KEF

is. [ ər. ]
1. Ruhi və ya səhhətcə vəziyyət; hal, əhval. Kefin necədir? Kefini soruşmaq. Bu gün kefim yaxşı deyil.
– Böyükxanım Qulamxanın kefini pərt görüb danışdırmağa cürət etmirdi. M.S.Ordubadi.
[Kərbəlayı Qubad:] Ağanın kefi, əhvalı necədir? Ü.Hacıbəyov.

2. Xoş əyləncə, xoş vaxt keçirmə; nəşə. Kef məclisi. Hər kəs öz kefində.
– İş zamanı hamı işdə, məşq zamanı hamı məşqdə, kef zamanı hamı kefdə olardı. Koroğlu”.
…Bir elə vaxt olmayıb ki, Vəliqulu … kefə məşğul olsun. C.Məmmədquluzadə.
[Məsud:] Haqdı əfəndilər: Kef vaxtında kef, iş vaxtında iş! Anlaşıldımı? H.Cavid.

3. Arzu, həvəs, istək, meyil, könül mənasında. Kefinə görə danışır. Kefi istəyən kimi hərəkət edir.
[Sadıq:] Ay arvad, səni çöldən tapmamışam, hara kefindir aparım. Mir Cəlal.
[Usta Qəzənfər:] Kefin nə vaxt istəsə, buyur gəl. Z.Xəlil.

4. Kefidir (kefimdir) şəklində dan. zar. – bəxti (bəxtim) gətirib, işi (işim) düzəlib.
Dövlətli qoca kişilərin kefidir, ha! C.Məmmədquluzadə.

◊ Kef etmək (eləmək) – bax kef(ini) çəkmək.
Ala gözlüm, səndən ayrı düşəli; Hicranın qəmiylə kef eyləmişəm. Aşıq Ələsgər.
[Bəhram:] Bu gün yerindədir nəşəm; Yaman olmaz bir kef etsəm. A.Şaiq.

Kef havasına – özü istədiyi kimi, öz kefi ilə.
Qərəz bütün dövlət, camaat diriliyinin yaraları olan çinovniklər pəncəsindən qurtarıb, millət özü hökm sürən olur və buna görə nahaq yerə döymək, rüşvət almaq, kef havası ilə iş görmək filan-heç biri mümkün olmur. Ü.Hacıbəyov.

Kef vermək – ləzzət vermək, nəşələndirmək, şənləndirmək, əyləndirmək.
[Sevdim:] Aşıq, bu gecə bizə gərək elə kef verəsən ki, bir il dadı damağımızdan getməyə. Ə.Vəliyev.
[Xan:] [Burlaxatunu] gətirin gəlin, bizə şərab paylasın, kef versin! M.Rzaquluzadə.

Kef yeri köhn. – kef çəkmək, nəşələnmək üçün xüsusi yer, bina və s.; ümumxana.
Minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. M.S.Ordubadi.

Kef(in)dən qoymaq (eləmək) – nəşədən, büsatdan, səfadan məhrum etmək, nəşəsini pozmaq.
Kef(ini) çəkmək – şənlənmək, zövq almaq, vaxtını xoş, nəşə ilə keçirmək.
Aparıb ver şərabə, nuş eylə; Məst olub, kef çəkib, xüruş eylə. S.Ə.Şirvani.
[Barat Şərifə:] Mən? Mən [Almazın] yanında kef çəkmişəm? C.Cabbarlı.

Kef(ini) sürmək – kef çəkmək, kefdə olmaq, kefə baxmaq.
Ovucovuc pulları alıb doldurur cibinə, kefini sürür. S.Rəhman.
[Əliş:] Mən axmaq deyiləm, gələm yer əkəm; Bəylər kef sürələr, mən zəhmət çəkəm. Z.Xəlil.

Kefdə olmaq – bax kef(ini) çəkmək.
Zərnigar baxıb gördüm ki, bağbanın oğlu Murquz bunun bağında bir qıznan kefdədi. (Nağıl).

Kefdən düşmək – bax kefi pozulmaq.
Kefə baxmaq – vaxtını kefdə keçirmək, əylənmək.
Əyləndim, baxdım kefə; Gürcülərin toyunda. Ə.Cavad.
Olmazmı bir maşında gedib düşək bir evə; Gəzək restoranları, baxaq bir yerdə kefə! S.Rüstəm.

Kefə batmaq – kef içində olmaq, kef çəkmək.
Kefi açılmaq – şadlanmaq, könlü açılmaq, fikri dağılmaq, əhvalı yaxşılaşmaq.
Hovuza girən qaşqabaqlı çıxmazdı, qəmgin adam da oraya girsəydi, kefi açılardı. Çəmənzəminli.
[Gülpəri Nurəddinə:] Dərslərin qurtarandan sonra da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın. S.S.Axundov.

Kefi ala dağda olmaq – bax kefi kök olmaq.
Firidun dörd ildir nər kimi vuruşur, bu saat onun kefi ala dağdadır. M.Hüseyn.

Kefi duru olmaq – bax kefi durulmaq.
Kefi durulmaq1) bax kefi açılmaq.
Kefin durulanda, könlün olanda; Bizə gələn ayaqların var olsun. Xəstə Qasım.
…Dalğaların ağ köpükləri çoxalanda elə bil onun kefi durulub könlü açılır. M.Hüseyn;

2) keflənmək, nəşələnmək (içkidən).
Məclis quruldu, keflər duruldu; Saqi dolandı, ruh təzələndi. Koroğlu”.
[Əliş Əzizə:] İştahan çəkirsə, mən ölüm, bir vur; Vuranda adamın kefi durulur. Z.Xəlil.

Kefi gəlmək – birdənbirə həvəsə gəlmək, əhvalı yaxşılaşmaq.
Keçən gün bazarda bir karvansaranın qabağında bir rəfiqimlə söhbət etdikdə birdən kefim gəldi, başladım bu misranı oxumağa. N.Vəzirov.

Kefi istəmək – arzulamaq, arzusunda olmaq.
…Xudayar bəyin əlində yekə dəyənək var, nə vaxt kefi istəyir qaldırır, nə vaxt kefi istəyir endirir. C.Məmmədquluzadə.

Kefi istəyəndə – istədiyi vaxt, ürəyi istəyəndə.
Kefi kök (kefi kök, damağı çağ) olmaq – şad, nəşəli, sevinc içərisində olmaq, əhvali-ruhiyyəsi yaxşı olmaq, dərdi-qəmi olmamaq.
[Məşədi İbad:] Sənin dövlətindən kefim çox kökdür. Ü.Hacıbəyov.
Bu gün Əsgər ağanın kefi kök idi, heç bir təzə [vergi] icad eləmək fikrində deyildi. S.Rəhman.
Kefi kök olanda aşıq, şübhəsiz; Ya nişandan gəlir, ya toydan gəlir. H.Arif.

Kefi kökəlmək – bax kefi açılmaq.
Əlimərdan evinə gəldi, yedi, içdi, kefi kökəldi. (Nağıl).
[Musanın nəvəsi ilə atasının dostunun] kefləri kökəldi. Qantəmir.

Kefi qalxmaq – bax kefi kökəlmək.
Kefi qalxdı, fikri duruldu, öz-özünə səbəbsiz yerə gülməyə başladı. S.Rəhman.

Kefi qarışmaq (qarışıq olmaq) – bax kefi pozulmaq. Günlərin bir günü Ülkər Kövkəb xanımla kefdə idi.
Birdən-birə onun kefi qarışdı. (Nağıl).
Bəbir bəyin də kefi qarışıq idi. Mir Cəlal.

Kefi olmamaq1) əhvalı yerində olmamaq.
Adamın kefi olmayanda da şəkil çəkdirməyə gələr? S.Vəliyev;

2) özünü xəstə kimi hiss etmək, balaca xəstə olmaq. Uşağın kefi yoxdur.
Kefi özündə olmamaq1) özünü yaxşı hiss etməmək;
2) əhvalı pozğun olmaq.
…Kefi özündə olmadığını, nə isə, çox gərgin düşündüyünü Şəmsiyyə [Hikmət İsfahaninin] simasından bildi. M.İbrahimov.

Kefi pozulmaq – ovqatı təlx olmaq, pərt olmaq, nəşəsi qaçmaq. Həkimülmülk pis bir vəziyyətə düşdü.
“Yox” desə, Hikmət İsfahaninin kefi pozulacaq və bəlkə, tərsliyə salıb, Mazəndəran malikanəsini verməyə razı olmayacaqdı. M.İbrahimov.

Kefi saz (kefi saz, damağı çağ) olmaq – bax kefi kök (kefi kök, damağı çağ) olmaq.
Ellərin kefi sazdır; Bu yaz bir başqa yazdır. M.Müşfiq.
Əhmədin kefi saz, damağı çağdır. Mir Cəlal.

Kefi sazalmaq – bax kefi kökəlmək.
Görürsən nənəm ilə bir saat oturanda necə kefi sazaldı? Mir Cəlal.

Kefi yerində olmaq – normal vəziyyətdə olmaq.
Kefi yuxarı olmaq – bax kefi kök olmaq.
[Qaçay:] Bu gur işıq o deməkdir ki, Mahmud evdədir və kefi çox yuxarıdır. Z.Xəlil.

Kefimin o vaxtı deyil – vəziyyətim, halım, əhvalım yaxşı deyil. [Odabaşı Xudayar bəyə:] A kişi, sən Allah, zarafat eləmə.
Mənim kefimin o vaxtı deyil. C.Məmmədquluzadə.

Kefindən qalmamaq – daim kef, nəşə içərisində yaşamaq.
Kərim baba heç bir şeyə əhəmiyyət verməyib, nəşəsindən, kefindən qalmazdı. A.Şaiq.
O ki özü, dünyanın; Bir kefindən qalmayıb. N.Rəfibəyli.
Kefinə bax – necə istəyirsən, özün bil.
Öz kefinə bax, kişi, dad ver, dad al! Qoy babalın boynuma, get, arvad al! M.Ə.Sabir.

Kefinə buraxmaq – özbaşına buraxmaq, istədiyi kimi hərəkət etməyə imkan vermək.
[Qızıl Arslan:] Lakin bu dəfə sizi əvvəlki kefinizə buraxmayacağam. M.S.Ordubadi.

Kefinə dəymək – ürəyini sındırmaq, ürəyinə dəymək.
Qəssab Alı fikirləşdi ki, [Koroğlu] belə danışır, bunun kefinə dəyib, Eyvazı əlindən almaq heç kişilikdən deyil. Koroğlu”.
Kefinə dəymə, söyə ya sənə, ya qardaşına. M.Ə.Sabir.
[Tükəzban xala:] Cavandır, kefinə dəymə… Şəhər yerinin adəti budur. Qantəmir.

Kefinə soğan doğramaq – qanını qaraltmaq, nəşəsini qaçırmaq, dilxor etmək.
[Miri:] …Canım, kefimizə soğan doğrama! M.Hüseyn.
Yavərin oynaq gözlərində bir ocağın nuru var, üzündə bir dünyanın sevinci var – bu anında onun kefinə soğan doğramaq insafdan, kişilikdən deyil. İ.Məlikzadə.

Kefinə toxunmaq – bax kefinə dəymək.
Bu söz … Molla Məmmədəlinin kefinə toxundu. S.Rəhman.

Kefinə yatmaq (gəlmək) – xoşuna gəlmək, ürəyindən xəbər vermək.
Kefini açmaq – fikrini, qəmini, kədərini, dərdini dağıtmaq; nəşələndirmək.
Aşığı görəndə Mahmud bəy çox sevindi ki, bunu bir az oxutdurub kefini açsın. Qurbani”.
Əlisa, hirslənmiş ağsaqqal həkimin kefini açmağa çalışdı. S.Rəhimov.

Kefini durultmaq – bax kefini açmaq.
Kefini kök eləmək (saxlamaq)1) nəşələndirmək, ruhlandırmaq, şadlandırmaq.
[Çoban:] Oğlan, əhvalatdan mən də indi xəbərdar oldum… Pəri cadunun yanında öz kefini kök saxla. Ə.Haqverdiyev;

2) kefini kök elə! (et!) şəklində – təskinlik məqamında və ya kinayə ilə “darıxma, fikir etmə” mənasında.
Kefini qarışdırmaq – bax kefini pozmaq.
Əgər xəbər alsan Molla Səfini; Doğrudürüst qarışdırıb kefini. Q.Zakir.

Kefini pozmaq – əhvalını pozmaq, kədərləndirmək, qanını qaraltmaq, nəşəsini dağıtmaq.
Kefini heç pozma, Vətən qardaşı; Əzilər dediyin ilanın başı. S.Vurğun.
Havanın pozulması Zərrintac xanımın da kefini pozdu. S.Rəhimov.
Nə kefdəsən? – birisinin əhvalının, səhhətinin, güzəranının necə keçdiyini soruşarkən işlədilən ifadə.
Cümşüd bəy dedi: – Salaməleyküm, qonşu, nə kefdəsən? E.Sultanov.

Öz kefində olmaq (gəzmək) – başı kefə qarışmaq, kefdə olmaq.
Quşlar öz keflərində idilər. A.Divanbəyoğlu.
Hərə öz kefində idi. S.Rəhman.
Xanımlar öz keflərində idilər, gülmək, danışmaq öz qaydası ilə davam edirdi. Ə.Vəliyev.

Öz kefinə1) istədiyi kimi, özü bildiyi kimi;
2) nəşə ilə, nəşələnə-nəşələnə, şənlənə-şənlənə.
Cavan, eşşəyin noxtasını boşlayıb, onu özbaşına buraxdı, eşşək harın yorğa yerişlə öz kefinə gedirdi… E.Sultanov.
Öz başlarına buraxılmış atlar öz kefləri ilə addımlayırdılar. S.Rəhimov.

Синонимы

  • KEF nəşə — ləzzət — zövq
  • KEF hal — əhval
  • KEF həvəs — meyl — könül
  • KEF 1. KEF (xoş əyləncə) Yay zamanı İsa bulağında kef üstündən qayıdanlardan qorunmaq çətin işdir (B.Bayramov); CÜNBÜŞ (kl

Антонимы

  • KEF KEF – KƏDƏR Kef məclisini qoyaq sonraya (A.Şaiq); Gəlməsin üstümüzə dalğası dərdin, kədərin (S.Rüstəm)
KEÇMİŞ₁
KEF-DAMAQ
OBASTAN VİKİ
Katrina Kef
Katrina Kaif (16 iyul 1983, Honkonq) — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983-cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır. Atası əslən qafqaz kökənlidir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef Elə
"Kef Elə" — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
El-Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef elə (mahnı)
Fələstin keffiyəsi
Fələstin keffiyə (ərəb: كوفية, romanlaşdırılmış: koofiyyeh) adətən boyun və ya baş ətrafına taxılan damalı qara və ağ keffiyəhsidir.
Fələstinli keffiyeh
Fələstin keffiyə (ərəb: كوفية, romanlaşdırılmış: koofiyyeh) adətən boyun və ya baş ətrafına taxılan damalı qara və ağ keffiyəhsidir.
Kefal
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Kefalkimilər
Kefalkimilər (lat. Mugiliformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. == Təsnifatı == Fəsilə: Kefallar (lat.
Kefallar
Kefallar (lat. Mugilidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Keffiyə
Keffiyə (ərəb. كُوفِيَّة‎ — "Kufə şəhərindən"), bəzən (ərəb. غُترَة)‎ — qutra) — Ənənəvi Yaxın Şərq baş geyimi, adətən, pambıqdan və kvadrat şarfdan hazırlanır.
Kefir
Kefir — yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə olur. Kеfir qarışıq spirtə və süd turşusuna qıcqırdılmış pəhriz məhsuludur. Bunun mayasının tərkibində kеfir göbələkləri, süd turşusuna qıcqırdan strеptоkоkklar və süd mayaları vardır. Süd pastеrizə еdilir, sоyudulur, üzərinə 5%-ə qədər baktеrial işçi maya əlavə еdilir. 18-24°C-də 8-16 saat saхlanılır. Turşuluğu bu dövrdə 75-80° T-yə qədər artır. Məhsul 8- 11°C-yə qədər sоyudulur. və mayaların inkişafı üçün12-36 saat saхlanılıb yеtişdirilir.
Kefken adası
Kefken adası (türk. Kefken, əvvəllər — Dafnusiya (q.yun. Δαφνουσία) — Qara dənizdə, Türkiyə sahillərində yerləşən ada. Kocaeli ili, Kandıra ilçəsi ərazisinə daxildir. İlk əvvəllər Afina dəniz ittifaqının (431 b.e.ə) ərazisi olmuşdur. Antik dövrdə Apolloniya və Tinias adlarını aşımışdır. Sonralar Roma imperiyasına və Şərqi Roma imperiyasına (Bizanas) daxil olur (395–1204-cü illər). Adada yepiskopluq fəaliyyət göstərmişdir. 1204-cü ildə ada Latın imperiyasının tərkibinə daxil olur. 1310-cu ildə ada osmanlı sərkərdəsi Ağçaqoca tərəfindən ələ keçirilir.
Keflavik
Keflavik (isl. Keflavík) — İslandiyanın Sudurnes regionun mərkəzi.
Kefli
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, Qızılqoç rayonunda kənd. Kefli — Basarkeçər rayonunda ləğv olunmuş kənd.
Kefli (Ağbaba)
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, sonra Basar-Keçər rayonunda. indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə qədər Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Ssoveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilərək Kakavasar qoyulmuşdur. İkinci Qoşabulaq və Qırxbulaq da adlanmışdır. 1978-ci ildə kənd ermənicə Kanasavar adlandırılmışdır. Əsli Kavlı.
Kefli (Göyçə)
Kefli və ya İkinci Qoşabulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir. Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır. 1918-1919 - cu illərdə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır.
Qızılı kefal
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. Qızılı kefal sırf dəniz balığıdır.
Sent–Lüsiya kefalı
Sent–Lüsiya kefalı (lat. Liza luciae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Sivriburun kefal
Sivriburun kefal (lat. Liza saliens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb. Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır. D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur. Burun hissəsi nisbətən kütdür. Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır.
Kefey (Aleyin oğlu)
Kefey (q.yun. Κηφεύς) — qədim yunan mifologiyasında personaj, Aley və Neeranın (və ya Kleobula) oğludur. Başqa bir versiyaya görə, Likurqun oğlu və Aleyin nəvəsidir. Kalidon ovunun iştirakçısı olmuşdur. 20 oğul atasıdır. Kefey və onun oğulları Heraklı dəstəkləmək üçün Lakedemona qarşı yürüşdə həlak olmuşdular.
Kefis (mifologiya)
Kefis — qədim yunan mifologiyasında Kefis çayının tanrısı. Nərgizin atasıdır. Oroposda qurbangahı var. Kefisin nəvəsi Apollon tərəfindən suitiyə çevrilmişdir.
Kefal (Deionun oğlu)
Cephalus ( q.yun. Κέφαλος ) qədim yunan mifologiyasındakı personaj. Deion və ya Deionun oğlu, Eolun oğlu, Fokisin və Diomedin oğlu. Hermes oğlu ilə qarışıq. Arqosda (və ya İolkada) keçirilən oyunlarda sapandla atıcılıqda qalib gəldi. Kefal Fokidadan Attikaya köçmüşdü. O, Afina padşahı Erexteyin qızı Prokrida ilə evlənmişdir. Attikada onlar Attikanın cənub-şərq ucunda yerləşən 12 qədim dövlətdən biri olan Forik də yaşayırdılar.
Kefaliniya
Kefaliniya və ya Kefaloniya (yun. Kεφαλληνία ή Κεφαλονιά) — Yunanıstanda ada. Kefaliniya adası İoni adalarının ən böyüyüdür. Mifoloji qəhrəman Kefalın şərəfinə adlandırılmışdır, başqa bir versiyaya görə bu ad "başı olan ada" deməkdir. Adanın səmavi himayədarı və qoruyucusu Kefaliniyadan olan Müqəddəs Gerasimdir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 35.801 nəfərdir. Adanın inzibati mərkəzi Arqostoliondur.

Значение слова в других словарях