QIYQAC


1. sif. Əyri, çəp, yanakı, çəpəki.
Siyah zülfü dal gərdəndə bir qulac; Sona cıqqası tək ucları qıyqac. Q.Zakir.
Dağ başından günəş baxınca qıyqac; Quşlar durmaz, sərsəm kimi bağırar. A.Şaiq.
Tikanlı tel uzanır hər yana əyri, qıyqac. R.Rza.

2. is. Çəpinə kəsilmiş, yaxud çəpinə qatlanmış parça və s.; üçkünc baş örtüyü.
Başına güllü qıyqac bağlamış Həqiqət … torpaq daşıyan, yer qazan, daş aşıran yoldaşlarına baxırdı. Ə.Vəliyev.

Синонимы

  • QIYQAC qıyqac bax çəpəki
QIYIŞMAQ
QIYLAMAQ₁
OBASTAN VİKİ
Qıyqac (Puldəşt)
Qıyqac (fars. قيقاج‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (27 ailə).

Значение слова в других словарях