1. Qarşılıq bildirən bağlayıcılardan olub, əksərən tabesiz mürəkkəb cümlə tərkibindəki cümlələri və bəzən həmcins üzvləri bağlayır. Onlardan biri həkim, o birisi isə mühəndisdir. Onun işi çox, vaxtı isə azdır.
– Xoruzlar banlaşır, [Turab] isə yata bilmirdi.
…Sədr ilə Eyvaz stolun bir tərəfində, Gülşən isə o biri tərəfində oturmuşdu.
2. “Əgər”, “hərgah” mənasında ədat yerində işlənir.
[Cəllad:] Pək suçlu isəm, görməli məzur; Aclıq məni etmiş buna məcbur.
// Qeyri-müəyyənlik bildirir. Bu sözləri harada isə oxumuşam. Onu harada isə görmüşəm.
– Ara-sıra haradan isə vahiməli bayquş səsi gəlirdi.
Yoldaşım göy otun üzərində uzanıb əlindəki tüfənglə haranı isə nişan almaq istəyirdi.
// Halbuki. Biz onu burada gözləyirik, o isə çıxıb gedib.
– Yusif isə ancaq bu görüşməyin barəsində fikir edirdi.