Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gələsən Görəsən (Meşkinşəhr)
Gələsən Görəsən (fars. گلسن گورسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (9 ailə).
Görəsən necə? (roman)
Görəsən necə? - Fransa yazıçısı Semyuel Bekket tərəfindən 1960-cı ildə yazılan roman. Roman 1961-ci ildə nəşr olunmuşdur. Daha sonra Bekket tərəfindən 1964-cü ildə ingilis dilinə "How it is" başlığı altında tərcümə olunmuşdur. Roman içərisi qidalarla dolu olan çuvalı sonsuz palçıqda daşıyan və həyat hekayəsini danışan bir nəfərin monoloqundan ibarətdir. Palçıq Xristian inancındakı Parqantorini təmsil edir. Romanın fransızca adı "Comment c'est"dir.
Gələrsən-Görərsən qalası
Kişlilər bu qalaya Qız, gah da Qızlar qalası deyirlər. Qız "alınmazlıq" və "məğlubedilməzlik" anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin və Hacı Seyid Əbdülhəmid Əfəndinin əsərləridir. Həmin mənbələrdə bu qala "Qızlar" adı ilə deyil, "Gələrsən-Görərsən" adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə "Gələrsən-Görərsən" adının Qızlar qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ildəki məlum hücumundan qorunmaq üçün şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qızlar qalasında müdafiə olunduqlarını hər iki mənbə aydın şəkildə təsdiq etməkdədir. "Gələrsən-Görərsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, qalaya öndən, arxadan və çay tərəfdən qaya sıldırım olduğuna görə hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır.
Yohan Martinius Toresen
Vilyam Koplend (ing. William Copeland; 10 yanvar 1834, Arendal[d] – 11 fevral 1902, İşikavaço[d]) və ya əsl adı ilə Yohan Martinius Toresen (norv. Johan Martinius Thoresen) – Norveç əsilli ABŞ pivəçisi. 1869-cu ildə Yaponiyada Spring Valley Brewery pivə şirkətinin əsasını qoymuşdur. O, Yaponiyada südçülük və pivəçilik ilə məşğul olmuş ilk əcnəbi şəxsdir. == İlk illəri == Vilyam Koplend 1834-cü ildə Norveçdə Yohan Martinius Toresen adı ilə doğulmuşdur. 1840-cı illərin sonlarında Norveçdə yaşayan bir alman pivə ustasının yanında 5 il işləmişdir. O, 1850-ci illərdə ABŞ-yə miqrasiya etdikdən sonra özünə Vilyam Koplend adını götürmüş və ABŞ vətəndaşı olmuşdur. == Yaponiyada fəaliyyəti == === 1864–1880 === Koplend 1864-cü ildə Yaponiyanın Yokohama şəhərinə köçmüş və araba biznesi ilə məşğul olmağa cəhd etmiş, daha sonra südçülüyə yönəlmişdir. Onun adı "Yokohama şəhərinin yazılı tarixi" əsərində 1868-ci ildə burada yaşayan avropalı və amerikalıların siyahısında göstərilmişdir.
Ormeşən
Ormeşən — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Ormeşən kəndi Gürcüstanın Borçalı mahalında bünövrəsi çox qədimlərdən qoyulmuş kəndlərdən biridir. Ormeşən sözü ormanlıq-meşəlik sözündən götürülmüşdür. Ormeşən kəndi dəniz səviyyəsindən 1896,6 metr yüksəkliyində olan Şindi dağının ətəyində, dörd tərəfi meşə ilə örtülü dəniz səviyyəsindən 1378,2 metr yüksəkliyində olan bir sahədə yerləşmişdir. Ormeşən kəndi cənubdan Az-Gəyliyən, Qızılkilsə, Şindilər, şərqdən Darvaz, qərbdən Baxçalar, Saca, Valgem (Kirovisi), Dağ Arıxlı kəndləri, şimaldan Çataqla (Xram SES) həmsərhəddir. Ormeşən kəndinin kənddə 200 hektardan çox əkin və biçənək, Şindi dağında 540 hektar biçənək. Şam düyədə 640 hektar otlaq, Sərxanda 500 hektara kimi otlaq, Marneuli şəhəri ilə Rustavi şəhəri arasında Yağılcada qışlağı olmuşdur. Bu torpaqlardan Ormeşən kəndi lazımı qaydada istifadə edirdi. Ormeşən kəndində köhnə məktəb 1936-cı ildə, təzə məktəb isə 1980-ci ildə tikilib istifadəyə verilmişdir. Bu məktəblər ziyalılar, dövlət qulluqcuları və müxtəlif sahələr üzrə mütəxəssislər yetişdirmişdir.
Yeyərsən qaz ətini, görərsən ləzzətini
Yeyərsən qaz ətini, görərsən ləzzətini — səhnə əsəri, 1892-ci ildə Peterburqda qələmə alınmışdır. Əsərin ilk çap olunma tarixi haqqında dəqiq bir məlumat yoxdur. Azərbaycanın tarixinin mühüm bir dövrünü Ə.Haqvеrdiyеv öz əsərlərində əks еtdirmişdir. Оnun ədəbi yaradıcılığının inkişaf yоlu xalq həyatı ilə, cəmiyyətin kеçdiyi ziddiyyətli yоllarla bağlı оlmuşdur. Ədib yaradıcılığının birinci dövründə (1892-1905) “Yеyərsən qaz ətini, görəsən ləzzətini” (1892), “Dağılan tifaq” (1896), “Bəxtsiz cavan” (1900) pyеslərini yazmış və istеdadlı bir dramaturq kimi tanınmışdır. == Məzmunu == “Yеyərsən qaz ətini, görərsən ləzzətini” pyеsinin mövzusu tacir həyatından alınmışdır. Kоmеdiya ailədə fəlakətə səbəb оlan qadınların şərəf və hüququnu ayaqlayan çоxarvadlılıq məsələsinin tənqidinə həsr еdilmişdir. Pyеs gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir. == Obrazlar == HacıMehdi – Оsmanlı davasında bir qədər qazanıb, 50 yaşında Ələsgər – оnun qardaşı, 45 yaşında Sənəm – Hacı Mеhdinin əvvəlinci arvadı, 30 yaşında Güllü – Hacı Mеhdinin ikinci arvadı, 25 yaşında Nəbi – qəssab, Güllünün atası, 50 yaşında Mirzə Hеydər – cadugər, 40 yaşında Məşədiİman – sövdəgər, 40 yaşında Gülpəri – qоca arvad, еlçi, 50 yaşında Qiyas – Hacı Mеhdinin еv nökəri, 18 yaşında == İstinadlar == == Xarici keçidlər == Seçilmiş əsərləri [Mətn] : 2 cilddə /Ə. Haqverdiyev. "Yeyərsən qaz ətini, görərsən ləzzətini".
Yeyərsən qaz ətini, görərsən ləzzətini (pyes)
Yeyərsən qaz ətini, görərsən ləzzətini — səhnə əsəri, 1892-ci ildə Peterburqda qələmə alınmışdır. Əsərin ilk çap olunma tarixi haqqında dəqiq bir məlumat yoxdur. Azərbaycanın tarixinin mühüm bir dövrünü Ə.Haqvеrdiyеv öz əsərlərində əks еtdirmişdir. Оnun ədəbi yaradıcılığının inkişaf yоlu xalq həyatı ilə, cəmiyyətin kеçdiyi ziddiyyətli yоllarla bağlı оlmuşdur. Ədib yaradıcılığının birinci dövründə (1892-1905) “Yеyərsən qaz ətini, görəsən ləzzətini” (1892), “Dağılan tifaq” (1896), “Bəxtsiz cavan” (1900) pyеslərini yazmış və istеdadlı bir dramaturq kimi tanınmışdır. == Məzmunu == “Yеyərsən qaz ətini, görərsən ləzzətini” pyеsinin mövzusu tacir həyatından alınmışdır. Kоmеdiya ailədə fəlakətə səbəb оlan qadınların şərəf və hüququnu ayaqlayan çоxarvadlılıq məsələsinin tənqidinə həsr еdilmişdir. Pyеs gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir. == Obrazlar == HacıMehdi – Оsmanlı davasında bir qədər qazanıb, 50 yaşında Ələsgər – оnun qardaşı, 45 yaşında Sənəm – Hacı Mеhdinin əvvəlinci arvadı, 30 yaşında Güllü – Hacı Mеhdinin ikinci arvadı, 25 yaşında Nəbi – qəssab, Güllünün atası, 50 yaşında Mirzə Hеydər – cadugər, 40 yaşında Məşədiİman – sövdəgər, 40 yaşında Gülpəri – qоca arvad, еlçi, 50 yaşında Qiyas – Hacı Mеhdinin еv nökəri, 18 yaşında == İstinadlar == == Xarici keçidlər == Seçilmiş əsərləri [Mətn] : 2 cilddə /Ə. Haqverdiyev. "Yeyərsən qaz ətini, görərsən ləzzətini".
Giresun
Giresun — Giresun ilində şəhər.
Göyəzən
Göyəzən (qəzet) —
Holesen
Holesen- (rus. голоцен, ing. Holocene) buzlaşmadan sonrakı epoxa. Dördüncü dövr /Antropogen/ geoloji inkişaf tarixinin hələ başa çatmamış axırıncı bölməsini təşkil edən müasir geoloji epoxa. Holosen ərzində müasir coğrafi zonalar yaranmış, quru və dənizlər müasir simasını almış, cavan terraslar formalaşmışdır.
Noraşen
Noraşen — Şərur rayonunun 1930-1964-cü illərdəki adı. Noraşen — Culfa rayonunun Göydərə kəndinin əvvəlki adı. Noraşen — Xocavənd rayonunun Günəşli kəndinin əvvəlki adı (?–1992). Noraşen — Sevan rayonunun Əfəndi kəndinin dəyişdirilmiş adı (1938-indi). Noraşen — Abaran rayonunun Saçlı kəndinin dəyişdirilmiş adı (15.07.1946). Noraşen — Qəmərli rayonunun Yuxarı Kürdkənd kəndinin dəyişdirilmiş adı. Baş Noraşen — Şərur rayonunun Cəlilkənd kəndinin əvvəlki adı. Norşen — Şirak mərzində kənd. Noraşenik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Noraşen rəqsləri — Xəyyam Mirzəzadənin 1972-ci ildə Simli kvartet üçün yazdığı əsər.
Qaraşen
Qaraşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «böyük» mənasında işlənən qara sözündən və «yaşayış yeri, kənd» mənasında işlənən şenlik sözündən formalaşan şen topoformantı əsasında əmələ gəlib «böyük kənd, yaşayış yeri» anlamını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Qobelen
Qobelen (fr. gobelin), və ya şpalera — əllə toxunan dekorativ təsviri sənətin bir növü, konkret süjetli bir tərəfli xalça. Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir.Qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen sənəti dünyada geniş yayılmış, Azərbaycanda isə qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Dünyada məşhur olan bu sənət XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilmiş və tədricən bir çox Şərq ölkələrinə yayılmışdır. Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi lazımlı məişət əşyası olmaqla yanaşı, kübarlığın rəmzi olaraq varlı insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edən sənət nümunəsi olmuşdur.
Xocəsən
Xocəsən — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Xocəsən şəhər tipli qəsəbəsi Biləcəri qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu şəhər tipli qəsəbə mərkəz olmaqla Xocəsən qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. == Tarixi == Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V–VI əsrlərdə çəkilmişdir. Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi səsləndirilmişdir.Tarixi mənbələrdə qeyd olunur ki, bu kənd XVII əsrdə yaşamış zəmanəsinin tanınmış taciri Xoca Həsənin şərəfinə belə adlandırılmışdı. Tarixçi Sara Aşurbəyli bu kəndin adını "Xocasən" kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərib. Qədim İpək yolunun üstündə yerləşən kəndin arxa hissəsi Qobu dağları, ön hissəsi Kiçik və Böyük Daş adlanan dağlarla əhatə olunub. Kənddə üç qəbilə olub: Yarəhmədlilər (Dağıstandan gələnlər); çobanlar (qara Siyəzəndən gələnlər); hamamçılar (Qubadan gələnlər). Bu kənddə 3 ovdan (su yığıb saxlamaq üçün qurulan yeraltı hovuz) yerləşir. Onlardan biri-Ortalığ adlanan ovdan öz varlığını qoruya bilməsə də digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hal hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb. Kənddən təxminən min metr şimalda (indiki "Pepsi" zavodu yaxınlığında) qədim Şah Abbas karvansarası olub.
Fresen.
Georq Fresenius (alm. Johann Baptist Georg Wolfgang Fresenius‎; 25 sentyabr 1808 – 1 dekabr 1866) — Alman fiziki və botaniki.
Loreen
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. == Həyatı == Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Norşen
Norşen — Şirak mərzində kənd.
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır.Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar. Onun materialı tətbiq olunduğu sahədən asılı olaraq həm yüksək möhkəmlik, həm də istiyə davamlılıq göstərməlidir.
Qodəsə
Qodəsə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qodəsə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Aleksandr Qertsen
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Baş-Noraşen
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır.Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Giresun Universiteti
Giresun Universiteti — 2006-cı ildə Giresunda yaradılan dövlət universiteti. == Rəhbərlik == 2012-2016-cı illər arasında Giresun Universitetinin rektoru azərbaycanlı professor Aygün Attar olmuşdur. O, 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Aygün Attar Türkiyənin vəzifədəki 7 qadın rektorundan biri olmuşdur. 2012-ci ildən etibarən Giresun Universiteti regional səviyyədə qazandığı beynəlxalq nüfuzu ilə diqqət çəkir. Görülən işlər nəticəsində Oksford Universitetinin Liderlər Zirvəsi, Giresun Universitetini həm də "Ən Yaxşı Regional Universitet" seçib. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Giresun adası
Giresun adası (türk. Giresun Adası) ― Qara dənizin cənub-şərq sahilində, Türkiyənin Giresun şəhərindən 1,2 km məsafədə yerləşən kiçik ada. Adanın sahəsi 4 hektardır. Giresun adası Türkiyənin Qara dəniz sahilindəki ən böyük adasıdır. == Tarix == Adanın qədim adlarına Aretias (yun. Ἀρητιάς), Areos Nesos (yun. Ἄρεος νῆσος; Ares adası deməkdir), Xalserit (yun. Χαλκερίτις) və Puqanı nümunə göstərmək olar. Tarixi dövrlərdə ada, ehtimal ki, eramızdan əvvəl 6-cı və ya 5-ci əsrdə materik şəhəri Kerasousdan (indiki Giresun şəhəri) olan yunan kolonistləri tərəfindən istifadə edilmişdir.Adada damı olmayan daş məbədin xarabalıqları, istehkam və qalalar və iki şərab və ya yağ presi var. Damsız məbəd qədim dövrlərdə burada dini ayinlər keçirən Amazonlara aid edilmişdir.
Giresun ili
Giresun ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. İnzabati mərkəzi Giresun şəhəridir.
Girəsun Universiteti
Giresun Universiteti — 2006-cı ildə Giresunda yaradılan dövlət universiteti. == Rəhbərlik == 2012-2016-cı illər arasında Giresun Universitetinin rektoru azərbaycanlı professor Aygün Attar olmuşdur. O, 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Aygün Attar Türkiyənin vəzifədəki 7 qadın rektorundan biri olmuşdur. 2012-ci ildən etibarən Giresun Universiteti regional səviyyədə qazandığı beynəlxalq nüfuzu ilə diqqət çəkir. Görülən işlər nəticəsində Oksford Universitetinin Liderlər Zirvəsi, Giresun Universitetini həm də "Ən Yaxşı Regional Universitet" seçib. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Girəsun ili
Giresun ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. İnzabati mərkəzi Giresun şəhəridir.
Görünən işıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir.Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380-780 nanometr dalğa uzunluğuna və yaxud 789-385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır. Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir. C.Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir). İşığın elektromaqnit nəzəriyyəsinə görə işıq elektromaqnit dalğalarından ibarətdir.