Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Huari Bumedyen
Huari Bumedyen (23 avqust 1932, Qelma – 27 dekabr 1978, Əlcəzair) — Əlcəzair siyasi, dövlət və hərbi xadimi, polkovnik (1957). Zitun(Tunis) və əl-Əzhər (Misir) universitetlərində təhsil almış , Qahirədə ərəb dili müəllimi olmuşdur. 1955-ci ildə gizli surətdə Əlcəzairə qayıtmış və Əlcəzair xalqının Fransa müstəmləkəçilərinə qarşı silahlı mübarizəsinə qoşulmuşdur. 1958-ci ildə Oran əyalətində üsyançı hissələrin komandanı təyin edilmişdir. 1960–62-ci illərdə Əlcəzair İnqilabi Milli Şurasının üzvü və Milli Azadlıq Ordusu Baş Qərərgahının rəisi olmuşdur. 1962-ci ilin sentyabrından Əlcəzair xalq demokratik respublikasının milli müdafiə naziri,1963–65-ci illərdə həm də Nazirlər Şurası sədrinin birinci müavini olmuşdur. 1965-ci il iyunun 19-dan isə İnqilab Şurasının sədri olmuşdur. 1976-cı il dekabrın 11-də prezident seçilmişdir.
Huarpea
Huarpea (lat. Huarpea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Huarpea andina
Huarpea (lat. Huarpea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Hvar
Hvar (xorv. Hvar, it. Lesina, lat. Pharia, yun. Χβαρ) — Xorvatiyaya məxsus ada. Ada Adratik dənizində, ölkənin cənub akvatoriyasında, Dalmatya sahillərində yerləşir. Ada yaxınlığında eyni adlı şəhər var. Ada öz adını yunan mənşəli Faros (Φάρος) (mayak) sözündən götürmüşdür. == Coğrafiyası == Adanın sahəsi — 299,66 km², uzunluğu — 68 km, eni — 10,5 km, sahil xəttinin uzunluğu — 254,2 km-dir. Adanın əhalisi — 11 103 nəfərdir (2001).
Conni Huan
Conni Huan (5 oktyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Conni Huan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Conni Huan Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Conni Huan Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir. Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Huan Yin
Huan Yin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Yin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Humar zirvəsi
Humar zirvəsi (bolq. връх Хумар, ‘Vrah Humar’ \'vr&h hu-'mar\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1300 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Yorum buzlağından şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir. Zirvə Bolqarıstanda yerləşən qədim Humar qalasının adını daşıyır. == Yerləşməsi == Humar zirvəsi 65°14′36″ c. e. 62°12′03″ q. u. koordinatlarında yerləşmişdir.
Luar-Atlantik
Luar-Atlantik—Fransanın qərbində departament, Pei-de-la-Luar regionunun departamentlərindən biri.Departament 1790-cı ildə yaradılmışdı İnzibati mərkəz — Nant. Əhali — 1 817 685 nəfərdir. == Coğrafiya == Ərazisi 6815 кm². Erdr, Şezin, Sevr, Luara çayları Departament vasitəsilə axırlar. Departamentə 4 dairə , 59 kanton və 221 kommuna daxildir. == Tarixi == Atlantik Luara —Böyük fransa inqilabı zamanı 1790-ci ilin martında yaradılan ilk 83 departamentdən biridir,keçmiş Bretan əyalətin ərazisində yarandı.
Ot-Luar
Yuxarı Luara (fr. Haute-Loire, oks. Naut Léger, Naut Leir) — Fransa cənubunda yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi — Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer, 2010-ci ilin məlumatları). Ərazisi — 4977 km². Departamentin ərazisində Luara çayı axır. Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir. Yuxarı Luara — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Sen-Juar
Sen-Juar (fr. Saint-Geoirs) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38387. Kommunanın 1999-cu il üçün əhalisi 410 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Sen-Vuar
Sen-Vuar (fr. Saint-Voir) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03263. 2008-ci ildə əhalinin sayı 197 nəfər təşkil edirdi. 2007-ci ildə 126 yaşında (15-64 yaş arasında) 91 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 65.6%). Fəal olan 91 nəfərdən 81 nəfər (43 kişi və 38 qadın), 10 nəfər işsiz (5 kişi və 5 qadın) idi. Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tyerri Nuar
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir. 1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir. Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır. Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır.
Çao Huan
Çao Huan (246, Vey – 303 və ya 302, Çzin) — V Vey çarı.
Muar çayı
Muar çayı (mal. Sungai Muar) — Malayziyada axan çay. Uzunluğu təxminən 250 km (155 mil) olan Muar, Malay yarımadasında üçüncü ən uzun və ən əhəmiyyətli çaydır. Muar çayı Malay yarımadasının qərbindən şərq sahilinə ən qısa yol olan qədim quru ticarət yolunun bir hissəsi idi. Muar çayının mənşəyi Titivanqsa silsiləsinin dərinliklərində, Negeri Sembilan, Kuala Pila rayonu, Thalanqdan gəlir. Daha sonra çay cənubdan şəhər mərkəzinə və eyni ərazidəki Juasseyə, Jempol bölgəsindəki Bahau və Rompinin qərb tərəfinə və Tampine bölgəsindəki Pasir Besara və Kohor sərhədinə axır. Sonra çayın istiqaməti qərbə doğru dəyişir və Tanqkak və Muar bölgələrindən keçir. Çay Muar şəhərində iki körpü ilə kəsilir. Köhnə körpü olan Sultan İsmayıl körpüsü 1967-ci ildə bərə xidmətini əvəz etmək üçün tikilib. İkinci körpünun tikintisi 2005-ci ildə tamamlanıb.
Har (krater)
Har – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. German-skandinav mifologiyasında baş tanrı Odinin adlarından birinin şərəfinə adlandırılmışdır. Zərbə krateri olduğu güman olunur.
Har Krişan
Har Krişan - pənc. ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਕ੍ਰਿਸ਼ਨ ਜੀ. (1556-1664). Siqhlərin səkkizinci qurusudur. yaşında ikən atası Quru Har Rayın vəfatından sonra quru elan edilmişdir. Az sonra Dehliyə köçmüş, səkkiz yaşında ikən burada vəfat etmişdir.
Har Qobind
Har Qobind-Siqhlərin altıncı qurusudur. orijinal adı ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਗੋਬਿੰਦ ਸਾਹਿਬ ਜੀ. 14 iyun 1595-3 mart 1644.
Har Ray
Har Ray (ਗੁਰੂ ਹਰਿ ਰਾਇ ਜੀ) (16 yanvar 1630, Böyük Moğol imperiyası – 6 oktyabr 1661, Böyük Moğol imperiyası) — Siqhlərin yeddinci qurusudur. 1630–1661. Quru Har Qobindin nəvəsidir. 1644-cü ildə quru olmuşdur.
Hua Mulan
Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən Mulan və Mulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar. == Həyatı == Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir.
Ni Hua
Ni Hua (çin. 倪華, 31 may 1983, Şanxay) — Çin şahmatçısı, qrosmeyster (2003). 2008-ci ilin aprelində Ni Hua və Bu Xiangzhi Wang Yue-dan sonra 2700 sərhəddini keçən növbəti şahmatçılar oldu. 2000-ci ildə İstanbulda Olimpiyada ilk çıxışını 9 oyundan 5.5 xal ilə bitirdi. 2004-cü il FİDE Dünya Çempionatında ilk turda Evgeny Vladimirov üzərində qələbə qazanır, lakin növbəti turda həmyerlisi Ye Jiangchuan-a məğlub olur. 2008-ci ilin may və iyun aylarında keçirilən Çin Çempionatında 11 oyundan 7.5 xal ilə çempion adını qazanır. 2009-cu ilin yanvarında ənənəvi Reggio Emilia şahmat turnirinin ilk Çinli qalibi kimi tarixə düşür. 2010-cu ilin aprel ayında Asiya Çempionatının qalibi olur. 2015-ci ildə 11 oyundan 10.5 xal ilə Avstraliya Açıq Çempionatında birinci yeri tutur. Ni Hua.
Er və Luar
Ör və Luar (fr. Eure-et-Loir) — Fransa şimalı mərkəzində yerləşən departament. Mərkəz - Luara vadisi regiounun departamentlərindən biri. Sıra nömrəsi — 28. İnzibati mərkəzi — Şartr. Əhalisi — 440 291 nəfər. (departamentlər arasında 55-ci yer, 2010-cu ilin məlumatları) == Coğrafiyası == Sahəsi — 5880 km². Departament Luara vadisində yerləşir. Departamentə 4 rayon, 29 kanton və 403 kommun daxildir. === Rayonları === Şartr Şatodön Drö Nojan-le-Rotru == Demoqrafiyası == Cədvəl == Tarixi == Ör və Luar — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaranmış ilk departamentdən biri.
Huan Antonio Samaranç
Xuan Antonio Samaranç(17 iyul 1920[…], Barselona[…] – 21 aprel 2010[…], Barselona) — Beynəlxalq Olimpiya Komitəsinin 7-ci prezidenti, Beynəlxalq idman hərəkatı xadimi, ispan diplomatı və sənayeçisi, Avropa Otüstü Hokkey Federasiyasının (EHF) fəxri prezidenti.. == Həyatı == Xuan Antonio Samaranç 1966-cı ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 1974–1978-ci illərdə vitse-prezidenti, 1980–2001-ci illərdə isə prezidenti olub. O, tutduğu vəzifədən istefa verdikdən sonra ali olimpiya qurumuna fəxri prezident seçilib. O, Polşa Respublikasının ali mükafatı — Böyük Komandor Xaçı ordeni ilə təltif edilmişdir.
Hucr ibn Adi
Hucr ibn Adi el Kindi (ərəb. حُجْر ٱبْن عَدِيّ ٱلْكِنْدِيّ‎; VII əsr – 660 və ya 671) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi idi. İslamın dördüncü Rəşidun xəlifəsi və şiələrin ilk imamı olan Əlini açıq şəkildə lənətləmək ənənəsinə etiraz etdiyinə, sarsılmaz dəstəyi və təriflərinə görə,Osmanı korrupsiyasına görə ittiham etdiyi üçün Əməvilər xəlifəsi I Muaviyə tərəfindən ölüm hökmünə məhkum edildi. Kində qəbiləsinə aid idi. == Başlıq == Hucrə iki ad verilmişdi: "əl-Kindi" və "əl-Adbar". Birinci adı "əl-Kindi" idi, yəni ərəb qəbiləsindən olan Kində adlı şəxs. Hucrə verilən ikinci ad isə "əl-Adbar" idi. == Xarakter və tərcümeyi-hal == Bəzi rəvayətlərə görə, son istəyi, ölüm onu ​​qorxutmasın deyə oğlunu əvvəl və Əlini lənətləmək vəziyyətinə düşməməsi üçün edam edilməsi idi. == Türbəsi == Hucr və oğlu Humaam ibn Hacar və bir sıra digər səhabələr Suriyanın paytaxtı Dəməşqin kənarındakı Adrada basdırılır. Məzarının ətrafında bir məscid tikilmişdir ki, bu da müsəlmanlar üçün ziyarət yeridir.
Şüar
Şüar — irqi, siyasi, kommersiya, dini və digər kontekstdə ideya və ya məqsədin təkrar ifadəsi kimi istifadə edilən, ictimaiyyətin üzvlərini və ya müəyyən edilmiş hədəf qrupunu inandırmağa yönəlmiş yaddaqalan motto və ya ifadədir. Oksford lüğəti şüarı "reklamda istifadə olunan qısa və cəlbedici və ya yaddaqalan ifadə" kimi təyin edir. Şüar adətən yaddaqalan, çox yığcam və tamaşaçıları cəlb edən xüsusiyyətlərə malikdir. Sloqan sözü Şotland keltcəsi və irlandca sluagh-ghairm ("sluagh" ordu, "gairm" ev sahibi, "gairm" ağlamaq) kəlimələrinin ingilisləşdirilməsindən olan slogorn sözündən əmələ gəlmişdir. Şüarlar yazılı və vizualdan tutmuş tərənnüm və vulqara qədər dəyişir.
Hürr Riyahi
Əl-Hürr ibn Yəzid əl Təmimi (Ərəbcə:الحر بن يزيد), (VII əsr – 10 oktyabr 680, Kərbəla) — Kərbəla hadisəsində Hüseyn ibn Əlinin səhabələrindən idi. Əvvəlcə Əməvilər ordusunun generalı idi və Əl-Hüseyn ibn Əli ibn Əbu Talibi tutmaq üçün İraqın Kufə şəhərinə göndərilmişdir.
Hür (Nəmin)
Hür (fars. حور‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,141 nəfər yaşayır (644 ailə).