Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İranlı
İranlılar, İran vətəndaşı ya da İran millətindən olan. İranlı, ölkədəki bütün etnik ünsürləri bir arada toplayan bir termindir. Farsca danışanlara Farsi ya da Pers deyildiyi halda tarixi mənada Ərəb-Fars millətlərini ayırmaq üçün Əcəm adından istifadə edilmişdir. İranlı olaraq tanınan xalqlar adətən İran dillərində danışırlar. == Yaşadıqları ərazilər == Cənub-şərqdə Bəlucistan olaraq tanınan Əfqanıstan sərhəddindən başlayan, xalqlara məxsus coğrafi yaşayış sahəsi, Şimal-qərbdə Qafqaza qədər uzanan ərazidə yayılmışdır. == Kimlikləri == Farslar, Kürdlər, Zazalar, Taciklər, Mazandaranlılar, Giləklər, Lurlar, Bəluclar, Tatlar, Talışlar ve Osetinlər İran xalqlarındandır. Bundan başqa İranda çoxlu türk xalqları yaşayır: Azərbaycanlılar, Türkmənlər, Qaşqaylar, Xələclər kimi sayları müxtəlif olan türk xalqları, çox qədim dövrlərdən bu ərazidə yaşamaqdadırlar.
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. == Toponimi == Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
İmranlı
İmranlı (türk. İmranlı) — Sivas ilinin ilçəsi.
İrmaşlı
İrmaşlı (əvvəlki adları: Ayxenfeld; Engelskənd (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Engelskənd kəndi İrmaşlı kəndi adlandırılmışdır. Kəndin ərazisi irmaşlı tayfası'na mənsub olduğundan həmin tayfanın adını daşıyırdı. XIX əsrdə burada rus çar hökuməti tərəfindən yerləşdirilən alman ailələri onu Ayxenfeld (almanca Eichenfeld - "palıd dərəsi") adlandırmışdılar. Sovet dövründə, 1930-cu illərdə isə kəndin adı alman filosof və marksizmin yaradıcılarından biri olan Fridrix Engelsin şərəfinə Engelskənd olaraq dəyişdirilmişdi. 1992-ci ildən kəndin əvvəlki adı bərpa olunmuşdur. Kənd əhalisi 5300 nəfərdir ki, onunda 2750 nəfəri kişi, 2550 nəfəri isə qadınlar təşkil edir. Kənd dağətəyi ərazidə yerləşir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Əhali əsasən Rusiyada bizneslə işləyənlərdən ibarətdir.
İrəvanlı
İrəvanlı — Azərbaycanda 1988-ci ildən sonra daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əkbər İrəvanlı — şair, yazıçı. Məmməd İrəvanlı — aşıq, şair Elnur İrəvanlı — şair, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Yaşayış məntəqələri İrəvanlı (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. İrəvanlı (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. İrəvanlı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. İrəvanlı (Urmiya) — Qərbi Azərbaycan ostanındakı Urmiya şəhristanının Mərkəzi bəxşinin Nazlı-i Cənubi dehistanında yerləşən kənd.
Şirvanlı
Şirvanlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Mustafa xan Şirvanlı — sonuncu Şirvan xanı. Həmzət bəy Qəbulov-Şirvanlı — publisist Vahid Şirvanlı — şair Əhliman Şirvanlı — şair, aşıq Kəndlər Şirvanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Şirvanlı bələdiyyəsi (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Şirvanlı bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Aranlı
Aranlı — təxəllüs. Bu təxəllüsü olan tanınmışlar Mücahit Ahmet Aranlı — şair. Məqsəd Aranlı — şair. Yaşayış məntəqələri Aranlı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Aranlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Aranlı bələdiyyəsi Aranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Urfanı
Urfanı – Şərurun şah yallısıdır. Əzəmət, vüqar, mərdlik və sair hərəkətləri ilə zəngin olan mürəkkəb quruluşa malik və ifaçıdan yüksək rəqs etmək qabiliyyəti tələb edən, əsasən kişilərdən ibarət bu yallı ən qədim yallılar sırasına daxildir. Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında Urfanı yallısını qadınlar kişilərlə qarışıq halda ifa edirlər. Cavanlar çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. Çox asta və iti ifa olunan "Urfanı" iki variantlıdır. Qeyd etmək lazımdır ki, bu yallı çox çətindir və onu asta-asta, ayrı-ayrı elementlərdən başlayaraq öyrənmək lazımdır.
İlanlı
İlanlı (Qobustan) — Qobustan rayonunda kənd. İlanlı (Poldəşt) — İlanlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. İlanlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda dağ. İlanlı — İrəvan quberniyasının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun Daşkənd kəndində dağ. İlanlı — Füzüli rayonu ərazisində dağ.
İmanlı
İmanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 213 nəfərdir. Keçmişdə Cənub zonasında maldarlıqla məşğul olmuş pirembel (pirimbel) tayfasının beşinci qoluna məxsus altı ailənin başçısı Kərbəlayı İman xan adlı şəxs olmuşdur. XIX əsrdə həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış kənd də bu ailələrin mənsub olduğu qolun adı ilə imanlı (Kərbəlayı İmanın adından) adlandırılmışdır.
Məmməd İrəvanlı
Məmməd (İrəvanlı) Cəfərov - aşıq Məmməd (İrəvanlı) Cəfərov 1894-cü ildə İrəvan quberniyasında Keşişkənddə anadan olmuşdur. O, öz tərcümeyi-halında yazır: “1904-10-cu illərdə muzdurluqla yaşamışam. 1910-1914-cü illərdə Ukraynanın Tuva vilayətində su kəməri tunelində işləmişəm... 1914-1917-ci illərdə Bakıda Musa Nağıyevin neft buruqlarında fəhlə işləmişəm... 1917-1920-ci illərdə erməni-Azərbaycan savaşında Bakıdan İrəvana getdim. Orada da yaşamaq mümkün olmadı. 1920-1926-cı illərdə Gədəbəy mahalında yaşamışam...” Didərginlik həyatı yaşadığı bu illərdə aşıq Məmməd Cəfərov dərdini saza söyləmiş, onunla həmdərd olmuş, yaşayış yerini dəyişmiş, Ağdamın Qərvənd kəndində məskunlaşaraq həm təsərrüfatla məşğul olmuş, həm də aşıq sənətini özünə peşə seçmiş, el şənliklərində çalıb-oxumuşdur. Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Südabə İrəvanlı
Südabə İrəvanlı (Südabə Tofiq qızı Kazımova; 7 yanvar 1962, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair. Südabə İrəvanlı 07 yanvar 1962-ci ildə Azərbaycanın əzəli torpağı olan Dağ Borçalının Soyuqbulaq kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Taymır Yazıçılar Birliyinin üzvü, Aşıq Pəri Məclisinin üzvü və Mirvarid Dilbazi Poeziya Məclisinin üzvüdür. 1984 -cü ildən Rusiyanın Taymır mahalının Norilsk şəhərində otuz iki il yaşamış və orda Azərbaycan Diasporasının nəzdində "Qadınlar şura"sının sədri vəzifəsində uzun müddət çalışmışdır. Rusiya Taymır Yazıçılar Birliyinin "Yanan Ürəklər", "Aysberq", "Vətən həsrət olanda" və.s kimi almanaxlarında şeirləri çap edilmiş və iki dəfə poeziya müsabiqələrinin qalibi olmuşdur. Bir çox şeirləri rus dilinə çap olunmuşdur. Azərbaycanda "Palitra" , "Azərbaycan", "Sahibkarlıq" kimi qəzetlərdə və "Elm və Həyat", “Mişov dağı” kimi jurnallarda şeirləri çap edilmişdir. Südabə İrəvanlı hazırda "Mirvarid Dilbazi Poeziya" Məclisi İctimai Birliyinin "Poeziya" şöbəsinin rəhbəridir. Ailəlidir, üç övladı var.
Tufanlı Yoxuşlar
Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır. Romanda iki əsas qəhrəman olan Cənab Hitkliff və Xanım Ketrinin qarmaşıq və dramatik həyat hekayələri ələ alınır. Hadisələr, başlanğıç anlarından etibarən bütün gedişata şahid olmuş Ellen Din adlı bir xidmətcinin dilindən Cənab Hitkliffin mülkünə kirayənişin olaraq gəlmiş "Lokvud" adlı bir gəncə nağıl edilir. Məlum olur ki, Cənab Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq tapılaraq evə gətirilir. Bu andan etibarən Hitkliff və Ketrinin dostluğu başlayır. Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da Hitkliff Ketrini təzədən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirərkən ölür. Hadisələrin cərəyanı nəticəsində Hitkliff bu qızı öz oğlu ilə evləndirsə də sevdiyi qadının əcəlinə səbəb olduğu üçün son günədək ona düşmən münasibəti bəsləyir. Ketrinin ölümü ilə qətiyyən barışa bilməyən Hitkliff onun ruhuna səslənərək belə deyir: O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır.
Zirmanlı (Urmiya)
Zirmanlı (fars. ‎‎‎زيرمانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (55 ailə).
İrmaşlı Kilsəsi
İrmaşlı Kilsəsi və ya yerli xalq arasında Pir olaraq bilinən XVI–XVII əsrə aid olduğu güman edilən xristyanlıq abidəsi. Abidə Şəmkir Rayonunun Dağ-Daşbulaq kəndi (əvvəllər Dağ İrmaşlı) ərazisində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir. Kilsənin şərq divarının aşağı hissəsindəki işləməli daşda erməni dilində "ԵՍ ՊԷԿ ԵԼԽաՆՍ ՈրԴ|Ի ՏՈԼՈՅԽաՆիՍ ԿաՆԿնեՑոՒՑԻ ՍուրԲԽաչՍ ԲԱՐԷԽՈՍ ՊաՐՈՆ | ՏաՐՍաԻՃԻՆ ԹՎ" yazıldığı məlum olmuşdur. Alman qafqazşünası Yost Gippertə görə mətnin tərcüməsi "Mən, Elxan bəy, Toloyxanın oğlu, rəhmətlik məlik Tarsayiç üçün bu müqəddəs xaçı qoyuram" olaraq təqdim edilmişdir. Erməni tarixşünas Samvel Karapetyan isə eyni yazını "Mən Bəki xan, oğlum Voroy xanla bu Müqəddəs Xaçı cənab Tarsaiçin xatirəsinə ucaltdıq." kimi oxumağı təklif etmişdir, lakin onun təklif etdiyi versiya Qaciqyan adlı qeyri-müəyyən bir mənbəyə isnad edildiyindən, səhih hesab edilə bilməz. Hətta Karapetyan kilsə ilə bağlı qeydlərində "həmin dövrə aid olduğu bəllidir" deyərək, dəqiq tarix — "1621-ci il" vermişdir. Bu da müəllifə qarşı ciddi güvən əksikliyi yaratmışdır.
İrmaşlı bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şirvanlı (Ağdam)
Şirvanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Şirvanlı kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəngərli kəndi mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Şirvanlı (Bərdə)
Şirvanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Şirvanlı (Neftçala)
Şirvanlı (əvvəlki adı: Yarski) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi vahidi tərkibindəki Yarski kəndi Şirvanlı kəndi adlandırılmışdır. Kənddə İbrahim İsmayıl oğlu Babayev adına orta ümumtəhsil məktəbi yerləşir. Kənddə "Həsənağa" məscidi dini icması fəaliyyət göstərir.
Şirvanlı (Oğuz)
Şirvanlı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə, Qumlaq kəndinin şərqində yerıəşir. Qumlaq İnzibati Ərazi Dirəsinə daxildir. “Şirvan” – dünyanın yaranışından soraq vrən işıqlı sözdür. Oğuz rayonundakı Şirvanlı kəndi də öz adında bu işıqlı sözü yaşatmaqdadır. “Şirvan” toponimi nəinki respublikamızın Sabirabad, Ağdam, Bərdə, Oğuz, İsmayıllı, Şamaxı, Neftçala rayonlarında, həmçinin Orta Asiyada, İranda, Şimali İraqda, Kiçik Asiyada geniş arealda yayılmışdır. Azərbaycan ərazisində Şirvanşahlar dövləti, Şirvan xanlığı, Şirvan bəylərbəyliyi, Şirvan vilayəti olmuşdur. Bakı şəhərindəki Şirvanşahlar sarayı dünyanın nadir memarlıq incilərindən biridir. Şirvan düzü Azərbaycan Respublikasının barlı - bərəkətli coğrafi ərazisidir. Ərəb müəlliflərindən əl-Blazuri, ət-Təbəri, əl-İstəxri ilkin orta əsrlərdə Azərbaycan ərazisində Şamaxı şəhərinin yaxınlığında Şirvan adlı şəhərin olduğunu yazmışlar.
Şirvanlı (Qusar)
Şirvanlı (əvvəlki adı: Şirvanovka) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi adlandırılmış, Şirvanovka kənd inzibati ərazi dairəsi Şirvanlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Kənd Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XII əsrin sonlarında Rusiyanın mərkəzi quberniyalarından Şirvan zonasına köçürülmüş ailələrin XX əsrin əvvəllərində indiki əraziyə gəlmələri nəticəsində yaranmışdır. Kənd əvvəlcə Şirvanskoye, Sonralar Şirvanovka adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1162 nəfər əhali yaşayır. Kənddə Şahdağ Qusar futbol klubunun müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir.
Şirvanlı (dəqiqləşdirmə)
Şirvanlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Mustafa xan Şirvanlı — sonuncu Şirvan xanı. Həmzət bəy Qəbulov-Şirvanlı — publisist Vahid Şirvanlı — şair Əhliman Şirvanlı — şair, aşıq Kəndlər Şirvanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Şirvanlı bələdiyyəsi (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Şirvanlı bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Şirvanlı bələdiyyəsi
Şirvanlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Mustafa xan Şirvanlı — sonuncu Şirvan xanı. Həmzət bəy Qəbulov-Şirvanlı — publisist Vahid Şirvanlı — şair Əhliman Şirvanlı — şair, aşıq Kəndlər Şirvanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Şirvanlı bələdiyyəsi (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Şirvanlı bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Əkbər İrəvanlı
Əkbər Yerevanlı (tam adı: Əkbər Yunis oğlu Süleymanov; 17 iyun 1921, İrəvan, İrəvan qəzası, Ermənistan SSR – 28 avqust 1982, İrəvan, Ermənistan SSR, SSRİ) — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri (1956–1980), Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri (1964–1982). Əkbər Yunis oğlu Süleymanov 1921-ci il iyunun 17-də İrəvan şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, 1943–1948-ci illərdə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləmişdir. 1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olmuş, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası" (1955), "Cəlil Məmmədquluzadə və erməni xalqı" (1966), "Nəsimi" (1973), "Xatabala" jurnalı Azərbaycan haqqında" (1974) kitabları çap olunmuşdur. Əkbər Yerevanlının "Azəri-erməni ədəbi əlaqələri.
Ariflərin irfani məqamları (kitab)
Ariflərin irfani məqamları — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının IX fəslinin tərcümə və şərhi. == Məzmun == "Ariflərin irfani məqamı" kitabı İbn Sinanın “İşarat və tənbihat” adlı əsərinin IX bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. “İşarat və tənbihat” İbn Sinanın yazdığı mühüm və şah əsərlərindən hesab edilir. Bu kitab məntiq və fəlsəfə olaraq iki hissədən təşkil olunmuşdur. O, bu kitabın son üç fəslini irfana aid etmişdir. Bu üç fəsil o qədər dərin irfani fikirlərə şamildir ki, ondan böyük alimlər bəhrələnmiş və üstünlüyünü bəyan etmişlər. Bu üç irfani fəsillər arasında da ariflərin irfani məqamları barədə olan IX fəsil özünəməxsus yer tutur. İbn Sina “Ariflərin irfani məqamları” fəslində ariflərin mənəvi yüksəlişləri zamanı keçdikləri irfani mərtəbələri izah etmiş, ariflərin bunları keçə bilmələri üçün etdiyi əməllərdən ümumi olaraq danışmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. == Nəşr == Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən əvvəlcə 202, daha sonra isə yenə 2012-ci ildə 212 səhifədə 60x90 ölçüsündə çap edilib.
İrəvanlı (Goranboy)
İrəvanlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində kənd. Kənd Gəncə-Qazax düzənliyindədir. İrəvanlı adda Tərtər rayonunda kənd və Yevlax rayonununda qəsəbə qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 245 nəfər əhali yaşayır.
İrakli
İrakli — ad. I İrakli İrakli Metaksa — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik. İrakli Morkov — Rusiya hərbçisi, Həştərxan quberniyasının general-qubernatoru, qraf (1796).