Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hidratlar
Hidratlar — Bunlara təbii qaz molekulları, adətən, buz molekullarında tutulan metan qazı molekulları aid edilir. Hidratlar aşağı temperatur və yüksək təzyiq şərtləri altında boru kəmərlərində və qazın texnoloji emal edildiyi qurğularda əmələ gələ bilir. Hidratlar boru kəmərlərini tıxaclaya və hasilat əməliyyatlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilir.
Hidra (bürc)
Hidra (lat. Hydra) — göyün cənub yarımkürəsində bürc. Hidra bürcü Heraklın əfsanəvi igidliyini xatırladır. Hidra bürcünü Azərbaycanda fevral–mart aylarında aydın görmək olur.
Hidra buxtası
Hidra buxtası — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Varna yarımadası sahillərindən 200 m şimal-şərqdə yerləşmişdir. Qarqoyle burnundan şimalda yerləşmişdir. Buxta Heraklın məğlub etdiyi nəhəng Lerney hidrasının adını daşıyır. == Yerləşməsi == Hidra buxtası 62°27′54″ c. e. 60°08′15″ q. u. koordinatlarında yerləşmişdir. Siddins burnundan 17.7 km şimal-şərqdə, Villiyams burnundan 1.42 km cənubda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Hidra (əfsanəvi varlıq)
Hidra, Yunan mifologiyasında izah edilən çox başlı bir məxluq. Argolis antik şəhərində, Lerna bataqlıqlarında yaşayan çox başlı bir canavarın adıdır. Hydranın nəfəsi bir insanı öldürəcək qədər zəhərliydi. Bu canavarın öldürülməsi Heraklın on iki vəzifə arasında 2-ci sırada yer alan vəzifədir. Atası Typhon və anası əjdahaların ilahəsi Ehidna (bəzi mənbələrdə anası Stiks (okeanida)) olan Hidra Lerna gölündəki yuvası, ölümdən sonrakı dünya ilə insanların dünyası arasındakı qapının ağzında yer almaqda olub, Hidra isə bu qapının nəzarətçi vəzifəsini yerinə yetirirdi. Hidra öldürülməsinin çox çətin olmasının səbəbi kəsilən hər bir başın əvəzinə iki dənəsinin çıxması idi. Herakl bu əjdaha ilə qarşılaşmadan əvvəl bataqlıq içərisində zəhərli qaz və dumanlarla örtülü Hidra yuvasının girəcəyində, ağzını və üzünü bir örtük ilə örtərək özünü qorumuştur.Canavar ilə qarşılaşıb vuruşmağa başlayan Herakl bir müddət sonra, kəsdiyi başların yerinə davamlı yenilərinin çıxdığını görəndə əslində boşuna döyüşüb yorulduğunu hiss etmiş və tam ümidsizliyə qapılmağa başladığı. Anda köməyinə İolaus (Heraklın qardaşı oğlu) yetişir. Güman edildiyinə görə, o anda Afina (mifologiya)da köməyi ilə canavarın kəsilən başlarının bir daha yaranmaması üçün boyunlarının məşəl ilə yandırılmasını fikirləşər və dərhal orada yandırdığı məşəli Herakla verər.
Hadrut
Hadrut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 2 oktyabr 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hadrut 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. == Tarixi == Qəsəbənin dəqiq salınma vaxtı məlum deyil. Burada həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidilərə rast gəlinir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kimi çəkilir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki Hadrut sakini — Moses Dülgəryants və Əhməd Daşdəmiroğlu — təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülmüşlər.
Hayrat
Hayrat (türk. Hayrat) — Trabzon ilinin ilçəsi.
Hicran
Hicran — qadın və kişi adı.
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634–644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.
Midraş
Midraş (İvrit dili: מדרש; əsasən midraşim), İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan külliyyatdır. Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır. Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir; “Midraş Rabbah”a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbləşərək digərlərini parçaladığını bildirmişdir. Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir. Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
İdrak
İdrak — sözü "düşüncə, təcrübə və hisslər vasitəsilə zehni hərəkət və yaxud bilik və anlayış əldə etmək prosesi" mənasına gəlir. İdrak qavrayış, diqqət, düşüncə, kamal, biliklərin formalaşması, yaddaş və iş yaddaşı, mühakimə və qiymətləndirmə, əsaslandırıcı və hesablama, problemlərin həlli və qərarların qəbul edilməsi, dil anlayışı və inkişafı kimi ağıllı funksiyaları və proseslərin bütün aspektləri əhatə edir. Bilişsel idraki proseslər mövcud biliklərdən istifadə edir və yeni biliklər ortaya çıxarır. İdraki proseslər müxtəlif kontekstlərdə, xüsusilə olaraq dilçilik, musiqişünaslıq, anesteziya, neyronauki(neyroniki), psixiatriya, psixologiya, təhsil, fəlsəfə, antropologiya, biologiya, sistemik elmləri, məntiq və informatika sahələrində müxtəlif aspektlərdən təhlil edilir. İdrak təhlili bu və digər yanaşmalar (təcəssüm etdirilmiş idrak kimi) getdikcə muxtar bir akademik intizam olan idrak elmin inkişaf sahəsində sintez olunur. İdrak sözü XV əsrə aiddir və mənası " düşüncə və məlumatlandırma " deməkdir. Bu termin Latın isimi olan cognitio ("imtahan", "təlim" və yaxud "bilik") sözündən gəlib. Cognosco mürəkkəb feilindən yaranan con (ilə) və gnosco (bilin) deməkdir. Sözün ikinci yarısı olan gnōscō yunan feili olan gi(g)nόsko (γι(γ)νώσκω (bilmək) mənasına gəlir. "İdrak" sözünün özü XV əsrə təsadüf etməsinə baxmayaraq, idraki proseslərə diqqət Aristotelin dövründən (e.ə 384–322) və onun ağılın daxili işinə marağından və insan təcrübəsinə necə təsir etdiyindən XVIII əsrdən əvvəl yaranmışdı.
Fəridə Hicran
Hadrut döyüşləri
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Hadrut döyüşü
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Hadrut rayonu
Hadrut rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir. Hadrut farsca iki çay arası deməkdir. Dizaq rayonu. Bu rayonun tərkibində 5 nahiyə (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;1939-cu il avqustun 17-də Ceraberd rayonu Mardakert, Dizaq rayonu isə Hadrut rayonu adlandırılmışdır.
Hicran (Piranşəhr)
Hicran (fars. حجران‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 247 nəfər yaşayır (25 ailə).
Hicran (dəqiqləşdirmə)
Hicran (teatr tamaşası, 1983) —
Hicran Bağırova
Hicran Firudin qızı Bağırova (1951) — Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasının müdiri, Azərbaycanın Əməkdar həkimi (2008), Azərbaycanın elm xadimi (2021), tibb elmləri doktoru (2000), professor. == Həyatı == Bağırova Hicran 1951-ci ildə anadan olub. 1967-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu bitirmişdir. 1975–1977-ci illərdə Moskva şəhərində Ümumittifaq Onkologiya Elmi Mərkəzində kliniki ordinatura keçmiş və 1977-ci ildən 1993-cü ilə qədər həmin Elmi mərkəzin ginekologiya şöbəsində baş laborant, həkim, kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə SSRİ Elmlər Akademiyası tərəfindən "ali dərəcəli həkim" adı verilmişdir. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında assistent, 1998-ci ildə dosent vəzifəsinə seçilmiş, 2003-cü ildən hal-hazıra qədər kafedra müdiri vəzifəsinə təyin edilmişdir. ATU-nini Böyük Elmi Şurasının, II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının üzvüdür, Respublika mama-ginekoloqlarının elmi cəmiyyətinin sədr müavinidir, ATU-nun nəzdindəki D.03.011 Dissertasiya Şurasının üzvü, ETMGİ-nin Elmi Şurasının üzvüdür, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi tibbi Şuranın plenum üzvüdür, Alman-Azərbaycan mama-ginekoloqlar cəmiyyətinin sədridir. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.
Hicran Hüseynov
Hüseynov Hicran Soltan oğlu (6 may 1942, Qutqaşen rayonu – 1 mart 2013, Bakı) — diktor, Azərbaycanın əməkdar artisti (2006). == Həyatı == Hicran Hüseynov 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil olmuşdur. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılmış və 1964-cu ildə sovet ordusu sıralarından tərxis olunmuşdu. 1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilmişdi. Həmin teatrda bir il işlədikdən sonra yenidən sovet ordusuna zabit vəzifəsinə çağırılmışdı. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olmuş və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilmişdi. 1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlamış, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlmişdir. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, "Günün ekranı" və "Xəbərlər" proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam etmişdir. 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü.
Hicran Hüseynova
Hicran Kamran qızı Hüseynov (13 avqust 1955, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (2006–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. 1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doctor dərəsi alıb. 2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib. == Fəaliyyəti == Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edildi. 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edildi.
Hicran Kərimli
Hicran Kərimli (tam adı: Kərimli Hicran Vasif oğlu) — Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Ordubad Konserv Zavodunun baş iqtisadçısı vəzifəsində işləmişdir. 1995-ci ildən 1998-ci ilə kimi Belarusda yaşamış, daha sonra isə Rusiyaya köçmüşdü. === Parlamentdə === Hicran Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdir. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Kalium nitrat
Kalium nitrat (KNO3) - qeyri -üzvi bir birləşmədir, nitrat turşusunun kalium duzuna deyilir. == Təbiətdə tapılması == Təbiətdə nitrokalit mineralı kimi tanınır. Təbii kalium nitrat azot tərkibli maddələrin parçalanması nəticəsində tapılır. Bitkilərdə və heyvanlarda çox az miqdarda olur. == Fiziki xassələri == Suda yaxşı həll olunur, orta dərəcədə qliserində, maye ammonyakda, hidrazində, təmiz etanolda və efirdə həll olunmur. == Alınması == Gübrənin çürüməsi nəticəsində azot əmələ gəlir və saman qatlarında toplanaraq nitrifikasiyaya məruz qalır və əvvəlcə azotlu, sonra isə nitrat turşusuna çevrilir. Nitrat turşusu əhəngdaşı ilə qarşılıqlı təsir göstərərək, su ilə yuyulmuş Ca(NO3)2 alınırdı. Odun külünün əlavə edilməsi CaCO3 çökdürdü və kalium nitrat məhlulu əmələ gətirdi. Çox zaman əhəng daşı əvəzinə yığına dərhal kül əlavə edilir və kalium nitrat alınır. C a ( N O 3 ) 2 + K 2 C O 3 ⟶ 2 K N O 3 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {Ca(NO_{3})_{2}+K_{2}CO_{3}\longrightarrow 2\ KNO_{3}+CaCO_{3}\downarrow }}} 1854-cü ildə alman kimyaçısı K. Nöllner daha əlverişli və daha ucuz kalium xlorid və natrium nitratın reaksiyasına əsaslananaraq kalium nitrat istehsal etdi: K C l + N a N O 3 ⟶ K N O 3 + N a C l {\displaystyle {\mathsf {KCl+NaNO_{3}\longrightarrow KNO_{3}+NaCl}}} Kalium nitratın alınmasının bir neçə başqa yoluda var.
Hicran Mehbalıyeva
Hicran Paşa qızı Mehbalıyeva (d. 11 mart 1954) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hicran Mehbalıyeva 1973–1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1977–1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib. Ailəsi ilə başqa ölkəyə köçdüyü üçün sənətdən uzaqlaşıb. 1 dekabr 1982-ci ildə Azərbaycan SSR əməkdar artistlərinin siyahısı fəxri adı ilə təltif edilib. == Mükafatları == Azərbaycan SSR əməkdar artisti — 01.12.1982 == Filmoqrafiya == Xoşbəxtlik qayğıları (film, 1976) Evləri köndələn yar (film, 1982) İşgüzar səfər (film, 1982) Qonşu qonşu olsa...
Qırat
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.