Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fersman adası
Fersman adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Heys adasının şimal-şərq quaracağından 800 m şimalda yerləşir. Ermak boğazı akvatoriyasına daxildir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 1.7 km, eni isə 800 metrdir. Yayda buzdan azad olur. Adada yerləşən maksimal hündürlük 46 metrdir. Digər əraziləri daşlı sahələrlə örtülüdür. Ada SSRİ geokimyaçısı Aleksadr Fresmanın şərəfinə adlandırılmışdır..
Fyodor Erisman
Fyodor Erisman (әsl adı Fridrix Quldreyx) (24 noyabr 1842 – 1 dekabr 1915, Sürix) - rus–isveç hәkim-gigiyenisti. Rusiyada gigiyenanın banilәrindәn biri. == Bioqrafiyası == 1865-ci ildə Sürix Universitetinin tibb fakültәsini bitirmiş, göz xәstәliklәri üzrә ixtisaslaşma keçmişdir. 1869-cu ildә Peterburqa gәlmişdir. 1873-74-cü illәrdә Maks İosif Pettenkoferin yanında biliklәrini tәkmillәşdirmişdir. Rusiyada ilk dәfә olaraq "Gigiyena dәrsliyi" (1-3 c., 1872-77) nәşr etdirmişdir. 1879-cu ildә Moskvaya köçmüş vә burada Aleksandr Poqojev, Yevqraf Osipov vә Yevstafıy Dementyevlә birgә Moskva quberniyasının sәnaye müәssisәlәrinin sanitariya müayinәsini apararaq, nәticәlәrini 17 cilddә vә 2 әlavә buraxılışda nәşr etdirmişdir. 1882-96-cı illәrdә Moskva Universitetinin gigiyena kafedrasında professor işlәmişdir. Moskvanın su kәmәrinin, kanalizasiyasının vә suvarma tarlalarının bir sıra sanitariya mәsәlәlәrini vә mәktәb gigiyenası problemlәrini işlәyib hazırlamışdır. 1896-cı ildә polis tәrәfindәn hәbs olunan tibb fakültәsi tәlәbәlәrini müdafiә etdiyinә görә universitetdәn kәnar edilmiş vә Sürixә köçmüşdür.
Karl Hardman
Karl Hardmen (ing. Karl Hardman; 22 mart 1927-22 sentyabr 2007) — ABŞ aktyorudur. == Həyatı == Karl Hardmen 22 mart 1927-ci il tarixində Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olmuşdur. Karyera boyu cəmi 2 filmə çəkilmişdir. İlk filmi olan Yaşayan ölülərin gecəsi filmində aktyor olmaqla yanaşı filmin prodüserlərindən biri olmuş və aktyor heyətinin yığılmasında böyük rolu olmuşdur. 1996-cı ildə isə "Santa Klaus" filmində "Brüs Brunsvik" rolunu canlandırmışdır. Bu filmdə "Yaşayan ölülərin gecəsi" filmində Helen personajını canlandırmış Merilin İstman da iştirak etmişdir. Karl Hardmen 22 sentyabr 2007-ci ildə 80 yaşında mədəaltı xərçəngi xəstəliyindən vəfat etmişdir.
Herman Abert
Hermann Abert (alm. Hermann Abert‎; 25 mart 1871[…], Ştutqart – 13 avqust 1927[…], Ştutqart) — Almaniya musiqişünası. O, qədim və orta əsrlər musiqisi, opera tarixi üzrə tədqiqatlar aparmışdır. Abert Volfqanq Amadey Motsart haqqında monoqrafiyanın müəllifidir.
Herman Dils
Herman Aleksandr Dils (alm. Hermann Alexander Diels‎; 18 may 1848[…], Bibrix[d] – 4 iyun 1922[…]) — məşhur alman klassik filoloqu, antik dövr tarixçisi. Berlin Universitetinin professoru, 1905-1906-cı illərdə onun rektoru. Berlin Elmlər Akademiyasının fəal üzvü (1881). Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü (07.12.1896) == Bioqrafiya == Bonn Universitetini bitirdikdən sonra Diels İtaliyaya elmi ezamiyyətə getmiş, burada Roma, Milan, Florensiya kitabxanalarında çalışmışdır. Qayıdandan sonra 1872-1877-ci illərdə. Əvvəlcə Flensburqda, sonra Hamburqda gimnaziyalarda dərs demişdir. 1877-ci ilin oktyabrından o, Aristotelin yazılarına yunan dilində şərhlər korpusunun nəşri komissiyasına (Prussiya Elmlər Akademiyasında) rəhbərlik edirdi). 1882-ci ildən qeyri-adi professor, 1886-cı ildən Berlin Universitetində klassik filologiya üzrə sıravi professor. 1905-1906-cı illərdə rektor olmuşdur.
Herman Ebbinqhauz
Herman Ebbinqhauz (alm. Hermann Ebbinghaus‎; 24 yanvar 1850[…], Barmen[d], Reyn əyaləti[d], Prussiya – 26 fevral 1909[…], Halle, Prussiya, Almaniya imperiyası) — alman psixoloqu, eksperimental psixologiyanın görkəmli nümayəndələrindən biri. Psixologiyaya təbiət elmi kimi baxan Ebbinqhauz onu fəlsəfədən ayırmağı vacib sayırdı. Ebbinqhauz psixiki hadisələri "psixofiziki parallelizm" mövqeyindən şərh etmişdir. Ali psixiki funksiyaların, xüsusi yaddaşın eksperimental təqtqiqinin əsasını qoymuş, əqli inkişaf dərəcəsini müəyyənləşdirmək üçün test işləyib hazırlamışdır.
Herman Görinq
Herman Görinq (alm. Hermann Wilhelm Göring‎; 12 yanvar 1893[…], Rozenxaym, Bavariya – 15 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d], Nürnberq) — Üçüncü Reyxin yeganə reyxsmarşalı (1940), alman siyasətçi, hərbçi və Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbər şəxslərindən biri. Herman Görinq Üçüncü Reyxin Hərbi Hava Qüvvələri olan Lüftvaffenin rəhbəri olmuşdur. 1943-cü ildə Polis və İqtisadiyyat Naziri vəzifələrində çalışan Görinq 1933-cü ildə alman gizli polisi olan Gestaponu yaratması ilə də məşhurdur. == Həyatı == Herman Gerinq I Dünya müharibəsində iştirak etməklə yanaşı, II Dünya Müharibəsinin də əsas fiqurlarından biri olub. Gerinqin Hollandiya müharibəsi və 1940-cı ildə Fransa müharibəsində əhəmiyyətli rolu olur. Fransanın məğlubiyyətindən sonra Hitler onu "Dəmir xaç" ordeni ilə mükafatlandırır. 1940-cı il iyulun 19-da Hitler fərman verərək Gerinqə "Reichsmarschall des Grossdeutschen Reiches" (Böyük Alman Marşalı) rütbəsi verir. Gerinq 1939-cu il sentyabrın 30-da "Cəngavər Dəmir Xaçı" medalına da layiq görülür. 1940–45-ci illərdə müharibənin iqtisadiyyatını idarə edib.
Herman Hesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
Herman Hollerit
Herman Hollerit (ing.
Herman Hot
Herman Hot (alm. Hermann Hoth‎; 12 aprel 1885, Noyruppin[d], Brandenburq – 25 yanvar 1971, Qoslar[d], Aşağı Saksoniya) — 1938-1941-ci illərdə alman hərb xadimi, general-polkovnik. Fransa və Şərq Cəbhəsindəki qələbələri ilə tanınaraq İkinci Dünya Müharibəsi kampaniyalarında iştirak etmişdir. Vermaxtın "Mərkəz" ordu qruplarının tərkibindəki 3-cü Tank qrupunun (1941-ci il iyunundan 1942-ci ilə qədər) və 4-cü Tank ordusunun (1942-ci ilin iyunundan 1943-cü ilin dekabrınadək) komandanl olmuşdur. Almaniya məğlub olduqdan sonra Nürnberq məhkəməsi tərəfindən mühakimə olunmuş və 15 il azadlıqdan məhrum edilmişdir.
Herman Melvill
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
Herman Mervil
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
Herman Minkovski
Herman Minkovski (ing. Hermann Minkowski; 22 iyun 1864[…], Aleksotas[d] və ya Kaunas – 12 yanvar 1909[…], Göttingen) — Alman riyaziyyatçısı və fizikidir; həndəsəyə, ədədlər nəzəriyyəsində həndəsi üsullara, riyazi fizikaya hidrodinamikaya aid əsərlərin müəllifidir; xüsusi nisbilik nəzəriyyəsinin kinematikasının həndəsi şərhini vermişdir (Minkovski fəzası). == Həyatı == Herman Minkovski 1864-cü ildə doğulub. 1909-cu ildə vəfat edib.
Herman Obert
Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[…], Sibiu – 28 dekabr 1989, Nürnberq, Bavariya) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir. == Həyatı == Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir. == İrsi == 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir.
Herman Qmayner
Herman Qmayner (alm. Hermann Gmeiner‎) - Avstriyalı filantropist və Sos Uşaq kəndlərinin yaradıcısı.
Herman Rorşax
Herman Rorşax (alm. Hermann Rorschach‎; 8 noyabr 1884, Sürix - 2 aprel 1922, Herizau) — İsveçrəli psixiatr və psixoloq, şəxsiyyəti müəyyən edən Rorşax testinin müəllifi. == Həyatı == Herman Rorşax 1884-cü il 8 noyabr tarixində Sürix şəhərində anadan olmuşdur. Onun atası Ulrix Rorşax rəssam olduğundan, Herman da ondan qeyri-adi rəssamlıq bacarığını mənimsəmişdi. Onu tanıyan insanların fikrincə, o yaxşı rəsm çəkməyi bacarırdı və hətta atasının yolu ilə getmək fikri də var idi. O hətta məktəb illərində "Ləkə" ləqəbini almışdır. Hermanın rənglərin qəribə uyğunlaşmasına və qeyri adi formalara marağı sonralar onun elmi axtarışlarında öz təcəssümünü tapmışdır. 1886-cı ildə ailə Şaffhauzendə məskunlaşır. Ulrix Rorşax isə orada rəsm müəllimi kimi çalışmağa başlayır. Reyndə yerləşən bu füsunkar şəhərcikdə Hermanın uşaqlıq və gənclik illəri keçmişdir.
Herman Rösler
Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler‎; 18 dekabr 1834 – 2 dekabr 1894, Bolsano, Sisleytaniya) – Almaniya hüquqşünası və iqtisadçısı. Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur. == Həyatı == Herman Rösler 1834-cü ildə doğulmuşdur. Onun atası vəkil olmuşdur. Rösler Erlangen və Münhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır. Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır. 1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir. O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur. Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır.
Herman Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Vudi Herman
Vudi Herman (ing. Woodrow Charles Thomas Herman, «Woody» Herman; 16 may 1913[…], Miluoki, Viskonsin – 29 oktyabr 1987[…], Los-Anceles, Kaliforniya) — Amerika cazmeni. == Həyatı == V.Herman 1913-cü il mayın 16-da Viskonsin ştatının Miluoki şəhərində dünyaya gəlib. 6 yaşı olanda kiçik məclislərdə çıxış etməyə başlayıb. Artıq 9 yaşında Vudi saksofonda ifa etməyi bacarırdı. 11 yaşında isə əlinə klarnet götürdü. Dörd ildən sonra Vudi yaxşı musiqiçilərdən sayılırdı. Lakin Vudi bununla kifayətlənmək istəmirdi və 1933-cü ildə öz şəxsi orkestrini yaratmağa cəhd elədi. Ancaq onun bu cəhdi uğursuz alındı. 20 yaşlı gənc musiqiçiləri ilə bacara bilmədi.
Euphorbia herman-schwartzii
Euphorbia herman-schwartzii (lat. Euphorbia herman-schwartzii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Yayılması == Madaqaskar üçün endemik növdür.
Hans Herman Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Herman Van Rompöy
Herman Van Rompöy (nid. Herman Achille Van Rompuy, tələffüzü [ˈɦɛɾmɑn vɑn ˈɾɔmpœy] ( dinlə); d. 31.10.1947) — belçikalı siyasətçi, Avropa Şurasının ilk daimi və uzunmüddətli dövr üçün seçilən sədri. Xristian demokrat flamand partiyasından 30 dekabr 2008-ci ildən 25 noyabr 2009-cu ilədək Belçikanın 66-cı baş naziri. == Avropa Şurasının Sədri == Lissabon sazişinədək Avropa İttifaqına üzv dövlətlərin baş nazirləri rotasiya qaydasında 6 ay ərzində Avropa Şurasının sədri vəzifəsini tuturdular. Bəzən Van Rompöyün vəzifəsi səhvən Avropa İttifaqının Prezidenti və ya Avropa İttifaqı Şurasının Prezidenti kimi də təqdim edilir, lakin birinci vəzifə hələ ki, mövcud deyil, ikincisi isə Avropa İttifaqına üzv dövlətlərin hökumətləri tərəfindən rotasiya qaydasında 6 ay müddətinə icra edilir. Avropa Komissiyasının Sədri (ing. President of the European Commission) və Avropa Parlamentinin Sədri (ing. President of the European Parliament) vəzifələrinin ingilis dilindəki adlarında istifadə edilən President sözü Azərbaycan dilinə məhz "sədr" kimi tərcümə edilir. Bu səbəbdən Herman Van Rompöyün daşıdığı vəzifənin (ing.
Herman və Dorotiya
Herman və Dorotiya — 1796–1797-ci illərdə Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış nəsr əsəri. == Məzmunu == Əsər orta əsrlərdə frankların hücumu zamanı Reyn çayının bir sahilindən digər sahilinə köç edən qaçqınların düşdüyü acınacaqlı vəziyyətdən və bu zavallı insanlara yardım edən xeyirxah bir alman ailəsindən bəhs edir. Ailə zəngindir, böyük təsərrüfatı, məhsuldar torpaqları, geniş ev-eşiyi var. Ana çox mehriban, qayğıkeş, ata isə yardımsevər, ürəyitəmiz, həm də sərt xarakterli bir insandır. Ata gənc oğlu Hermanı özü kimi zəngin birinin qızı ilə evləndirmək istəyir. Oğlu isə atasının ərzaq və geyim əşyalarından ibarət yardımını qaçqınlara aparan zaman yolda həmin qaçqınlardan biri, həm də yazıq insanların sevimlisi, ümid yeri olan gözəl, ağıllı və xeyirxah Dorotiyaya aşiq olduğunu və onunla evlənmək istədiyini atasına bildirir. Ata əvvəlcə etiraz edir, sonra qayğıkeş və düşüncəli ananın sayəsində qızın evinə gəlin gəlməsinə razı olur. Gənc oğlan əvvəlcə fikirləşir ki, bu həssas və ağıllı qıza onu istədiyini necə bildirsin. Çox düşündükdən sonra ona evlərinə qulluqçu kimi gəlməyi təklif edir. Qızın qaçqın yoldaşları, xüsusən, uşaqlar onun dalınca ağlasalar da və həmin vəziyyət qız üçün əzabverici olsa da, artıq bu çətin şəraitdə canını qurtarıb, nəhayət, bir az rahat yaşamaq üçün onunla getməyə razı olur.
Vilhelm Herman Abix
Vilhelm Herman Abix (alm. Otto Wilhelm Hermann von Abich‎; 11 dekabr 1806[…], Berlin[…] – 1 iyul 1886, Vyana[…]) — Almaniya geoloqu, səyyahı, tədqiqatçısı. == Həyatı == Otto Vilhelm Herman fon Abiх 1843-cü ildə Estоniyanın Tartu Universitetinin geоlоgiya kafedrasına dəvət оlunduqdan sоnra bütövlükdə Qafqazı, İranı tədqiq etmiş, Abşerоn yarımadasında və Хəzər dənizindəki bəzi palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geоlоji quruluşuna və 1859-cu il Şamaхı zəlzələsinə aid bir sıra əsərlər yazmışdır. О, Qafqaz dağlarının bir sıra hündür zirvələrindən yan keçsə də, оvalıq sahələrin хəritəsini kifayət qədər düzgün tərtib etmişdir. == İstinadlar == == Mənbə == Богачёв В. В., Гeрман-Вильгeльм (Гeрман Васильeвич) Абих, "Тр. Гeологич. института Азeрбайджанского филиала АН СССР", 1939, т. 12/63.
Karl Fridrix Herman Rösler
Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler‎; 18 dekabr 1834 – 2 dekabr 1894, Bolsano, Sisleytaniya) – Almaniya hüquqşünası və iqtisadçısı. Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur. == Həyatı == Herman Rösler 1834-cü ildə doğulmuşdur. Onun atası vəkil olmuşdur. Rösler Erlangen və Münhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır. Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır. 1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir. O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur. Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır.
Herfindal – Hirşman indeksi
Herfindal – Hirşman indeksi - Orris Herfindahl ve Albert Hirschman adlı iqtisatçılar tərəfindən irəli sürülmüş olan ve Herfindahl Endeksi (HHI) olaraq bilinən ölçü sistemi, hər hansı bir sektordakı rəqabət səviyyəsini müəyyən etməyə imkan verir. == Haqqında == İndeksin formulu çox sadədir. Bir sektorda mövcud olan olan firmaların bazar paylarının kvadratları toplanır. Və çıxan nəticəyə əsasən sektordakı rəqabət səviyyəsi müəyyənləşir. HHI < 100 : Rəqabət səviyyəsi çox yüksəkdir HHI < 1000 : Bazar rəqabətlidir 1000 < HHI < 1800 : Bazar orta rəqabət səviyyəlidir HHI > 1800 : Bazarda rəqabət zəifdir. HHI = 10.000 : İnhisar bazarı == Nümunə == Bir bazarda payları sırasıyla %80, %15 ve %5 olan üç firma olduğunu zənn edək. HHI formuluna görə hər üç rəqəmin kvadratları cəmini tapaq. 6400 + 225 + 25 = 6650 Bu nəticəyə görə bu bazardakı rəqabət səviyəsinin zəif olduğunu rahatlıqla demək olar.