Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnersiyasız Düşünmə (1988)
Film həyatımızın inkişafında ixtiraçıların böyük rolu, bugünkü elmi-texniki tərəqqi haqqındadır.
İnersiyasız düşünmə (film, 1988)
Film həyatımızın inkişafında ixtiraçıların böyük rolu, bugünkü elmi-texniki tərəqqi haqqındadır.
İnversiya
Binersiya
Binersiya (lat. Bienertia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Girdəqanad binersiya
Girdəqanad binersiya (lat. Bienertia cycloptera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin binersiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+ 3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 15-20 sm hündürlükdə, çılpaq, şirəli, birillik ot bitkisidir. Yarpaqları oturaq, növbəli, xətvari, yarımsilindrik, ətli-şirəli, kütdür aşağıda gövdəyə bitişikdir. Çiçəkləri yarpaq qoltuğunda yumaqcıqlara toplanmışdır, sonradan kiçik ayaqcıqlıdır. Erkəkciyi 5-dir, demək olar ki, görünmür. Yumurtalığı 2-3, qısa dişcik ağızcıqlıdır. Meyvələri 5-7 mm diametrindədir.
Troposferdə inversiya
Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. Troposfer inversiyaları yer səthinə yaxın və sərbəst atmosfer inversiyalarına ayrılır. Yer səthinə yaxın inversiya yer səthi örtüyündən (torpaq, qar və buz örtüyündən) başlayır. Açıq inversiya su səthindən nadir halarda müşahidə edilir. Yer səthi örtüyündə temperatur ən aşağıdır və yüksəklik boyu artır və bu artım on və yüz metrlərlə yüksəkliyə qədər ola bilər. Sonra inversiya normal paylanma ilə əvəz olunur. Sərbəst atmosferdə inversiya yer səthindən bu və ya digər yüksəklikdəki hava qatında müşahidə edilir. İnversiya ən çox aşağı 2 km-də müşahidə edilir. Inversiya qatının qalınlığı bir çox on və ya yüz metrlərdə müşahidə edilir. Inversiya qatınınaşağı və yuxarı sərhədlərində temperatur fərqi 1°C-dən də azdan 10–15 °C və artıq olur.
Yerüstü inversiya
Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. Yerüstü qatda gecələr konveksiyanın mümkünlüyünü aradan qaldıran dayanıqlı stratifikasiya yaranır. Bu zaman temperatur inversiyasının yaranması adi haldır: köşkdə temperatur yer səthindən daha yüksəkdir və tez- tez köşk üzərində temperatur, artmağa davam edir. Küləksiz havada, aydın gecələrdə havanın aşağı qatı güclü surətdə soyuyur və yer səthi yaxinlığında və 8–10m hündürlükdə temperatur fərqi 8–110C –yə çata bilər.
İnversiya (linqvistika)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur. İnversiya obrazlılığın qrammatik səviyyədə göstəricilərindən biridir. Adətən söz sırasında ilk olaraq Mübtəda ondan sonra tamamlıq sonda xəbər və xəbərdən əvvəl zərflik işlənməli təyin isə aid olduğu üzvdən əvvəl işlənməlidir. Başın var, başını başsızdan qoru, Zarafat gəlməsin sənə bu dünya.
İnversiya (dilçilik)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur. İnversiya obrazlılığın qrammatik səviyyədə göstəricilərindən biridir. Adətən söz sırasında ilk olaraq Mübtəda ondan sonra tamamlıq sonda xəbər və xəbərdən əvvəl zərflik işlənməli təyin isə aid olduğu üzvdən əvvəl işlənməlidir. Başın var, başını başsızdan qoru, Zarafat gəlməsin sənə bu dünya.
Təyin olunmuş ineksiya yerləri
Təyin olunmuş inyeksiya yerləri (ing. Supervised injection site) - Narkotik vasitə istifadəçilərinin steril edilmiş məkanlarda özlərinə venadaxili narkotik vasitələr vurmaları üçün yaradılmış xüsusi məntəqələr. Bu tip təyinat yerlərinin yaradılmasındakı əsas məqsəd narkotik vasitə istifadəçilərinin mümkün yüksək dozadan qaynaqlanan ölüm hallarının qarşısının alınmasıdır. Cəmiyyətlər tərəfindən bu tipli mərkəzlərin fəalliyətinə birmənalı münasibət göstərilmir. Bir tərəf xüsusi inyeksiya yerlərinin mövcud olmasını narkomaniyanı təbliğ etdiyini bildirsə də, digər bir tərəf isə İİV başda olmaqla bir çox xəstəliklərin mümkün yoluxma hallarının qarşısının alındığını və ən əsası narkotik vasitə istifadəçilərinin onlara verilən yəni norma həddində narkotik maddə qəbul etdikləri üçün yüksək dozadan ölmə ehtimallarının olmaması səbəbindən sözügedən mərkəzərin fəaliyyətini dəstəkləyirlər. Bu tip mərkəzlərin fəaliyyət göstərməsi dövlətlərin qanunveriçilik və siyasi yurisdiksiyası əsasında tənzim olunur. Təyin olunmuş inyeksiya yerlərinin yaradılmasındakı əsas konsepsiya narkomaniyanın cəmiyyətlərə vurduğu zərərin azadılmasından ibarətdir. Şimali Amerikada və Avropada fəaliyyət göstərən TİY mərkəzləri, əsasən, narkotik vasitə istifadəçiləri üçün steril və tək istifadəlik inyeksiya avadanlıqları, müəyyən psixotrop dərmanlar və kiçik səhiyyə xidmətləri təklif edirlər. Bəzi ölkələrdə istifadəçilərə konsultasiyalarda verilməkdədir. TİY mərkəzlərində istifadəçilərə narkotik maddələrinin satışı və ya təşkil edilməsi xidmətləri göstərilmir.
İnfeksiya
İnfeksiya – patogen mikroorqanizmin digər canlı orqanizminə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizmdə gedən cavab proseslər. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud infeksiya gəzdirmə formasında aşkar ola bilər. Hər bir infeksiyanın özünəməxsus yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion xəstəliklərində xəstə öskürdükdə, asqırdıqda və danışdıqda İnfeksiya selik damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur; səpgili yatalaq, malyariya, taunun bubonlu forması və s. xəstəliklər qansoran cücülər vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi xəstəliklərin törədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil edir. İnfeksiya müəyyən kliniki əlamətləri ilə özünü göstərən infeksion xəstəlik haqqında və gizli — yəni latent, inapparant infeksiya, immunlaşdırıcı subinfeksiya və mikrobdaşıyıcılıq halında gedir. İnfeksion xəstəliklər yaxşı öyrənilməklə bunlar qeyri-infeksion xəstəliklərdən spesifikliyi, kontagiozluğu, mərhələlərlə inkişafı və postinfeksion immunitetin yaranması ilə səciyyələnir. Spesifiklik dedikdə belə başa düşülür ki, hər bir infeksion xəstəliyi müəyyən növ mikrob törədir.
İterasiya
İterasiya (ing. iteration, rus. итерация, iterasyon, öteleme) – proqramlaşdırmada: deyimlər, yaxud komandalar qrupunun dönə-dönə təkrar yerinə yetirilməsi (rekursiya ilə qarışdırmaq olmaz). Hər hansı əməliyyatı dəfələrlə təkrarlamaq gərək olduqda, proqramlaşdırmada dövrlərdən istifadə olunur. Məsələn, tutaq ki, “Hello, World!” mətnini 200 dəfə ekrana çıxartmaq lazımdır. Bu halda eyni bir komandanı 200 dəfə təkrar verməkdənsə, 200 dəfə yerinə yetirilən dövr yazıb, mətni ekrana çıxaran komandanı həmin dövrün gövdəsində yerləşdirmək daha münasibdir. Dövrün bir addımına elə iterasiya deyilir. Bax: ITERATIVE STATEMENT, LOOP; Tut: RECURSION. program Iteration; var i: integer; begin for i := 0 to 200 do WriteLn ('Hello, world!'); end. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Versiya
Versiya (lat. versio — dəyişiklik) — hansısa faktın müxtəlif izahı. Versiya — cinayət işinin baxılmasında müstəntiqin və məhkəmənin düzgün qərar üçün təxmin etdiyi mülahizə. Versiya — 1)rəvayət, şayiə; 2)xəbər; 3)eyni hadisənin və ya faktın başqa variantda (bir-birindən fərqli), bir neçə cür ifadə və izah edilməsi; 4)müəyyən proqramlaşdırma dilinin hazırlanan və yayılan növbəti variantı; 5)ehtiyatların paylanması sisteminin əvvəllər alınmış ehtiyata (məsələn, yaddaş bloku, rabitə xətti və s.) qaytarılması; 6)proqram məhsulunun redaksiyası. Adətən, ədədlərlə ifadə olunur, məsələn 2.0 onu bildirir ki, bu, proqramın ilk buraxılışının ikinci redaksiyasıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İberiya
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
Anaerob infeksiya
Anaerob infeksiya — yara infeksiyanın bir növüdür və oksigensiz, havasız yerdə baş verir. Mühüm cəhəti iltihab olmadan ağrının baş verməsi, ödəmin, qazın və tez bir zamanda toxumalarda yerli ölümün əmələ gəlməsidir. Anaerob infeksiyanın törədiciləri əsasən insan, heyvanların bağırsaqlarında müşahidə edilir və torpağa düşərək uzun müddət orada yaşayırlar. Ən çox əkin yerlərində, bostan və bağlarda, peyində gübrə məqsədilə istifadə olunan yerlərdə təsadüf edilir, bundan əlavə anaerob mikroblar insanın dərisində, alt və üst paltarlarında da ola bilər. Ən çox anaerob infeksiya müharibə zamanı müşahidə edilir. Məsələn, böyük Vətən müharibəsi illərində yaralıların arasında 1,5–2% anaerob qanqrena və 10,5% halda isə anaerob qanqrenadan ölüm halları təsadüf edilmişdir. Anaerob infeksiya qazlı qanqrena, qanqrena, orqanın çürüməsi və s. adını daşıyıb, hal-hazırda isə anaerob qanqrena adlandırılır. == Anaerob infeksiyanın yaranmasının səbəbləri == Xəstəliyin səbəblərinə kor güllə yarası, yad cisimlərlə yaralanma, geniş və dərin, çoxlu ciblərə malik yaralar, qanı saxlamaq məqsədilə ətrafa uzun müddət kəmərin və ya damara liqaturanın qoyulması, aclıq, yorğunluq, kəskin anemiya, şok, orqanizmin müqavimətinin azalması, torpaqla çirklənmiş yaralar daxildir. == Anaerob infeksiyanın gedişatı == Xəstəliyin gizli dövrü 1–7 günə qədərdir.
Atomnaya energiya
"Atomnaya energiya" (rus. А́томная эне́ргия; mənası – "Atom enerjisi") — SSRİ və Rusiya aylıq nəzəri və elmi-texniki jurnalı. Rusiyanın nüvə enerjisi məsələlərini işıqlandırır. Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının elmi jurnallar siyahısı və beynəlxalq istinad bazalarına daxil edilmişdir. == Tarixi == Jurnal 1956-cı ilin may ayından nəşr olunur, 1970-ci ildə tirajı 2,730 nüsxə idi.Sovet dövründə jurnal SSRİ Atom Enerjisindən İstifadə üzrə Dövlət Komitəsinin və SSRİ Elmlər Akademiyasının orqanı idi və 1956-cı ildən "Atomizdat" nəşriyyatında çap olunur. 2013-cü ildən jurnalın sahibləri "Rosatom" Dövlət Korporasiyası, Rusiya Elmlər Akademiyası və Rusiya Nüvə Cəmiyyətidir. == İstinadlar == == Xarici keçidlər == j-atomicenergy.narod.ru — журнала «Атомная энергия» rəsmi saytı Раздел журнала «Атомная энергия» на портале Ядерного общества России. "Atomic Energy". Страница доступа к публикациям журнала онлайн (ingilis). İstifadə tarixi: 2013-10-27.
Cannabis intersita
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. == Sinonimləri == Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Versiya nömrəsi
Versiya nömrəsi (version number) – müəyyən mərhələdə konkret proqram təminatını identifikasiya etmək üçün onu hazırlayan tərəfindən təyin olunan nömrə. Versiya nömrələrindən həm proqramın buraxılışından öncə, həm də sonra istifadə olunur, ancaq buraxılışdan öncə verilmiş nömrələrin yalnız hazırlanma və testləmə mərhələsində dəyəri olur. Ümumiyyətlə, versiya nömrələri addan onluq nöqtə ilə ayrılır. Proqramdakı dəyişiklikləri, modifikasiyaları, düzəlişləri bildirən ardıcıl buraxılışlar daha yüksək versiya nömrəsinə malik olur. Proqramdakı başlıca dəyişikliklər, adətən, versiya nömrəsində önəmli dəyişikliklə qeyd olunur, məsələn, versiya 3.3 və versiya 4.0; cüzi dəyişikliklər isə versiya nömrəsində kiçik dəyişikliklərlə göstərilir, məsələn, 4.01, yaxud 4.1. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İberiya dağları
İberiya dağları (ispan Sistema Ibérico) İspaniya dağ sistemidir. Hündürlüyü 2314 m-dir (San-Miqel). İberiya dağları şərqdən və şimal-şərqdən Mərkəzi Kordilyer cənubi Pireneyə qədər davam edir. Geoloji quruluşuna göreə burada kvars və qumla örtülmüşdür. Dağın orta uzunluğu 450–500 km-dir. Şimaldan qərbdə (Sierra de la Demanda, Sieera del Monkayo), cənub-şərqdə (Sierra de Qudar) doğru uzanır. Qərb hissədə Sierra -Ministra massivi yerləşir. Şərq yamacı Aralıq dənizi bitkiləri örtülmüşdür. 1000 m hündürlüyə qədər palıd və vələs ağacları yayılmışdır. Ondan hündürdə isə fıstıq meşəsi yayılmışdır (1800–1900 m).
İberiya knyazlığı
İberiya Knyazlığı (gürcü: ქართლის საერისმთავრო, romanlaşdırılmış: kartlis saerismtavro) erkən orta əsrlərdə Gürcüstan aristokrasi. O, VI-IX əsrlər arasındakı interregnum dövründə, aparıcı siyasi hakimiyyətin bir-birinin ardınca knyazlar tərəfindən həyata keçirildiyi dövrdə çiçəkləndi.Knyazlıq Sasanilərin yerli kral Xosroid sülaləsinin sıxışdırılmasından qısa müddət sonra, təxminən 580-ci ildə quruldu; 888-ci ilə qədər davam etdi, padşahlıq Baqrationi sülaləsinin bir üzvü tərəfindən bərpa edildi. İberiyanın başçı knyazları bu dövr ərzində farslar, bizanslılar, xəzərlər, ərəblər və qonşu Qafqaz hökmdarları ilə qarşı-qarşıya qaldıqları üçün onun sərhədləri çox dəyişdi.Knyazlığın vaxtı Gürcüstan tarixində ən kəskin dövr idi; Prinsip gürcü xristian kilsəsinin son formalaşmasını, ana dilində ədəbi ənənənin ilk dəfə çiçəklənməsini, gürcü Baqratidlər ailəsinin yüksəlişini və müxtəlif feodal anklavlarının mədəni və siyasi birləşməsinin başlanğıcını gördü.
İberiya krallığı
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
İberiya kərtənkələsi
İberiya kərtənkələsi (lat. Lacerta schreiberi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Növün latın adı Avtriya zooloqu Eqida Şrayberin şərəfinə (1836–1913) adlandırılıb. İri kərtənkələdir, quyruqsuz uzunluğu 13,5 sm, quyruğunun uzunluğu isə 38 sm təşkil edir. Bu növ parlaq rəngi ilə seçilir. Beli yaşıl olur və üzəri qara noqtələrlə örtülür. Başı və boynu parlaq göy rəngdədir. Dişilər qəhvəyi-yaşıl olur. Qidasının əsasını cücülər, sürünənlər, bala quşlar və meyvələr təşkil edir. Bu növ qida axtararkən aktiv olur.
İberiya süsəni
Gürcü süsəni (lat. Iris iberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu nazik, sürünəndir, gövdə 4—20 sm (30) hündürlükdə, bir iri təpə çiçəyindən ibarətdir. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu uzun, silindrikdir. Çiçəkyanlığının xarici tərəfi 6-7 sm uzunluğunda, ağımtıl-sarı və tünd-qara ləkə və orta hissədə dırnaqcıqda tünd-qara tükcüklər var.
İberiya yarımadası
Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada.
İnqriya dili
İnqriya dili və ya İjor dili (əsasən pravoslav) etiqadlı) - İnqriyanın İjorları tərəfindən danışılan Fin dillərindəndir. Təxminən 500 nəfər danışanı var, onların da çoxu yaşlıdırlar. Paul Ariste 1981. Keelekontaktid. Tallinn: Valgus. [pt. 2.6. Kolme läänemere keele hääbumine lk.
İberiya çarlığı
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
Persiya–Roma müharibələri
İran–Roma müharibələri və ya Persiya–Roma müharibələri — Roma (sonralar Bizans) ilə Parfiya (sonralar Sasanilər) dövlətləri arasında baş tutan bir sıra müharibələrin ümumi adı. Birinci müharibələr ardığıllığı Parfiya ilə Roma arasında baş tutmuş, sonralar 226-cı ildə Parfiyanın ərazisində Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi ilə ikinci mərhələyə keçmişdir. Bu müharibələr dörd əsr ərzində davam etsə də, tərəflərdən heç biri əhəmiyyətli uğur əldə edə bilməmişdi. Hər iki imperiya sözügedən döyüşlərlə eyni vaxtda öz sərhədləri daxilində başqa müharibələr aparmış, həmçinin mürəkkəb daxili problemlərlə məşğul olmuşdur. Əsas əməliyyatlar Ermənistan və Mesopotamiya kimi sərhədyanı bölgələrdə aparılmış, buradakı şəhərlər, istehkamlar, vilayətlər tez-tez ələ keçirilir, talan edilir və əl dəyişdirirdi. Sərhəd II əsrdə Dəclə çayının yuxarı axınına keçdi və bundan sonra bir neçə dövr oldu ki, Ermənistanda və Qafqazda sərhəd kifayət qədər uzun müddət stabil qalmışdı. İran–Roma müharibələri zamanı resursların ifrat dərəcədə sərf edilməsi hər iki imperiya üçün son nəticədə fəlakətli olmuşdu. Bu müharibələrə üçüncü tərəf, yəni Ərəb xilafəti son qoymuşdur. Ərəb istilaları VII əsrin ortalarında İranı darmadağın etmiş və VII–X əsrlərdə Bizans-ərəb müharibələrinə çevrilmişdir.