YEKƏLMƏK

YEKƏLMƏK [Safo:] Axı Şamo körpəliyindən onun-bunun qapazı altında yekəlibdir (S.Rəhimov); BÖYÜMƏK Girdiman dağlarının təmiz havasında böyümüş bu qocanın, yetmiş yaşı vardısa da, hələ qocalıqdan şikayət etmirdi (M.Hüseyn); İRİLƏŞMƏK, İRİLMƏK Fərmanın ortaboylu nazik vücudu getdikcə iriləşir, bədənindəki uşaq kövrəkliyi daha az hiss olunurdu (Ə.Sadıq); ZORBALAŞMAQ (dan., məc.) Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı isə günbəgün zorbalaşırdı (N.Nərimanov).

YEKƏLİK
YEKNƏSƏQ

Значение слова в других словарях