İrmaşlı

İrmaşlı (əvvəlki adları: Ayxenfeld; Engelskənd (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Engelskənd kəndi İrmaşlı kəndi adlandırılmışdır.[2]

İrmaşlı
40°50′31″ şm. e. 45°53′15″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1906
Mərkəzin hündürlüyü 533 m
Saat qurşağı
Əhalisi
Əhalisi 5.300 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5718[1]
Xəritəni göstər/gizlə
İrmaşlı xəritədə
İrmaşlı
İrmaşlı

Kəndin ərazisi irmaşlı tayfası'na mənsub olduğundan həmin tayfanın adını daşıyırdı. XIX əsrdə burada rus çar hökuməti tərəfindən yerləşdirilən alman ailələri onu Ayxenfeld (almanca Eichenfeld - "palıd dərəsi") adlandırmışdılar. Sovet dövründə, 1930-cu illərdə isə kəndin adı alman filosof və marksizmin yaradıcılarından biri olan Fridrix Engelsin şərəfinə Engelskənd olaraq dəyişdirilmişdi. 1992-ci ildən kəndin əvvəlki adı bərpa olunmuşdur.[3]

Kənd əhalisi 5300 nəfərdir ki, onunda 2750 nəfəri kişi, 2550 nəfəri isə qadınlar təşkil edir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

Əhali əsasən Rusiyada bizneslə işləyənlərdən ibarətdir.

Şəmkirin ən varlı kəndlər içərisində yer alır.

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. İrmaşlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.