Ormeşən — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Ormeşən | |
---|---|
ორმაშენი | |
41°24′17″ şm. e. 44°13′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.320 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1716[2] |
Ormeşən kəndi Gürcüstanın Borçalı mahalında bünövrəsi çox qədimlərdən qoyulmuş kəndlərdən biridir. Ormeşən sözü ormanlıq-meşəlik sözündən götürülmüşdür. Ormeşən kəndi dəniz səviyyəsindən 1896,6 metr yüksəkliyində olan Şindi dağının ətəyində, dörd tərəfi meşə ilə örtülü dəniz səviyyəsindən 1378,2 metr yüksəkliyində olan bir sahədə yerləşmişdir. Ormeşən kəndi cənubdan Az-Gəyliyən, Qızılkilsə, Şindilər, şərqdən Darvaz, qərbdən Baxçalar, Saca, Valgem (Kirovisi), Dağ Arıxlı kəndləri, şimaldan Çataqla (Xram SES) həmsərhəddir. Ormeşən kəndinin kənddə 200 hektardan çox əkin və biçənək, Şindi dağında 540 hektar biçənək. Şam düyədə 640 hektar otlaq, Sərxanda 500 hektara kimi otlaq, Marneuli şəhəri ilə Rustavi şəhəri arasında Yağılcada qışlağı olmuşdur. Bu torpaqlardan Ormeşən kəndi lazımı qaydada istifadə edirdi. Ormeşən kəndində köhnə məktəb 1936-cı ildə, təzə məktəb isə 1980-ci ildə tikilib istifadəyə verilmişdir. Bu məktəblər ziyalılar, dövlət qulluqcuları və müxtəlif sahələr üzrə mütəxəssislər yetişdirmişdir. Ormeşən kənd əhalisinin əsas məşğuliyyəti ağac ustalığı, bağçılıq, əkinçilik, kartofçuluq, heyvandarlıq, arıçılıq və ovçuluq olmuşdur.
Əlləz Vəliyev. (Ormeşənli). AYB Və AJB- nin üzvü. Prezident təqaüdçüsü.