Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərdəkan
Mərdəkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbədir. Mərdəkan Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır. Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdı. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi, 1945-ci ildə ayrılsada, 1948-ci ildə yenidən birləşdirildi və 1990-cı ildə Şağan yenidən ayrılaraq qəsəbə statusu aldı. Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3–2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilmişdir. Tədqiqatçı etnoqrafların bir qismi "Mərdəkan" sözünü burada məskunlaşmış "mardlar" tayfasının adı ilə, bir qismi isə yerli əhali etimalogiyasına görə "Mərdi məkan" sözü ilə bağlayır.
Girdman
Girdman —VII əsrin əvvəllərindən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin biri irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Yerevançay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər indiki Azərbaycan ərazisinin qərbində olmuşdur. Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
Ərdəkan
Ərdəkan — İranın Yəzd ostanının şəhərlərindən və Ərdəkan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,349 nəfər və 13,730 ailədən ibarət idi.
Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır. 591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti, eyni zamanda, Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı. Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər. Lakin hələ çox qədimlərdən Girdiman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın, daha doğrusu, qohum olan sabir tayfaları yaşayırdılar. Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi. Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi. Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək, mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə — IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi. Əvvəlcədən onu qeyd edək ki, Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri, uğur qazanmamışlar.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Girdəbaş toppuztikan
Girdəbaş toppuztikan (lat. Echinops sphaerocephalus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Echinopus sphaerocephalus (L.) Scop. == Yarımnövləri == Echinops sphaerocephalus var. koelzii (Rech.f.) Parsa Echinops sphaerocephalus subsp. sphaerocephalus Echinops sphaerocephalus subsp. taygeteus (Boiss. & Heldr.) Maire & Petitm.
Mərdəkan Dendrarisi
Dendrologiya İnstitutu – Abşeron yarımadasında Mərdəkan qəsəbəsində yerləşən struktur. Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1870 ci ildə Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərin birində fəhlə kimi işə başlayan M.Muxtarov öz bacarığı sayəsində sahibkara çevrilmiş və özünün şəxsi qazma kontorunu açmışdır (1890). O, 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahını qurur və bu dəzgaha "Bakı qazma" sistemi adı verir. Sonradan bu dəzgaha dövlət patentidə alır. Murtuza Muxtarov taxta yonan dəzgah icad edir ki, hal-hazırda bu dəzgah Sankt-Peterburuq şəhərində "Dağ-mədən" İnstitutunda saxlanılır. O,Vladiqafqazda və Əmircan kəndində məscid (1910), Pirallahı yaxınlığında Mayak habelə məktəb binası inşa etdirmişdir. Murtuza xanımı Liza ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olmuş və onlara oxşar sarayı bu bağda bir il ərzində tikdirmişdir. (1911–1912). 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur.
Mərdəkan Prospekti
Mərdəkan prospekti — Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən ən uzun prospekt. Prospekt öz başlanğıcını Heydər Əliyev prospektinin sonundan götürür və Mərdəkan qəsəbəsinə qədər uzanır. Prospektin uzunluğu 8.40 km,eni isə 30 m-dir. Bəzi yerlərdə prospektin eni 55m-ə qədər genişlənir.
Mərdəkan bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mərdəkan qalası
Dairəvi Mərdəkan qalası — Mərdəkan qəsəbəsində qədim tarixə malik dairəvi formada qala. Dördkünc Mərdəkan qalası — Mərdəkan qəsəbəsində qədim tarixə malik dörd künc formada qala.
Mərdəkan qəsəbəsi
Mərdəkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbədir. Mərdəkan Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır. Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdı. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi, 1945-ci ildə ayrılsada, 1948-ci ildə yenidən birləşdirildi və 1990-cı ildə Şağan yenidən ayrılaraq qəsəbə statusu aldı. Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3–2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilmişdir. Tədqiqatçı etnoqrafların bir qismi "Mərdəkan" sözünü burada məskunlaşmış "mardlar" tayfasının adı ilə, bir qismi isə yerli əhali etimalogiyasına görə "Mərdi məkan" sözü ilə bağlayır.
Ərdəkan (Fars)
Ərdəkan – İranın Fars ostanının şəhərlərindən və Sipidan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,212 nəfər və 3,534 ailədən ibarət idi.
Ərdəkan şəhristanı
Ərdəkan şəhristanı — İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərdəkan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 66,900 nəfər və 18,140 ailədən ibarət idi.
AMEA Mərdəkan Dendrarisi
Dendrologiya İnstitutu – Abşeron yarımadasında Mərdəkan qəsəbəsində yerləşən struktur. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1870 ci ildə Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərin birində fəhlə kimi işə başlayan M.Muxtarov öz bacarığı sayəsində sahibkara çevrilmiş və özünün şəxsi qazma kontorunu açmışdır (1890). O, 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahını qurur və bu dəzgaha "Bakı qazma" sistemi adı verir. Sonradan bu dəzgaha dövlət patentidə alır. Murtuza Muxtarov taxta yonan dəzgah icad edir ki, hal-hazırda bu dəzgah Sankt-Peterburuq şəhərində "Dağ-mədən" İnstitutunda saxlanılır. O,Vladiqafqazda və Əmircan kəndində məscid (1910), Pirallahı yaxınlığında Mayak habelə məktəb binası inşa etdirmişdir. Murtuza xanımı Liza ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olmuş və onlara oxşar sarayı bu bağda bir il ərzində tikdirmişdir. (1911–1912). 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur.
Dairəvi Mərdəkan qalası
Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsri— Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır. == Tarixi == Dairəvi Mərdəkan qəsri, bir zamanlar bu ərazidə olmuş və dövrümüzə çatmamış qala kompleksinin bir hissəsi olmuşdur.Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. == Memarlıq xüsusiyyətləri == XII-XV əsrlər Ön və Orta Asiya şəhərləri üçün xarakterik memarlıq planına malik olan Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir.Qala divarları hər tərəfdən 25 metr uzunluğa malikdir.
Dördkünc Mərdəkan qalası
Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir. Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir. == Tarixi == Böyük Mərdəkan qəsri XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. == Memarlıq xüsusiyyətləri == Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir.
Pir Mərdəkan xanəgahı
Pir Mərdəkan xanəgahı – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır. Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 – 1203 – cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir. Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir.
Yuxarı Zərdəkan (Sərdəşt)
Yuxarı Zərdəkan (fars. زرده كاني عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
I Firuz (Girdiman knyazı)
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi — 1896-cı ilin 27 oktyabr tarixində mesenat Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiyti hesabına Bakının Mərdəkan kəndində açılmışdır. birinci il məktəbdə 40 şagird təhsil almışdır. Təhsil müddəti 5 il olmuşdur. Tədris planına azərbaycan, rus dilləri, hesab və hüsnxətt fənnləri daxil edilmişdi. Məktəbin nəzdində internat vardı. Kənd icması tərəfindən ayrılmış 10 ha-dan artıq təqris-təcrübə sahəsində yerli şəraitə uyğun gül-çiçək, dərman bitkiləri və texniki bitkilər becərilirdi. Hətta şitillik təşkil olunmuşdu.
Tridekan
Tridekan (C13H28) — Alkanlar sinfindən doymuş karbohidrogen. Əsasən süd məhsullarında rast gəlinir. Sərbəst yağ turşularının öyrənilmiş bütün kompozisiyalarından, tridekan turşusu kompozisiyaları, bioloji yanacaq istehsalında xammal kimi istifadə oluna bilər. Lakin sərbəst yağ turşularının bu məqsədlər üçün istifadəsinin mənfi cəhətləri var: qaynaq intensivliyi və müddəti.
İnanc yerlərimiz. Üçüncü film. Piri-Mərdəkan (film, 2004)