Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Call-opsion
Call of Duty
Call of Duty (azərb. Döyüş tapşırığı‎) — ABŞ şirkəti "Activision" tərəfindən istehsal olunan birinci şəxs atıcı janrında videooyunlar seriyası. Bu seriyadakı oyunlar "Infinity Ward", "Treyarch" və "Sledgehammer Games" kimi studiyalar tərəfindən istehsal edilmişdir. 2003-cü ildə satışa çıxarılan ilk oyunla başlayan seriyanın ilkin epizodlarının məzmunu İkinci Dünya mharibəsinə yönəlmişdi. Seriyanın daha sonra buraxılan epizodlarının hadisələri Soyuq müharibə dövründə, yaxın gələcəkdə, hətta kosmosda cərəyan edirdi. Seriyadakı bir çox oyun müstəsna tənqidi tərif almış və çoxsaylı mükafatlar qazanmışdır. Seriyadakı oyunların adətən çoxnəfərli rejimi var və bu, Şimali Amerika və Qərbi Avropada kiberidman kimi populyarlıq qazanmışdır. 2021-ci ilə aid olan məlumata görə, seriyadakı oyunların ümumi satışları 400 milyon kopyanı keçmişdir. Ginnesin Rekordlar Kitabına dünyada ən çox satılan atıcı seriyası kimi daxil edilmişdir. Satılan kopyaların sayına görə ABŞ-də hazırlanmış ən uğurlu videooyun seriyasıdır.
Better Call Saul
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "BədBəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "BədBəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut (Conatan Benks), Cimminin sevdiyi həmkarı Kim Veksler (Rey Sihorn), öz doğma qardaşı və düşməni Çak MakQill (Maykl Makkin), Çakın hüquqşünası Hovard Hemlin (Patrik Fabian), narkotik satıcısı Naço Varqa (Maykl Mendo), narkobaron Qus Frinq (Cankarlo Ezpozito) və kartel rəhbəri Lalo Salamanka (Toni Dalton) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır.
Call of Duty 2
Call of Duty 2 (azərb. Döyüş tapşırığı 2‎) — "Infinity Ward" tərəfindən hazırlanmış və dünyanın əksər regionunda "Activision" tərəfindən yayımlanmış 2005-ci il birinci şəxs atıcı videooyunu. Bu, "Call of Duty" videooyun seriyasındakı ikinci epizoddur. 7 aprel 2005-ci ildə "Activision" tərəfindən açıqlanan videooyun 25 oktyabr 2005-ci ildə "Microsoft Windows" və 22 noyabr 2005-ci ildə "Xbox 360" konsolunun buraxılış titulu kimi satışa çıxarılmışdır. Digər versiyalar sonradan "OS X", mobil telefonlar və "Pocket PC"-lər üçün buraxılmışdır. Oyunun hadisələri İkinci Dünya müharibəsində cərəyan edir və kampaniya rejimi dörd əsgərin nöqteyi-nəzərindən təsvir edilir. Onlardan biri Qızıl Ordu, biri ABŞ Ordusu və ikisi Britaniya Ordusu sıralarında xidmət edir. Bu, cəmi 27 missiya üçün üç hekayəyə bölünmüş dörd ayrı kampaniyadan ibarətdir. Sağlamlığın bərpası və partlamaq üzrə olan ən yaxın əl qumbarasını göstərən ikona kimi bir çox funksiyalar orijinal "Call of Duty" videooyunundan edilmiş və dəyişdirilmişdir. "Call of Duty 2" tənqidçilər tərəfindən müsbət rəylər almışdır.
Call of Duty 3
Call of Duty 3 — Call of Duty seriyasının üçüncü oyunu. Treyarch tərəfindən inkişaf etdirilərək, Activison tərəfindən 10 dekabr 2005-ci ildə PlayStation 3, Xbox 360, Wii xaricində PlayStation 2 və Xbox üçün paylanan II. Dünya Müharibəsi mövzulu birinci şəxs nişancı növündən bir oyundur.
Ghost (Call of Duty)
Simon Ghost Riley— Call of Duty seriyasının hekayə xəttindəki uydurma personajdır . O, ilk dəfə 2009-cu ildə PC oyunu Call of Duty: Modern Warfare 2-də oynana bilən əsgər personajı kimi görünür .2019-cu ildə Call of Duty: Warzone seriyasının buraxılışndan yenidən xatırlandı və burada o, oynana bilən bir personaj oldu. Tam debütünü 2022-ci ildə Call of Duty: Modern Warfare II-də etdi . Simon Riley həmişə kəllə maskası taxır. Orijinal Modern Warfare 2 — də Ghost tünd eynəkdən istifadə edirdi. Ghost uşaq ikən atasının tərəfindən məişət zorakılığına məruz qalıb. Psixoloji problemlərlə mübarizə aparır. Riley Call of Duty: Mobile, Call of Duty: Infinite Warfare və Call of Duty: Ghosts onlayn rejimində görünür . Ghost tez-tez Call of Duty franşizasında ən populyar personajlardan biri kimi qeyd olunur . == Görünmələr == ==== Call of Duty: Modern Warfare 2 ==== Riley ilk dəfə Modern Warfare 2-nin beşinci missiyasında görünür .
Qoust (Call of Duty)
Simon Ghost Riley— Call of Duty seriyasının hekayə xəttindəki uydurma personajdır . O, ilk dəfə 2009-cu ildə PC oyunu Call of Duty: Modern Warfare 2-də oynana bilən əsgər personajı kimi görünür .2019-cu ildə Call of Duty: Warzone seriyasının buraxılışndan yenidən xatırlandı və burada o, oynana bilən bir personaj oldu. Tam debütünü 2022-ci ildə Call of Duty: Modern Warfare II-də etdi . Simon Riley həmişə kəllə maskası taxır. Orijinal Modern Warfare 2 — də Ghost tünd eynəkdən istifadə edirdi. Ghost uşaq ikən atasının tərəfindən məişət zorakılığına məruz qalıb. Psixoloji problemlərlə mübarizə aparır. Riley Call of Duty: Mobile, Call of Duty: Infinite Warfare və Call of Duty: Ghosts onlayn rejimində görünür . Ghost tez-tez Call of Duty franşizasında ən populyar personajlardan biri kimi qeyd olunur . Riley ilk dəfə Modern Warfare 2-nin beşinci missiyasında görünür .
Call of Duty: Mobile
Call of Duty: Mobile (CoD: Mobile) 1 oktyabr 2019-cu ildə Tencent Games tərəfindən yayımlanan, Activision tərəfindən idarə olunan və Timi Studio Group tərəfindən hazırlanmış birinci şəxs atıcı (FPS) janrında mobil video oyunudur. Oyun həm Android, həm də iOS platformaları üçün əlçatandır və məşhur Call of Duty oyun seriyasının mobil versiyasıdır. Oyun, seriyanın digər oyunlarından tanınan xəritələri, rejimləri və personajları özündə cəmləşdirir. == Oyun Mexanikası == Call of Duty: Mobile iki əsas oyun rejimi təklif edir: Çox Oyunçu (Multiplayer) və Battle Royale. Çox Oyunçu (Multiplayer): Bu rejimdə oyunçular müxtəlif xəritələrdə fərqli oyun rejimlərində (Team Deathmatch, Domination, Hardpoint və s.) bir-birlərinə qarşı mübarizə aparırlar. Oyunçular müəyyən bir səviyyəyə çatdıqdan sonra Ranked Mode-da da oynaya bilərlər. Battle Royale: 100 oyunçunun bir xəritədə bir-birinə qarşı mübarizə apardığı bir rejimdir. Oyunçular fərdi, iki nəfərdən ibarət komandada və ya dörd nəfərlik komandada oynaya bilərlər. Xəritələrdə müxtəlif silahlar, avadanlıqlar və nəqliyyat vasitələri mövcuddur. == Oyun Rejimləri == Call of Duty: Mobile müxtəlif oyun rejimləri təqdim edir: Team Deathmatch: İki komanda bir-birinə qarşı mübarizə aparır və daha çox düşməni məğlub edən komanda qalib gəlir.
Call of Cthulhu (rol oyunu)
Call of Cthulhu (azərb. Ktulhunun çağırışı‎; həmçinin CoC) — H.F. Lavkraftın yazdığı "Ktulhunun çağırışı" hekayəsi və Ktulhu mifologiyası əsasında yaradılmış, qorxu janrında olan stolüstü rol oyunu. Oyun "Chaosium" tərəfindən ilk dəfə 1981-ci ildə nəşr edilmişdir və hal-hazırda yeddi buraxılışı mövcuddur. Oyun Təməl rol oyunu sistemindən istifadə edir. == Tarix == "Call of Cthulhu" oyununun ilk konsepsiyası "Dark Worlds" – "Chaosium" tərəfindən planlaşdırılan, ancaq nəşr edilməyən bir oyun idi. Sendi Petersen "RuneQuest" fentezi oyunu üçün Lavkraftın Yuxu diyarı dünyasında cərəyan edən əlavə buraxılış üçün ssenari yazmağı düşünürdü. === Buraxılışlar === Petersen "Chaosium" nəşriyyatını tərk etdikdən sonra "Call of Cthulhu" oyununun inkişafı Linn Uillisə verilmişdir. Son illərdə Pol Friker və Mayk Mason da bu heyətə qoşulmuşdur.
Call of Duty: Black Ops
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar‎) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.
Call and Response: The Remix Album
Call and Response: The Remix Album — Maroon 5 qrupunun remiks albomu. Albom Songs About Jane və It Won't Be Soon Before Long albomlardan remikslənmiş mahnılardan ibarətdir.
Call of Duty:World at War
Call of Duty: World at War - Treyarch oyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan, macəra-döyüş oyunudur. Oyun ilk dəfə 11 noyabr 2008-ci ildə buraxılmışdır. == Əsas personajlar == Sıravi Miller — ABŞ kampaniyasının protaqonisti. Sıravi Dmitri Petrenko — SSRİ kompaniyasının protaqonisti. Call of Duty: Black Ops oyununun hadsilərində iştirak edir. Serjant Viktor Reznov — Qızıl Ordunun əsgəri. Sovet kampaniyasının oyundakı əsas yönləndiricisi. Sevimli kəlimələri — "Əclaf" (rus. Мразь), "Miskin" (rus. Ничтожество), "Yaramazlar" (rus.
Call of Duty: Modern Warfare 3
Call of Duty: Modern Warfare 3, Infinity Ward və Sledgehammer Games tərəfindən hazırlanan və Activison tərəfindən paylanan birinci şəxs atıcı videooyunudur. MW3 olaraq da tanınır. Modern Warfare seriyasının üçüncü, Call of Duty seriyasının isə 8-ci oyunudur. 8 noyabr 2011 tarixində Xbox 360, Wii, PlayStation 3 və Microsoft Windows üçün Şimali Amerika və Avropada nəşr olunmuşdur. MW3, Call of Duty: Modern Warfare 2-nin davamı xüsusiyyətindədir. MW3, satışa təqdim edildiyi gün 24 saat içində ABŞ və Birləşmiş Krallıqda 6.5 milyon satmışdır. Sledgehammer Games oyunun tək multiplayer hissəsinin istehsalını boynuna götürərkən Raven Software çox multiplayer hissəsinin istehsalını boynuna götürmüşdür. Oyun cəmi 17 hissədən ibarətdir. Infinity Ward'dan edilən şərhə görə oyunun səsləndirmə heyətində Billy Murray, Kevin McKidd, Roman Varshavsky, William Fichtner, Timothy Olyphant kimi məşhur adlar vardır. == Oynanış == Oynanış baxımından digər oyunlarda oduğu kimi fps baxış açısına sahib oyun oyunçuya demək olarki hər dəqiqə başından ayrıla bilməyəcəyi aksiyon vəd edir.
Call of Duty: World at War
Call of Duty: World at War - Treyarch oyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan, macəra-döyüş oyunudur. Oyun ilk dəfə 11 noyabr 2008-ci ildə buraxılmışdır. == Əsas personajlar == Sıravi Miller — ABŞ kampaniyasının protaqonisti. Sıravi Dmitri Petrenko — SSRİ kompaniyasının protaqonisti. Call of Duty: Black Ops oyununun hadsilərində iştirak edir. Serjant Viktor Reznov — Qızıl Ordunun əsgəri. Sovet kampaniyasının oyundakı əsas yönləndiricisi. Sevimli kəlimələri — "Əclaf" (rus. Мразь), "Miskin" (rus. Ничтожество), "Yaramazlar" (rus.
Call of Duty 4: Modern Warfare
Call of Duty 4: Modern Warfare (azərb. Döyüş tapşırığı 4: Müasir Müharibə‎) — "Infinity Ward" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyun. Call of Duty adlı oyunlar seriyasından 4-cü. Oyunun süjeti digər Call of Duty-lərdən fərqlidir. Belə ki, Call of Duty 4 İkinci dünya müharibəsindən yox 2011-ci ildə baş verən hadisələrdən gedir. Oyunçu ABŞ əsgərləri və Böyük Britaniya xüsüsi təyinatlıları ilə oynayır. Oyunun süjeti Rusiya, Ukrayna, Azərbaycan və Yaxın Şərqdə baş verir. İlk 24 saat satış zamanı oyunun 600.000 nüsxəsi satılıb. Bütün dünyada 10 milyondan çox surəti hazırlanmış, oyun isə öz vaxtının ən satılan oyununa çevrilmişdir. Daha sonra bu titulu Call of Duty 4-ün varisləri Call of Duty: Modern Warfare 2 və Call of Duty: Black Ops qazandı.
Call of Duty 7:Black Ops
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar‎) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.
Call of Duty 7: Black Ops
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar‎) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.
Call Me If You Get Lost
Call Me If You Get Lost — amerikalı repçi Tyler, the Creator-un altıncı studiya albomu. 25 iyun 2021-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Call of Duty: Modern Warfare 2
Call of Duty: Modern Warfare 2' — 2009-cu ildə Infinity Ward tərəfindən hazırlanmış və Activision tərəfindən nəşr edilmiş birinci şəxs atıcı oyunudur.Bu, Call of Duty seriyasının altıncı hissəsi və Call of Duty 4: Modern Warfare-in davamıdır. 10 noyabr 2009-cu ildə Windows, PlayStation 3 və Xbox 360 üçün bütün dünyada buraxıldı. Nintendo DS üçün Modern Warfare: Mobilized adlı ayrıca versiya da eyni gün buraxıldı. OS X üçün versiya Aspyr tərəfindən hazırlanıb və 2014-cü ilin may ayında buraxılıb və Xbox 360 versiyası 2018-ci ildə Xbox One üçün geriyə doğru uyğunlaşdırılıb. Oyunun hekayəsi Rusiya Ultramillətçi Partiyasının lideri Vladimir Makarovu və Vaşinqton D. C-ni məğlub edən Kapitan Sabun MakTavişin komandanlıq etdiyi çoxmillətli xüsusi təyinatlı Task Force 141-dən bəhs edir. Bu, onun ərazisini qoruyan 1-ci Ranger Batalyonundan Amerika Birləşmiş Ştatları Ordusu Reyncerlərini ovlamağı izləyir.(rus işğalı) Oyunun əsas personajları 141-ci çavuş Gary "Roach" Sanderson və Ordu Reyncersindəki sıravi Ceyms Ramirezdir; Kapitan MacTavish daha sonra kampaniyada oynanılacaq. Çox oyunçu rejimi əvvəlki oyundan bir neçə yeni funksiya və rejimlə genişləndirilib. Oyunun inkişafı 2008-ci ildə, oyun hələ Call of Duty 6 kimi tanındığı vaxtdan başladı. Oyun Call of Duty 4-ün IW 3.0-ın təkmilləşdirilmiş versiyası olan IW 4.0 mühərrikindən istifadə edir. Infinity Ward kampaniya rejimini inkişaf etdirərkən real həyatdakı münaqişələrdən ilham aldı.
Pall Mall
Pall Mall — R. J. Reynolds Tobakko Kompany tərəfindən istehsal edilən siqaretlərdən birinin marka adı. Pall Mall markalı siqaretlər ilk dəfə 1899-cu ildə Butler & Butler şirkəti tərəfindən yuxarı sinif üçün istehsal edilib. 1907-ci ildə Pall Mall, Amerikan Tobakko tərəfindən Butler & Butlerdən satın alınıb. Yeni sahiblər bu markadan siqaret istehsalında yenilikləri sınaqdan keçirmək üçün istifadə etdiblər. Əvvəlcə daha böyük ölçülərdə (indiki standart 85 mm siqaret ölçüsü) istehsal etdilər və sonra tütünün sıxılmasının yeni üsulunu tətbiq etdilər. Pall Mall 1960-cı ildə ABŞ-də bir nömrəli siqaret markası olduqda populyarlıq zirvəsinə çatdı. Dizayn qumar oyunu başladı və şirkət uzun siqaretləri, 100 mm buraxdı (bu dəfə uzun siqaretlər üçün standart təyin etdilər). 1966-cı ildə Uinston siqaretlərinin reklamlarının öhdəsindən gələ bilmədiyi üçün taxtdan salındı. Pall Mall 1994-cü ildə Brown & Williamson Tobacco Corporation tərəfindən alındıqda; Dizayn baxımından geridə qalan və filtrsiz qalan bir neçə siqaretdən biri idi. Nəhayət, 2001-ci ildə filtrləri olan yeni Pall Mall-lar istifadəyə verildi və əvvəllər öz innovasiyaları ilə formalaşdırdıqları sənayeni ələ keçirdilər.
Why'd You Only Call Me When You're High?
"Why'd You Only Call Me When You're High?" – ingilis indi-rok qrupu Arctic Monkeys-in mahnısı. 11 avqust 2013-cü ildə beşinci studiya albomu olan AM-dən üçüncü sinql olaraq buraxıldı. Mahnı qrupun ifaçısı Aleks Törner tərəfindən yazıldı, prodüserliyini isə Ceyms Ford etdi. 30 avqust 2013-cü ildə sinqlin B tərəfinin "Stop the World I Wanna Get Off with You" adlı audio treki Arctic Monkeys-in rəsmi YouTube kanalında yayımlandı. Nabil Elderkin tərəfindən çəkilən mahnı klipi 2013-cü ilin iyulunda yayımlandı. Qrup mahnını müxtəlif məkanlarda və həmçinin AM Tour -da dəfələrlə ifa edib.
Hurri
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Hurdy Gurdy
Hurdy Gurdy — Musiqi aləti. Hurdy- gurdy (Çexcə Niněra) çarxla tellərə sürtünərək səs çıxaran simli alətdir. Çarxın funksiyası daha çox skripka yayına bənzəməklə onda çalınan melodyalar da skripkanınkına bənzəyir. Melodyalar tonlarını dəyişmək üçün klaviaturanın üzərində çalınır. Çoxu simli alət kimi simlərin titrəməsini eşidiləbilər hala gətirən səs taxtası vardır. Hurdy gurdynin mənşəyinin ümumiyyətlə skripkadan, həmçinin 11-ci əsrdən əvvəl Avropadan və ya Orta Şərqdən (məs: rebab aləti) gəldiyi düşünülür. 17-ci əsrdə musiqi zövqünün dəyişməsi ilə əlaqədar və hurdy gurdynin verə biləcəyindən daha çox polifonik istedad istədi və alət ən düşük sosail siniflərə itələndi. XVIII əsrdə hurdy gurdy yenidən məşhurlaşmağa və üst siniflərə geri dönməyə başladı. Bu müddət ərzində artıq onun müxtəlif növləri qərbi slavyan ölkələrinə, alman dilli ərazilərə, Macarıstana və həmçinin Mərkəzi Avropaya da yayılmışdı.
Ball
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton, London qraflığı[d]) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Caml
Caml(Categorical Abstract Machine Language)- 1985-ci ildə Fransız bir qurum olan İNRİA tərəfindən yaradılmış funksional və obyektyönümlü proqramlaşdırma dilidir. Digər adı ilə də Objective Camlda adlanır.
Pall.
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Wall.
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Harry Kauper
Henry Alexis (Harry) Kauper (1888[…], Hotorn[d] – 22 aprel 1942, Riçmond[d]) — avstraliyalı aviasiya və radio mühəndisi olub, Sopwith-Kauper kəsici mexanizminin layihələndirilməsi və Avstraliyada radio yayımını inkişaf etdirdiyi işi ilə məşhurdur.
Dirty Harry
Dirty Harry — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca ikinci studiya albomu "Demon Days"-da səslənmiş mahnı. Bu mahnıda ABŞ hip-hop qrupu The Pharcyde-nin üzvü Bootie Brown xüsusi qonaq qismində çıxış edir.
All.
Karlo Allioni (it. Carlo Allioni; 23 sentyabr 1728, Turin — 30 iyul 1804, Turin) — italyan həkimi, botanik, Turin Universitetinin professoru. Allioninin şərəfinə adlandırılan bəzi taksonlar: Arabis allionii DC. Jovibarba allioni (Jordan & Fourr.) D.A.Webb Primula allioni Loisel. Veronica allionii Vill. == Mənbə == Bailey, L. H.; Wilhelm Miller and Many Expert Cultivators and Botanists (1900). "ABBREVIATIONS", Cyclopedia of American Horticulture: Comprising Suggestions for Cultivation Comprising of Suggestions for Cultivation of Horticultural Plants, Descriptions of the Species of Fruits, Vegetables, Flowers and Ornamental Plants Sold in the United States and Canada, Together with Geographical and Biographical Sketches In Four Volumes, v.1 A-D. The Macmillian Company. Retrieved on 2008–06-19. Brummitt, R. K.; C. E. Powell (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi. == Tarixi == === Dizaynı === Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib. Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür. Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. === Açılışı === Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.
Fall Again
Fall Again — Maykl Cekson tərəfindən The Ultimate Collection albomunda ifa edilmiş mahnı. Maykl Cekson mahnıya müraciət edən ikinci ifaçıdır. Belə ki, mahnı hələ 2002-ci ildə ABŞ müğənnisi Glen Levis tərəfindən ifa edilmişdir. Hətta ilk ifaçısının səsləndirməsində mahnı 2002-ci ildə çəkilən Maid in Manhattan filmində də soundtrack olaraq istifadə edilmişdir. Mahnı albomda satışa çıxarılmazdan əvvəl çox böyük sürətlə internetdə yayılır. Buna səbəb isə mahnının uzun illərdən bəri Maykl Ceksonun səsləndirdiyi ilk yeni mahnı olması idi. Lakin mahnının həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsinə dair şübhələr də var idi. Belə ki, mətbuatda Michhaelın başqa bir ifaçı tərəfindən oxunmuş mahnın təkrar ifa etməsi məsələsinin inandırıcı görünməməsinə dair yazılar nəşr edilmişdi. Lakin "Fall Again" mahnısının 2004-cü ildə satışa çıxarılmış "The Ultimate Collection" albomuna daxil edilməsi bütün bu şübhələrə son qoymuşdu. Daha sonra satışa çıxarılan və yalnız demo versiyalı mahnıların yer aldığı "Reload" adlı alboma isə mahnı, Maykl Cekson və Glen Levisin birgə ifasında daxil edildi.
Gənclik Mall
Gənclik Mall — Gənclik metrostansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində yerləşən ticarət mərkəzi.
Gəncə Mall
Gəncə Mall — Gəncə şəhərində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. == Haqqında == Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. "Gəncə Mall"da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur. Burada aptek, kitab mağazası, müxtəlif restoranlar və kinoteatr da yerləşir.
Hall Universiteti
Hall universiteti, University of Hull, Hull University — İngiltərədə Hall şəhərində Yorkşirin şərqində (East Riding of Yorkshire) yerləşir. UniPage reytinqinə görə, Hall universiteti ölkədə 55-ci, dünyada 628-ci yeri tutur.. Universitet Avropa Universitetləri Assosiasiyasına daxildir. == Tarix == === Yaranma tarixi === Hall universitetinin təməli 1927-ci ildə, York hersoqu şahzadə Albert (sonradan kral olmuş, tarixdə VI Corc adı ilə tanınan) tərəfindən qoyulub. Kollec Hall şəhər şurası Hall Şəhər Şurası və iki yerli xeyriyyəçi - Tomas Ferens və G. F. Grant tərəfindən bağışlanmış ərazidə inşa edilib. Artiq 1 il sonra elm və incəsənət üzrə ilk 14 bölmə öz ilk 39 tələbəsini qəbul etdi. həmin dövrdə kollec 1 binadan ibarət idi, indi həmin bina Venn binası adlanır (bina Hall şəhərində anadan olmuş riyaziyyatçı Con Vennin adını daşıyır). İndi həmin binada universitetin rəhbərliyi (müdiriyyət) yerləşir. Digər ilkin binalar: əvvəllər kitabxananən yerləşdiyi Koen binası (Cohen Building) və 1948-ci ildə Tələbələr Birliyi kimi inşa edilmiş Baş ştab (Staff House) binalarıdır. Daha bir ilkin bina - 1953-cü ildə tikilmiş Kimya binasıdır (Chemistry Building).
Harry’s Bar
"Harry's Bar" ( "Harri bar" və ya "Harrinin barı") - "San-Marko" vaporetto dayanacağının yaxınlığında Kalle Valyaresso, 1323 ünvanında yerləşən restoran və bar. Yarandığı gündən bu yana Çipriani şirkətinə məxsusdur. (ing. Cipriani S.A.) == Yaranma tarixi == Harrinin barı 1931-ci ildə barmen Cüzeppe Çipriani tərəfindən açılmışdır. Çiprianinin öz dediyinə görə - gənc və varlıbostonlu Harri Pikerinq, Venesiyada özünün yaşadığı və Cüzeppe Çiprianinin barmen olaraq işlədiyi "Avropa" otelinin barına tez-tez gəlirdi. Çipriani, həmin dövrdə bir gün öz restoranını açacağına ümid edirdi. Bir gün Harri bara gəlməyi dayandıranda Çipriani ondan bunun səbəbini soruşmuşdu. Buna cavab olaraq Pikerinq, ailəsinin onu alkoqolizmdən xilas etmək üçün göndərdikləri Avropa səfərində içdiyini öyrənərək ona pul göndərməyi dayandırdıqlarını və özünün bundan sonra müflis olduğunu izah etdi. Çipriani tamamilə tanımadığı biri olduğuna baxmayaraq Harriyə 10000 lirə (təxminən 5000 ABŞ dolları) borc verdi. Bu hadisədən iki il sonra Pikerinq, otelin barına qayıtdı, içki sifariş verdi və Çiprianiyə 50.000 lirəni geri qaytardı.
Hall adası
Hall adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın cənubunda yerləşir. Ada Çarlz Frensiz Hallın şərəfinə adlandırılmışdır. Adanın sahəsi 1049 km², ən hündür nöqtəsi isə 502 metrdir. Ərazisinin 921 km² buzla örtülmüşdür. Cənubunda buzdan azad iki burun vardır — Teqethoff və Frankfurt. == Tarixi == Hall adası insanlar tərəfindən ilk aşkarlanan Frans-İosif Torpağı arxipelaqına aid olan adadır. Onun ilk rəsmi açılışı 30 avqust 1873-cü ilə təsadüf edir. Ada Avstriya-Macarıstan təbələri olan Yulius Payer və Karl Vayprext tərəfindən kəşf edilmişdir.
National Mall
National Mall (ing. National Mall) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən milli parkdır. Milli Park Xidməti tərəfindən idarə olunur. Hər il təxminən 24 milyon insan ziyarət edir. Milli Xiyabanın əsasında layihə, XVIII əsrin sonlarında hazırlanmışdır. Pyer Şarl Lanfan, layihənin özü yalnız XX əsrin əvvəllərində həyata keçirildi. Milli Xiyabanın bütün məkanı əsas abidələrin yerləşdiyi zonalara bölünür. Hava mənzərəsindən baxıldığında, xiyabanda mərkəzində Vaşinqtonun bir heykəli, şimalda — Ağ Ev, şərqdə — Kapitol, cənubda — Tomas Cefferson memorialı, qərbdə — Avraam Linkoln heykəli yerləşir. Bu abidələr arasında parklar, muzeylər və ABŞ Nəbatat bağı yerləşir.
Prentice Hall
Prentice Hall — təhsil mövzularında ixtisaslaşmış böyük Amerika nəşriyyatı. Savvas Learning Company-ə məxsusdur. Ali və orta təhsil bazarı üçün çap və elektron nəşrlər, mütəxəssislər üçün monoqrafiyalar, elmi fantastika nəşr edir. Prentice Hall öz texniki nəşrlərini elektron yardım xidməti olan Safari Books Online vasitəsilə də yayır. Prentice Hall 13 oktyabr 1913-cü ildə hüquq professoru Çarlz Qerstenberq və tələbəsi Riçard Ettinqer tərəfindən təsis edilmişdir. Bir ad olaraq analarının qız soyadlarını birləşdirdilər — Prentice və Hall. Prentice Hall lap əvvəldən geniş çeşiddə tədris ədəbiyyatı nəşr etməyə başladı — ibtidai, orta məktəblər və kolleclər üçün dərsliklərdən, peşəkarlar üçün kitablardan. 1984-cü ildə nəşriyyat Gulf+Western tərəfindən alındı ​​və həmin şirkətin Simon & Schuster nəşriyyat bölməsinin bir hissəsi oldu. Eyni zamanda, Prentice Hall-un bir neçə törəmə şirkəti: üçüncü şəxslərə satıldı və Reston Publishing törəmə şirkəti ləğv edildi. Prentice Hall-un törəmə şirkəti olan Reston Publishing, mikrokompüterlər ilk dəfə ortaya çıxanda texniki kitab nəşrinin önündə idi.
Qall turşusu
Qall turşusu (lat. galla — mürəkkəb fındığı) – 3, 4, 5-trioksibenzoy turşusu, C7H6O5—üzvi birləşmə. Adi şəraitdə bir molekul su ilə kristalhidrat əmələ gətirir. Rəngsiz, havada saxlandıqda isə rəngi get-gedə qonurlaşan, iynəvarı kristal maddədir. Spirtdə və qaynar suda yaxşı, soyuq suda pis həll olur, xloroformda və benzolda həll olmur. 240°S-də parçalanmaqla əriyir, dəmir 3-xloridlə göy-qara mürəkkəb əmələ gatirir . Çay yarpağında, palıd qabığında, aşı maddəli ekstraktlarda var. Tannin maddəsinin qələvi ilə və ya fermentativ hidrolizindən alınır. Qall turşusu analitik kimyada (Sb, Bi, Pb, Cu, Mo, Ag və bir çox başqa elementin, habelə NO2-nin təyin edilməsində), bəzi boya maddələrinin (antraqallol, qallosianin və s.) sintezində, mikroskopiyada, elektrokimyəvi analiz üsullarından istifadə etdikdə (depolyarizator kimi) işlədilir.
Qall müharibələri
Qall müharibələri (lat. Bellum Gallicum) — Roma Respublikasının qall tayfaları ilə e.ə. 58–50-ci illərdə bir neçə mərhələdə davam edən qarşıdurması. Müharibələr sonuncuların fəthi ilə başa çatdırmışdır. Yerli tayfaların dəvəti ilə Qalliyaya daxil olan Qay Yuli Sezar onların bütün torpaqlarını tədricən özünə tabe etmiş, bir sıra azadlıq üsyanlarını, o cümlədən e.ə. 52-ci ildə qalların ümumi üsynanı yatırtmışdır. Bundan başqa, o, cəza, fəth və nümayiş məqsədləri ilə iki dəfə Germaniya və Britaniyaya yürüşlər etmişdir. Daim qalların üstün qüvvələri ilə qarşılaşan Sezar dəfələrlə taktiki fəndlərdən və hiylələrdən, mürəkkəb mühəndis quruluşlarından istifadə etmiş, müharibənin kulminasiya əməliyyatında – Aleziyanın mühasirəsində şəhərin müdafiəçilərini və onların köməyinə gələn əlavə qüvvələri eyni zamanda məğlub etmişdir. Müharibə nəticəsində bir neçə milyon insanın yaşadığı 500 min kvadrat kilometr ərazi Roma Respublikasına birləşdirilmişdir. Qələbələri sayəsində Sezar Romada populyarlıq qazanmış və böyük sərvət toplayaraq e.ə.
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Çallı
Çallı (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı (Türkiyə) — Türkiyədə kənd. Yar Çallı — Tatarıstan Respublikasında yerləşən şəhər. Çallıbadyanlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Hürrü Əliyev
Əliyev Hürrü Əlimurad oğlu (26 aprel 1972, Kələki, Ordubad rayonu) — Azərbaycan siyasətçisi, Bəyaz Hərəkat təşkilat komitəsinin sədri. == Həyatı == Hürrü Əliyev 26 aprel 1972-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonu Kələki kəndində anadan olub. 1989-cu ildə Bakı şəhər Yasamal rayonu 52 saylı orta məktəbi bitirmişdir. 1992–1995-ci illərdə Türkiyə Cümhuriyyəti Ankara Universitetinin Hüquq fakültəsində ali təhsilini davam etdirmişdir. 2000–2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsində ikinci ali təhsilini bitirmişdir. Ailəlidir. 2 övladı var. == İctimai-siyasi fəaliyyəti == 2003-cü ildən etibarən ictimai fəaliyyətinə başlamışdır. İlk olaraq "Ulu Xudafərin" jurnalını təhsis etmişdir. 2005-ci ildə Xalq Cümhuriyyəti Partiyasını təhsis etmiş və təhsis qurultayını keçirmişdir.
Hürr Riyahi
Əl-Hürr ibn Yəzid əl Təmimi (Ərəbcə:الحر بن يزيد), (VII əsr – 10 oktyabr 680, Kərbəla) — Kərbəla hadisəsində Hüseyn ibn Əlinin səhabələrindən idi. Əvvəlcə Əməvilər ordusunun generalı idi və Əl-Hüseyn ibn Əli ibn Əbu Talibi tutmaq üçün İraqın Kufə şəhərinə göndərilmişdir.
Keep calm and carry on
Keep Calm and Carry On (azərb. Sakit qalın və davam edin‎) — Böyük Britaniyada 1939-cu ildə II Dünya Müharibəsinin əvvəlində hazırlanan təbliğat plakatı. == Tarixi == Plakat ilk olaraq 1939-cu ildə II Dünya Müharibəsinin əvvəlində Britaniya İnformasiya Nazirliyin (ing. Ministry of Information) tərəfindən düzəldilmişdir. İki milyon yarım nüsxə çap edilmişdi, lakin plakat geniş yayılmamışdı. Bu seriyada daha iki plakat mövcuddur — 400 min nüsxəsi olan "Freedom Is In Peril. Defend It With All Your Might" (ing. "Azadlıq təhlükədədir. Bütün gücünüzlə onu müdafiə edin"), və 800 min nüsxəsi olan " Your Courage, Your Cheerfulness, Your Resolution Will Bring Us Victory " (ing."Sizin qıvraqlığınız, cəsarətiniz, qətiyyətiniz bizə qələbə qazandıracaqdır"). == Müasir mədəniyyətdə == 2000-ci ildə Barter Books ikinci əl kitab dükanında plakatın bir nüsxəsi tapılmışdır.
Seyidə Əl Hürrə
Seyidə Əl Hürrə (tam adı Seyidə əl-Hürrə bint Əli ibn Rəşid əl-Aləmi; ərəb. السيدة الحرة‎) — Tetuan hakiməsi, (1485–1542-ci ildən sonra), 1515–1542-ci illərdə Tetuanın kraliçası və XVI əsrin əvvəllərində dəniz quldurlarının şahzadəsi. O, müasir dövrdə islam qərbinin ən mühüm qadın şəxslərdən biri kimi tanınır. Türk dəniz qulduru Əlcəzair hökmdarı Oruc Barbarossa ilə birləşərək, Əl Hürrə Aralıq dənizinin qərb hissəsinə nəzarət edirdi. Oruc Barbarossa isə şərq hissəsini öz nəzarəti altında saxlayırdı. Həmçinin Seyidə Əl Hürrə Tetuanın məmuru idi. 1515-ci ildə, ərinin ölümüdən sonra, o, islam tarixində Əl Hürrə (şahzadə) adını əldə edən son şəxs olmuşdur. Sonra o, Mərakeş sultanı Əhməd əl-Outtasi ilə evlənir, lakin bunu etmək üçün Tetuanı tərk etməyə razılaşmır. Mərakeş tarixində bu ilk və yeganə Sultan izdivacı idi ki, paytaxt Fəs şəhərindən kənarda qeyd olunurdu. Seyidə Əl Hürrə "Hökumət qarşısında baş əyməyən azad, müstəqil, suveren xanım".
Bala Surra
Bala Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim "kiçik Sura kəndi" deməkdir. Yaşayış məntəqəsini XIX əsrin 80-ci illərində Kurun sağ sahilindəki Ərəb Bəbirxanlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. == Coğrafiyası və iqlimi == Kənd Kurun sahilində, Şirvan düzündə yerləşir.
Bill Mürrey
Bill Mürrey (ing. William James Murray; doğ. 21 sentyabr 1950) — amerika akyoru, «Qızıl Qlobus» BAFTA mükafatları laureatı. == Həyatı == Bill Mürrey 1950-ci il sentyabrın 21-də ABŞ-nin İllinoys ştatında anadan olub. Əslən irlandiyalı, katolik idilər. Yezuit məktəbində oxumuşdu. Mürrey "Qızıl qlobus" və "BAFTA" mükafatları laureatıdır. Mürreyi məşhurlaşdıran "Kabus ovçuları", "Tərcümənin çətinlikləri", "Sınmış çiçəklər" kimi filmlərdir. Amerikalı yazıçı Denni Rubinin hekayəsinin motivləri əsasında 1993-cü ildə rejissor Harold Remisin çəkdiyi fantastik komediya olan "Marmot günü" filmində baş rolları Bill Mürrey və Endi Makdauell oynamışdılar.