Digah — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şiləvar inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd sovetinin Digah kəndi Şiləvar kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Digah | |
---|---|
38°45′41″ şm. e. 48°49′35″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin ərazisi XIX əsrdə Şiləvar kəndinin obası olmuşdur. 1870-ci ilə aid sənədlərdə burada üç ev olduğu haqqında məlumat verilir. Oykonim tat dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır.[2]
Əhalisi 2445 nəfərdir.[3]
Kənddə Digah kənd məscidi dini icması fəaliyyət göstərir.[4]
Lənkəran rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |