1. Ayrıca adam, şəxsiyyət.
Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir; Haqqa ixlas ilə meydanə girən fərd olmaz.
2. Müstəqil halda mövcud olan orqanizm; varlıq. Saf (təmiz) halda çoxaltma üsulunda cütləşdirilən fərdlər (inək, yaxud camış və törədici dölçülər) eyni cinsdən olurlar.
3. klas. Yalqız, tək.
Derdim ki, bəla yolunda fərdəm; Eşq içrə sənə şəriki-dərdəm.
Ey tifli-sadə, gəzmə soqaqlarda böylə fərd; Alicənab əmulərini bilmə çox da mərd.
□ Fərd qalmaq klas. – yalqız olmaq, tək qalmaq.
Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd.
Dağıldı yarü ənsarım başımdan, fərd qaldım mən.
// klas. Tayıbərabəri olmayan; tək.
Əgər pəhləvanlıqda sən fərdsən; Həqiqət söylə gər cəvanmərdsən?
4. Klassik Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında bir beytdən ibarət şeir forması.
[Mirzə Bəylər:] Aşiqəm mən sənin ixtilatına; Nəzminə, fərdinə, xoş əbyatına.
Qatar yola düşdü və mən də məbhut gözdən itənədək dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü.