Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Qurilyov
Aleksandr Lvoviç Qurilyov (rus. Александр Львович Гурилёв; 22 avqust (3 sentyabr) 1803 – 30 avqust (11 sentyabr) 1858, Moskva) — musiqişünas, bəstəkar və pianoçu. == Həyatı == Aleksandr Lvoviç Qurilyov öz dövrünün istedadlı bəstəkarı və pianoçusu idi. O, Varlamovun müasiri olmuş, əsasən romans və mahnılar bəstələmişdir. Qurilyov əsasən lirik idi. Elegiyaya xas xəyalpərvər lirika onun əsas yaradıcılıq yönümünü təşkil edirdi. Bu cəhətdən Qurilyovun yaradıcılığı Varlamovun yüksək emosional təsirli vokal musiqisi ilə ziddiyyət təşkil edir. Ürəkgenişliyi, mehribanlıq, səmimilik, Qurilyov lirikasının ən gözəl cəhətləri idi. A. L. Qurilyov 1803-cü ildə Moskvada təhkimli musiqiçi, bəstəkar və dirijor ailəsində anadan olmuşdu. Aleksandrın atası Qraf Orlovun təhkimlilərdən ibarət orkestrinə rəhbərlik edirdi.