DARGÖZLÜLÜK
DARĞALIQ
OBASTAN VİKİ
Darğalar
Darğalar — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Yaşayış məntəqəsini darğalar nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Nəsil isə adını keçmişdə nəsli vəzifə sayılan "darğalıq"dan almışdır. Darğa/daruğa/daruğaçı (monqol. daruxu "sıxmaq", "daraltmaq", məcazi mənada "möhürləmək") orta əsrlərdə monqol istilasına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda monqol xanının vergi toplayan və əhalini siyahıya alan nümayəndəsi, inzibati məmur olmuşdur. Əsasən hökmdar tərəfindən təyin edilən darğalar lazım gəldikdə yerli əhalidən yardımçı hərbi hissələr təşkil edir, asayişi qoruyurdular. Qızıl Ordada onlar baskak, bəzi şərq ölkələrində isə şəhnə adlanırdılar. Vəzifə adı kimi Darğaməlik (Ordubad r-nu) oykonimində saxlanılmışdır.
Darğalı
Darğalı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Darğalı (Urmiya) — İranda kənd.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Darğalı (Urmiya)
Darğalı (fars. دارغالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (91 ailə).
Zaur Darğalı
Zaur Darğalı və ya Zaur Darğallı — 2017–2019-cu illər Kvemo Kartli bölgə qubernatorunun müavini. 2019-cu ilin 19 may tarixində keçirilən seçkilərə əsasən 78,6% səs toplayaraq Marneulinin bələdiyyə sədri seçilib. == Həyatı == Zaur Darğalı 4 iyul 1988-ci ildə anadan olub. O, 2005–2009-cu ildə İlia adına Dövlət Universitetinin Kompüter texnologiaları və ingilis dili ixtisası üzrə təhsil alıb, bakalavr dərəcəsi üzrə həmin universiteti bitirib. Azərbaycan, gürcü, rus, ingilis, türk dillərini bilir. == Fəaliyyəti == Zaur Darğalı 2007–2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli Gənclər Şurasının üzvü olub. O, 2007–2011-ci ilər ərzində Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, "Timer" qəzeti kimi media təşkilatlarında çalışıb. Zaur Darğalı 2008–2011-ci illərdə Marneuli Gənclər Mərkəzinin layihələr üzrə meneceri vəzifəsini icra edib. Həmçinin 2008–2011-ci illərdə müxtəlif layihələrdə fəal şəkildə iştirak edib, onlardan "Effektiv inteqrasiya naminə, daha yaxşı komunikasiya" (layihə eyni zamanda məcburi köçkün şəxslərlə bağlı məsələləri nəzərdə tuturdu), "Marneuli QHT-ləri inkişaf və əməkdaşlıq forumu" (layihə Marneulidə 12 QHT-nı əhatə edib) və s.

Значение слова в других словарях