Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnfeksiya
İnfeksiya – patogen mikroorqanizmin digər canlı orqanizminə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizmdə gedən cavab proseslər. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud infeksiya gəzdirmə formasında aşkar ola bilər. Hər bir infeksiyanın özünəməxsus yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion xəstəliklərində xəstə öskürdükdə, asqırdıqda və danışdıqda İnfeksiya selik damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur; səpgili yatalaq, malyariya, taunun bubonlu forması və s. xəstəliklər qansoran cücülər vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi xəstəliklərin törədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil edir. İnfeksiya müəyyən kliniki əlamətləri ilə özünü göstərən infeksion xəstəlik haqqında və gizli - yəni latent, inapparant infeksiya, immunlaşdırıcı subinfeksiya və mikrobdaşıyıcılıq halında gedir. İnfeksion xəstəliklər yaxşı öyrənilməklə bunlar qeyri-infeksion xəstəliklərdən spesifikliyi, kontagiozluğu, mərhələlərlə inkişafı və postinfeksion immunitetin yaranması ilə səciyyələnir. Spesifiklik dedikdə belə başa düşülür ki, hər bir infeksion xəstəliyi müəyyən növ mikrob törədir.
İntonasiya
İntonasiya — nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusuna deyilir.İntonasiya — melodika, vurğu, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir. Hər dilin özünəməxsus intonasiyası var və onun düzgün mənimsənilməsi xarici dilin öyrənilməsinin ən mühüm şərtlərindən biridir. Türk və Azərbaycan dillərinin intonasiyalarında ümu­mi cəhətlər çoxdur. Bu, hər şeydən əvvəl, iki dil arasındakı yaxın qohumluqdan, türk və Azərbaycan dillərinin qrammatik quruluşlarının eyniliyindən irəli gəlir. Nitq axınında əsas tonun hərəkəti — nəqli cümlələrdə intonasiyanın alçalan, sual və əmr cümlələrində isə yüksələn olması, intonasiyanın nizamlama, məna fərqləndirmə, münasibət yaratma imkanları və s. bu iki dilin ortaq, ümumi cəhətlərini təşkil edir. Lakin intonasiyanı yaradan akustik vahidlərin türk və Azərbaycan dillərində fərqli şəkildə reallaşması, cümlə daxilində onların müxtəlif tezliyə malik olması bütövlükdə bu dillərin intonasiyasına da təsir göstərir. Biz yeddinci dərsdə türk dilinin vurğusundan bəhs etmiş, spesifik xüsusiyyətlərini aydınlaşdırmışdıq. Burada isə vurğunun cümlədə ritmyaratmadakı rolunu, intonasiyanın digər vahidlərinə münasibətini və cümlənin melodikasında əhəmiyyətini izah etməyə çalışaq. Aşağıdakı cümlələrin melodikasına, ritmik bölgüsünə, vurğuların yerinə və nitq axınında tonun istiqamətinə diqqət verin: Dün / Türkiye'nin Cumhurbaşkanı Abdullah Gül / Ankara'dan / Bakü'ye geldi.
İntuisiya
İntuisiya – (lat. intueri, intuitio – tamaşa etmək, diqqətlə baxma, görmə) bir şeyin mahiyyətini incədən-incəyə duyma qabiliyyəti; duyğu, duyma, sezmə, ürəyə damma; insanın xüsusi məntiqi mühakiməyə əl atmadan həqiqəti bilavasitə duymaq, naməlum hadisələrin mahiyyətinə nüfuz etmək qabiliyyəti; həssaslıq, incə hiss etmək qabiliyyəti, mahiyyətə varmaq. == İntuisiya nədir == İntuisiya problemin bütün detallarını analiz etmədən, anındaca hadisəyə düzgün qərar vermək qabiliyyətidir. Hadisənin nə vaxt olmasından asılı olmayaraq-keçmişdə, indi , və ya gələcəkdə.İntuisiya özünü dərketmənin məharətlə idarə olunmasıdır. Təsəvvür edək ki, instinkt kökdür, onda intuisiya gövdə, dərkretmə isə pardaxlanmış çiçəkdir. İntuisiyanın inkişafı özünü dərketməyə aparan sonsuz daxili səyahətdir. İntuisiyaya çox vaxt bizi bir çox pis hadisələrdən qorumağa yardımçı olan bir hiss kimi də baxmaq olar. == Ədəbiyyat == Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İnversiya
Anaerob infeksiya
Anaerob infeksiya — yara infeksiyanın bir növüdür və oksigensiz, havasız yerdə baş verir.Mühüm cəhəti iltihab olmadan ağrının baş verməsi, ödəmin, qazın və tez bir zamanda toxumalarda yerli ölümün əmələ gəlməsidir. Anaerob infeksiyanın törədiciləri əsasən insan, heyvanların bağırsaqlarında müşahidə edilir və torpağa düşərək uzun müddət orada yaşayırlar. Ən çox əkin yerlərində, bostan və bağlarda, peyində gübrə məqsədilə istifadə olunan yerlərdə təsadüf edilir, bundan əlavə anaerob mikroblar insanın dərisində, alt və üst paltarlarında da ola bilər. Ən çox anaerob infeksiya müharibə zamanı müşahidə edilir. Məsələn, böyük Vətən müharibəsi illərində yaralıların arasında 1,5–2% anaerob qanqrena və 10,5% halda isə anaerob qanqrenadan ölüm halları təsadüf edilmişdir.Anaerob infeksiya qazlı qanqrena, qanqrena, orqanın çürüməsi və s. adını daşıyıb, hal-hazırda isə anaerob qanqrena adlandırılır. == Anaerob infeksiyanın yaranmasının səbəbləri == Xəstəliyin səbəblərinə kor güllə yarası, yad cisimlərlə yaralanma, geniş və dərin, çoxlu ciblərə malik yaralar, qanı saxlamaq məqsədilə ətrafa uzun müddət kəmərin və ya damara liqaturanın qoyulması, aclıq, yorğunluq, kəskin anemiya, şok, orqanizmin müqavimətinin azalması, torpaqla çirklənmiş yaralar daxildir. == Anaerob infeksiyanın gedişatı == Xəstəliyin gizli dövrü 1–7 günə qədərdir. Klinik gedişinə görə ildırımsürətli, kəskin sürətli və zəif inkişaf edən qazlı qanqrena müşahidə edilir. Xəstəliyin yerli və ümumi əlamətləri mövcuddur.
Cannabis intersita
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. == Sinonimləri == Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Troposferdə inversiya
== Troposferdə hava == Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. == Troposferdə inversiya == Troposfer inversiyaları yer səthinə yaxın və sərbəst atmosfer inversiyalarına ayrılır. Yer səthinə yaxın inversiya yer səthi örtüyündən (torpaq, qar və buz örtüyündən) başlayır. Açıq inversiya su səthindən nadir halarda müşahidə edilir. Yer səthi örtüyündə temperatur ən aşağıdır və yüksəklik boyu artır və bu artım on və yüz metrlərlə yüksəkliyə qədər ola bilər. Sonra inversiya normal paylanma ilə əvəz olunur. Sərbəst atmosferdə inversiya yer səthindən bu və ya digər yüksəklikdəki hava qatında müşahidə edilir. İnversiya ən çox aşağı 2 km-də müşahidə edilir. Inversiya qatının qalınlığı bir çox on və ya yüz metrlərdə müşahidə edilir.
Yerüstü inversiya
== Troposferdə inversiya == Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. == Yerüstü inversiya == Yerüstü qatda gecələr konveksiyanın mümkünlüyünü aradan qaldıran dayanıqlı stratifikasiya yaranır. Bu zaman temperatur inversiyasının yaranması adi haldır: köşkdə temperatur yer səthindən daha yüksəkdir və tez- tez köşk üzərində temperatur, artmağa davam edir.
İnversiya (linqvistika)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur.
Cannabis sativa subsp. intersita
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. == Sinonimləri == Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Şaquli ötürülən transplasentar infeksiya
Şaquli şəkildə ötürülən infeksiya, anadan uşağa ötürülmə, yəni hamiləlik və ya doğuş zamanı birbaşa anadan embriona və ya körpəyə ötürülən patogen bakteriyaların və ya virusların səbəb olduğu infeksiyadır. Bu, ananın əvvəllər bir xəstəliyi olduqda və ya hamiləlik zamanı yoluxduqda baş verə bilər. Zəif qidalanma perinatal infeksiya riskini artıra bilər. Şaquli ötürülmə yoluxucu xəstəliklərin riyazi modelləşdirilməsi üçün vacibdir. == İnfeksiya növləri == Bakteriya, virus və digər mikro orqanizmlər anadan uşağa keçə bilir. TORCH kompleksinə bir neçə şaquli yolla ötürülən infeksiyalar daxildir: T – Toxoplasma gondii -dən toksoplazmoz O – other - digər infeksiyalar R - məxmərək C - sitomeqalovirus H – herpes simplex virusu və ya neonatal herpes simplexDigər infeksiyalara aşağıdakılar daxildir: Parvovirus B19 Koksaki virus Suçiçəyi ( varicella zoster virusunun törətdiyi) Xlamidiya İİVİnsan T-limfotrop virusu Sifilis Zika virusunun yaratdığı Zika qızdırması uşaqda mikrosefaliya və digər beyin qüsurlarına səbəb ola bilər. Hamiləlikdə COVID-19, təxminən 2 ehtimal nisbəti ilə ölü doğum riskinin artması ilə əlaqələndirilirHepatit B də şaquli şəkildə ötürülən infeksiya kimi təsnif edilə bilər. Hepatit B virusu böyükdür və plasentadan keçmir. Beləliklə, ana-döl baryerində qırılmalar baş verməsə, dölə yoluxa bilməz, lakin belə fasilələr doğuş zamanı və ya amniyosentez zamanı, yəni qanaxma zamanı baş verə bilər. TORCH kompleksi əvvəlcə yuxarıda qeyd olunan dörd şərtdən ibarət hesab edilirdi , Toksoplazmaya istinad edən "TO" ilə 4 terminli forma hələ də bir çox müasir istinadlarda istifadə olunur və bu kontekstlərdə bəzən "ToRCH" istifadə olunur.