Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmcins üzvlər
Həmcins üzvlər — Cümlədə bir üzvlə bağlı olub, bir sintaktik vəzifə daşıyan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər bir sıra xarakterik xüsusiyyətlərə malikdir: a) həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir; b) həmcins üzvlər bir-biri ilə tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiyası) ilə bağlanır; c) həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətlərində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir; ç) həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur. Həmcins üzvlər cümlə üzvlərinə görə həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər kimi növləri var. == Həmcins mübtədalar == Həmcins mübtədalar ikiüzvlü və çoxüzvlü olur, onlar həm intonasiya əlaqəsi, həm tabesizlik bağlayıcıları, həm də intonasiya və tabesizlik bağlayıcıları ilə birgə işlənir. Həmcins mübtədalarda bəzən semantik fərqlərə görə, ardıcıllıq qorunur: a) subyektlərin ictimai vəzifəsi görə; b) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin vəzifəsinə görə; c) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədriciliyinə görə; ç) əşyaların keyfiyyətinə, həcminə görə, əşyaların mənasına görə; ə) hərəkətin mənasına görə; f) həmcins mübtədalardan başqa, sairə, özgə, qeyri və sair əvəzliklərlə ifadə olunanı və yaxud da bu əvəzliklərdən ibarət təyini olanı ən axırda gəlir; d) subyektlərin öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmağa ehtiyac olmur və həmcins mübtədalar adi qaydada sıralanaraq düzülür və s. == Həmcins xəbərlər == Həmcins xəbərlər digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins xəbərlər ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins ismi xəbərlər, həmcins feili xəbərlər. Bəzən ola bilər ki, bir cümlədə ismi xəbər və feili xəbər ilə həmcinslik yaransın. Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) səbəb və məqsədə görə; d) hərəkətin mühümlüyünə görə; həmcins ismi xəbərlərin semantik sıralanmasına bunlar aid edilir: a) subyektə və ya əşyaya aid keyfiyyətin dərəcəsinə görə; b) subyektə və ya əşyaya aid əlamətin dərəcəsinə görə; c) subyektə və ya əşyaya aid əlamətin hüququ dərəcəsinə görə; ç) subyektə və ya əşyaya aid əlamətin əhatə dərəcəsinə görə.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Riçard Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Fuciko Hemminq
İnqrid Fuciko Georqi-Hemminq (5 dekabr 1931, Berlin, Almaniya Reyxi[d] – 21 aprel 2024) – isveçəsilli Almaniya–Yaponiya pianoçusu. == Həyatı və karyerası == 5 dekabr 1931-ci ildə Almaniyanın Berlin şəhərində doğulmuşdur. Pianoçu olan yapon anası Toako Otsuki Berlin İncəsənət Universitetində təhsil almışdır. Atası Frits Gösta Georqi-Hemminq rusəsilli isveçli memar idi. 1933-cü ildə ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür. Beş yaşından etibarən anasından, daha sonra isə Leoind Kreytserdən piano dərsləri almağa başlamışdır. Məktəbdə oxuyarkən bir sıra müsabiqələrin qalibi olmuşdur. 16 yaşında olanda qulaq infeksiyasına görə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmişdir. Tokio İncəsənət Universitetindən məzun olduqdan sonra 1960-cı ildə Avropaya qayıtmış, Vyana və Berlində təhsil almışdır. Qripdən müalicə alarkən növbəti dəfə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmiş, karyerasını Stokholmda davam etdirməyə məcbur olmuşdur.
Hemşin dialekti
Hemşin dialekti və ya hemşin dili (erm. Հոմշեցի, Homşetsi lizu; türk. Hemşince) — Türkiyənin şimal-şərqində, Abxaziyada, Rusiyada və Mərkəzi Asiyada yaşayan hemşin xalqlarının şərq və şimal qrupunun danışdığı arxaik erməni dialekti. Hemşin dialekti Türkiyənin Artvin vilayətində və Mərkəzi Asiyada az sayda kəndlərdə yaşayan şərqi həmşinlilər arasında danışıq dilidir. Rizə hemşincəsi XIX əsrə qədər bu dialektdə danışan, Rizə vilayətində yaşayan coğrafi cəhətdən ayrı bir qrupdur. Onlar indi bir çox hemşincə alınma sözləri ilə yalnız türkcə danışırlar. Üçüncü qrup Rusiya, Abxaziya, Ermənistanda yaşayan şimal hemşinlilərdir. UNESCO hemşin dialektini "mütləq nəsli kəsilməkdə olan" bir dil kimi təsnif etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Berens, Sally Jacoba.1998. "The phonetics and phonology of Homshetsma." PhD diss., Harvard University.
Riçard Uesli Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Həşcin
Həşcin (həmçinin Heşəcin, Heşiceyin olaraq tanınır) — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Xoreşrüstəm (Xuruşrüstəm) bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. == Coğrafiya == Həşcin Xalxaldan 45 və Ərdəbildən 120 kilometr güneydə, dəniz səviyyəsindən 1'579 metr yüksəklidə yerləşir. Burada orta illik yağıntı miqdarı 519 milimetrdir. == Əhalisi == 2006-cı ilin siyahıya alınması əsasında şəhərdə 4,518 nəfər və ya1,199 ailə yaşayırdı. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Dini baxımdan əhalinin 55%-ni şiə-cəfəri, 45%-ni isə sünni-şafeilər təşkil edir.
Həmin Mükriyani
Məhəmmədəmin Şeyxülislami Mükri (kürd. Muhemedemînî Şêxelîslamî Mukrî, fars. محمدامین شیخ‌الاسلامی مُکری‎), həmçinin təxəllüsü ilə Həmin Mükriyani (kürd. Hêmin Mukriyanî, fars. هیمن موکریانی‎; 1 mart 1921, Məhabad, Qərbi Azərbaycan ostanı – 16 aprel 1986) — kürd əsilli İran şairi, jurnalisti, tərcüməçisi və ədəbi tənqidçisi == Həyatı == Həmin Mükriyani 1921-ci ildə İranın Məhabad şəhəri yaxınlığındakı Laçın kəndində anadan olmuşdur. O, Məhabadda Səadət ibtidai məktəbində, ardınca Şərəfkənd kəndindəki Şeyx Bürxan xanəgahında dini təhsil almışdır. Hemin daha sonra Kürdüstan Dirçəliş Cəmiyyətinə qoşulmuşdur. İkinci Dünya müharibəsi zamanı Qızıl Ordu İranın bəzi hissələrini, o cümlədən Azərbaycanın əksər hissəsini və Kürdüstanın bir hissəsini işğal edərək Azərbaycan böhranına səbəb olmuşdur. Bu dövrdə Kürdüstan Dirçəliş Cəmiyyəti adını Kürdüstan Demokrat Partiyası olaraq dəyişmiş və Məhabad Cümhuriyyətini elan etmişdir. Həmin Mükriyani dostu Əbdülrəhman Şərəfkəndi ilə birlikdə Məhabad Cümhuriyyətinin xalq şairi seçilmiş, cümhuriyyətin baş naziri və dövlət başçısı Hacı Baba Şeyxin katibi olmuşdular.
ÜDM həcminə görə ölkələrin siyahısı
Bu məqalədə Ümumi Daxili Məhsulun (il ərzində ölkənin sərhədləri çərçivəsində istehsal olunan son məhsulların və xidmətlərin toplam dəyəri) həcminə görə ölkələrin sıralandığı 3 siyahı yer alıb. Siyahılar Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən tərtib olunublar. Rəqəmlər alıcılıq qabiliyyəti pariteti əsasında hesablanaraq alınmışdır. 1. BVF. Bu siyahı Beynəlxalq Valyuta Fondunun hesablamalı nəticəsində tərtib olunub. Siyahıda BVF-in 187 üzvündən 182-si haqqında məlumat verilir. Bundan əlavə BVF-in üzvü olmayan Çin Respublikası və Honkonq (Çin Xalq Respublikasının tərkibinə daxildir) haqqında da məlumat təqdim edilib. BVF-in üzvü olan dövlətlərdən ABŞ ilə əlaqələndirilən rus. Palau, Marşall adaları və Mikroneziya Federativ Ştatları haqqında, eləcə də San-Marino və faktiki olaraq dağılmış Somali haqqında məlumat yoxdur. Eləcə də ümumən dünya haqqında və Avropa İttifaqı haqqında hesablamalar göstərilib.
ÜDM həcminə görə ölkələrin siyahısı (AQP)

Ümumi Daxili Məhsulun həcminə görə ölkələrin siyahısı