İNTUİSİYA

\[alm. Anschauung; fr.=ing. Untuition; lat. Intuitio-intuius. In tueri – daxilini görmə; osm. tr. tehaddüs, hads; ər. حذزٌ \] – nəyinsə qəflətən açılması, bir əlaqənin birdən, birbaşa vasitəsiz kəşf edilməsi, yaxalanması. İntuisiya insandan əslində hisslərin fövqündə olan bir qabiliyyət tələb edir, çünki bəzən bəzi şeyləri duymaq və hiss edib qavramaq üçün intuisiyaya əsaslan-maq lazım gəlir. İntuisiya vasitəsiz qavramaq, ani olaraq başa düşmək, bir şeyin daxilini birbaşa görmək, həqiqəti bilavasitə anlamaq, dərk etmək qabiliyyəti kimi də xarakterizə etmək olar. İntuitiv \[alm. Intuitiv; fr. Intuitif; ing. intuitive\] isə hər şeyi bir anda ələ keçirməyə, qavramağa istiqamətlənən düşüncə tərzidir. İntuitivizm – imperializm dövrünün burjua fəlsəfəsində geniş yayılmış idealist cərəyan.
İNTROYEKSİYA
İNTUİSYONİZM
OBASTAN VİKİ
İntuisiya
İntuisiya – (lat. intueri, intuitio – tamaşa etmək, diqqətlə baxma, görmə) bir şeyin mahiyyətini incədən-incəyə duyma qabiliyyəti; duyğu, duyma, sezmə, ürəyə damma; insanın xüsusi məntiqi mühakiməyə əl atmadan həqiqəti bilavasitə duymaq, naməlum hadisələrin mahiyyətinə nüfuz etmək qabiliyyəti; həssaslıq, incə hiss etmək qabiliyyəti, mahiyyətə varmaq. == İntuisiya nədir == İntuisiya problemin bütün detallarını analiz etmədən, anındaca hadisəyə düzgün qərar vermək qabiliyyətidir. Hadisənin nə vaxt olmasından asılı olmayaraq-keçmişdə, indi , və ya gələcəkdə.İntuisiya özünü dərketmənin məharətlə idarə olunmasıdır. Təsəvvür edək ki, instinkt kökdür, onda intuisiya gövdə, dərkretmə isə pardaxlanmış çiçəkdir. İntuisiyanın inkişafı özünü dərketməyə aparan sonsuz daxili səyahətdir. İntuisiyaya çox vaxt bizi bir çox pis hadisələrdən qorumağa yardımçı olan bir hiss kimi də baxmaq olar. == Ədəbiyyat == Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Значение слова в других словарях

льнотрепа́льный приударя́ть путе́ц субти́тр усласти́ться вене́рин ке́льнерша нестроеви́к покня́жить фоноте́ка части́ть гвор film set histologic misestimation nagnag open-necked spanglet spiritual zirconium гребешок иностранец наращение пятикратный смолотить