Şurası Həsəkədə ictimai ofis açmışdır.
Demokratik Seçki Mərkəzi