Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barnett Nyuman
Barnett Nyuman (ing. Barnett Newman) (29 yanvar, 1905 - 4 iyul, 1970) - Məşhur amerikan rəssam, abstrakt ekspressionizm cərəyanı və Rəngli Sahə rəssamlığının nümayəndəsi.
Pol Nyuman
Pol Nyuman (ing. Paul Leonard Newman; 26 yanvar 1925[…] – 26 sentyabr 2008[…]) — ABŞ aktyoru. Yəhudi bir ata ilə katolik ananın oğlu olaraq 26 yanvar 1925-ci ildə Klivlenddə anadan olmuş Pol Nyuman Yel Universitetində aktyorluq dərsləri keçib. Brodveydə ilk addımını 1953-cü ildə Uilyam İngenin "Piknik" əsəri ilə atan Nyuman Hollivudun yaraşıqlı starı olaraq yüksəlmək yerinə çətin rollara imza atmağı seçdi. 10 dəfə Oskar namizədi olmuş Pol Nyuman bu mükafatı 1986-cı ildə "Pulun rəngi" (Color of Money) filmindəki roluna görə alıb. Nyuman Kann və Berlin Film Festivallarında da ən yaxşı aktyor mükafatlarını alıb.
Rendi Nyuman
Rendi Nyuman (ing. Randy Newman) – amerikalı müğənni, tənqidçi, bəstəkar və pianist. Mian, fərqli səs, mordant (və tez-tez satirik) pop mahnılar və film skorları üçün tanınır.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Human Teatrı
Human Teatr — Bakıda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Müstəqil "Human" teatrı pantomima ustası, keçmiş "Simsar" teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kino aktyoru, xalq artisti Pərviz Məmmədrzayev və teatr və kino aktyoru Şamil İbrahimov tərəfindən 2017-ci ildə Bakı şəhərində yaradılmışdır. Teatrın ilk tamaşası Slovomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanan "Üçüncü" 29 mart 2017-ci ildə oynanılmışdır..Teatrın ikinci tamaşası iyulun 14-də Sergey Yeseninin "Qara adam" poemasının motivləri əsasında hazırlanan "Anqleter 1925" tamaşası oldu. "Human" teatrı 7-11 avqust 2017-ci il tarixində Türkiyyənin Bartın şəhərində keçirilən "11-ci Türkiyə teatrlar görüşməsi İnkumu 2017" teatr festivalında iştirak edib. == Aktyor heyəti == Pərviz Məmmədrzayev Şamil İbrahimov Rəfiqə Məmmədova Elgün Həmidov == Repertuarı == Slovamir Mrojek - Üçüncü (Karol əsəri əsasında) S.A.Yesenin - Anqleter 1925 (Qara adam poeması əsasında) P.Məmmədrzayev - Mənim == Nailiyyətləri == Türkiyə teatrlar birliği, İnternational Unitsin üzü seçilib.
Səyid Human
Səyid Human (1 yanvar 1992) — Pakistanlı xizək yürüşçüsü. Səyid Human Pakistanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Səyid Human birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Human 45:19.1 saniyəlik nəticəsi ilə 119 atlet arasında 108-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Şahzadə Numan
Şahzadə Numan (1723–1764) — 23. Osmanlı Padşahı Sultan III. Əhməd'in Meyli Sultan'dan olan oğludur. Sultan III. Əhməd'in 10. oğlu olan Şahzadə Numan, sarayda qalmışdır, padşah olmağı gözlənilmədiyi üçün I. Əbdülhəmid və III. Mustafa qədər maraq göstərilməmişdir. 8 oktyabr 1721-ci il çərşənbə günü İncili köşkdə baş tutan mərasimin ardından ilk təhsilinə başlayan Şahzadə Numan dini təlimlə yanaşı, hüsnxətt üzrə də dərslər aldı. Lalə Dövrü'ndə Sultan III. Əhməd, hərəmləri və övladları adına Üsküdar'da demək olar ki, hər küçəyə bir çeşmə tikdirmişdi. Oğlu Şahzadə Numan adına da Üsküdar'da 1728 tarixində Şahzadə Numan Çeşməsi'ni inşa etdirdi. 1764-cü ildə vəfat etmişdir. Cənazəsi Yeni Camii Türbəsi'ə dəfn edildi.
Henrix Edmund Nauman
Henrix Edmund Nauman (alm. Heinrich Edmund Naumann‎; 11 sentyabr 1854, Maysen, Saksoniya – 1 fevral 1927, Frankfurt-Mayn, Prussiya[d]) – Almaniya geoloqu. O, "Yaponiya geologiyasının atası" hesab olunur. == Elmi fəaliyyəti == Edmund Nauman 1875-ci ildə Yaponiyaya gəlmiş və 1875–85-ci illərdə Tokio Universitetinin geologiya üzrə ilk müəllimlərindən biri olmuşdur. 1877–79-cu illərdə universitetdə professor kimi fəaliyyət göstərmişdir. O, Yaponiyanın bir çox bölgəsində geoloji tədqiqatlar aparmışdır. 1877-ci ildə Con Milne ilə birlikdə Oşima adasındakı vulkan püskürməsini tədqiq etmişdir. Nauman Honşu adasının cənub-qərbi ilə şimal-şərqini ayıran Fossa-Maqna çatını kəşf etmişdir. O, Yaponiyanın geoloji quruluşu barədə keçmiş tələbəsi Toyokiçi Harada ilə debatlar aparmışdır. Naumanın təklifi ilə 1878-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin tərkibində Yaponiya Geoloji Tədqiqatlar Qurumu təşkil olunmuşdur.
Detroit: Become Human
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) deviant androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir. Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus xarakterləri üçün müsiqi bəstələmişlər.
Human Race (mahnı)
Human Race (azərb. İnsan yarışı‎) – Kanadanın Three Days Grace rok musiqi qrupu tərəfindən ifa olunmuş sinql. 23 mart 2015-ci ildə qrupun "Human" adlı beşinci studiya albomunun üçüncü sinqlı kimi buraxılmışdır. Billboard Mainstream Rock Songs hit-paradından üçüncü yerə qədər yüksələ bilmişdir. == Musiqili video == Mahnının sözlər videosu 23 mart 2015-ci ildə YouTube kanalında buraxılmışdır. Musiqili videosu isə 14 may 2015-ci ildə buraxılmışdır. Rejissoru Mark Pellinqtondur.
Human Rights Watch
Human Rights Watch — (azərb. İnsan Hüquqları Müşahidəçisi‎) dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı. Təşkilat, qlobal çapda insan hüquqları pozuntularını müşahidə etməklə, bu sahədə öz təsiri və təhlili ilə tanınır. İcmalar, beynəlxalq təşkilatlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, dünya üzrə insan hüquqları pozuntularını açıqlayır və bu məsələlərdə dəyişikliklər tələb edir. İlk dəfə Human Rights Watch 1978-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilib. == Tarixi == Human Rights Watch 1978-ci ildə hökumətin 1975-ci il Helsinki Sazişlərinə riayət etməsinə nəzarət etmək üçün Sovet blokunun hər yerində formalaşmış vətəndaş qruplarını dəstəkləmək üçün nəzərdə tutulmuş Helsinki Watch təşkilatının yaradılması ilə başlayıb. Sovet İttifaqı və Şərqi Avropada insan hüquqlarının pozulmasına beynəlxalq diqqəti cəlb etməklə Helsinki Watch 1980-ci illərin sonlarında baş verən demokratik dəyişikliklərə töhfə verib. Americas Watch 1981-ci ildə Mərkəzi Amerikanı qanlı vətəndaş müharibələri bürüyərkən yaradılıb. Geniş faktların araşdırılmasına əsaslanaraq, Americas Watch hökumət qüvvələri tərəfindən sui-istifadə hallarına, həm də üsyançı qrupların müharibə cinayətlərini araşdırmaq və ifşa etmək üçün beynəlxalq humanitar hüququ tətbiq etdib. 1980-ci illərdə sürətlə ardıcıl olaraq Asia Watch (1985), Africa Watch (1988) və Middle East Watch (1989) o zamanlar "The Watch Committees" kimi tanınan sistemə əlavə edildi.
Körpülü Numan Paşa
Körpülü Numan Paşa (17 mart 1674, Ədirnə, Osmanlı imperiyası – 6 fevral 1719, İraklion, Krit vilayəti) — III Əhməd səltənətində 4 il 1 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 17 mart 1674-cü ildə Ədirnədə dünyaya gəldi. Atası Körpülü Fazil Mustafa Paşadır. Atasının 1691-ci ildə Avstriya üzərinə çıxdığı son səfər əsnasında dövlət təcrübəsi qazanması məqsədilə Rumelidə yerləşən arxa cəbhəyə göndərildi. Səfər davam edərkən iyul ayında Modava alaybəyi təyin olunaraq Dunay çayı sahilindəki İrşova qalasının təmiriylə vəzifələndirildi. Ancaq o əsnada baş tutan Salankamen döyüşündə atası şəhid düşdü və Osmanlı ordusu məğlub edildi. Hələ 17 yaşında ikən atasının ölümüylə əmisi oğlu Hüseyn Paşa tərəfindən himayə edildi. === Ərzurum bəylərbəyliyi dövrü === Hüseyn Paşanın 1697-ci ildə sədarətə gətirilməsi Numan Paşanın da yolunu açdı. 3 iyul 1700-cü ildə İstanbula çağırıldı və altıncı vəzir olaraq divana daxil oldu. Bununla yanaşı Sultan Mustafanın qızlarından 7 yaşlı Ayşə Sultanla nişanlandı.
Kürəkən Numan Paşa
Kürəkən Numan Paşa (ö. 1784) — Osmanlı sultanı I Mahmud, III Osman və III Mustafa dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Saloniki əyanından Hacı Seyid Əhməd ağanın oğlu olub, gənc yaşlarında İstanbula göndərilərək saraya təhvil verilmişdir. Əndərunda yetişmiş, 1738-ci ildə ikinci miraxur, ardından qapıçılar kənxudası olmuşdur. Daha sonra 16 dekabr 1748-ci ildə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla nigahlandı. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu. Nigahın ardından vəzirliklə Saloniki valisi təyin edildi və ard-arda təyinatlarla Rumelidəki müxtəlif əyalətlərdə xidmət etdi. 1751-ci ilin fevralında Hotin, 1752-ci ilin martında Vidin, 1753-cü ilin mayında Belqrad, 1754-cü ilin martında yenidən Saloniki sancaqbəyi oldu. 1756-cı ildə xanımının vəfatından sonra gözdən düşdü. Son təyinat yeri olan Adanadan gələn şikayətlər üzərinə vəzifədən alınaraq vəzirliyi əlindən alındı.
Məarrat ən-Numan
Məərrət ən-Nöman (ərəb. معرة النعمان‎) — Suriyada şəhər, İdlib mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 58.008 nəfərdir.
Çurui Nauman Fili Muzeyi
Çurui Nauman Fili Muzeyi (忠類ナウマン象記念館, Çurui Nauman-zo Kinenkan) – Yaponiyanın Hokkaydo prefekturasının Makubetsu qəsəbəsində yerləşən fosil muzeyi. Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. Muzey 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə 2 avqust 1988-ci ildə açılmışdır. Bu fosil 26 iyul 1969-cu ildə Çuruidə ferma yolu tikintisi zamanı təsadüfən kəşf edilmişdir. Ərazidə qazıntı-tədqiqat işləri aparılmış və Nauman filinə aid 46 fosilləşmiş sümük (diş, xortum, ayaq sümükləri) tapılmışdır. Yaponiyada fil fosili tapmaq çox nadir hal olduğu üçün Çuruidə tapılmış bu fosil əsasında Yaponiyanın müxtəlif muzeylərində sərgilənən 23 ədəd Nauman fili rekonstruksiyası yaradılmışdır. Bundan əlavə, 1970-ci ildə aparılmış əlavə qazıntı işləri zamanı mamonta aid azı diş və Nauman filinə aid ayaq izləri tapılmışdır. Bu mamont azı Hokkaydoda mamontların yaşadığını təsdiqləmişdir. Fosil üçün qazıntı işlərinin aparıldığı ərazidə abidə və lövhə quraşdırılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır.
My Last Breath (Ceyms Nyuman mahnısı)
My Last Breath (tərcümə:Mənim son nəfəsim)-Ceyms Nyumenin mahnısı.Fevral ayında Nyumenin 2020 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı bu mahnı ilə təmsil edəcəyi açıqlandı.Mahnının sözləri Adam Erql və Ayein Ceymsə,musiqisi isə Nyumenə məxsusdur.Mahnı ilk gündən dinləyicilər tərəfindən maraqla qarşılansa da,tənqidçilər tərəfindən qarışıq cavablar alıb.Bəziləri mahnının 20-liyə belə çıxmayacağını deyərkən,bəziləri öz içlərində qaliblərini seçiblər. Yanvar ayları Nyumen BBC Radiodakı müsahibəsində demişdi ki,Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək üçün namizədliyini irəli sürəcək.Fevralın ayında nəfəskəsən musiqi yarışması başladı və tez də bitdi.Nyumen birbaşa Avroviziya finalına vəsiqə qazandı.O,"Kiçik uşaq olduğumdan həmişə özüm sənətkar və ifaçı olmaq istədim.Təmsil etmək üçün doğru vaxtın olduğunu hiss edirəm" deyə qalib Nyumen qalib olandan sonra ilk müsahibəsini verdi. Nyumen müsahibəsində mahnının yanvar ayında,soyuq bir bağçada yarandığını qeyd edib.Adam Erql və Ayein Ceymslə birlikdə soyuğun nəfəs kəsdiyini biliblər və ilhamlanıb belə mahnı yazıblar.Mahnının klipi fevral ayında çəkilmişdir.Klip soyuq bir yerdə,dənizdə həyatda qalmağa çalışan bir adam barədə çəkilən sənədli filmdən götürülüb.Klipdə Buz adam kimi tanınan Vim Hof da var. Ayein Ceyms təkcə,bu mahnının sözlərinin yox,2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana birincilik gətirən Running Scared mahnısının da müəllifi olub.Bu da çox maraqlı məlumatdır. Bildiyiniz kimi,bu mahnı 16 may 2020-ci ildə Nyumen tərəfindən oxunulacaq.Görəsən,Azərbaycana birincilik gətirən Ayein Ceyms Böyük Britaniyaya uğur qazandıracaqmı?
Nüman ibn Müqərrin
Nöman ibn Müqərrin (bilinmir – dekabr 641, Nahavənd, Həmədan ostanı) — səhabə, sərkərdə. Nöman ibn Müqərrin Mədinə yaxınlığında yaşamış Müzeynə qəbiləsinin başçısı olmuşdur. Hicrətdən sonra Nöman öz qəbiləsinin 400 nəfərlik atlı dəstə ilə Mədinəyə Məhəmməd peyğəmbərin yanına gəlmiş, İslamı qəbul etmişdir. Bundan sonra Nöman müsəlmanların apardığı savaşlarda vuruşmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra Nöman xəlifə Əbu Bəkrə tabe olmayan ərəb qəbilələri ilə döyüşmüşdür. Xəlifə Ömərin dövründə isə o, İrana qarşı savaşlarda fəallıq göstərmiş, Xilafət qoşununa başçılıq etmişdir. İranlılara qarşı Nəhavənd döyüşündə həlak olmuşdur.