Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Melaleuca glena
Melaleuca glena (lat. Melaleuca glena) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Glenfiddich
Glenfiddich — Fidix çayı vadisində istehsal olunan şotland viskisinin brendi (skotç). == Tarixi == "Glenfiddich" viski istehsalı müəssisəsinin əsası 1886-cı ildə Uilyam Qrant və onun 9 oğlu tərəfindən qoyulub. Qrantlar indiyə qədər bu zavodun sahibidirlər. Ənənələrə qayğı, əməksevərlik və işə yaradıcı yanaşma ailə şirkətinə ayağa qalxmağa, ötən əsrin 1960-70-ci illərinin sənayedəki çətin dövrləri keçməyə və ən böyük viski istehsalçılarından birinə çevrilməyə kömək edib. Distillyasiya, saxlama və şüşələrə doldurma da daxil olmaqla, viskinin hazırlanması bütövlüklə zavodda baş verir. Su Robbi Du adlı yeganə mənbədən götürülür. Viski minimum 12 il palıd çəlləklərində saxlanılır, bu isə yeni armudun və palıd toxumunun notlarından ibarət mürəkkəb ətirli içki hazırlamağa imkan verir. Müxtəlif viskilərin hazırlanması üçün şirkət bir neçə növ çəlləkdən istifadə edir: xeresdən ispan, burbondan Amerika, yeni çəlləklər və hətta romdan Kuba çəlləklərindən istifadə edilir. "Glenfiddich" məhsulları bir çox mükafatlara layiq görülüb. Ən sonuncuları 2007-ci ildə "International Spirits Challenge" və "International Wine and Spirit Competition" müsabiqələrində qazanılmış 2 qızıl medaldır.
Olen
Olen (padşah) — qədim yunan mifologiyasında personaj, Olen şəhərinin eponimi. Olen (Axeya) — Yunanıstanda, qədim Axeyada polis (şəhər-dövlət). Olen (Etoliya) — Cənubi Etoliyada, Axeloos və Evinos çayları arasında, Arakintos dağının ətəyində qədim şəhər.
Qlen-Ellen
Qlen-Ellen — ABŞ-nin qərbində, Kaliforniya ştatında çox kiçik bölgə. 2010-cu ildə şəhərin əhalisi 784 nəfər olmuşdur. Bura Cek Londonun dəfn edildiyi yer kimi məşhurlaşıb. 2017-ci ildə Şimali Kaliforniya meşə yanğınları bölgəyə böyük ziyan vurmuşdur.
Qlen Etiv
Qlen Etiv (ing. Glen Etive; şot.kelt Gleann Èite) – Şotlandiyanın Haylends ərazisində yerləşən dərə.
Qlen Markatt
Qlenn Mörkatt (25 iyul 1936, London) — Avstraliyanın ən məşhur memarlarından biridir. Qlenn Mörkatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlenn sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlenn Mörkatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956–1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu. Qlenn Mörkatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir. İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlenn Mörkatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır. 2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Mörkatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir.
Qlen Pauer
Qlen Yozef Pauer (ing. Glen Joseph Power; 5 iyul 1974 və ya iyul 1974, Dublin)- İrland bəstəkar. Pauer 1978-ci il İyulun 5-də İrlandiyanın paytaxtı Dublində anadan olub. Özünün də dediyinə görə uşaq vaxtlarında The Beatles , The Who , U2 kimi rok qruplarının mahnılarını dinləyər və oradakı zərb ritmlərinə böyük diqqət yetirərmiş və bu böyük sevgisi onu 2001-də The Script rok qrupunun zərbçisi edir. Danny O'Donoghue və Mark Sheehan ilə tanış olan Glen qrupun əsasını qoyur. Bu qrupla onlar 3 studiya albomuna müvəffəq olurlar. 2012-ci ildə Avropanın ən yaxşı rok qrupu adını da alırlar. Facebookda 6 milyondan çox fanatı olan The Script bu gün ən sayılıb seçilən rok qruplarındandır..
Qlen Bouersok
Qlen Vorren Bouersok (ing. Glen Warren Bowersock; 12 yanvar 1936, Providens[d]) — ABŞ antik tarixçisi, ellinist, son antik dövr, Qədim Yunanıstan, Roma və Yaxın Şərqin tarixi və mədəniyyəti, həmçinin müasir ədəbiyyatda klassik ənənə üzrə mütəxəssis. Fəlsəfə doktoru, Prinstonda əməkdar professor, keçmiş Harvard professoru, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1989), Rusiya Elmlər Akademiyasının (1999) və Dei Linçei Akademiyasının xarici üzvü. Ceyms Brested mükafatına layiq görülmüşdür (1992). Xenophon, Constitution of the Athenians, edited and translated, Harvard University Press, 1968 Augustus and the Greek World (Oxford, 1965) ISBN 978-0-19-814250-8 Greek Sophists in the Roman Empire (Oxford, 1969) ISBN 978-0-19-814279-9 Julian the Apostate, Harvard University Press, 1978 ISBN 978-0-674-48882-3 Gibbon's Historical Imagination (Stanford, 1988). Hellenism in Late Antiquity [Jerome Lectures] (Michigan and Cambridge U.P., 1990) ISBN 978-0-472-06418-2 Fiction as History, from Nero to Julian [Sather Classical Lectures] (University of California Press, 1994). ISBN 978-0-520-08824-5 Available online from eScholarship editions at the University of California.
.gle
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.
Gen
Gen — canlılarda nəsildən nəslə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahidi. Nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. == Tarix == İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atmışdır. 1857 ilə 1864 illəri arasında noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəslə ötürülməsini izləmişdir. == DNT == DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir.
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1974, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. == Həyatı == Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004). Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Alen-Furnye
Alen-Furnye (fr. Alain-Fournier; d. 3 oktyabr 1886 - ö. 22 sentyabr 1914) — Fransız yazıçı və hərbçi. Ssenarisi əsasında iki dəfə film çəkilən və Fransız ədəbiyyatının klassiklərindən sayılan "Adsız ölkə" romanı onun yeganə kitabıdır. == Həyatı == Alen-Furnye, bir müəllimin oğlu olaraq Fransanın mərkəzindəki La Şapel-d'Anqilyonun Şer adlı şəhərində anadan olub.Paris yaxınlığındakı Şeaux, Hauts-de-Seyndəki "Lysee Lakanal" məktəbində təhsil aldı. Burada Ekole Normale Superieure universiteti üçün çox çalışdı, amma uğurlu ola bilmədi. Bundan sonra Brest şəhərindəki dəniz ticarət məktəbinə yollandı."Lysee Lakanal" məktəbində oxuyarkən Jak Rivyera ilə tanış olmuş və o gündən yaxın dost olmuşlar. 1909-cu ildə Jak Rivyera Alayn-Furner kiçik bacısı İzabella ilə evləndi. == Yaradıcılıq fəaliyyəti == 1907-ci ildə işlərini dayandırdı və 1908-1909-cu illərdə əsgərliyə yollandı.
Alen Berliner
Alen Berliner(fr. Alain Berliner, 21 fevral 1963, Brüssel[d]) — Belçika ssenaristi, rejissoru. == Həyatı == Alen Berliner 21 fevral 1963-cü ildə Brüsseldə anadan olub. Film həyatına rejissor assisenti kimi başlayıb. Alen Berliner 2010-cu ildə Onore de Balzak eyni adlı romanı əsasında Şaqren dərisi filmini çəkib.
Alen Bokşiç
Alen Bokšić (səslənmə: [bǒkʃitɕ] ; 21 yanvar 1970[…], Makarska, Split-Dalmatiya jupaniyası[d]) — Xorvatiyalı keçmiş peşəkar futbolçu. Karyerasının çox hissəsini Fransa və İtaliyada keçirib. Hücumçu mövqeyində oynayıb. Yaxşı texnikası və fiziki gücü ilə məşhur olub. Xorvatiya milli futbol komandasının tarixinin ən böyük oyunçularından biri kimi qəbul edilir. "Marsel" klubu ilə Bokşiç 1992–93 UEFA Çempionlar Liqasının qalibi olur və 1993-cü ildə Avropada ilin futbolçusu sorğusunda dördüncü seçilir. Elə həmin il o, Xorvatiyada ilin futbolçusu seçildi. Futbolçu həmçinin 1997 və 2000-ci illərdə müvafiq olaraq "Yuventus" və "Latsio" ilə iki A Seriyası şempionluğu titulunu qazanıb. Futbolçu 1980-ci ildən A Seriyası tarixində ən yaxşı əcnəbi oyunçulardan biri kimi qəbul edilir. 1990-cı ildə İtaliyada keçirilən FIFA Dünya Kubokunda Yuqoslaviya millisinə dəvət alsa da, 20 yaşlı Bokşiç turnirdə meydana çıxmır.
Alen Delon
Alen Delon (fr. Alain Delon, 8 noyabr 1935[…], So[d][…] – 18 avqust 2024[…], Douchy-Montcorbon[d]) — fransız aktyoru. == Həyatı == Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Atası Fabyen Delon şəxsi kinoteatra sahib idi. Anası Edit Arnold əczaçı olmasına baxmayaraq ərinin kinoteatrında kassir işləyirdi. 3 yaşında olarkən valideynləri ayrılmalı oldular və anası 2-ci dəfə şəhərin məşhur qəssab dükanının sahibi Pol Bulona ərə getdi. 4 yaşı tamam olar-olmaz Alen Delon Nero ailəsinə verildi və onların faciəvi şəkildə həlak olduğu günə qədər bu ailədə yaşadı. Ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı, amma yalnız bununla kifayətlənmədi.
Alen Simonyan
Alen Roberti Simonyan (erm. Ալեն Ռոբերտի Սիմոնյան; 5 yanvar 1980, İrəvan) — Ermənistan siyasətçisi. O, Ermənistan Respublikası prezidentinin səlahiyyətlərini icra edən, Ermənistan Respublikasının Milli Məclisinin sədri, İrəvan Şəhər Şurasının keçmiş üzvüdür. == Həyatı == Alen Simonyan 5 yanvar 1980-ci ildə İrəvan şəhərində doğulub. İrəvan Dövlət Universitetini bitirib. Vətəndaş Müqaviləsi Partiyasının üzvüdür.
Alen Uest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Olen (Axeya)
Olen (q.yun. Ὤλενος, Olenos) — Yunanıstanda, qədim Axeyada polis (şəhər-dövlət). Axeya İttifaqının orijinal üzvü idi. Polibinin dövründə Olen artıq tərk edilmiş bir şəhər idi.
Olen (Etoliya)
Olen (q.yun. Ὤλενος, lat. Olenus ) — Cənubi Etoliyada, Axeloos və Evinos çayları arasında, Arakintos dağının ətəyində qədim şəhər. Homer bunu "İliada"da gəmilər kataloqunda qeyd edir. Strabon xəbər verir ki, şəhər eollular tərəfindən dağıdılmışdır. Polibi öz əsərində bu şəhəri Eley adlandırır. Latın yazıçısı Stasi "Fivaida" kitabında Kalidon padşahı Tideyi "Olenli Tidey" adlandırır.
Olen (padşah)
Olen (yun. Ώλενος) — qədim yunan mifologiyasında personaj, Olen şəhərinin eponimi. O, şəhərin ilk padşahı olmuşdur. Olen Zevs və ya Poseidon ilə danaid Anaksitey oğlu idi. Onun varisi və ikinci kralı Krinak olmuşdur.
Olen (şair)
Olen (q.yun. Ὠλήν) — əfsanəvi yunan şairi. Olen Delos adasına köçmüşdür, lakin əslən Likiyadandır. Herodotun dövründə tanrının məskəni adasında Apollonun ilk xidmətçilərini vəsf edən ilahiləri və digər "qədim nəğmələr" Delosdakı kultun bir hissəsi idi. Olenin keşiş poeziyası indi tamamilə itirilmişdir. Apollonun hiperboreyalılar arasında müvəqqəti qalması haqqında əfsanə ona aid edilmişdir.
Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. Qalen həm də filosof kimi tanınmışdır.
Qley
Qley - Q.N.Vısotski tərəfindən işlənmişdir. Torpaq profilinin struktursuz azməsaməli hissəsi yaşıl, mavi, tünd göy, yaxud göyümtül pas rəngli olur. Bataqlaşmış və bataqlıq torpaqlarda oksigenin torpağa çətinliklə daxil olduğu və ya heç daxil olmadığı şəraitdə torpağın qleyləşməsi nəticəsində əmələ gəlir. İkivalentli dəmir birləşməsinin olmasından irəli gələrək, torpaq horizontu mavi-tünd göy, yaxud yaşıl rənglidir. Dayanıqlı rütubətlilik şəraitində güclü inkişag etmiş qleyləşmə prosesi nəticəsində formalaşır.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Qlen qraflığı (Kaliforniya)
Qlenn — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 28,122 nəfər olmuşdur. Mərkəzi Uillous şəhəridir.
Qlen Vorren Bouersok
Qlen Vorren Bouersok (ing. Glen Warren Bowersock; 12 yanvar 1936, Providens[d]) — ABŞ antik tarixçisi, ellinist, son antik dövr, Qədim Yunanıstan, Roma və Yaxın Şərqin tarixi və mədəniyyəti, həmçinin müasir ədəbiyyatda klassik ənənə üzrə mütəxəssis. Fəlsəfə doktoru, Prinstonda əməkdar professor, keçmiş Harvard professoru, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1989), Rusiya Elmlər Akademiyasının (1999) və Dei Linçei Akademiyasının xarici üzvü. Ceyms Brested mükafatına layiq görülmüşdür (1992). Xenophon, Constitution of the Athenians, edited and translated, Harvard University Press, 1968 Augustus and the Greek World (Oxford, 1965) ISBN 978-0-19-814250-8 Greek Sophists in the Roman Empire (Oxford, 1969) ISBN 978-0-19-814279-9 Julian the Apostate, Harvard University Press, 1978 ISBN 978-0-674-48882-3 Gibbon's Historical Imagination (Stanford, 1988). Hellenism in Late Antiquity [Jerome Lectures] (Michigan and Cambridge U.P., 1990) ISBN 978-0-472-06418-2 Fiction as History, from Nero to Julian [Sather Classical Lectures] (University of California Press, 1994). ISBN 978-0-520-08824-5 Available online from eScholarship editions at the University of California.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Pasinlər, Ərzurum ili – 20 oktyabr 2024, Pensilvaniya) — Gülən hərəkatının banisi olan Türkiyə filantropu, yazıçısı, şairi, keçmiş vaizi və din adamı idi. O, 30-dan çox kitab və bir çox məqalənin müəllifi idi. O, həmçinin Türk, ərəb, fars və osmanlı dillərini bilirdi. 1999-cu ildən öldüyü tarixə qədər ABŞ-nin Pensilvaniya ştatının Saylorsburq şəhərində yaşayırdı. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. == Tarixi == Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını "Kralın Əmrində" kimi düşünsə də, dostlarının məsləhəti ilə onu "Gülən Adam" olaraq dəyişib. Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca "L'Homme qui rit" — " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. == Personajlar == Quinpen — əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üçün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq ölmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Hörümçək-Qven
Hörümçək-qadın (ing. Spider-Woman) və ya daha çox tanınan adı ilə Hörümçək-Qven (ing. Spider-Gwen) – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır. Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür.
Klavdi Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. == Təbabətdə uğurları == Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. == Fəlsəfəsi == Qalen həm də filosof kimi tanınmışdır.
Qleb Abakumov
Qleb Arsentiyeviç Abakumov (rus. Гле́б Арсе́нтьевич Абаку́мов; 30 sentyabr 1937, Yadrin[d] – 29 avqust 2019, Nijni Novqorod) — SSRİ və Rusiya kimyaçısı. O, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987-ci ildən), Rusiya Elmlər Akademiyasının akademiki (2000-ci ildən) olmuşdur. 1962-ci ildə N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Kimya elmləri doktoru (1976), professor (1980), Nijni Novqorod Dövlət Universitetinin Kimya fakültəsində (1962–1964), SSRİ Elmlər Akademiyasının polimerlərin stabilləşdirilməsi laboratoriyasında (1964–1968), SSRİ Elmlər Akademiyasının Kimya İnstitutunda (1968–1988) işləmişdir. Rusiya Elmlər Akademiyasının Q. A. Razuvayev adına Metal Üzvi Kimya İnstitutunun direktoru, 2016–2019-cu illərdə institutun elmi direktoru olmuşdur. Nijni Novqorod şəhərində yerləşən Buqrovski qəbiristanlığında dəfn edildi. Rusiya və beynəlxalq elmi jurnallarda 350-yə yaxın nəşrin müəllifidir. SSRİ Dövlət Mükafatı (1985) "Dostluq" ordeni (1999) Абакумов Глеб Арсентьевич. Информационная система «Архивы Российской академии наук».
Qolen Qrad
Qolen Qrad (mak. Голем Град) — Makedoniya Respublikasının ərazisində yerləşir. Adanın mənası Böyük qala kimi səslənir. Bəzən isə İlan adası olaraq adlanır. Adanın sahəsi 20 hektardır. Ada Prespa gölü daxilində, Yunanıstan və Albaniya sərhəddindən bir necə km aralıda yerləşir. Qolen Qrad adasında bir necə qədim məbəd vardır. Adada çoxlu sayda heyvan növü yaşayır..2008-ci ilin avqust ayından ada yuristlərin girişi üçün açılmışdır. Qolen Qrad 20 h əraziyə malik olub, 600 metr uzunluğa və 350 metr enə malikdir. XX əsrin ortalarından etibarən adada yaşayış yoxdur.