Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmperatriça Aşina
İmperatriça Aşina (阿史那皇后) — Göytürk şahzadəsi, Muğan xaqanın qızı, Şimal Cou imperatriçası. Əsl adı bilinmir. 551-ci ildə anadan olmuşdur. Bu vaxtı hələ babası Bumın tümən komandiri idi. Hələ 554-cü ildə Şimal Çjou qəyyumu Yuven Tay onunla evlənmək istəsə də Muğan xaqan razı olmamışdı. 565-ci ildə onun oğlu Yuven Yonq taxta çıxaraq 120 nəfərdən ibarət elçi karvanı göndərmişdi. Karvanda imperatorun qardaşı Yuven Çun da var idi. Xaqan əvvəlcə fikrindən daşınsa da 568-ci ildə xaqanın çadırına şimşək vurmasından sonra qızını verdi. İmperatriça paytaxt Çanqana gələrək imperator Vu ilə evləndi. İmperatriça gözəl və mehriban idi.
İmperatriça Cinqu
İmperatriça Cinqu (170, Kioto, Kioto prefekturası – 269, Kioto, Kioto prefekturası) — Yaponiya imperatriçası. Cinqu 169-cu ildə anadan olub. Yaponiyanı 201-269-cu illərdə qədər idarə etmişdir. İmperator Çayın həyat yoldaşıdır. Bundan başqa, İmperatriça Cinqu ərinin ölümündən sonra 269-cu ildə oğlu taxta gələnə qədər ölkəyə rəhbərlik etmişdir. Yaponiya imperatorları siyahısına görə Yaponiyanı imperiya sistemi ilə idarə edən 15-ci hökmdardır. Amma bəzi mütəxəssislər əslində 15-ci hökmdarın oğlu olduğunu müdafiə edirlər.
İmperatriça Qenmey
İmperatriça Qenmey (元明天皇, Qenmey-tenno, 661 – 29 dekabr 721, Nara) – Yaponiyanın 43-cü monarxı. Asuka dövründə hakimiyyətdə olmuşdur. O, İmperator Tencinin qızı olmuş və İmperator Tenmunun oğlu olan Şahzadə Kusakabe ilə evlənmişdir. Lakin Kusakabe 689-cu ildə ölmüşdür. İmperatriça Cito 697-ci ildə taxtdan imtina etdikdən sonra Qenmeyin oğlu İmperator Monmu taxta çıxmışdır. Monmunun 707-ci ildəki ölümündən sonra Qenmey imperatriça olmuşdur. İmperatriça Qenmeyin hakimiyyəti dövründə 708-ci ildə ilk dəfə Yaponiyada mis hasil edilmiş və Yaponiyanın ilk sikkəsi olan vadokayçin tədavülə buraxılmışdır. 710-cu ildə paytaxtı müasir Nara şəhərinin yerləşdiyi Heyco şəhərinə köçürmüş və 794-cü ildə paytaxtın Kiotoya köçürülməsinə qədər davam edən Nara dövrünü başlatmışdır. Yaponiya mifologiyası və tarixi haqqında ilk əsər olan "Kociki" (712) onun hakimiyyəti dövründə tamamlanaraq ona təqdim olunmuşdur. 713-cü ildə əyalətlərin fudokilər tərtib etməsi barədə əmr vermişdir.
Avstriyalı Anna (imperatriça)
Avstriyalı Anna (alm. Anna von Österreich‎) (4 oktyabr 1585, İnsbruk – 14 dekabr 1618, Vyana, Avstriya hersoqluğu) — Müqəddəs Roma imperatoru Matveyin xanımı. Portuqaliyalı Eleonoradan sonra tacqoyma mərasimi keçirilən ilk imperatriça. Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German). Böhlau Verlag Wien. p. 99–116. ISBN 978-3-205-20085-7 Korotin, Ilse (2016). Lexikon österreichischer Frauen.
İmperatriça Myonsonun sui-qəsdi
İmperatriça Myonsonun sui-qəsdi – Çoson kralı Koconun həyat yoldaşı olan İmperatriça Myonsonun 8 oktyabr 1895-ci ildə Yaponiya casusları tərəfindən öldürülməsi hadisəsi. Hadisə Koreyada Eulmi insidenti (kor. 을미사변) adı ilə tanınır. Birinci Çin-yapon müharibəsindən sonra Rusiya imperiyası Yaponiyanın Koreya yarımadasındakı ən böyük rəqibi olmuşdur. Yaponlar 1895-ci ildə Koreyanı Yaponiyanın protektoratlığına çevirmək istəsələr də, yerli dəstəyi qazana bilməmişdirlər. Buna görə də yaponlar Yaponiyanın Koreyadakı mövcudluğuna qarşı olan önəmli siyasi şəxsləri aradan qaldırmaq istəyirdilər. Bu şəxslərdən ən əhəmiyyətlisi kralın həyat yoldaşı olan İmperatriça Myonso idi. 8 oktyabr 1895-ci ildə səhər saatlarında Yaponiyanın Seulda yerləşən nümayəndiliyi koreyalılar kimi geyinərək Yaponiyanın Koreyadakı səfiri olan Miura Qoronun başçılığı ilə Kyonbokkun sarayına irəliləmişdirlər. Miura Qoro sui-qəsd planını "Tülkü ovu əməliyyatı" adlandırmışdı. Yapon və koreyalılardan ibarət 50 nəfərlik sui-qəsd qrupu saraya qarşı hücum təşkil etmişdir.
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Anna (Trabzon imperatriçası)
Anna Komnini (yun. Ἀννα Μεγάλη Κομνηνή Ἀναχουτλού) (təq. XIII əsr, Trabzon – 3 sentyabr 1342, Trabzon) — 14-cü Trabzon imperatriçası. Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının səltənətində rahibə olaraq kilsədə yaşamağa başladı. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı III Andronik, onun oğlu II Manuel, daha sonra isə digər qardaşı Vasiley taxta çıxdı. Ancaq Vasileyin Bizanslı xanımı tərəfindən zəhərlənməsi və daha sonra xanımı İrinanın taxtı ələ keçirməsiylə saray əyanları tərəfindən taxta namizəd görüldü. Bu səbəblə yaşadığı kilsəyə axın edən saray əyanlarının təkidiylə taxt iddiasını irəli sürdü. 17 iyul 1341-ci ildə Trabzona daxil olan Anna və birlikləri Gürcü çarı V Qriqoridən aldığı siyasi və hərbi dəstəklə hakimiyyəti ələ aldı. İrina Paleoloq həbs edildi.
Teodora (Trabzon imperatriçası)
Teodora Komnini (yun. Θεοδώρα Μεγάλη Κομνηνή)(ən geci 1253, Trabzon – ən tezi 1285, Sinop) — 8-ci Trabzon imperatriçası. Bu ünvanı daşıyan ilk Trabzon hakimi. Atası Trabzon imperatoru I Manuel, anası isə onun gürcü əsilli xanımı Rusudan Baqrationidir. Atasının 1263-cü ildə vəfatının ardından ögey qardaşları Andronik, Qriqori və İohann taxta çıxmışdır. Qardaşı II İohannın gürcülərə üz çevirib Bizans imperatoruna yaxınlaşmasının ardından, bölgədə itirdiyi nüfuzu qazanmaq istəyən İmereti çarı VI Davidlə birləşərək taxtı ələ keçirdi (1284). Dərhal öz adına sikkə kəsdirən Teodora Komnini qardaşının ölkədə olmamasından istifadə edərək onu xain elan etdi. O əsnada qardaşı II İohann imperator VIII Mixailin qızı Evdokiya Paleoloqla evlənmiş, toy mərasiminin ardından Konstantinopolda qalmışdı. Xəbəri aldıqdan dərhal sonra Trabzona qayıdan II İohann bacısının gürcü dəstəkçilərini məğllub edərək hakimiyyətini bərpa etdi. Teodora isə qaçaraq gizləndi.
İrina (Bizans imperatriçası)
Afinalı İrina (yun. Ειρήνη η Αθηναία)(təq. 752[…], Afina – 9 avqust 803[…], Lesbos) — Bizans imperatriçası. Afinalı əsilzadə ailələrindən birinə mənsub olan İrina uşaq yaşlarında valideynlərini itirməsi səbəbilə əmisi və Balkanlardakı əyalət birliklərindən birinə rəhbərlik edən Konstantin Srantapekin himayəsində böyüdü. 1 noyabr 769-cu ildə Konstantinopola göndərildi və həmin ilin 17 dekabr tarixində imperator V Konstantinin oğlu Leoyla evləndirildi. Cütlüyün bu evlilikdən gələcəkdə taxta çıxacaq yeganə oğlu Konstantin dünyaya gəlir. Qaynatasının ölümündən sonra 775-ci ildə əri IV Leo adıyla taxta çıxdı. Bu qısa müddət ərzində ərinin ikonomaxiya cərəyanını şiddətlə dəstəkləməsinə baxmayaraq Afinalı İrina sarayda bu siyasəti yumşaltmağa çalışdı. Rəvayətə görə, sırf bu məsələ səbəbilə imperator xanımıyla yataqlarını ayırmışdır. Aralarındakı soyuq münasibətə baxmayaraq ərinin ölümünün ardından 780-ci ildə taxta çıxan azyaşlı oğlu Konstantinə naibə olaraq xidmət etdi.
İrina (Trabzon imperatriçası)
İrina Paleoloq (yun. Εἰρήνη Παλαιολογίνα) (təq. 1315, Konstantinopol – ən tezi 1341) — 13-cü Trabzon imperatriçası. Bizans imperatoru III Andronikin nikahdan kənar doğulan qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. 1335-ci ildə Bizans və Trabzon imperiyaları arasında qurulan ittifaqa əsasən, Trabzon imperatoru Vasileylə evləndirildi. Ancaq çox keçmədən əriylə münasibətləri pisləşdi. Belə ki, İrinadan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi. Trabzon kilsəsi tərəfindən nikahları pozulsa da, Konstantinopol baş patriarxı bunu qəbul etmədi. Nikahının ləğv edilməsinə baxmayaraq Trabzonda nüfuz sahibi olan İrina Paleoloq 6 aprel 1340-cı ildə ərini zəhərləyərək öldürdü və tərtib etdiyi saray çevrilişiylə taxtı ələ keçirdi.
Portuqaliyalı Elyanora (Müqəddəs Roma imperatriçası)
Portuqaliyalı Eleonora (Müqəddəs Roma imperatriçası)
Portuqaliyalı Eleonora (port. Leonor de Portugal) (18 sentyabr 1434 – 3 sentyabr 1467, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — Müqəddəs Roma imperatoru III Fridrixin xanımı, Portuqaliya infantası. Eleonora 1434-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. Hələ 4 yaşında ikən atası vəfat etdi və qardaşı V Afonso adıyla taxta əyləşdi. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında Kastiliyaya qaçmağa məcbur oldu. Ancaq o əsnada 6 yaşlı Eleonora xəstə idi və anasıyla birlikdə gedə bilmədi. Eleonoranın evliliyi bibisi olan Burqundiya hersoqinası Portuqaliyalı İzabella və dayısı olan Neapol kralı V Alfonso tərəfindən planlandı. Bu məqsədlə dayısı öz sarayından rəssamlar göndərərək qızın portretlərini hazırlatdı və namizədlərinə göndərdi.
İmperatiça
İmperator (lat. imperātor — "rəis", "hökmdar", həmçinin "hərbi rəhbər", "sərkərdə") — imperiyanın rəhbəri, monarx, titul. İmperatiça — imperatorun arvadı, yaxud imperiyanı idarə edən qadın hökmdar. Некрасов Г. А. Международное признание российского великодержавия в XVIII в. // Феодальная Россия во всемирно-историческом процессе. Сб. статей, посвященный Льву Владимировичу Черепнину. М.: Наука, 1972. С. 381—388; Флоровский А. В. Страница истории русско-австрийских отношений XVIII в. // Там же.