Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır.
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Heron (futbolçu)
Heron Krespo da Silva (br-port. Heron Crespo da Silva; 17 avqust 2000, Rio-de-Janeyro) və ya sadəcə Heron — Braziliya futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın müdafiəçisi. Heron Krespo da Silva Rio-de-Janeyroda anadan olmuşdur. O, 30 aprel 2017-ci ildə "Osvaldo Kruz"un heyətində debüt etmiş, komandası "Qremio Prudente" ilə qarşılaşmada 3:0 hesablı qələbə əldə etmişdir. Heron 16 yaşında klubda meydana çıxan ən gənc oyunçu olmuşdur. O, 16 fevral 2018-ci ildə "Qoyas"a transfer olmuş və daha sonra gənclər komandasına qayıtmışdır. 21 avqust 2021-ci ildə Heron Danimarka "Superliqa"sında çıxış edən klubuna "Vayle Boldklub"a qoşulmuşdur. 21 iyun 2022-ci ildə "Şerif Tiraspol" Heronun kluba qoşulduğunu açıqlamışdır.
Heron düsturu
Tərəfləri a, b, c olan üçbucaq Heron düsturu — Üçbucağın sahəsini hesablamaq üçün istifadə olunan düstur. Burada p üçbucağın yarımperimetridir,üçbucağın tərəfləri Tərəfi a olan bərabərtərəfli üçbuçağın Heron düsturuna görə sahəsi: S = p ( p − a ) ( p − a ) ( p − a ) ⇒ {\displaystyle S={\sqrt {p(p-a)(p-a)(p-a)}}\Rightarrow } p = 3 a 2 {\displaystyle p={\frac {3a}{2}}} olacaq.
IAI Heron
IAI Heron (Machatz-1) — İsrailin Israel Aerospace Industries (IAI) şirkəti tərəfindən istehsal olunan orta yüksəklikdə uzun müddət uçuş həyata keçirmək imkanlarına sahib olan pilotsuz uçuş aparatı. Bu PUA yer səthindən 10 km-dən artıq yüksəklikdə 52 saatdan çox müddət ərzində əməliyyat uçuşu yerinə yetirir. 52 saat davamlı uçuş imkanları mövcud olsa da, əlavə vasitələrlə yüklənmə və uçuş profilindən asılı olaraq maksimal effektiv uçuş müddəti nisbətən aşağı ola bilir. PUA-nın daha da inkişaf etdirilmiş variantı olan Heron TP bəzi mənbələrdə IAI Eitan adı ilə də tanınır. 11 sentyabr 2005-ci ildə İsrail Müdafiə Qüvvələrinin 50 milyon ABŞ dolları dəyərində Heron sistemləri aldığı barədə açıqlama verilmişdir. 2008-2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi ərzində İsrail Müdafiə Qüvvələri Heron PUA-larından aktiv şəkildə istifadə etmişdir. Döyüş əməliyyatları ərzində hər bir briqadanı yaxın hava dəstəyi ilə təmin etmək vəzifəsi üçün bir Heron müəyyən edilmişdi. Bu müharibədə İsrail ilk dəfə olaraq pilotsuz uçuş aparatları, helikopterlər və döyüş təyyarələrini quru qoşunlarına asılı olmadan birbaşa şəkildə İsrail Hərbi Hava Qüvvələrinin komanda məntəqəsinin verdiyi qərarlara uyğun olaraq idarə etmişdir. Hava nəzarəti Heron və Hermes 450 pilotsuz uçuş aparatları, həmçinin Apaçi helikopterləri ilə təmin olunurdu. Hərbi hava qüvvələri və quru qoşunları arasındakı koordinasiya ilə birlikdə İsrailin quru qoşunları ölkənin təhlükəsizlik xidməti olan Şin Betin ön xəttə ezam olunmuş nümayəndələri ilə daim əlaqədə fəaliyyət göstərirdi.
İsgəndəriyyəli Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Hərsin şəhristanı
Hərsin şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərsin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 90,452 nəfər və 20,788 ailədən ibarət idi.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Harbin
Harbin (çin. 哈尔滨 (哈爾濱)) — Çin Xalq Respublikasının şimal-şərqində böyük şəhər.
Hebron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Herson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Hertia
Hertia (lat. Hertia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Othonnopsis Jaub.
Hevron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Kerosin
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Mersin
Mərsin (köhnə adı İcəl) — Türkiyənin Mərsin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Perotin
Perotin (fr. Pérotin, lat. Perotinus Magnus) — fransız bəstəkar, Notr-Dam məktəbinin XII—XIII əsrdə yaşamış ən böyük nümayəndəsi. Notr-Dam kilsəsinin xoruna rəhbərlik etmiş və onun ətrafında yaranmış bəstəkarlıq məktəbinə başçılıq etmişdir. Bir çox orqanumların müəllifi, o cümlədən irimiqyaslı dördsəsli «Viderunt omnes» və «Sederunt principes» müəllifi.
Merlin
Merlin (Merlinin Macəraları kimi də tanınır.) Merlin və Kral Arturun yaxın münasibətləri ilə bağlı Artur əfsanələrinə əsaslanan İngilis fantaziya — macəra dram televiziya proqramıdır. Julian Jones, Jake Michie, Johnny Capps və Culian Murphy tərəfindən BBC üçün yaradılmış, 20 sentyabr 2008 – 24 dekabr 2012-ci il tarixləri arasında BBC One -da beş seriya üçün yayımlanmışdır. Serialda Colin Morgan, Bradley James, Katie McGrath, Angel Coulby, Richard Wilson, Enthony Head və John Hurt. Proqram gənc sehrbaz Merlinin "xüsusi hədiyyəsi" səbəbindən anası tərəfindən Camelot krallığına göndərildiyi əfsanənin yenidən təsviridir. Birinci epizodda Şahzadə Arturun həyatını xilas etdikdən sonra Arturun xidmətçisi olur. Merlin tezliklə öyrənir ki, hədiyyəsinin səbəbi Arturu qorumaqdır, lakin Merlin öz səlahiyyətlərini gizlətməlidir, çünki Camelotda cadu Arturun atası Kral Uter Pendraqon tərəfindən qadağan edilmişdi və bununla məşğul olanlar edam edilir. İllər keçdikcə və birlikdə bir neçə sərgüzəştdən sonra Merlin və Artur etibarlı dost və yoldaş olurlar, birincisi ikincinin taleyində olduğu padşah olmasına təsir etmək üçün əlindən gələni edir. Merlin ən yaxşı vizual effektlərə görə 2011-ci ildə Britaniya Akademiyası Televiziya Mükafatını qazanaraq bir neçə mükafata namizəd olub. Yayım hüquqları 180-dən çox ölkəyə satılıb. Merlin (Colin Morgan) anası onun saray həkimi Gaius (Richard Wilson) ilə qalmasını təşkil etdikdən sonra Camelot krallığına gələn gənc, güclü bir cadugərdir.
Herman
Herman — ad. Herman Hesse — alman-isveçrə yazıçısı, şairi və rəssamı Herman Qmayner — Avstriyalı filantropist və Sos Uşaq kəndlərinin yaradıcısı Herman Obert — Almaniya mühəndisi və alimi.
Brits (Berlin)
Brits (alm. Britz‎) — Berlin şəhərinin Neyukölln dairəsində yerləşən şəhər. Britz şəhərinin ilk qeyd edilməsi 1237-ci illərə aiddir.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Termin
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri). Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir. Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Berlin (vulkan)
Berlin vulkanı (ing. Berlin) — Antarktida ərazisində yerləşən vulkan. Massiv 3478 metr hündürlüyə malik olaraq 2 kraterdən ibarətdir. Lava axınlarının tərkibi andezit-bazaltdan ibarətdir. Püskürmə müşahidə edilməsə də, aktivlik mövcuddur.
Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Berlin böhranı
Berlin böhranı (Berlinin blokadası) — SSRİ tərəfindən 1948–1949-cu illərdə Berlinin blokadaya alınması ilə yaranmış və Birinci Berlin böhranı kimi tanınan siyasi gərginlik. Berlin böhranı Soyuq müharibə dövrününü ilk gərginliyi kimi qəbul edilir. İkinci Dünya Müharibəsinin sonlarına yaxın Almaniyanın gələcəyi ilə bağlı ABŞ, SSRİ və Böyük Britaniya rəhbərliyi 12 sentyabr 1944-cü ildə Londonda imzaladıqları protokol əsasında Almaniyanın gələcəyini aşağıdakı kimi müəyyən etdilər: "Almaniya ərazisi 1 yanvar 1937-ci il sərhədləri çərçivəsində üç işğal zonasına ayrılmalı, Berlin ərazisi isə xüsusi status əsasında müttəfiqlərin işğal zonalarına bölünməlidir". 1945-ci il Yalta konfransının qərarlarına görə Almaniya Böyük Britaniya, ABŞ və SSRİ arasında işğal zonalarına bölünməsi ilə bağlı razılaşma əldə olunur. Bunula yanaşı qərb dövlətlərinin işğal zonaları hesabına Fransanın da bölgüdə iştirakına imkan yaradıldı. Buna əsasən 1945-ci ilin 8 mayında Almaniyanın təslim olma haqqında sazişi imzalamasından sonra Berlin şəhəri də dörd işğal zonasına bölünmüşdü. Soyuq müharibəsnin başlanmasından sonra qərb dövlətləri kommunizm təhlükəsinə qarşı Qərbi Almaniyanın iqtisadi cəhətdən ayaqda saxlamaq qərarına gəldilər. 1 yanvar 1947-ci ildə ABŞ və B. Britaniya, bir müddət sonra isə Fransa sovetlərin razılığı olmadan öz işğal zonalarını iqtisadi cəhətdən birləşdirdilər. Birtərəfli razılaşmalara etiraz olaraq 20 mart 1948-ci ildə SSRİ Nəzarət Şurasını tərk etdi. Bununla da dördtərəfli idarəçilik sisteminə son qoyuldu.
Dmitri Yeroxin
Dmitri Yeroxin (rus. Дми́трий Ю́рьевич Еро́хин; d. 1 noyabr 1979, Novokuznetsk, Kemerovo vilayəti) — rusiyalı ultramarafonçu və treylranner, həvəskar idman funksioneri, ictimai xadim. Qaçış idman növlərini və sağlam həyat tərzini tanıtdırması ilə məşhurdur. Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, həmçinin uzun məsafə qət edən ictimai fəal. O, dünya üzrə bir neçə qeyri-rəsmi ultramarafon rekordlarının təyin edilməsində yaxşı tanınır. Kalmıkiya, Saxalin və iki dəfə Rusiyanın "Qızıl halqası"nı dəf edib. Dmitri Yeroxin 1979-cu ildə Kemerovo vilayətinin Novokuznetsk şəhərində anadan olub. Hal-hazırda Moskvanın Qolyanovo rayonunda yaşayır. Məhkəmə hüquqşünasıdır.
Hərtiz
Hərtiz, Hərtis — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Hərtis kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi öz adını ərazidəki Hərtis dağının adından almışdır.
Həşcin
Həşcin (həmçinin Heşəcin, Heşiceyin olaraq tanınır) — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Xoreşrüstəm (Xuruşrüstəm) bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. Həşcin Xalxaldan 45 və Ərdəbildən 120 kilometr güneydə, dəniz səviyyəsindən 1'579 metr yüksəklidə yerləşir. Burada orta illik yağıntı miqdarı 519 milimetrdir. 2006-cı ilin siyahıya alınması əsasında şəhərdə 4,518 nəfər və ya1,199 ailə yaşayırdı. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Dini baxımdan əhalinin 55%-ni şiə-cəfəri, 45%-ni isə sünni-şafeilər təşkil edir.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Çerdın
Çerdın — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarının tərkibinə daxildir
Çərbin
Çərbin (fars. چربين‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 49 nəfər yaşayır (12 ailə).