Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmnişin (Xudafərin)
Həmnişin (fars. همنشين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (30 ailə).
Sərnişin
Sərnişin (fr. passager) — ekipajın üzvü olmayan və nəqliyyat vasitəsində şifahi və ya yazılı müqavilə ilə daşınan şəxs. Sərnişinin müqavilə ilə daşınması gediş biletinin alınması və baqaja qəbzlə onun yükünün təhvil verilməsi ilə müşayiət olunur. Biletlə hərəkət edən sərnişin bir qayda olaraq məcburi surətdə sığortalanır. Bir qayda olaraq sərnişin özü ilə ödənişsiz şəkildə əl baqajı və körpə uşaq apara bilər. Gedişi ödəməyən sərnişin nəzarətçilər tərəfindən cərimə edilir.
Sərnişin avtobusu
Sərnişin avtobusu daha uzun məsafəli yollarda istifadə olunan bir avtobus növüdür. Bu tipli avtobuslar uzun məsafəli nəqliyyatlarda istifadə edilən ümumi bir yoldur. Sərnişin avtobuslarında tualet, televizor, internet, yerüstü baqaj yeri və yemək masası ola bilər.
Sərnişin konveyeri
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Sərnişin təyyarəsi
Sərnişin təyyarələri, ümumiyyətlə, yalnız sərnişin daşımaq üçün nəzərdə tutulub. Bunlar həm sərnişin kimi, həm də sərnişinlərin baqajlarını və qismən digər materialların daşınmasında istifadə olunur. Sərnişin təyyarəsi termini, əsasən hava yolları tərəfindən istifadə edilən yüksək tutumlu və yüksək performanslı təyyarələr üçün nəzərdə tutulur. Bununla birlikdə, yüngül təyyarələr də az sayda sərnişini qısa məsafələrə daşımaq üçün çox vaxt istifadə olunur. Sərnişin təyyarələri, vaxta qənaət etdiyinə görə, xüsusilə beynəlxalq səyahətlərdə tez-tez üstünlük verilən nəqliyyat vasitələrindən biridir.
Əsas sərnişin
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Sərnişin (film)
Sərnişin (ing. The Commuter) — 2018-ci ildə rejissor Jaume Kolet-Serra tərəfindən çəkilmiş Amerika—Britaniya triller filmidir. Film özünün və yaxınlarının həyatını riskə ataraq cinayət sui-qəsdinə qarışmış olan bir sığorta agenti və eyni zamanda keçmiş polis məmuru haqqındadır. Filmin ssenari müəllifləri Bayron Uillinqer və Fil Dibleysidir. Filmdə baş rolları Vera Farmiqa, Liam Nison, Sem Nil, Elizabet Makqovern, Conatan Benks və Patrik Uilson canlandırmışdırlar. Filmin ABŞ-da premyerası 12 yanvar 2018-ci ildə, Rusiyada isə 8 mart 2018-ci ildə baş tutmuşdur.
Sərnişin məşuqlar (film, 2013)
Sərnişin məşuqlar (isp. Los amantes pasajeros) — rejissor Pedro Almodovarın filmi. Filmin premyerası 8 mart 2013-cü ildə baş tutmuşdur. Peninsula şirkətinə məxsus Aerobus 340 Madriddən Mexikoya aviareys yerinə yetirir. Uçuş zamanı ciddi texniki nasazlıq aşkar edilir. Sərnişinlər məhkum olduqlarına xəbər tutduqda öz maskalarını çıxarmağa başlayırlar — öz sirlərini, qüsur və nöqsanlarını açmağa başlayırlar. Təyyarənin bortunda var: Faxas, Xossera və Uyo adlı üç gey-stüard, əsas pilot Alex Asero xoşbəxt ailə başçısı və biseksual stüard Xoserranın məşuqu, baxıcı Bruna — kişilərin ondan çox qorxduqları üçün hələ də bakirədir. Ümumilikdə filmin əsas süjeti indiki Avropa cəmiyyətinə ünvanlanmış satiradır. Təyyarənin düşməsi isə İspaniyanın iqtisadi böhranını simvolizə edir.
Həmərsin
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Tennisin tarixi
Tennis (laun tennis) — İngilis dili "lawn" sözündən – fransızcadan "tenez" sözündən yaranmışdır. Topun və raketkatın istifadəsi ilə dünyanın ən məşhur idman növüdür. Oyunlar standart ölçülərdə (23.77:8.23 metr) olan kortlarda keçirilir. Tennis müxtəlif səthə malik kortlar (bərk , torpaq, ot) üzərində oynanılır. Əzəldən tennis ot üzərində yaranıb, ona görə də onu "laun tennis" kimi də adlandırırlar. Hər bir oyun topun oyunçu vasitəsilə kortu digər hissəsinə arxa xətdən daxil etməsi ilə başlayır. Oyunçulardan biri uğursuz cəhdi yerinə yetirənə qədər zərbələr mübadiləsi davam edir. Maçlar setlərə və qeymlərə (oyunlara) bölünür. Qalib rəqibi qarşısında iki qeym fərqi ilə ilk altı qeymdə qalib olan oyunçu olur və o bununla bir seti öz hesabına yazmış sayılır. Tennis – İtaliya, İngiltərə, Fransa kimi ölkələrdə XIII-XIV əsrlərdə bir əl ilə topu torun digər tərəfinə atılması oyunu olub.
Calanthe hennisii
Calanthe vestita (lat. Calanthe vestita) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis vestita (Wall. ex Lindl.) Kuntze Phaius vestitus (Wall. ex Lindl.) Rchb.f. Preptanthe vestita (Wall. ex Lindl.) Rchb.f.
Hemşin dialekti
Hemşin dialekti və ya hemşin dili (erm. Հոմշեցի, Homşetsi lizu; türk. Hemşince) — Türkiyənin şimal-şərqində, Abxaziyada, Rusiyada və Mərkəzi Asiyada yaşayan hemşin xalqlarının şərq və şimal qrupunun danışdığı arxaik erməni dialekti. Hemşin dialekti Türkiyənin Artvin vilayətində və Mərkəzi Asiyada az sayda kəndlərdə yaşayan şərqi həmşinlilər arasında danışıq dilidir. Rizə hemşincəsi XIX əsrə qədər bu dialektdə danışan, Rizə vilayətində yaşayan coğrafi cəhətdən ayrı bir qrupdur. Onlar indi bir çox hemşincə alınma sözləri ilə yalnız türkcə danışırlar. Üçüncü qrup Rusiya, Abxaziya, Ermənistanda yaşayan şimal hemşinlilərdir. UNESCO hemşin dialektini "mütləq nəsli kəsilməkdə olan" bir dil kimi təsnif etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Berens, Sally Jacoba.1998. "The phonetics and phonology of Homshetsma." PhD diss., Harvard University.
Penisin əl ilə stimullaşdırılması
Penisin əl ilə stimullaşdırılması və ya Hənd cob (ing. Hand Job) — kişinin cinsiyyət orqanının kişi və ya qadın cinsi partnyoru tərəfindən adətən orqazm və boşalma nöqtəsinə qədər əl ilə stimullaşdırılmasıdır. Masturbasiyadan fərqli olaraq, qadının vaginasının, klitorunun və ya vulvasının əl ilə stimullaşdırılmasına barmaqlama deyilərkən, partnyorlar tərəfindən eyni vaxtda tətbiq edilən əl ilə stimullaşdırılmaya isə müştərək masturbasiya deyilir. Müştərək masturbasiya zamanı kişi qadının vaginasını barmaqlayıb, yaxud da klitorisi ilə oynayarkən, qadında öz növbəsində kişinin cinsiyyət orqanı və ya xayaları ilə oynayır. Fahişəliyin qeyri-qanuni olduğu yerlərdə cinsi xidmətlər təklif edən masaj salonları müştərilərinə penisin əl ilə stimullaşdırılmasını təklif edə bilərlər, həm də qanun çərçivəsində qalaraq, qanundan kənara çıxmazlar. Masaj salonlarındakı deyiliş ilə, masajçı tərəfindən; masajın bir hissəsi kimi və ya ondan sonra həyata keçirilən penisin əl ilə stimullaşdırılmasına “xoşbəxt sonluq” deyilir. 1975-ci ildə A.J. Velarde tərəfindən həyata keçirilmiş olan tədqiqata görə, ABŞ-nin Sakit okean sahilində yerləşən adı açıqlanmayan bir şəhərdə, “penisin əl ilə stimullaşdırılması” masajçıların məşğulluq şərti olaraq təklif etdiyi xidmətlərdən biridir.