Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beniamin Markaryan
Beniamin "Benik" Egişeviç Markaryan (erm. Բենիամին Եղիշեի Մարգարյան; 29 noyabr (12 dekabr) 1913, Şüləver, Borçalı qəzası – 30 sentyabr 1985, İrəvan) — erməni əsilli SSRİ astrofiziki. Markaryan zənciri qalaktikalar silsiləsinin ümumi bir hərəkətlə hərəkət etdiyini kəşf etdiyinə görə onun şərəfinə adlandırılmışdır. Həmçinin, Markaryan qalaktikaları kimi tanınan yığcam, optik cəhətdən parlaq qalaktikalar kataloqu onun adını almışdır. == Mükafatlar == Ermənistan SSR əməkdar elm xadimi (1961). 1949-cu il "Fizika-riyaziyyat elmləri sahəsində görkəmli elmi işə görə" 1-ci dərəcəli "Stalin" mükafatı laureatı (1950). "Şərəf nişanı" ordeni (4 yanvar 1955). "Xalqlar dostluğu" ordeni (28 noyabr 1983). "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı. "Əmək veteranı" medalı.
Beniamin Ovçiyan
Beniamin (Benik) Ohanesoviç Ovçiyan (28 noyabr 1918, Əxlətyan, Zəngəzur qəzası – 25 avqust 2005, Xankəndi) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1973). == Həyatı == 28 noyabr 1918-ci ildə anadan olmuşdur. 1939-cu ildə Bakı Teatr Texnikumunu bitirmiş, həmin ildən Bakı erməni teatrında işləmişdir. 1947-ci ildən Xankəndi Dövlət Dram Teatrının aktyoru olmuşdur. Bır sıra filmlərdə rol almış, 2005-ci ildə vəfat etmişdir.
Binyamin Natenyahu
Benyamin Netanyahu (ivr. ‏בנימין נתניהו‏‎; 21 oktyabr 1949[…], Tel-Əviv) — 1996–1999-cu illərdə və 2009–2021-ci illərdə İsrailin doqquzuncu baş naziri vəzifəsində çalışmış israilli siyasətçi, tarix professoru. == Həyatı == Benyamin Netanyahu Zeev Jabotinskinin şəxsi katibi olan Benzion Netanyahu (Malikovskinin) və Tsiliya Netanyahu (Legal) Litva köçkünləri ailəsində doğulub. Benyamin ailənin ikinci oğludur. Onun boyük qardaşı Yonatan (Yoni) Netanyahu İsrailin Milli Qəhrəmanıdır. Entebbe əməliyyatı zamanı yəhudilərin girovdan azad edilməsi zamanı öldürülüb. Kiçik qardaşı olan İdo Netanyahu isə həkim-radioloq və yazıçıdır. 1950–1960-cı illərdə onun ailəsi alternativ olaraq həm İsraildə, həm də ABŞ-də yaşayıblar. 1967-ci ildə ABŞ-də orta məktəbi bitirdikdən sonra Benyamin həqiqi hərbi qulluğunu keçmək üçün İsrailə qayıdır. Xidmətini Qərargah nəznində yerləşən Sayeret Matkal diversiya-keşfiyyat elit hərbi birliyində keçir.
Veniamin Krılov
Veniamin Petroviç Krılov (29 sentyabr 1921 — 11 sentyabr 1998) — sovet futbolçusu və futbol məşqçisi, SSRİ İdman Ustası, RSFSR-in Əməkdar Məşqçisi. == Bioqrafiya == Böyük Vətən müharibəsində iştirak edib. 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb. Moskva uğrunda döyüşün, Smolensk döyüşünün, Bryansk əməliyyatının iştirakçısı olub. Birinci və ikinci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir. Futbolçu karyerası dövründə 1949-cu ildə "Krılya Sovetov" (Qorkiy) komandasının heyətində SSRİ Birinci Liqasında oynayıb. Həmçinin "Spartak" (Daşkənd) və "Dinamo" (Çelyabinsk) klublarında da çıxış edib. SSRİ İdman Ustası adına sahib olub. 1959-cu ildə SSRİ gənclər komandasında baş məşqçi Vyaçeslav Solovyovun köməkçisi vəzifəsində çalışıb. 1960-cı ildə (başqa mənbəyə görə 1959-cu ildə) "Neftçi" (Bakı) klubuna baş məşqçi təyin edilib.
Veniamin Mayorov
Veniamin Stepanoviç Mayorov (rus. Вениамин Степанович Майоров; 16 sentyabr 1930, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycanın mənzil-kommunal təsərrüfatı naziri (1980–1992), Azərbaycan SSR Ali Sovetinin VI–XI çağırış deputatı. == Həyatı == Veniamin Stepanoviç Mayorov 16 sentyabr 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, buranı dağ-mədən mühəndisliyi ixtisası üzrə başa vurmuşdur. Əmək fəaliyyətinə 1953-cü ildə "Leninneft" neft-qazçıxarma idarəsinin 11 saylı mədənində neftçıxarma operatoru kimi başlamışdır. Sonrakı illərdə neftçıxarma üzrə usta köməkçisi, ərazi müdiri, böyük mühəndis, sahə müdiri vəzifələrində çalışmışdır. Veniamin Mayorov 1961-ci ildə Lenin Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1963-cü ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədrinin müavini (1965-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini) təyin edilmiş və bu vəzifədə 1969-cu ilədək çalışmışdır. 1969–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti (1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti) İcraiyyə Komitəsi sədrinin birinci müavini olmuşdur. 1980-ci ildə Veniamin Mayorov Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri təyin edilmiş və bu vəzifədə 1992-ci ilədək çalışmışdır. Azərbaycanda Rus İcması yaranandan (1993-cü ildən) burada sədr müavini, paralel olaraq 1997-ci ildən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışmışdır.