QOVUN

QOVUN Dünən nahar zamanı; Kəsdiyin qızıl qovun; Şirindi şəkər kimi (M.Rahim); DOSTUCAN Tağların üstündə sarı dostucan; Ağ, sarı, çil qarpız qıpqırmızı qan (H.K.Sanılı); YEMİŞ Çolpa, cücənin çığırtısı, quzu-toğlunun boğuq mələrtisi, boşaldılan yeşiklərin tıqqıltısı, bir də sarı yemişin iyi yaxın qonşulara çatırdı (B.Bayramov).

QOVMAQ
QOVUŞMAQ
OBASTAN VİKİ
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qovun sukatı
Qovun sukatı — Qovundan hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Qovunağacı
Qovunağacı (lat. Carica papaya) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinin karika cinsinə aid bitki növü. Milyonlarla insanın qida rasionuna daxil olan və mamao, paupau, papayya, çörəkağacı adları ilə tanınan qovunağacı (yemişağacı) karika (lat. Carica) cinsindəndir. Sarımtıl-ağ rəngli çiçəkləri bir və ya iki cinsiyyətlidir. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Məşhur səyyah Vasko da Qama qovunağacının dadına baxaraq onu "Hindistan qızıl ağacı" adlandırmışdır. Qovunağacı həcmcə armuddan bir qədər böyükdür, sarı və narıncı rəngli qabığı olur. Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali qovunağacının yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdikləri üçün ştatda onu "zənci sabunu" adlandırırlar.
Qovunlu
Kəndlər Qovunlu (Aralıq)- 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70]. "Əhalisi Quzugüdənli Qarasu camaatındandır" (yenə orada). Qovunlu (Zarzəmin)- 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 123].

Значение слова в других словарях