Herman Mervil

Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[1][2][…], Manhetten, Nyu-York ştatı[3][4][…]28 sentyabr 1891[1][2][…], Nyu-York, Nyu-York ştatı[5][6][…]) — ABŞ yazıçısı, şair.

Herman Melvill
ing. Herman Melville
Doğum adı Herman Melville
Doğum tarixi 1 avqust 1819(1819-08-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 1891(1891-09-28)[1][2][…] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Fəaliyyəti müəllim, dənizçi[d], mühazirəçi, şair, yazıçı, romançı, esseist, ədəbiyyat tənqidçisi, rəsm kolleksioneri[d]
Əsərlərinin dili ingilis dili
İstiqamət romantizm
İmza
Vikimənbənin loqosu Herman Melvill Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur.

Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib.

Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur.

Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır.

Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur. Herman Mervil 1 Avqust 1819-cu ildə Nyu Yorkda dünyaya gəlmişdir. O, 8 uşaqlə bir ailənin üçüncü övladı olmuşdur. Herman atası vəfat etdikdən sonra çətinliklərlə üz-üzə gəlmişdir. Bir tərəfdən oxuyub, digər tərəfdən müxtəlif işlərdə işləməli olmuşdur və keçən 5 il müddətində Şekspirin əsərlərini oxuyaraq özünü inkişaf etdirmişdir. 18 yaşına çatdıqda Liverpula gedən bir gəmiyə minmiş və həmin gəmi ilə Nyu Yorka qayıtmışdır. Biz bu ilk gəmi səyahətini onun əsərlərinin səbəbi, bir başlanğıcı olaraq görə bilərik. Nyu Yorkda olduğu müddət ərzində fərdi dərslər verərək həyatını qazanmışdır. Daha sonra 1841-ci ildə Achushnet adlı bir gəmiyə gəmiçi olaraq qəbul edilmiş və Sakit okeanda yeni bir səyahətə başlamışdır. Cətinliklə keçən 18 ay sonra gəmidəkilərin ona qarşı olan davranışlarından yorulan Mervil bir dostu ilə Mervil adalarında gəmidən qaçdı. Tayp yerlilərinin arasında 1 neçə ay yaşadı. Adaya gələn bir Avstraliya gəmisi ilə yenidən gəmiçilik fəaliyyətinə başladı lakin bu gəmidə də isyana qatılmaqla günahlandırıldığına görə Taitidə həbsxanaya göndərildi. Və "Mobi Dik" əsərinin ilk izləri bu andan başlayır. Otuzlu yaşlarında Bostona qayıdan Herman Mervil dənizçilik fəaliyyətinə son qoyur. Və ailəsinin təşviki ilə əsərlər yazmağa başlayır. Onun ilk əsərləri "Tippe" və "Ommo" əsərləri olmuşdur. O, bu əsərlərində yerlilərlə keçirdiyi günlərdən yazmışdır.

Yazarın ən böyük əsəri "Mobi Dik" 1851-ci ildə tamamlanmışdır. Əvvəla balina ovçuluğu ilə başlayan bu əsər, yazıçı Nataniel Hotorn ilə tanışdıqdan sonra fərqli bir forma almağa başladı. Mervil bu əsərində Kapitan Ahab adlı xarakterin Mobi Dik adlı bir balinanın arxasıyca yaşadığlarından yazır. Bu kitabla bağlı maraqlı bir fakt vardır. Oxucuların əsərdəki fərd ilə təbiət, Ahab xarakteri və gəmi heyəti arasındakı münaqişənin, fərd ilə cəmiyyət arasındakı gərginliyi yansıtdığını, Ahab xarakterinin 20-ci əsr diktatorlarının xəbərçisi olduğunu, gəminin Amerikan cəmiyyətini, qəddar Ahabın isə qəddar kapitalizmi ifadə etdiyini qeyd edirlər. Kitab yayımlandıqdan sonra gözlənilən diqqəti almadı və hətta çox mənfi tənqidlər aldı. Mervilin əsərləri nəşr olunmamağa başladı və daha sonra o, Nyu Yorkda gömrük müfəttişi olaraq fəaliyyət göstərməyə başladı. Bu müddət ərzində yazıçı artıq sadəcə şeirlər yazmağa başladı və şeirlərini öz hesabına nəşr etdirməli oldu. Lakin 1888-ci illərdə yazıçı və onun "Mobi Dik" əsəri 1920-ci illərdə yenidən kəşf edildi və böyük bir yazıçı olaraq qəbul edildi. Yazıçı 1891-ci ildə Nyu Yorkda vəfat etmişdir.

Tippee və Omoo-1846,White Jacket-1850,Mobi Dik-1851,Pierre və Piazza memories-1866,Billy budd-1888.

28 sentyabr 1891-ci ildə Nyu Yorkdakı evində ürək tutmasından vəfat etmişdir. Əsərləri Amerika Kitabxanası tərəfindən toplanıb çap olunan ilk yazıçı olmuşdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Herman Melville // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 Historical Marker Database.
  4. 1 2 BNE authority file.
  5. 1 2 Мелвилл Герман // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. 1 2 Library of Congress Library of Congress Name Authority File (ing.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]