Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Harmonia
Harmonia (lat. Harmonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Steirische Harmonika
Steirische Harmonika — Bu musiqi aləti Avstriya, Çexiya, Sloveniya, Bavariya əyaləti və İtalyan Cənub Tirolunun dağlıq xalq musiqisində önəmli olan bisonorik (körüyün itələnməsi və çəkilməsi ilə fərqli not) diyatonik düymə akkordionunun bir növüdür. Steirische Harmonika alman dilindən Ştiriya akkordionu (Avstriyada əyalət) olaraq tərcümə edilir lakin sifət kimi işləndikdə Vyana ləhcəsində bu xalq musiqisi mənasına gəlir. Bu alət akkordiona oxşardır, lakin Steirische Harmonikada bas səsi biraz alçaq və ağırdır. Bu alətin milli alət kimi qəbul edilməsi bir çox Çexin köç etdiyi Meskika kimi digər ölkələrədə təsir etdi. Onun sağında melodiya tərəfi solunda isə bas tərəfi vardır. Melodya tərəfində hər bir sətrin öz açarı olan 3 dən 5-ə qədər düymə cərgəsi vardır.
Karboniya
Karboniya (it. Carbonia) — Sardiniyada şəhər.
Armeniya
Armeniya (Kolumbiya) — Kolumbiyada yerləşən şəhər.
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Armeniya (Kolumbiya)
Armeniya — Kolumbiyada yerləşən şəhər, Kindio departamentinin inzibati mərkəzidir. 1999-cu il 25 yanvarda şəhərin əhəmiyyətli bir hissəsi 6,2 bal gücündə bir zəlzələ ilə məhv oldu. 1230 insan məhv oldu, 200 000 ailə isə evsiz qaldı.
Harmonik analiz
Harmonik analiz — funksiyaların və yaxud siqnalların əsas dalğalarının superpozisiyası kimi təqdim edilməsi, Furye seriyası və Furye çevrilmələri anlayışlarının öyrənilməsi və ümumiləşdirilməsi ilə məşğul olan riyaziyyatın bir sahəsidir (yəni Furye analizinin genişləndirilmiş formasıdır). Son iki əsr müddətində o, ədədlər nəzəriyyəsi, təmsilçilik nəzəriyyəsi, siqnalların işlənməsi, kvant mexanikası, gelgit analizi və nevrologiya kimi müxtəlif sahələrdə tətbiqləri ilə geniş bir mövzuya çevrildi. "Harmonika" termini qədim yunanca "harmonikos" sözündən yaranmışdır, mənası "musiqidə mahir olan" deməkdir. Fiziki öz dəyər məsələlərində musiqi notlarının harmonikasının tezlikləri kimi tezlikləri bir-birinin tam ədədi olan dalğaları nəzərdə tutmağa başlamış, buna baxmayaraq, bu termin ilkin mənasından kənarda ümumiləşdirilmişdir. Rn-də klassik Fourier çevrilməsi hələ də davam edən tədqiqat sahəsidir, xüsusən olaraq temperli paylamalar kimi daha ümumi obyektlərdə Furye çevrilməsi ilə bağlıdır. Məsələn, biz f paylanmasına bəzi tələblər irəli sürsək, bu tələbləri f-nin Furye çevrilməsi baxımından tərcümə etməyə cəhd edə bilərik. Bunun nümunə olaraq Paley–Viener teoremini göstərə bilərik. Paley-Viener teoremi dərhal nəzərdə tutur ki, əgər f yığcam dəstəyin sıfırdan fərqli paylanmasıdırsa (bunlara yığcam dəstəyin funksiyaları daxildir), onda onun Furye çevrilməsi heç vaxt yığcam şəkildə dəstəklənmir (yəni, siqnal bir sahədə məhduddursa, o, digər sahədə qeyri-məhduddur.). Bu, harmonik analiz şəraitində qeyri-müəyyənlik prinsipinin çox sadə formasıdır. Furye seriyası harmonik analiz və funksional analiz arasında əlaqəni təmin edən Hilbert sahəsi konteksində çox rahat şəkildə öyrənilə bilər.
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Şüşə Armonika
== Adı == Adı "Glass Harmonica" (Almancada Glasharmonika, Fransızcada armonika de verre, armonika de Franklin) olan bu maraqlı musiqi aləti Şüşə Armonika olaraq da bilinir. İtalyancada "armonica" harmoniya, yəni iki və ya daha çox səsin eyni anda qulağa xoş gələcək formadakı uyumudur. == İxtirası == İlk dəfə 1740-cı ildə İrlandiyalı musiqiçi Richard Puckeridge tərəfindən içi fərqli miqdarlarda dolu, şüşə su qədəhləri ilə bir nümayişdə istifadə edildi. Benjamin Franklin isə 1761-ci ildə alətin mexaniki versiyasını icad etdi və adını armonika qoydu. Franklinin icad etdiyi pedallı versiyada üfüqi olaraq 37 kasa dəmir, iç-içə duracaq bir şəkildə yerləşdirilmişdir və ayaqla döndürərək işləyir. Bu nəhəng musiqi alətindən çıxan gözəl səsi, Franklinin həyat yoldaşı "Mələklərin Musiqisi" olaraq adlandırmışdır. == Musiqi əsərləri == Wolfgang Amadeus Mozart, Padre Martini, Johann Adolph Hasse, Baldassare Galuppi, Johann Sebastian Bach, Ludwig van Beethoven, Gaetano Donizetti, Johann Strauss, Niccolò Jommelli və 100-dən çox digər şəxslər şüşə armonika üçün musiqi bəstələmişdir. Wolfgang Amadeus Mozart 1791-ci ildə K.617 və K.356 (K.617a) adlı bəstəsini şüşə armonika ilə bəstələmişdir. Ludwig van Beethoven 1814-cü ildə Leonore Prohaska melodramında bu alətdən istifadə etmişdir. Gaetano Donizetti də 1829-cu ildə Amelia'nın "Par che mi dica ancora" ariyası müşayiətində nümayiş etdirilən "II castello di Kenilworth" melodramında bu alətdən istifadə etmişdir.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Harmonik sərbəst rəqslər
Harmonik sərbəst rəqslər – rəqs edən cismin yerdəyişməsi, surəti, təcili zamana görə sinus və kosinus qanunu ilə dəyişən rəqslərdir. Rəqsin periodu – bir tam rəqsə sərf olunan zamandır. BS-də ölçü vahidi 1 san-dir. Rəqsin tezliyi – bir saniyədəki rəqslərin sayıdır. BS-də tezlik vahidi 1/san=1HS. 1HS alman alimi Hersin şərəfinədir. Harmonik rəqsi hərəkətin ampilitudu – rəqs sisteminin tarazlıq vəziyyətindən ən böyük yerdəyişməsinin moduludur. Harmonik rəqslərin fazası – rəqs edən cismin istənilən anda vəzyətini (məqamını) təyin edən kəniyyətdir. Rəqs fazasının BS-də vahidi radiandır. Harmonik rəqsin surəti – yerdəyişmənin zamana görə birinci tərtib törəməsinə bərabərdir. Harmonik qanunla dəyişir, onun fazası yerdəyişmə fazsına nəzərən Π/2 qədər süsrüşür və maksimum qiyməti Vmax=Xmax·ω=A·ω olur.
Bone Thugs-N-Harmony
ABŞ-nin Ohayo ştatının Klivland (Cleveland) şəhərindən olan rep qrupu. Onlar harmoniyalı və sürətli deyiliş tərzinə görə digərlərindən fərqlənirlər. Rep tarixində ən çox albomu satılan qrupdur. Dünya üzrə 35 milyon albomları satılıb. Onlar həmçinin ən yaxşı rep çıxışına görə Grammy mükafatı alıblar. Qrup dağılandan sonra, 2004-ci ildə qrupun 3 üzvü, Krayzie, Layzie, Wish yenidən birləşdi. Bizzy Bone qrupdan ayrı solo karyerasını davam edir, Flesh-N-Bone isə hal-hazırda 11 illik həbsdədir. Onlardan 3-ü, Layzie Bone və Flesh-N-Bone müsəlmandır. Bizzy Bone isə bu yaxınlarda İslam dinini qəbul edib.